CÜMƏ AXŞAMI, 2024-04-18, 3:33 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ MÜQƏDDƏS YELENA ADASI - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » COĞRAFİYA » MÜQƏDDƏS YELENA ADASI
MÜQƏDDƏS YELENA ADASI
Nariman_QahramanliTARİX: ÇƏRŞƏNBƏ, 2010-09-29, 9:09 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Müqəddəs Yelena adası

Müqəddəs Yelena adası (ing.Saint Helena) Atlantik okeannında Afrika qitəsindən 2800 km qərbdə yerləşmiş Böyük Britaniyaya məxsus adadır. Adanın Napoleon Bonapart sürgündə olan zaman yaşadığı iki ev və dəfn olunmuş kiçik bir ərazisi Fransaya aiddir.[1]. Müqəddəs Yelena adası ətrafındakı digər Merac adası (ing. Ascension Island), Tristan da Kun (ing. Tristan da Cunha )arxipelaqına daxil olan (ing. Inaccessible Island), (ing. Nightingale Island), Bülbül adaları kimi Böyük Britaniyanin Dənizaşırı ərazisinə daxildir. Süveyş kanalı tikilənə qədər bu adalar Hind okeanına üzən gəmilər üçün strateji əhəmiyyət daşımışlar. Azsaylı əhalisi Böyük Britaniyaya loyal olaraq qalmaqdadır. İqtisadiyatı zəif olan bu ada Londondan tam asılı vəziyyətdədir.

Coğrafiyası
Vulkanik mənşəyli Müqəddəs Yelena adası Afrikadan (Anqola) 1868 km, Cənubu Amerikadan (Braziliya) isə 3290 km aralıda yerləşmişdir. Adadnın 1 km radiusunda çoxlu xırda adacıqlar yerləşmişdir. Ada 121,7 km² sahəyə, iki 823 m Diana və digər adsız 500 m-lik zirvələrə malikdir. Mülayim okean iqliminə malikdir. ildə 1000 mm yağıntı düşür. Ceymstaunda isə illik yağıntı cəmi 140 mm təşkil edir. Florasını əsasən evkalipt, sərv ağacları və bir çox kol və müxtəlif çəmən bitkiləri təşkil edir.

Əhalisi
7543 nəfər əhaliyə malikdir. Etnik tərkibi ingilis, holland, portuqal, hindu, afrikan və çin mənşəlilərindən ibarətdir

İdarəetmə üsulu və inzibati bölgüsü
Böyük Britaniyanın tabesində olduğundan ada qubernatorluq üsulu ilə idarə olunur və qubernator qanunverici və icraedici şuralara rəhbərlik edir. Bölgüyə görə bir əsas (Müqəddəs Yelena adası) və iki (Merac adası və Trista da Kun arxipelaqı) ondan asılı inzibati ərazilərindən ibarətdir. İnzibati mərkəzi Ceymstaun şəhəridir. Digər şəhərlərə Corcstaun (Merac adası), Trista da Kunda yerləşən Yeddi dənizin Enenburqu (ing. Edinburgh of the Seven Seas) aiddirlər. Müqəddəs Yelena adası siyasi və hərbi baxımdan Böyük Britaniyadan tam asılı olsa da iqtisadiyatı qismən özünüidarəetməyə malikdir.

Tarixi
Müqəddəs Yelena adası portuqliyalı naviqator Jan da Nova tərəfindən Hindistan səfərindən evə qaıdarkən 21 may 1502 ci ildə "Müqəddəs Yelena" günündə kəşf edilmişdir. 1506 cı ildə isə portuqaliyalı dənizci Tristan da Kun tərəfindən eyni adlı adalar kəşf edilmişdir. Bu adalar kəşf edilərkən sakinsiz olmuşlar. Sonralalar portuqliyalı dənizçilər adaya ev heyvanları, meyvə ağacları, tərəvəz bitkiləri gətirmiş, kilsə və bir neçə ev tiksələr də tam məskunlaşa bilməmişlər. 1613 cü ildə burada portuqaliyalılar hollandlara məxsusn qızıl və daş-qaş aparan yük gəmisini batırtmışlar. İngiltərə Hollandiya üzərində qələbə çaldıqdan sonra adaya sahib olur və 1659 cu ildən Müqəddəs Yelena adası Hindistana gedən gəmilərin su və ərzaq təminat məntəqəsinə eyni zamanda hərbi bazaya cevrilmiş olur. 1815 ci ildə adaya Napoleon Bonapart sürgün edilmiş və o 1821 ci ildə Lonqvudda öz evində vəfat etmişdir. Süveyş kanalının açılmasından sonra adanın strateji əhəmiyyəti azalmışdır. 1942 ci ildən ABŞ-ın hərbi-hava qüvvələrinin bazası Merac adasında yerləşmişdir.

Təsərrüfatı
Büdcəsinin 70 %-i Böyük Britaniya maliyə yardımından asılıdır. Yerli əhalinin məşğulluğu balıqçılıq, maldarlıq və kustar sənətkarlıqdan ibarətdir. İş yeri çox az olduğundan əhalinin 25 %-i qonşu adalara və Böyük Britaniyada çalışmaqdadır. Adada qəhvə, dənli bitkilər, tərəvəzlər əkilir. Əsas ixracat məhsulu kətan bitkisi sayılır. 1960 ci ildə hava limanı tikilməsi ideyası ortaya atılsa da bu günə kimi həyata keçirilməmişdir. Hava limanının 2010 cu ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.[2]. Hal hazırda adanın hava əlaqəsi hərbi təyyarələrlə həyata keçirilir. Kral poçt xidməti ada ilə əlaqəsini "Müqəddəs Yelena" gəmisi vasitəsilə həyata keçirir.

 
FORUM » ELM VƏ TƏHSİL » COĞRAFİYA » MÜQƏDDƏS YELENA ADASI
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...