ÇƏRŞƏNBƏ, 2021-12-01, 1:08 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ BƏSİTÇAY QORUĞU - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » COĞRAFİYA » BƏSİTÇAY QORUĞU
BƏSİTÇAY QORUĞU
Nariman_QahramanliTARİX: BAZAR ERTƏSİ, 2010-09-27, 11:57 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Bəsitçay dövlət təbiət qoruğu

Bəsitçay dövlət təbiət qoruğu - nadir Şərq çinarının qorunub saxlanılması məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin 4 iyul 1974-cü il tarixli qərarı ilə 107 hektar ərazidə yaradılmışdır. Qoruq Zəngilan rayonunda Kiçik Qafqaz dağlarının cənubi-şərq hissəsinin Bəsitçay ətrafı boyunca ərazini əhatə edir. Çinarlıq qoruq ərazisinin 93,5%-ni təşkil edir. Çinar ağaclarının orta yaşı 170 ildir. Lakin, əsl nəhəng-yaşı 1200-1500 il, hündürlüyü 50 m və diametri 4 m qədər olan ağaclara da rast gəlmək olar.
Qoruğun yerləşdiyi ərazi əsasən dağlıq olub, dəniz səviyyəsindən hündürlüyü 600-800 m-ə qədərdir. Sağ sahil dik yamaclı dağlardan, sol sahil isə təpəliklərdən ibarətdir. Əsasən Üçüncü dövr çöküntüləri yayılıb. Çay dərəsi boyunca ensiz allüvial düzənlik uzanır. Buradakı dağlar Bəsitçayın qolları ilə xeyli parçalanmışdır.
Qoruq ərazisi qışı quraq keçən mülayim-isti iqlim tipinə aiddir. Yayının isti olması səciyyəvidir. Havanın orta illik temperaturu 130-dir. Illik yağıntının miqdarı 600 mm-dir. Ərazinin iqlim şəraiti çinar meşəliyinin təbii bərpası və inkişafı üçün çox əlverişlidir.
Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində əsasən allüvial-meşə torpaqları yayılıb. Çay dərələrinin yamaclarında, qoruğun ətraf sahələrində qəhvəyi dağ-meşə torpaqları inkişaf etmişdir.
Çayın yatağı boyu və kiçik terraslarda inkişaf etmiş allüvial torpaqlar əsasən çinar meşələri altındadır. Burada daşlı-çınqıllı (yüksək skeletli) ərazilər də müəyyən sahəni tutur. Bunların hamısında çinar bitir və inkişaf edir. Çünki o torpağa tələbkar deyil. Lakin çinar meşələri gillicəli, yaxşı su-fiziki xassəli və münbit torpaqlarda yüksək məhsuldarlığa və bonitetə malikdir. Dünyada çinarın 7 növü vardır. Azərbaycanda isə onun yalnız bir növü - şərq çinarı inkişaf edir. Şərq çinarının çoxsahəli əhəmiyyətini, dünyada az yayılmasını, nadir bitki olmasını və son əsrlərdə xeyli azalmasını nəzərə alaraq, onun adı Azərbaycanın "Qırmızı Kitabı"na yazılmışdır. Bəsitçay Dövlət Təbiət Qoruğunun 100 hektarını çinar meşələri tutur. Onlar Bəsitçayın və onun qolu Şıxauzçayın dərəsində yerləşir. Burada həm təmiz, həm də qarışıq çinar meşəliyi yayılmışdır. Qarışıq çinarlıqlarda qoz, dağdağan, tut, söyüd, qovaq, və s. ağac, yemişan, itburnu, murdarça, qaratikan, və s. kollar inkişaf edir. Qoruqdakı çinar ağaclarının orta yaşı 165 il, orta hündürlüyü 35 m, orta diametri isə 1 m-dir.
Bəsitçay dövlət təbiət qoruğu Ermənistan ordusunun işğalı altındadır və qoruq məhv edilmişdir.
Ermənistan əhalisi bu qoruğu tamamilə dağıdıb. Bəsitçayın əsas təbiət kompleksi sayılan 200 illik tarixə malik çinar ağacları qəddarcasına kökündən çıxarılaraq məişətdə istifadə edilir

 
FORUM » ELM VƏ TƏHSİL » COĞRAFİYA » BƏSİTÇAY QORUĞU
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2021. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...