AZƏRBAYCANIN SU ANBARLARI
| |
Nariman_Qahramanli | TARİX: ÇƏRŞƏNBƏ AXŞAMI, 2010-09-28, 0:15 AM | Message # 1 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| Azərbaycan su anbarları Azərbaycanın su anbarları - Azərbaycan Respublikasında mövcud olan su anbarları nəzərdə tutulur. Çayların axımını tənzimləmək məqsədi ilə tikilmiş hər birinin həcmi 1 mln. m3-dən çox 61 su anbarı mövcuddur. Azərbaycanda su anbarlarının ümümi tam həcmi 21,5 km3 təşkil edir. Su anbarları həm çayın məcrasında (məcra su anbarları) həm də ondan kənarda (məcradan kənar su anbarları) yaradılıb. Su anbarlarının əksəriyyəti fəsillik nizamlanır və suvarma üçün istifadə olunurlar. Kür, Araz və Tərtər çaylarında yaradılmış su anbarları vəSES-lər – Şəmkir, Mingəçevir, Yenikənd, Varvara, Araz və Sərsəng kompleks təyinatlı su təsərrüfatı obyektləridir və energetika, suvarma, su təchizatı və s. üçün istifadə olunurlar. Respublikanın ən iri Mingəçevir su anbarı 1953-cü ildə istismara verilib, çoxillik tənzimləmə rejimində işləyir, Kür çayının axımı onun aşağı axınında tamamilə tənzimlənib və subasma hallarının qarşısı alınıb[1]. Su anbarlarının yaradılması su ehtiyatı və enerjisindən səmərəli istifadə üçün görülən əsas tədbirlərdəndir. Böyük su anbarları ("Mingəçevir", "Şəmkir", "Araz su qovşağı", "Sərsəng") kompleks əhəmiyyətə malik olduğu halda, digər su anbarlarının əksəriyyəti irriqasiya məqsədi ilə tikilmişdir. Respublikanın əsas su anbarları № Su anbarı Sahəsi, km² Həcmi, km³ 1. Mingəçevir su anbarı 605 15.73 2. Şəmkir su anbarı 116 2.68 3. Yenikənd su anbarı 23.2 1.58 4. Varvara su anbarı 22.5 0.06 5. Araz su anbarı 145 1.254 6. Sərsəng su anbarı 14.2 0.565 7. Ceyranbatan su anbarı 13.9 0.186 8. Xanbulançay su anbarı 24.6 0.052 9. Sirab su anbarı 1.54 0.013 10. Ağstafa su anbarı 6.30 0.12 11. Xaçınçay su anbarı 1.76 0.023
|
|
| |
Nariman_Qahramanli | TARİX: ÇƏRŞƏNBƏ AXŞAMI, 2010-09-28, 1:46 PM | Message # 2 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| Ağstafa su anbarı Sahəsi 6,3 km² Həcmi 0,12 km³ Ağstafa su anbarı - 1969-cu ildə tam istismara veril¬miş¬dir. Bəndin hündürlüyü 52 m, anbarın ümumi sututumu 120 mln. m³-dir. Su anbarı respublikanın qərb zonasında yerləşən Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarında 135 min hektar suvarılan torpaqları su ilə təmin edir[1]. Əsasən Ermənistan ərazisindən Ağstafaçaya axıdılan transsərhəd çirkləndiricilərin hesabına daha çox çirklənməyə məruz qalır. Ağstafaçay üzərində yerləşən Ermənistan ərazisindəki yaşayış məntəqələrindən məişət və sənaye çirkab sularının çaya axıdılması hələ Sovetlər dövründən mövcuddur. Bu tullantılar sututarlarda mürəkkəb biokimyəvi prosesləri sürətləndirir və çirklənmənin artmasına təsir göstərir. Fenollar və mis birləşmələrinin orta illik miqdarı YVQH-dən bir neçə dəfə çoxdur.
|
|
| |
Nariman_Qahramanli | TARİX: ÇƏRŞƏNBƏ AXŞAMI, 2010-09-28, 1:54 PM | Message # 3 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| Ceyranbatan su anbarı Uzunluğu- 8,74 km Eni- 2,15 km Sahəsi- 13.9 km² Həcmi- 0,186 km³ Sahil xəttinin uzunluğu- 23,3 km Tökülən çaylar- Vəlvələçay,Qudyalçay Ceyranbatan su anbarı - Bakı və Sumqayıt şəhərlərində iç¬mə¬¬li və texniki suya tələbatın kəskin artması ilə əlaqədar olaraq 1958-ci ildə yaradılmışdır. Su anbarının sututumu 186 mln m³, faydalı həcmi 150 mln. m³-dur. Anbarın uzunluğu 8,74 km, maksimum eni 2,15 km, sahil xəttinin uzunluğu 23,3 km, maksimum dərinliyi 28,5 metr, ölü həcmi səviyyəsində isə 14,5 metrdir, su güzgüsünün sahəsi 1389 hektar təşkil edir. Qidalanma mənbəyi Samurçay, Vəlvələçay və Qudyalçay çaylarından su götürən Samur-Abşeron kanalıdır. Ceyranbatan su anbarı içməli su mənbəyi olduğuna görə, 1960-cı ildə onun ətrafında üç zolaqdan ibarət sanitar-mühafizə zonası yaradılmışdır. 2001-ci ildə Ceyranbatan su anbarının 1-ci sanitar-mühafizə zonası genişləndirilərək hasara alınmışdır. Eyni zamanda, Ceyranbatan su anbarının ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün müvafiq tədbirlər (meşəsalma, sututucu kanallar və s.) həyata keçirlişmişdir[1].
|
|
| |
Nariman_Qahramanli | TARİX: ÇƏRŞƏNBƏ AXŞAMI, 2010-09-28, 1:56 PM | Message # 4 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| Mingəçevir su anbarı Uzunluğu-70 km Eni- 18 km Sahəsi- 605 km² Həcmi- 15,73 km³ Ən dərin yeri- 75 m Orta dərinliyi- 27 m Mingəçevir su anbarı - Kür çayının Bozdağdan keçdiyi yerdə yaradılmış su anbarı. Mingəçevir su anbarının və Su Elektrik Stansiyasının (SES) tikintisi 1953-cü ildə tamamlanıb. Su anbarının normal dolma səviyyəsində (83 m) ümumi su tutumu 15730 mln. m3, faydalı həcmi isə 8210 mln. m3-dir. Su anbarının çay boyu uzunluğu 70 km, eni 3 km-dən (bənddə) 18 km-ə qədər (Alazan çayı tökülən yerdə) dəyişir. Maksimal dərinliyi 75 m, orta dərinliyi 26 m, sahil xəttinin uzunluğu 247 km, su güzgüsünün sahəsi isə 605 km2-dir. Mingəçevir su anbarı bəndinin üstdən uzunluğu 1550 m, eni 16 m, hündürlüyü 80 m-dir (Avropadakı suvarma vasitəsiylə quraşdırılan ən hündür bəndlərdən biridir). Kür çayından ayrıca olaraq hövzə iki kanalı su ilə təchiz edir: 1. 172 km uzunluğundakı Yuxarı Qarabağ Kanalı 2. 123 km uzunluğundakı Yuxarı Şirvan Kanalı Bu kanallar Mil, Muğan, Şirvan düzlərindəki min hektara yaxın ərazinin suvarılmasında istifadə edilir. Su anbarından həmçinin balıqçılıq, su təchizatı və rekreasiya məqsədi üçün də istifadə olunur. Mingəçevir su anbarının bəndində ümumi gücü 371 min kvt olan 6 hidroaqreqatdan ibarət su-elektrik stansiyası (SES) tikilmişdir. Mingəçevir su anbarı istismara verildikdən sonra yalnız 1959, 1963, 1968, 1973, 1975, 1976, 1978 və 1988-ci illərdə tam həcmdə doldurulmuşdur. Varvara su anbarı və Varvara su elektrik stansiyası Kür çayında yerləşən Mingəçevir su anbarından 20 km şərqdə yerləşir. Varvara su elektrik stansiyasının enerji bloklarının tezliyi 16 MV-dır. Azərbaycanın müxtəlif rayonlarından Mingəçevir su elektrik stansiyasının quraşdırılmasıyla əlaqədar olaraq böyük sayıda insan gəlib, ümumilikdə isə bu stansiyanın tikilməsində 20.000 insan iştirak edib. 1940-cı illərin sonlarına doğru 10.000-ə yaxın alman hərbi əsirləri bu stansiyanın quraşdırılmasına cəlb edilib. Ölkənin ən təcrübəli mütəxəssisləri tikinti meydançasının - postsovet məkanının ən böyük su elektrik stansiyasının quraşdırılmasına cəlb edilib. Bugünkü Mingəçevir şəhəri su elektrik stansiyasının tikilməsiylə əlaqədar olaraq qurulub və 1948-ci ildə şəhər statusu alıb. [i]
|
|
| |
Nariman_Qahramanli | TARİX: ÇƏRŞƏNBƏ AXŞAMI, 2010-09-28, 1:59 PM | Message # 5 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| Varvara su anbarı Uzunluğu-13 km Eni-3,4 km Sahəsi- 20,5 km² Sahil xəttinin uzunluğu-31 km Tökülən çaylar-Kür Varvara su anbarı - Kür çayının üzərində, Mingəçevir su anbarından 20 km aşağıda, ondan buraxılan suları gündəlik tənzimləmək və elektrik enerjisi istehsal etmək məqsədilə tikilmiş və 1952-ci ildə istismara verilmişdir. Su anbarının uzunluğu 13 km, normal səviyyədə maksi¬mum eni 3,4 km-dir, dərinliyi 8,2 m, sahil xəttinin uzunluğu 31 km, su güzgüsünün sahəsi isə 20,5 km²-dir. Varvara su anbarında 3 aqreqatdan ibarət və ümumi gücü 16,5 min.kvt olan Varvara su-elektrik stansiyası fəaliyyət göstərir[1].
|
|
| |
Nariman_Qahramanli | TARİX: ÇƏRŞƏNBƏ AXŞAMI, 2010-09-28, 2:00 PM | Message # 6 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| Xanbulançay su anbarı Uzunluğu-0,55 km Sahəsi-24,6 km² Həcmi-0,052 km³ Tökülən çaylar-Bəşəriçay Xanbulançay su anbarı - 1976-cı ildə istismara verilmişdir. Ümumi sututumu 52 mln m³-dir. Bəndin hündürlüyü 64 m, üstdən uzunluğu isə 550 m-dir. Su anbarının istifadəyə verilməsi ilə respublikanın subtropik zonasında 22,0 min hektar torpaq sahəsinin suvarılması təmin edilmişdir. Su anbarını lazımi miqdarda axınla təmin etmək üçün Bəşəriçay üzərində sərfi 10 m³/san olan dağ tipli suqəbuledici tikilmişdir. Suvarma ərazilərinə su sərfləri 2,2 və 8,8 m³/san və uzunluqları 7,8 və 8,2 km olan Sağ və Sol sahil Xanbulançay kanalları ilə verilir.
|
|
| |
Nariman_Qahramanli | TARİX: ÇƏRŞƏNBƏ AXŞAMI, 2010-09-28, 2:02 PM | Message # 7 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| Yenikənd su anbarı Sahəsi- 23,2 km² Həcmi-0,158 km³ Yenikənd su anbarı - Şəmkir su anbarından 14 km aşağıda elektrik enerjisi istehsal etmək məqsədilə 2000-ci ildə istismara verilmişdir. Anbarın ümumi həcmi 158 mln. m³, faydalı həcmi isə 136 mln. m³-dir. Anbarın bəndində ümumi gücü 150 min.kvt olan 4 aqreqat quraşdırılması nəzərdə tutulmuşdur. Hazırda onlardan 112,5 min. kvt gücündə 3 aqreqat istismara verilmişdir. Anbarın suyu ilə Qarasaqqal arx kanalı vasitəsilə Samux rayonunun 6 min hektar torpaq sahəsi su ilə təmin edilir[1].
|
|
| |
Nariman_Qahramanli | TARİX: ÇƏRŞƏNBƏ AXŞAMI, 2010-09-28, 2:03 PM | Message # 8 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| Şəmkir su anbarı Uzunluğu-4,5 km Sahəsi -115,0 km² Həcmi -2,677 km³ Tökülən çaylar -Kür Axan çaylar -Kür Şəmkir su anbarı - Kür çayının üzərində tikilən Şəmkir su anbarı 1982-ci ildə istifadəyə verilmişdir. Anbarın ümumi sututumu 2677 mln m³, faydalı həcmi isə 1425 mln m³-dir. Anbarın normal dolma səviyyəsi 158 m, su güzgüsünün sahəsi 115,0 km², bəndinin üstdən uzunluğu 4500 m, hündürlüyü isə 70 m-dir. Anbardan Şəmkir, Samux, Xanlar və Goranboy rayonları¬nın 46 min. hektar torpaq sahələrini suvarmaq üçün Şəmkir maşın kanalına ikipilləli nasos stansiyası vasitəsilə su götürülür. Su anbarı kompleksinə daxil olan Şəmkir su-elektrik stansiyasında hər birinin gücü 190 min kvt olan 2 ədəd turbin quraşdırılmışdır[1].
|
|
| |
|