ÇƏRŞƏNBƏ AXŞAMI, 2024-12-03, 10:46 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ XX ƏSRİN ƏN DƏHŞƏTLİ ZƏLZƏLƏLƏRİ - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
XX ƏSRİN ƏN DƏHŞƏTLİ ZƏLZƏLƏLƏRİ
Nariman_QahramanliTARİX: BAZAR, 2010-10-17, 8:03 AM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
XX əsrdə baş verən zəlzələ qurbanlarının ümumi sayı, təxminən 3 milyon nəfərdir. Belə ki, bu rəqəm XIX əsrdən 3 dəfə artıqdır. Bu isə orta hesabla hər gün Rixter şkalası ilə 7 bal gücündə 18 zəlzələ deməkdir.
XX əsrin ilk dağıdıcı zəlzələsi 1902-ci il aprel ayının 18-də Qvatemalada olmuşdur. Bu zaman 12.000-dək adam həlak olmuşdur.
1908-ci il dekabrın 28-də Siciliya adasında (İtaliya) Messina şəhərində zəlzələ ilə birlikdə qasırğa baş vermişdir. Bu təbii fəlakətdə 82.000 insan həlak olmuşdur.
13 yanvar 1915-ci ildə İtaliyanın Avetsano şəhərində baş verən təbii fəlakət isə, 30.000 insanın həyatında son qoymuşdur.
1923-cü ilin sentyabrında üç gün dalbadal Yaponiyanın Tokio və İokohamo şəhərlərində baş verən zəlzələlər 143.000 insanın ölümünə, 200.000 insanın yaralanmasına səbəb olmuşdur.
1935-ci ilin may ayının axırlarında Pakistanın Kvette şəhərində baş verən zəlzələdə 30.000 adam həlak olmuşdur.
1948-ci ildə oktyabr ayının 6-da Aşxabad şəhərində (Türkmənistan) 176.000 insan zəlzələnin qurbanı olmuşdur. Bu şəhər əhalisinin 80%-nə bərabər idi.
1960-ci ildə Mərarkeşin Aqadir şəhərindəki zəlzələ isə 12.000 insanın ölümünə səbəb olmuşdur.
Yenə 1960-cı ildə, may ayında, Lebu şəhərində (Çili) zəlzələ ilə birlikdə baş verən qasırğa və vulkan püskürməsi nəticəsində 10.000-dək insan həlak olmuşdur.
Fəlakətli zəlzələrdən biri də 1962-ci ildə, sentyabr ayının 1-də İranın Qəzvin şəhərində olmuşdur.Bu təbii fəlakətdə 12.000 insan həyatını itirmişdir.
1968-ci ilin avqustunda İranda, Xorasan şəhərində yenə zəlzələ olmuş və bu dəfə də 12.000 insan həlak olmuşdur.
1970-ci ildə,yanvarın 7-də Çinin Yunnan əyalətində, Rixter şkalası ilə 7,7 bal gücündə baş verən zəlzələ, 16.000 insanın həyatına son qoymuşdur.
Yenə 1970-ci ildə ilin mayında Uruqvay və Peruda baş verən, 7,8 bal gücündəki zəlzələdə, 50.000 insan həlak oldu.
11 may 1974-cü ildə, dəhşətli zəlzələlərin birinin episentri yene Çinin Yunnan əyalətinə qeydə alındı. Bu hadisə 20.000 insanın ölümünə səbəb oldu.
1976-cı ildə, fevral ayının 4-də Qvatemalada 23.000 insanın ölümü və 70.000 insanın yaralanması ilə nəticələnən daha bir zəlzələ baş verdi.
1976-cı il iyulun 28-də Tyanşanda (Çin), XX əsrin ən dəhşətli zəlzələsi baş vermişdir. Ölənlərin sayı hələ də dəqiqləşdirilməyən bu təbii fəlakətdə, təxminən 240.000 - 265.000 nəfər ölmüş, 780.000 nəfər yaralanmışdır.
1978-ci ilin 15 sentyabrında İranın Təbəsə şəhərində, Rixter şkalası ilə 7,7 bal gücündə baş verən zəlzələdə 26.000 adam həlak olmuşdur.
1988-ci ildə dekabrin 7-də Ermənistanın Spitak şəhərində baş verən zəlzələdə 25.000 insan ölmüşdür.
21 iyun, 1990-cı ildə İranda 50.000 insanın ölümü və 200.000 insanın yaralanması ilə nəticələnən daha bir zəlzələ baş vermişdir.
1993-cü ilin sentyabrında Hindistanın qərbində - Laturda, Rixter şkalası ilə 6,4 bal gücündəki zəlzələdə 35.000 insan həlak olmuşdur.
1995-ci mayın 28-də Saxalin adasında ( Rusiya Fedarasiyası) baş verən zəlzələ, 2.000 insanın ölümünə səbəb olmuşdur. Zəlzələnin episentri olan, Nefteqorsk şəhəri tamamilə dağilmışdır. Bu şəhərdə zəlzələnin gücü 9 bala çatmışdır.
1999-u ilin 17 avqustunda, Türkiyədə, mərkəzi İzmit şəhəri olmaqla, Rixter şkalası ilə, 7,8 bal gücündəki zəlzələ, 17.000 insanın həyatına son qoymuşdur.
2001-ci ilin, yanvar ayının 26-da, yenə dəhşətli zəlzələrdən biri müşahidə edilmişdir. Bu təkanlar, episentri Hindistanın Qucarat ştatında olmaqla, bütün ölkədə, Pakistan və Nepalda da hiss olunmuşdur. İnsan təlafatı haqqında dəqiq məlumat olmasa da, müxtəlif mənbələrə əsasən bu rəqəm, 30.000 – 100.000 arası təşkil edir.
 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...