BAZAR ERTƏSİ, 2024-12-30, 10:05 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ BİOKİMYA - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
BİOKİMYA
Nariman_QahramanliTARİX: ÇƏRŞƏNBƏ AXŞAMI, 2010-08-31, 2:28 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Biokimya

Biokimya (bioloji və ya fizioloji kimya) — Bioloji kimya (biokimya) - canlı orqanizmlərdəki maddələrin kimyəvi tərkibini və xassələrini, onların çevrilmələrini və həm də orqanizmlərin həyat fəaliyyətinin əsasını təşkil edən kimyəvi prosesləri və maddələr mübadiləsini öyrənən elmdir. [1]
Biokimyanı, adətən, - statik, dinamik və funksional biokimyaya bölürlər.

Statik, Dinamik və Fıınksional biokimya
Statik biokimyanın qarşısında qoyulan məsələ - canlı orqanizmlərdəki maddələrin kimyəvi tərkibini və xassələrini öyrənməkdir. Dinamik biokimyanın qarşısında duran məsələ - həyat fəaliyyəti prosesindəki maddələr mübadiləsinin və bununla əlaqədar orqanizmdə yaranan məhsulların kimyəvi tərkibinin öyrənilməsidir.
Biokimya, orqanizmin toxumalarının tərkib hissələri olan müxtəlif üzvi maddələrin sintezini təmin edən kimyəvi reaksiyalardan (assimilya-siya) və həm də potensial enerjiləri orqanizm tərəfındən istifadə olunan və üzvi maddələrin parçalanmasına gətirib çıxaran reaksiyalardan (dissimilyasiya) ibarət olan maddələr mübadiləsi proseslərini öyrənir. Assimilyasiya və dissimilyasiya prosesləri bir-birilə qarşılıqlı əlaqəlidir. Bu proseslər birlikdə orqanizm və ətraf mühit arasında maddələr mübadiləsini təşkil edir ki, bu da həyat fəaliyyətinin ən xarakterik xüsusiyyətidir.
Fıınksional biokimyanın məqsədi, bütövlükdə orqan və orqanizmlərin funksiyalarının aşkar olunmasının əsasını təşkil edən maddələrin çevrilmələrinin kimyəvi qanunauyğunluqlarını öyrənməkdir. Qeyd etmək lazımdır ki, bu bölünmələr şərtidir. Statik, dinamik və funksional biokimyalar bir-birilə sıx əlaqəlidırlər. Müşahidə obyektindən asılı olaraq insanların və heyvanların biokimyalarını, bitkilərin biokimyasını, mikroorqanizmlərin biokimyasını bir-birindən fərqləndirirlər. Bıınlar bir-biri ilə sıx bağlı olsalar da, hər birinin spesifık xüsusiyyətləri vardır.

Biokimyanın bölmələri

Tədqiqatların istiqamətine görə biokimya bölmələrə ayrılır:
• Texniki biokimya - bioloji mənşəli xammal və materialların emalı ilə məşğul olan sənaye sahələrinin (çörək bişirmə, pendir hazırlama, şərabçılıq) biokimyəvi əsaslarını işləyib hazırlayır;
• Tibbi biokimya - insan orqanizmində gedən normal və patoloji biokimyovi prosesləri öyrənir:
• Təkamül biokimyası - müxtəlif canlı orqanizmlərin tərkibi, maddə və enerji çevrilmələrinin yollarını təkamül nöqteyi-nəzərindən müqayisəli surətdə öyrənir;
• Kvant biokimyası - canlı orqanizmlərin müxtəlif maddələrinin xassələrini, funksiyalarını və çevrilmə yollarını, onların kvant-mexaniki hesablamalar yolu ilə alınmış elektron xarakteristikaları ilə əlaqəli surətdə tədqiq edir;
• Enzimologiya - bioloji katalizatorlar olan sistemlərin (fermentlərin) quruluşu, xassələri və təsir mexanizmini öyrənir.
Bütün digər elmlərə nisbətən o, fiziologiya ilə sıx bağlıdır. Funksional biokimya fiziologiya ilə biokimya elmlərini bir-birinə yaxınlaşdırır.
Biokimyanın əsas məsələlərindən biri - bu və ya digər orqanın funksiyası ilə bilavasitə bağlı olan kimyəvi proseslərin xüsusiyyətlərini aşkar etməkdir.
Biokimyəvi proseslərin gedişinə orqanizmin fızioloji funksiyalarının, birinci növbədə sinir sisteminin vəziyyəti həlledici təsir göstərir. Hər hansı bir fizioloji prosesin təbiətini düzgün müəyyən etmək üçün baş verən biokimyəvi reaksiyaları bilmək lazımdır. Təəccüblü deyildir ki, XIX əsrin ikinci yarısına qədər biokimya müstəqil elm deyil, fıziologiyanın bir hissəsi idi. Tədricən bioloji biliklərin artması ilə əlaqədar olaraq, biokimya fıziologiyanın aparıcı bölmələrindən birinə, sonralar isə müstəqil elm sahəsinə çevrildi.
Canlı orqanizmlərin kimyəvi tərkiblərinin öyrənilməsi, toxumalardan fərdi maddələrin ayrılması, onların tərkiblərinin və quruluşlarının müəyyən edilməsi, bu maddələrin sintez edilməsinin mümkünlüyü -biokimya elmini üzvi kimya elmi ilə yaxınlaşdırır. Bununla yanaşı, biokimya üzvi birləşmələrin canlı orqanizmin maddələr mübadiləsinin ümumi sistemində çevrilmələrinin öyrənilməsini, onların həyat fəaliyyətindəki rolunun müəyyən olunmasını öyrənir.
Biokimyanın fıziki kimya ilə əlaqələri ildən ilə artır. Həyati proseslərin gedişatı üçün biokimyəvi reaksiyaların sürəti, onların temperaturdan, mühitin aktiv reaksiyasından və osmatik hadisələrdən asılılığı böyiik əhəmiyyət kəsb edir. Biitün bu məsələlər eyni zamanda həm biokimya, həm də fıziki kimyanın bilik sahəsinə aiddir. Son zamanlar biokimyəvi todqiqatlar zamanı fıziki-kimyəvi və fıziki metodlardan olan xromatoqrafıyadan, elektroforezdən, rentgen-struktur analizindən, spektroskopiyadan, elektron-paramaqnit rezonansından (EPR), nüvə-maqnit rezonansından (NMR). nişanlanmış atomlar metodundan və s. geniş istifadə edilir. Beləliklə, fıziki-kimyəvi biologiya adh yeni elmi istiqamət formalaşmışdır. Riyaziyyatın da biokimya elminin inkişafında xidmətləri böyükdür. Belə ki. son zamanlar biokimyada riyazi modellərin totbiqi. Müasir biokimyəvi tədqiqatlarda EHM-dən istifadə olunması, riyaziyyat elminin biokimyaya geniş tətbiqini təsdiq edən amillərdir.
Biokimyəvi biliklərin tarixi
Biokimyəvi biliklərin tarixi və biokimyanın bir elm kimi inkişafını dörd dövrə bölmək olar:
• 1-ci dövr - qədim dövrlərdən İntibah dövrünə qədər (XV əsr). Bu dövrdə insanlar biokimyəvi proseslərin nəzəri əsaslarını bilmədən təcrübədə onlardan istifadə edirdilər: çörək bişirmə, süd məhsullarının hazırlanması, şərabçılıq və s. Xəstəliklərin müalicəsi üçün müxtəlif otlardan istifadə etməklə bitkilərin müalicəvi əhəmiyyəti öyrənilirdi.
• 2-ci dövr - İntibah dövründən XIX əsrin ortalarına qədərki dövrü əhatə edir. Bu dövr biokimyəvi biliklərin çoxalması ilə xarakterizə olunur. Bu dövrdə biokimya fiziologiya elminin bir bölməsi kimi fəaliyyət göstərirdi. Orta əsrlərdə əlkimyaçılar tədricən nisbətən mürəkkəb təbii üzvi birləşmələrin tərkibləri haqda məlumatlar toplamağa başladılar. XVI-XVII əsrlərdə əlkimyaçıların əldə etdiyi biliklər yatrokimyagərlərin (iatros-yunanca-həkim, təbib) əsərlərində öz əkslərini tapdı. Bu istiqamətin tərəfdarlarının fıkrincə insanın həyat fəaliyyətini, onun xəstələnməsinin səbəblərini yalnız kimyəvi nöqteyi-nəzərdən izah etmək olar və bunların müalicəsi də yalnız kimyəvi maddələrin tətbiqi ilə aparılmalıdır. İlk anlarda sintez üsullarının işlənib hazırlanması zamanı və əsasən karbon tərkibli birləşmələri sintez edərkən alimlər çətinliklərlə rastlaşırdılar. Qarşıya çıxan çətinliklərin səbəblərini, alimlər birləşmələrin canlı orqanizmlərdə xüsusi yollarla «həyati qüvvələrin» köməyilə əmələ gəlməsi ilə izah edirdilər. Üzvi biıiəşmələrin sintezi haqda bu cür vitalistik nəzəriyyə o zamankı elmdə möhkəm kök salmışdı. 1828-ci ildə Berseliusun tələbəsi Völer qeyri-üzvi birləşmədən insanların, məməlilərin, amfibiyaların və balıqların sidiklə xaric etdikləri sidik cövhərini almaqla bu nəzəriyyəni alt-üst etdi.
M.V.Lomonosov «Maddə kütləsinin saxlanması» qanununun kəşfı ilə təbiətşünaslıqda yeni istiqamətin, təbiət hadisələrinin və təbiətin anlaşılmasının bünövrəsini qoydu. Bu qanun kimya, biologiya və digər elmlər üçün yeni dövrün - maddə miqdarının dəqiq ölçülməsi dövrünün başlanğıcı oldu. M.V.Lomonosovun kəşf etdiyi maddə kütləsinin saxlanması qanununa əsaslanaraq və o vaxta qədər əldə olunmuş nailiyyətlərdən istifadə edərək XVIII əsrin sonunda fransız alimi Lavtıazye tənəffüs prosesini kəmiyyətcə tədqiq etməkle onun mahiyyətini və bu prosesdə oksigenin rolunu izah etdi.
1861-ci ildo böyük rus alimi A.M.Butlerov üzvi birləşmələrin quruluş nəzəriyyəsini kəşf etmeklə üzvi kimyanın və bioloji kimyanın inkişafına böyük təkan verdi Butlerov ilk dəfə olaraq laboratoriya
şəraitində şəkəri sintez edərək bioloji kimya elminə daha bir layiqli töhfəsini verdi. XIX əsrin 50-ci illərində məşhur fransız fızioloqu K.Berner qaraciyərdən qlikogeni ayıraraq onun qanda qlükozaya çevrilməsini sübut etdi. 1868-ci ildə F.Mişer, alman fızioloqu və biokimyaçısı Qoppe-Zeyler DNT-ni kəşf etdilər. Lakin, bu kəşf öz layiqli qiymətini yalnız 100 ildən sonra ala bildi.
• Biokimya elminin 3-cü dövrü XIX əsrin ikinci yarısına təsadüf edir ki, bu dövrdə biokimya müstəqil bir elm kimi fiziologiyadan ayrılır və bu da biokimyəvi tədqiqatların sayı və dərinliyinin artması ilə əlaqədardır. İnsanın gündəlik tələbatında istifadə olunan, əvvəllər canlı orqanizmlərdən alınan bir çox maddələr bu dövrdə artıq təkcə laboratoriyalarda yox, sənaye üsulu ilə də istehsal olunmağa başladı.
Məşhur biokimyaçı alim A.Y.Danilevskinin tədqiqatları bu dövrə aid edilə bilər. Zülalların quruluşunu tədqiq edərək o, bir sıra nəzəriyyələrin əsasını qoymuşdur ki, bunlar da sonradan zülalların quruluşunun polipeptid nəzəriyyəsinin əsasını təşkil etmişdir. O, zülal tipli maddələrin fermentativ sintezini həyata keçirmişdir. Fermentlərin adsorbsiya və desorbsiya yolu ilə parçalanması və təmizlənməsinin orijinal metodunu kəşf etmişdir.
XIX əsrin sonunda və XX əsrin əvvəllərində alman üzvi kimyaçısı və biokimyaçısı E.Fişer biokimya elminin inkişafına böyük təkan vermişdir. O, əsası A.Y.Danilevski tərəfındən qoyulmuş zülalların polipeptid nəzəriyyəsini inkişaf etdirmişdir. Fişer zülallara daxil olan, demək olar ki, bütün aminturşuların quruluşunu verərək onların xassələrini tədqiq etmişdir. XX əsrin 40-cı və 50-ci illərində biokimyəvi tədqiqatlarda fıziki, fıziki-kimyəvi və riyazi metodlardan geniş istifadə olunmuş, həyati proseslər (zülalların sintezi) molekul səviyyəsində öyrənilmişdir.
• D.Uotson və F.Krik DNT-nin qııruluşunun ikiqat spiralı haqqında məqalələri ilə yeni elmi istiqamətin - molekulyar biokimyanın əsasını qoydular ki, bu da biokimyanın inkişafının 4-cü dövrü adlana bilər.
Müasir zamanda biokimya elmi qarşısında insan cəmiyyəti üçün çox vacib olan mühüm problemlərin - «əsrin bəlası» olan xərçəng xəstəliyinin baş verməsi səbəblərinin öyrənilməsi, onun qarşısının alınması və müalicəsi üçün effektiv yolların tapılması, ürək-damar xəstəliklərinin profılaktikası və müalicəsi, insan ömrünün uzadılması və s. kimi məsələlərin həlli durur. Fundamental biokimyəvi tədqiqatlar bu problemlərin həllinin əsasını təşkil edir.
Azərbaycanda bioloji kimyanın inkişaf tarixi
Canlı orqanizmlərin tərkibinə daxil olan maddələrin kimyəvi təbiətini, onların toxumadaxili çevrilmələrini və həmin çevrilmələrin orqan və toxumaların fəaliyyəti ilə əlaqəsini öyrənən bioloji elm sahəsi olan biokimya (bioloji kimya) elminin bəzi istiqamətləri insanları qədim zamanlardan maraqlandırmışdır. Lakin bu elm sahəsi yalnız XVIII-XIX əsrlərdən etibarən ibtidai şəkildə inkişaf etməyə başlamış, XX əsrdə isə sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur.
XIX əsrin ortalarında biologiya və təbabət sahəsində aparılan tədqiqatların geniş vüsət alması sayəsində bitki və heyvan orqanizmlərinin kimyəvi tərkibinə, orqan və toxumalarda baş verən proseslərə dair geniş məlumatlar əldə edilmişdi və artıq həmin məlumatların sistemləşdirilməsinə böyük ehtiyac yaranmışdı. 1842-ci ildə bioloji (fizioloji) kimya problemlərini özündə əks etdirən ilk dərsliyin (J.E.Simon “Handbuch der angewandten medizinishen Chemie”) çap edilməsi yeni bir elm sahəsinin əsasının qoyulması baxımından əlamətdar olmaqla bərabər, «bioloji (fizioloji) kimya» termininin meydana çıxmasına da başlanğıc vermişdir. XIX əsrin II yarısında müxtəlif xarici ölkələrdə bioloji kimya problemlərini özündə əks etdirən dövri jurnalların nəşrinə başlanılmış və bir sıra universitetlərdə bu elmin tədrisi ilə məşğul olan bioloji (tibbi) kimya kafedralarının əsası qoyulmuşdur.
Azərbaycanda bioloji kimya elminin inkişafı ali təhsil sisteminin tarixi ilə bağlıdır. Ölkəmizin ilk təhsil müəssisəsi olan və 1919-cu ildə təsis edilən Bakı Dövlət Universitetinin fəaliyyətinin ilk illəri ərzində burada bioloji kimya fənninin tədrisi ilə digər kafedraların müəllimləri məşğul olurdu və bu dövrə qədər Azərbaycanda biokimyəvi tədqiqat aparılmırdı. 1921-ci ildə əvvəllər Zaqafqaziya Universitetinin (Tbilisi) tibbi kimya və farmakologiya kafedrasına rəhbərlik etmiş rus alimi M.D.Malenyuk (1868-1932) Bakıya köçərək, burada BDU-nun 2 kafedrasına – ümumi gigiyena və fizioloji kimya kafedralarına – rəhbərlik etməyə başladı. Lakin biokimya elminə qəlbən bağlı olan V.D.Malenyuk 1926-cı ildə ümumi gigiyena kafedrasının rəhbərliyindən öz arzusu ilə imtina edərək, ömrünün sonuna qədər əmək fəaliyyətini bioloji kimya kafedrasında davam etdirmişdir. Bu illər ərzində bioloji kimya kafedrası tibb fakültəsinin nəzdində olduğuna görə, burada aparılan tədqiqat işləri də tibbi biokimya problemlərini əhatə edirdi.
1930-cu ildə Bakı Dövlət Universiteti tibb fakültəsinin bazası əsasında Azərbaycan Tibb İnstitutu təşkil edildikdən sonra bioloji kimya kafedrası bu institutun nəzdində fəaliyyət göstərmişdir. 1932-1937-ci illər ərzində ATİ-nin (indiki Azərbaycan Tibb Universitetinin) biokimya kafedrasına H.İ.Səfərov rəhbərlik etmişdir. O, kafedranın əməkdaşları ilə birlikdə insan və heyvan biokimyası (xüsusən mineral maddələr mübadiləsi) sahəsində tədqiqat aparmışdır. Sonralar H.İ.Səfərov Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (indiki Gəncə Dövlət Kənd Təsərrüfatı Akademiyası) bioloji kimya kafedrası təşkil etmiş və ömrünün axırına qədər (1964) həmin institutda elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
1937-ci ildə ATİ-nin bioloji kimya kafedrasının rəhbərliyi A.S.Həsənova (1900-1972) həvalə edilmişdir. Respublikada insan biokimyasının və tibbi-biokimyanın sonrakı inkişafı məhz A.S.Həsənovun adı ilə bağlı olmuşdur. 1937-1972-ci illərdə kafedraya rəhbərlik edən A.S.Həsənov buradakı fədakar əməyinə görə, əməkdar həkim (1942), əməkdar elmi xadimi (1943) kimi fəxri adlara layiq görülmüş, 1962-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdir. Onun öz əməkdaşları ilə birlikdə apardığı elmi-tədqiqat işlərinin əsasını vitaminlərin maddələr mübadiləsindəki rolunun öyrənilməsi, respublikanın kurort amillərinin (o cümlədən “İstisu”mineral suyunun və Naftalan neftinin) müalicəvi təsirinin tədqiqi, A vitamininin provitamini olan karotinin təklikdə və Naftalan nefti ilə kompleks şəkildə tətbiqi zamanı bir sıra patoloji proseslərin sağalma mexanizmlərinin araşdırılması təşkil etmişdir.
A.S.Həsənovun elmi məktəbinin yetirmələri olan A.Z.Babayev, Y.Babayev, H.M.Əliyev, N.A.Rzayev, S.B.Tağızadə, A.M.Əfəndiyev, F.Q.İslamzadə və digər alimlər sonralar öz elmi məktəblərini yaratmış, öz uğurlu elmi fəaliyyətləri ilə Azərbaycan elminə şərəf gətirmişlər. Bunlardan A.Z.Babayev toksikoloji kimya problemləri üzrə tədqiqat aparmış və 1972-1986-cı illərdə ATU-nun eyniadlı kafedrasına rəhbərlik etmişdir. Y. Babayev Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunda, bir sıra antropozoonoz infeksion xəstəliklər zamanı insan və heyvan orqanizmlərində törənən biokimyəvi dəyişiklikləri tədqiq etmişdir. H.M.Əliyev əczaçılıq kimyası problemləri üzrə tədqiqat aparmışdır və hal-hazırda ATU-nun eyniadlı kafedrasına rəhbərlik edir. S.B.Tağızadə (1929-1998) elmi fəaliyyətini onkoloji xəstələrdə karbohidrat mübadiləsinin tədqiqinə sərf etmişdir. N.A.Rzayev (1927-1981) zülal mübadiləsi, qanın və limfanın bioloji kimyası, gerontologiya və geriatriyanın biokimyəvi aspektləri üzrə bir sıra əsaslı elmi-tədqiqat işlərinin müəllifidir. O, A.S.Həsənovun vəfatından sonra – 1973-1981-ci illərdə ATİ-nin bioloji kimya kafedrasına rəhbərlik etmişdir. Kafedranın əməkdaşları N.A. Rzayevin rəhbərliyi altında maddələr mübadiləsinin orqanizmin yaşı ilə əlaqədar olan dəyişikliklərin tədqiqi ilə məşğul olmuşlar.
Son onilliklər ərzində ATU-nun bioloji kimya kafedrasına A.M.Əfəndiyev rəhbərlik edir. Bu kafedrada və onunla yanaşı fəaliyyət göstərən “Hüceyrə patologiyasının biokimyası” Problem Elmi-Tədqiqat Laboratoriyasına prostaqlandinlərin metabolizm xüsusiyyətləri, lipidlərin peroksid oksidləşməsi və hüceyrələrin təbii antioksidant sisteminin vəziyyəti, hemoqlobinopatiyalı xəstələrdə biokimyəvi dəyişikliklər və immun sistemin vəziyyəti, ürək əzələsinin hipertrofiyası zamanı kardiomiositlərdə baş verən biokimyəvi dəyişikliklər kimi elmi problemlər üzrə tədqiqat işləri aparılır.
XX əsrin ikinci yarısında Azərbaycanda elmi-tədqiqat institutları şəbəkəsinin genişlənməsi bioloji kimya elminin inkişafında da öz əksini tapmışdır. Hazırda respublikamızın müxtəlif elmi-tədqiqat institutlarında, Bakı Dövlət Universitetində, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında, Azərbaycan Bədən Tərbiyəsi Akademiyasında, Azərbaycan Pedaqoji Universitetində bioloji kimyanın müxtəlif elmi istiqamətləri üzrə tədqiqat işləri aparılır.
Respublikamızdı bitki biokimyası və fiziologiyası sahəsində təməli elmi-tədqiqat işlərinin aparılmasında və bu sahədə ixtisaslı kadrlar yetişdirilməsində Azərbaycan Respublikası MEA-nın akademiki S.Ə.Əliyevin əvəzsiz xidməti vardır. Elmi-Tədqiqat Botanika İnstitutunda çalışan akademik S.Ə.Əliyevin bu sahədə apardığı tədqiqat işləri sayəsində respublikamızın təbii şəraitinə uyğunlaşdırılmış yüksək məhsuldarlıqlı buğda və digər kənd təsərrüfatı bitkiləri əldə edilmişdir.
Hazırda Bakı Dövlət Universitetinin bioloji kimya kafedrasında prof. A.Ə.Quliyevin rəhbərliyi altında texniki biokimya problemləri üzrə tədqiqat aparılır – uzun müddət saxlanılan kənd təsərrüfatı məhsullarının mühafizə edilməsinin biokimyəvi prinsipləri öyrənilir.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ET Heyvandarlıq İnstitutunun bioloji kimya laboratoriyasında müxtəlif kənd təsərrüfatı heyvanlarında geniş yayılmış xəstəliklərin biokimyəvi əsasları tədqiq edilir. Azərbaycan Bədən Tərbiyəsi Akademiyasının idman biokimyası kafedrasında funksional biokimya üzrə tədqiqat aparılır.
Azərbaycan Respublikası MEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun nəzdində olan mərkəzi sinir sisteminin biologiyası laboratoriyasında akademiyanın müxbir üzvü, prof. T.M. Ağayevin rəhbərliyi altında beyində maddələr mübadiləsinin xüsusiyyətləri tədqiq edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müxtəlif elmi-tədqiqat institutlarının müvafiq laboratoriyalarında - M.A.Topçubaşov adına Klinik ET İnstitutunda, Respublika Onkoloji Elmi Mərkəzində, ET Mamalıq və Ginekologiya İnstitutunda və s., həmçinin ATU-nun Elmi-Tədqiqat Mərkəzində klinik biokimya üzrə tədqiqatlar aparılır.
Azərbaycan biokimyaçılarının elmi-tədqiqat işlərinin əlaqələndirilməsində 1959-cu ildə təşkil edilmiş Azərbaycan Biokimyaçılar Cəmiyyətinin böyük rolu olmuşdur. Bu cəmiyyətə 1959-1972-ci illərdə Azərbaycan SSR EA-nın müxbir üzvü, prof.A.S.Həsənov, 1972-1981-ci illərdə respublikanın əməkdar elmi xadimi, prof. N.A.Rzayev, 1982-1998-ci illərdə Azərbaycan Respublikası MEA-nın müxbir üzvü T.M.Ağayev rəhbərlik etmişdir. 1998-ci ildə Azərbaycan Biokimyaçılar Cəmiyyətinin bazası əsasında Respublika Biokimyaçılar və Molekulyar Bioloqlar Cəmiyyəti təşkil edilmiş və bu cəmiyyətin prezidenti vəzifəsinə, akademik S.Ə. Əliyev seçilmişdir: cəmiyyət 1999-cu ildə Avropa Biokimyaçılar Cəmiyyətləri Federasiyasının üzvlüyünə qəbul edilmişdir. Federasiyanın nəzdində bioloji kimyanın tədrisi komissiyası təşkil edilmişdir. Bu komissiyaya üzv seçilmiş 8 nəfər biokimya mütəxəssisi arasında Azərbaycan Respublikasının nümayəndəsi də vardır (prof. A.M.Əfəndiyev). O, adı çəkilən komissiyada MDB ölkələrinin yeganə təmsilçisidir.

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...