CÜMƏ, 2024-03-29, 3:23 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ AĞDAŞ - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Nariman_Qahramanli  
FORUM » AZƏRBAYCAN » BÖLGƏLƏRİMİZ » AĞDAŞ
AĞDAŞ
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-09-03, 10:10 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Ağdaş

İqtisadi rayon:
Aran iqtisadi rayonu

Ərazi:
707 (km²)
Əhali:
42900
Əhali sıxlığı:
(nəfər/km²)
Nəqliyyat vasitəsi kodu:
03
Telefon kodu:
193
Poçt kodu (Mərkəzi PŞ):
AZ 0300
Yaşayış məntəqələrinin sayı 54
İcra başçısı:
Rafiq Niftəliyev

İnternet saytı: www.zengilan.com http://www.agdash.com/

Tarixi
Ağdaş rayonu 1930-cu ildə təşkil olunmuşdur.
Əlverişli təbii şəraiti olan Ağdaş ərazisində insanlar lap qədim zamanlardan məskunlaşmışlar. Qədim yunan müəllifi Strabon (e.ə. I əsr) qeydlərində bu ərazilərdə insanların məskunlaşdığı, təsərrüfat fəaliyyəti ilə məşğul olduqları, Türyançay çayının orta və aşağı axarında yaşayan əhalinin bu çaydan təsərrüfat və gəmiçilik məqsədilə geniş istifadə etdiklərini yazırdı.
Təbii iqlim və torpaq şəraiti burada lap qədimlərdən əkinçilik və maldarlığın inkişafı üçün əlverişli imkan yaratdığından bu ərazilərdə əkinçilik mədəniyyəti yüksək inkişaf etmişdi. Ona görə də tarixən bu yerlərdə yüksək keyfiyyətli taxıl becərilmiş, meyvə yetişdirilmiş, ipəkçilik, sonralar isə pambıqçılıq geniş yayılmışdı.
Orta əsrlərin son dövrlərində Ərəş adlanan bu ərazi Şirvan bəylərbəyliyinin tabeliyində idi. Buranı "Sultan" titulu daşıyan feodal hakimlər idarə edirdilər. Sonralar Səfəvi-Osmanlı müharibələrində əldən-ələ keçən Ərəş sultanlığı xeyli zəiflədi və XVIII əsrin 50-ci illərində Şəki xanlığının vassalına çevrildi.
1795-ci ildə Sultanlıq ləğv edilərək Şəki xanlığına qatıldı. Çarizmin 1873-cü ildə Qafqazda həyata keçiridiyi inzibati islahata əsasən Yelizavetpol quberniyasının tərkibində Ərəş qəzası yaradıldı. Qəzanın ərazisi 3212,5 kv.km. əhalisi isə 52371 nəfər idi. Ərəş qəzası 1929-cu ildə ləğv edilmiş, 1930-cu ildən Ağdaş rayonu yaradılmışdır. Rayonun mərkəzi XVI əsrdə salınmış, 1900-cu ildən şəhər statusu daşıyan Ağdaş şəhəridir.
Coğrafi mövqeyi
Ağdaş rayonu Şirvan düzünün şimal-qərbində, Acınohur ön dağlığının cənubunda yerləşir. Rayonun ərazisindən Bakı-Tiflis dəmir yolu, Bakı-Qazax şosse yolu, Mingəçevir-Bakı elektrik ötürmə xətti keçir.

Görkəmli şəxsləri
• Habil Əliyev
• Fikrət Qoca

İqtisadi xarakteristikası
Ağdaşın iqtisadiyyatında pambıqçılıq əsas yer tutur. Burada pambıqtəmizləmə zavodu, süd zavodu, respublika kənd təsərrüfatı texnikası birliyinin rayon şöbəsi, yerli sənaye kombinatı, meşə təsərrüfatı vardır.
Ağdaş rayonunun əlverişli coğrafi mövqeyi və təbii şəraiti hələ XIX əsrin sonralarında burada texniki bitkilərin əkilib-becərilməsinə və onların dünya bazarına çıxarılmasına imkan vermişdi. 1883-cü ildən Bakı-Tiflis dəmir yolu çəkildikdən sonra onsuz da əhəmiyyətli ticarət yollarının üstündə yerləşən Ağdaşda emal müəssisələri qurulmağa başladı. Məhsul tədarükü və xarici bazarlara daşınması, ticarətin və iqtisadiyyatın inkişafına səbəb oldu.
1887-ci ildə Poznan şirkətinin Lodz kontorunun müdiri Ramendik Ağdaşa gələrək burada pambıq alıcı məntəqələri açmış, pambığın ilkin emalı və qablaşdırılması üçün 4 ədəd kotton-çin dəzgahı və bir press qurmuşdu. Artıq 1897-ci ildə Ağdaşda kotton-çin maşınlarından ibarət 7 zavod fəaliyyət göstərirdi. Beləliklə, XIX əsrin ikinci yarısından başlayaraq Avropanın qabaqcıl toxuculuq mərkəzləri ilə əlaqə saxlayan Ağdaş XIX əsrin sonunda bütün Qafqazda pambıq istehsalı, emalı və satışının mərkəzinə çevrilmişdi. Qafqaz pambıqçılarının I Qurultayının 1904-cü ildə Ağdaşda çağırılması da bunu sübut edir. 1888-ci ildə Ağdaş bazarında 3100 pud pambıq satılmışdırsa, 1892-ci ildə bu rəqəm 28000 puda çatmışdı.
XIX əsrin 70-ci illərində fəaliyyət göstərən Ağdaş bazarında pambıqdan başqa digər ənənəvi məhsullar da satılırdı. XX əsrin əvvəllərində "Qafqaz" qəzeti yazırdı ki, "Ağdaş xaricə, Marsel və İtaliyaya göndərilən həm bütün xam ipəyi, həm də baramanı özündə cəmləşdirən mərkəzdir".
1886-cı ildə Ləkidə tikilmiş biyan kökü emalı zavodunda istehsal olunan lakritsa boyası Amerika və Fransaya ixrac edilirdi.
Ağdaşda meyvəçilik də yüksək inkişaf etmişdi. 1900-cu ildə Ləki dəmiryol stansiyası vasitəsi ilə 69745 pud qoz-fındıq, 71017 pud digər müxtəlif meyvələr tədarük edilərək xarici bazarlara daşınmışdı.

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
Azərbaycanda açılan ilk dünyəvi təhsil ocaqlarından biri — 25 oktyabr 1882-ci ildə Ağdaşda görkəmli maarifçi Süleyman Qayıbov tərəfindən əsası qoyulan "Rus-tatar" məktəbi olmuşdur. O dövrdə Azərbaycanda fəaliyyət göstərən bu tipli 3 məktəbdən birinin məhz Ağdaşda açılması heç də təsadüfi deyildir. Çünki ondan əvvəl Ağdaşda yaxşı təhsil bazasına malik 20-yə qədər mədrəsə fəaliyyət göstərirdi. XX əsrin əvvəlində Ağdaşda "Nəşri-Maarif" cəmiyyəti, qiraətxana, "Səadət" qızlar məktəbi, "Darülirfan", "Ruşdiyyə" kimi tədris ocaqları fəaliyyət göstərirdi. Bu məktəbdə Muxtar Əfəndizadə, Hədiyyə xanım Məmmədzadə, Həsən Əfəndiyev kimi maarifçi ziyalılar çalışırdılar. Məhz belə marifçilik bazası üzərində sonralar Ağdaşda təhsilin səviyyəsi yüksək xətlə inkişaf etmişdir. Rayonda Pedaqoji məktəb, Tibb məktəbi, Kənd Təsərrüfatı texnikumu, Peşə məktəbləri açılmış, bəziləri bu gün də fəaliyyət göstərir.

Maddi-mədəni irsi
Hələ neçə yüz illər öncə tacirlər ticarət məqsədilə Ağdaşın ərazisindən tranzit dəhlizi kimi istifadə etmişlər. Rayon ərazisində karvansaraylar indi də qədim mədəniyyət abidələri kimi qalmaqdadır. Rayon ərazisində həmçinin tarix-diyarşünaslıq muzeyi də mövcuddur.
Ağdaşda orta əsrlərə aid tarixi abidələr, qala və müdafiə tikililərinin qalıqları var. Bunlardan ən mühümü XVIII əsrə aid edilən Surxay qalasıdır. Bu qala Türyançay dərəsi ilə Göyçay dərəsi arasında Kukel kəndi yaxınlığında yerləşir.

Yerli media
Rayonda "Ağdaş" qəzeti nəşr olunur.

 
FORUM » AZƏRBAYCAN » BÖLGƏLƏRİMİZ » AĞDAŞ
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...