Eldar Zeynalov
Zeynalov Eldar Bahadur oğlu (08.10.1948, Bakı), Kimya elmləri doktoru
Həyatı
Eldar Bahadur oğlu 8 oktyabr 1948-ci ildə Bakı şəhərində doğulub. Azərbaycan Dövlət Universitetini bitirib. Kimyaçıdir.Baş elmi işçidir.
Əsas elmi nailiyyətləri
Bir sıra polimerlərin oksidləşmə reaksiyalarının kinetik parametrləri, o cümlədən sürət sabitləri təyin edilmişdir. Elastomerlərin sırasının kimyəvi modifikasiyasının kinetikası tədqiq edilmişdir. Antioksidantların potensial aktivlik dərəcəsinin qiymətləndirilməsi məqsədi ilə karbohidrogenlər sırasının (kumol, etilbenzol, stirol) model oksidləşmə reaksiyaları işlənilib yaradılmışdır.İlk dəfə olaraq polimerlər üçün tətbiq olunan bəzi fərdi stabilizatorların, eləcə də mürəkkəb kompozisiyaların - neft və neft fraksiyalarının, polimer kompozisiyaların, mineral və bitki yağlarının, yeyinti məhsulları və dərman preparatlarının tərkibində olan təbii antioksidantların fəallığı təyin edilmişdir. Yatağın coğrafi yerləşməsi, suxurların dərinliyi və yaşına görə fərqlənən müxtəlif Azərbaycan neftlərinin inhibitor aktivliyinin kartotekası tərtib edilmişdir.
Polimer materialları additivlərinin qarşılıqlı təsirinin təyininə yeni yanaşmalar yaradılmışdır. Fulleren C60 tərkibli yeni sinergetik qarışıqlar tədqiq olunub, karbon zəncirli polimerlərin stabilləşdirilməsi üçün tövsiyə edilmişdir.
Doymuş karbohidrogenlərin aerobik oksidləşmə reaksiyalarında fulleren C60-ın katalitik aktivliyi müəyyən edilmiş və bunun əsasında karbon turşularının yeni sintez üsulu təklif edilmişdir.
Əsərləri
• Э.Б.Зейналов. Природные ингибиторы азербайджанских нефтей. Баку, "Элм", 1988 г., 124 с.
• Э.Б.Зейналов, О.А.Васнецова. Кинетический скрининг ингибиторов радикальных реакций. Баку, "Элм", 1993 г., 228 с.
• Б.К.Зейналов, Э.Б.Зейналов. Экологические и социальные аспекты использования вторичных сырьевых ресурсов. Баку, "Элм", 1997-г., 156 с.
• E.B.Zeinalov, G.Kobmehl, R.R.K.Kimwomi. Synthesis and reactivity of antioxidants based on vernolic acid and 3-(3,5-di-tret-butyl-4-hydroxyphenyl) propionic acid. Die Angewandte Makromolekulare Chemie 260, 77-81 (1998).
• E.B.Zeinalov, H.F.Schroeder, H.Bahr. Determination of Phenolic Antioxidant Stabilizers in PP and HDPE by Means of an Oxidative Model Reaction, paper 3: In Proceedings of the 6th International Plastics Additivies and Modifiers Conference - Addcon World 2000? Basel (October 2000).
• E.B.Zeinalov, G.Kobmehl. Kinetic analytical method for determination of age of natural crude oils. Erdöl Erdgas Kohle 6, 309-312 (2001).
• E.B.Zeinalov, G.Kobmehl. Fullerene C60 as an antioxidant for polymers. Polymer Degradation and Stability. 71(2), 197-202 (2001).
R.R.K.Kimwomi, G.Kobmehl, E.B.Zeinalov, P.M. Gitu & B.P.Bhatt. Polymeric antioxidants from vernonia oil. Macromolecular Chemistry and Physics 202(13), 2790-2796 (2001).
• H.F.Schroeder, E.B.Zeynalov, H.Bahr & Th.Rybak. Analysing the Content of Antioxidants in PP Materials. Polymers & Polymer Composites 10, No.1 (2002).
• E.B.Zeynalov, M.Ya.Magerramova, N.Ya.Ishenko. Fullerenes C60/C70 and C70 as antioxidants for polyatyrene. Iranian Polymer Journal. 13 (2), 2004.
• E.B.Zeynalov / Е.Б.Зейналов. "Füllerenlər: alınma üsulları. / mayelərdə həllolma məsələləri // Фуллерены: способы получения / вопросы растворимости в жидкостях." Bakı, "Elm" 2004, 96 v/c.