CÜMƏ, 2024-12-27, 2:17 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ ABŞERON YARIMADASI - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
ABŞERON YARIMADASI
Nariman_QahramanliTARİX: BAZAR ERTƏSİ, 2010-09-27, 11:34 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR

Abşeron yarımadası - Xəzər dənizinin qərb sahilində yerləşən Azərbaycana məxsus yarımada. Yarımadada Bakı, Sumqayıt və Xırdalan şəhərləri ilə yanaşı, 32 qəsəbə yerləşir. Abşeron rayonunun inzibati ərazisi 1407,5 m2.[1] Hesab edilir ki, "Abşeron" sözü fars dilindəki "ab" və "şoran" sözlərindən yaranmış və tərcümədə "duzlu su" mənasını verir. Bu ad əvvəllər Xəzər dənizini bildirmək üçün istifadə edilmişdir.

Demoqrafik göstəricilər
Bütün əhalisi 189.4 min nəfər. Şəhər əhalisi 156.9 min nəfər, kənd əhalisi 32.5 min nəfər.[2]

Abşeronun tarixi
Abşeronun coğrafi iqlim və geoloji amilləri sayəsində bütün Abşeron yarımadası və Bakı ərazisi 20 000 il bundan əvvəl məskunlaşmışdır. Yeni Suraxanı qəsəbəsinin yaxınlığında qədim insan məskənləri aşkar edilmişdir. Ümumiyyətlə bütün yarımadada qədim insan məskənləri tunc dövrünə və erkən dəmir dövrünə aid kurqanların sayı hesabı yoxdur. Burada həmçinin daşdan yonulmuş, üzərində sujetli rəsmlər çəkilmiş antropomorf fiqurlu qədim qəbristan kompleksləri aşkar edilmişdir - Dübəndi, Türkan, Xaşaxuna, Mərdəkan, Şüvəlan qəsəbələri. Pirallahı adasında, Zığ gölündə, Binəqədidə və Əmircanda qədim insan məskənləri aşkar edilmişdir (e.ə.III-I minilliklər). Bütün bunlar onu göstərir ki, bütövlükdə Abşeron yarımadası hələ qədim vaxtlardan insanların dinc yaşaması üçün onları cəlb edirmiş. Lakin bu yarımadanın geostrateji mövqeyi müxtəlif işğalçıları da buraya cəlb edirdi.

Əsas magistral yolları
Abşeronda və Bakıda respublikanın əsas nəqliyyat magistralları - Heydər Əliyev adına Beynəlxalq hava limanı, Bakı buxtasındakı böyük dəniz limanı, Bakıdakı dəmiryol vağzalı və respublika paytaxtını regionlarla birləşdirən şosse yolları vardır.
Neftin və qazın nəql edilməsi üçün əsas magistral boru kəmərləri də buradan başlanır. Bakı TRASEKA (Avropa-Qafqaz-Asiya) beynəlxalq nəqliyyat dəhlizinin əsas məntəqəsidir. Bu layihə çərçivəsində Azərbaycan tarixi Böyük İpək Yolu marşrutunun bərpa olunmasında iştirak edir.

İqlimi
Abşeron yarımadası dünya okeanı səviyyəsindən 28 metr aşağıda yerləşir. Bakının və Abşeronun iqlimi mülayim-isti, yarımsəhra və çöl iqlimi olub yalnız Abşerona xas olan küləklərlə səciyyəvidir. "Xəzri" deyilən şimal küləyi yayda havanı sərinləşdirir, qışda isə hədsiz dərəcədə soyudur. "Gilavar" deyilən cənub küləyi yayda isti gətirir, qışda isə soyuğu bir qədər mülayimləşdirir.

Faydalı qazıntılar
Abşeron yarımadasında neft, qaz, inşaat daşı ("badamdaş" deyilən əhəng daşı), duz, qum və əhəng yataqları vardır. Abşerondakı Masazır, Qala, Böyük Şor, Xocahəsən duz gölləri çox məşhurdur. Dünyada ən qədim neft quyularının bir qismi Abşeronda yerləşir.
Abşeronda yerləşən palçıq vulkanlarının sayına və müxtəlifliyinə görə Azərbaycan dünyada birinci yeri tutur. Yer kürəsinin müxtəlif ölkələrində mövcud olan 800 məlum palçıq vulkanından 400-ü cənubi Xəzər neft-qaz hövzəsi hüdudlarında, o cümlədən 300-dən çoxu Azərbaycanın quru ərazisində və Xəzər akvatoriyasında - dənizdə və çoxsaylı adalarda yerləşir.

Abşeron yarımadasının təsərrüfatı
Abşeron yarımadası Azərbaycanın əsas sənaye rayonu olaraq özündə neft-qaz çıxarma və emalı sənaye komplekslərini birləşdirir. Yarımadanın ekoloji tarazlığının pozulmasında bu müəssisələrin rolu çox böyükdür. Hal-hazırda ekoloji mühiti tənzimləmək və sovetlər dövründən miras qalmış ekoloji təhlükə amillərini aradan qaldırmaq üçün müxtəlif dövlət və qeyri-dövlət proqramları həyata keçirilməkdədir.
Yarımadanın kənd təsərrüfatına heyvandarlıq, üzümçülük, bağçılıq və bostançılıq aiddir.
Klimatik dənizkənarı kurortlara malikdir. Mərdəkan, Buzovna, Zağulba, Bilgəh, Türkan və Pirşağıda uşaq sanatoriyaları, vərəm və revmatizmə qarşı istirahət evləri, uşaq və yeniyetmələr üçün düşərgələr fəaliyyət göstərir.
Yarımadada yaşayan əhalinin 95%-ni azərbaycanlılar, qalan 5%-ni isə digər millətlər (ruslar, ukraynalılar və s.) təşkil edir.
Yarımadanin şimal sahilində 300 min əhalisi olan sənaye şəhəri Sumqayıt, cənub sahilində isə Bakı şəhəri yerləşir.

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...