BAZAR ERTƏSİ, 2024-12-30, 9:15 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ KİMYA - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
KİMYA
Nariman_QahramanliTARİX: BAZAR ERTƏSİ, 2010-08-30, 8:20 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Kimya

Kimyanın əsas anlayışları

Kimya təbiət elmlərindəndir. Təbiəti öyrənən digər elmlər də var. Həmin elmlərin ümumi adı təbiətşünaslıqdır. Fizika, kimya, biologiya, fiziki coğrafiya, astronomiya və s. təbiət elmləridir.
Kimyanın tədqiqat obyekti maddələr - atom və molekullardır. Bunlar kimyəvi hissəciklər adlanırlar. Onların ölçüsü 10-10 – 10-6 metr arasında olur. Bundan kiçik ölçülü hissəcikləri fizika öyrənir. Həmin hissəciklər mikrohissəciklər adlanır. Ölçüsü iri olan hissəciklərdə baş verən prosesləri də fizika öyrənir.
Adı kimyəvi üsullarla daha bəsit maddələrə ayırmanın mümkün olmadığı təbii və süni maddələr. Kimyəvi elementlər bir biri ilə birləşərək bizi əhatə edən aləmin bütün mürəkkəb maddələrini əmələ gətirir. Hər kimyəvi element, nüvəsində eyni sayda elektrik yükü və atom örtüyündə eyni sayda elektron olan atomlardan yaranmışdır. Atomların nüvəsi sayca həmin elementin atom nömrəsinə bərabər protondan və müxtəlif sayda neytrondan ibarətdir. Eyni elementin kütlə ədədləri müxtəlif olan növlərinə izotop deyilir. Kimyəvi elementlərin çoxunun təbiətdə iki və ya daha artıq izotopu var. 81 elementin 276 sabit və 1500-ə yaxın radioaktiv izotopu məlumdur. Yer üzərində təbii elementlərin izotop tərkibi, adətən, sabit olduğundan hər elementin atom kütləsi, demək olar ki, daim sabit qalır və elementin ən mühüm xarakteristikalarından biridir.
Hələlik elmə məlum olan Kimyəvi elementlərin sayı 117-dir (2008). Onların əksəriyyəti radioaktiv deyil və təbiətdə mövcud olan bütün bəsit və mürəkkəb maddələri əmələ gətirir. Bəsit maddə - elementin sərbəst haldakı formasıdır.

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...