CÜMƏ, 2024-03-29, 4:26 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ HAVAY ADALARI - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » COĞRAFİYA » HAVAY ADALARI
HAVAY ADALARI
Nariman_QahramanliTARİX: ÇƏRŞƏNBƏ AXŞAMI, 2010-09-28, 2:22 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Havay adaları

Havay adaları (ing. Hawaiian Islands, həmçinin Sendviç adaları adı ilə tanınır) – 24 adadan və atolldan, eyni zamanda Sakit okeanın şimalında (19°-29° şimal enliklərində) yerləşən çox sayda xırda adacıqlardan ibarət arxipelaq. Vulkanik mənşəlidir. Arxipelaq öz adını ən böyük adası olan Havayinin adından almışdır.
Adaların böyük hissəsi ABŞ-ın 50-ci ştatını təşkil edir. Adalar 3600 km məsafəni əhatə edir. Havay, Kauai, Lanai, Maui, Molokay, Oahu adalarında il ərzində 50 milyon turist dincəlir. Adalarda rəsmi dil ingilis dilidir. Amma məişət dili olaraq yerli əhali daha çox havay dilindən istifadə edir. Dünyanın ən böyük istirahət mərkəzlərindən biri sayılan bu adalarda turistlərin daha çox diqqətini çəkən 4205 m hündürlüyü olan aktiv Mauna-Loa və Kilauea vulkanlarıdır. Adalar tropik siklonun təsiri altındadır və may ayından oktyabradək daha çox yağıntı müşahidə olunur. Amma günəşli saatlar bu yağışları hiss etdirmir. Ada dünyanın ən küləkli yerlərindən biri sayılsa da, havanın temperaturu yayda +24-31, qışda isə +18-21 dərəcə arası dəyişir. Adada pul vahidi ABŞ dollarıdır.

Turizm
Havay adalarının saysız-hesabsız çimərliklərində dincəlmək, günəşdə qaralmaq olar. Adalarda dincələnlərin istirahətini rəngarəng etmək üçün pullu çimərliklər də fəaliyyət göstərir. Havay adalarının ən yaxşı çimərlikləri Oahu adasında yerləşən Hannauma Bay Beach, Lanikai Beach, Kailua Beach Park, Maui adasında isə Kapalua Bay Beach, Kaanapali Beach, Kauaidə Poipu Beach və Böyük adada Hapuna və Mauna Kea Beach-dir. Tətil müddətində serfinqlə məşğul olmaq istəyənlərə xüsusi dərslər keçilir.

Oahu adası
Məhz bu adada Havayın paytaxtı Honolulu yerləşir. Oahu adası vulkan mənşəlidir. Uzunluğu 77 km, eni isə 48 km-dir. Amerika Birləşmiş Ştatlarının yeganə kral sarayı olan İolaniyə, kral Kamexamexa və kraliça Liliokarininin abidələri, senat, qubernator iqamətgahı burada yerləşir. Pörl-Harbor xatirə kompleksi də adanın ərazisindədir.

 
FORUM » ELM VƏ TƏHSİL » COĞRAFİYA » HAVAY ADALARI
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...