ÇƏRŞƏNBƏ AXŞAMI, 2024-12-03, 11:02 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ SİDNEY ŞƏHƏRİ - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
SİDNEY ŞƏHƏRİ
Nariman_QahramanliTARİX: ÇƏRŞƏNBƏ, 2010-09-29, 8:51 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Sidney

Sidney - Avstraliyada şəhər

Tarixi
Şəhərin əsası 1788-ci ildə Port-Cekson körfəzinin sahilində (avropalıların Avstraliyada ilk məskunlaşması) qoyulub və o qədər də çox olmayan 200 il ərzində balaca katorqa qəsəbəsindən iri çox müassir (Moskvada 4 milyon adamın məskunlaşması ərəfəsindən 4 dəfə çox), öz tarixinin abidələrini ehmalla qoruyan şəhərə çevrildi.

Görməli yerlər
Sitinin göydələnləri ilə Roks və Kinq-Kross rayonunun qədimi binaları arasındakı nadir ziddiyyət vardır: Yorks və Elizabet rayonlarındakı suvenir dükanları, Çaynataun və Liverpul küçəsinin Asiya dövlətlərinə oxşar kvartalları, geniş, yaşıl park və bulvar sahələri, Kronos-Hillin olimpik tikilişli supermüassir binaları, Xoumbuş rayonunda Sidni Super ev və Olimpik stadion, əzəmətli (və dünyada ən böyük) Sidni-Harbor buxtaları və onun üzərindən daşınmış nadir, uzunluğu 503 metr olan dirəksiz Harbor-Bric körpüsü. Nahar vaxtı Sidney Qülləsində 305 m. hündürlükdə nəinki şəhər planın çəkilməsi ilə tanış olmaq olar, həmçinin, Avstraliya və Asiya mətbəxinin əksəriyyət hissəsinin və ekzotik dəniz məhsulları, kenquru və emunun dadına baxmaq olar. Oksford-stritdə çoxlu bar və restoranlar, Darlinq-Harbor rayonunda yüzlərcə qalereya, bar, mehmanxana və restoranlar, Corc-strit və Market-stritdə isə şəhərin ən yaxşı ticarət mərkəzləri cəmlənib.
Elə burdaca şəhər hüdudlarında Bodni (ölkədə ən məşhur çimərlik, onun qızılı qumu neçə kilometrlərlə uzanır) və Menlinin ən dəbdəbəli çimərliklərində qaralmaq olar, dünyada ən böyük akvariumlardan biri olan, 1916-cı ildə ilk dəfə dünyada təbii şəraitdə - açıq volyerlərdə canlıları saxlamağa başlayan Darlinq-Harbordakı Sidney Akvariumuna, eləcə də Sidneyin simvolu olan məşhur Operanı və ya hələ şəhərin birinci qubernatoru tərəfindən qayada yonulmuş baxış meydançası “Xanım Makquayrın Kreslosu” na baş çəkmək olar. Bütün günü nəhəng ticarət kompleksi “Şahzadə Viktoriyanın Evi”ndə, və ya bütün dünyadan toplanmış çoxlu gül kolleksiyalarından ibarət gözəl Şahzadə Botanika bağında keçirmək olar.
Şəhərdə maraqlı, mədəni obyektlərin sayı – məşhur Sidney Tarix və Avstraliya antropologiyası Muzeyi, Hərbi-xatirə rəssamlıq qalereyası, Milli Dəniz Muzeyi (həqiqətən maraqlı yerdir- burda dəniz və üzgüçülük vasitələri haqqında - yerli əhalinin qayıqlarından linkor və serfinq üçün lövhəciklərə qədər hər şey toplanıb), Yeni Cənubi Uelsin Rəssamlıq qalereyası, tətbiqi elmlər və incəsənət Muzeyi, dünyanın ən “cəsarətli” muzeyi- Müassir incəsənət Muzeyi, Nikolsun antik Muzeyi, Avstraliyanın və Qayd-Parkın ən Vəhşi Heyvanlarının Parkı.
Mütləq Vulumulu rayonunda sahilboyunu, opal fabrikini- burada heyranedici daşlar haqqında nəinki bilmək eləcə də, onların görkəmsiz dağ süxurlarından belə qiymətli daşlara çevrilmə prosesini də görə bilərsiniz (Avstraliya dünya miqyasında opalın 90% -i istehsal edir). Elə ordaca qara opaldan hazırlanmış müxtəlif cür zərgərlik bəzəkləri, mirvari və rəngli almazlar almaq olar.
Pertanın ətrafında Kalquri rayonunda dünyanın ən böyük qızıl və nikel yataqlarına, eləcə də dünyanın ən böyük almaz rayonu olan Kimberlinin mədənlərinə baxmaq çox maraqlıdır. Bu, böyük çaylar, heyranedici peyzaj, qeyi-adi təbiət və çox qədim bitki və canlılar vilayətidir. Deyilənə görə, Avstraliya üçün daha çox xarakterik olan peyzaja- qırmızı torpaq, qayalar, ağaclar və mavi səma məhz burada rast gəlinir.

Şəhərdə keçirilmiş beynəlxalq tədbirlər
• 2000 Yay Olimpiya Oyunları

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...