CÜMƏ, 2024-04-19, 4:15 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ CABİR İBN HƏYYAN - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » KİMYA » CABİR İBN HƏYYAN (CABİR İBN HƏYYAN)
CABİR İBN HƏYYAN
Nariman_QahramanliTARİX: BAZAR ERTƏSİ, 2010-08-30, 8:37 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Cabir ibn Həyyan

Əbu Abdulla Cabir ibn Həyyan əd-Əzdi əs-Sufi (ərəbcə جابر بن حيان}} Tus, 721, — Kufə, 815) - tanınmış ərəb əlkimyaçısı, həkimi, əczaçısı, riyaziyyatçısı və astronomu. Əslən Yəməndən olan əczaçı Həyyan əd-Əzdinin ailəsində dünyaya gəlib. Orta əsrlər Avropasında Geber adı ilə tanınıb.

Həyatı
İbn Həyyan ilk dəfə kimyada (əlkimyada) eksperimental metodları tətbiq etmiş və müasir kimya elmində indi də geniş şəkildə istifadə olunan bir sıra mühüm kimyəvi proseslərı kəşf etmişdir. Bunlardan xlorid və nitrat turşularının sintezini, kimyəvi məhlulların distillə edilməsi və kristallizasiya kimi kimyəvi prosesləri misal göstərmək olar. Onun əsərlərinin orijinalı olduqca mürəkkəb və anlaşılmaz qaydada yazılmışdır və çox ehtimal ki şifrələnmişdir. Bu şifrələri açmaq isə müasir günümüzə qədər mümkün olmamışdır. İlk baxışdan İbn Həyyanın əsərləri kimyəvi maddələrin ərəbcə adlarından ibarət düşünülmüş, mürəkkəb kimyəvi numeraloji sistemə əsaslanır. Bundan əlavə ibn Həyyan təkvin- laboratoriya şəraitində canlıların süni yolla yaradılması kimi yüksək, mütərəqqi, o dövr üçün ağlasığmaz ideyanı da irəli sürmüş və üzərində çalışmışdır.
Cabir ibn Həyyanın bir alim kimi formalaşmasında müəllimi Cəfər əl-Sadiqin misilsiz rolu olmuşdur. Onda kimyaya olan sonsuz marağı başlıca olaraq məhz Cəfər əl-Sadiq oyatmışdır.

Elmi əsərləri
Cabir ibn Həyyanın elmi əsərlərini dörd kateqoriyaya bölmək olar:
• 112 Kitab - xəlifə Harun ər-Rəşidin vəzirlərinə ithaf olunmuşdur. Bu qrup əsərlərinə "Zümrüd lövhə" əsəri aiddir. Bu əsər orta əsrlərdə latın dilinə tərcümə edilmiş (Tabula Smaragdina) və Avropa əlkimyaçılarının masaüstü kitabına çevrilmişdir.
• Yetmiş Kitab - bu kateqoriyaya daxil olan əsərlərinin əksəriyyəti latın dilinə tərcümə olunmuşdur. Buraya "Kitab əl-Zöhrə" (Zöhrə ulduzuna dair kitab) və "Kitab əl-Əhcər" (Daşlar haqqında kitab) əsərləri daxildir.
• Kimyəvi distilləyə dair on kitab - bu əsərində antik yunan "əlkimyaçıları" - Pifaqor, Sokrat, Platon, Aristotel haqqında məlumat verir.
• Tarazlığa dair kitablar - bu qrupa ən məşhur əsəri - "Təbiətdə kimyəvi tarazlıq nəzəriyyəsi" daxildir.

 
FORUM » ELM VƏ TƏHSİL » KİMYA » CABİR İBN HƏYYAN (CABİR İBN HƏYYAN)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...