MAHMUD QAŞQARLI Mahmud Kaşğari(Mahmud ibn Hussayn ibn Muhammad al-Kashgari) (Ərəb dili: محمود بن الحسين بن محمد الكاشغري, Uyğurca: Mehmud Qeshqeri), Divani Lüğəti Türk (Türk dilləri Sözlüyü) əsərinin müəllifi, X1 əsrdə, Orta Asiyanın ilk türkşünas-ensiklopediyaçı alimi, coğrafiyaşünas və səyahətçi.
Həyatı
Qaşqarlı Mahmud Qaraxanlılar imperiyası dövründə, - Doğu Türküstanda, XI əsrin birinci yarısında dünyaya gəlmiş, türk dünyasının təməl əsərlərindən olan "Divani lüğat-it-türk"ü - müxtəlif türk ləhcələri haqqında ensiklopedik biliklər toplusu olan türkcə-ərəbcə lüğətini - 1070-ci ildə başlayıb, 1076-1077-ci illər arasında bitirmişdir. "Divan" ikidilli, eyni zamanda izahlı lüğətdir, təxminən 9000 sözdən və onların izahından ibarətdir. Gətirdiyi sözləri izah etmək üçün müəllif atalar sözü və məsəllərdən, dastanlardan, şeir və mahnılardan örnəklər gətirir. Beləliklə, "Divan" türk sözlərinin ərəbcə mənasını verən lüğət olmaqdan başqa qədim türk ədəbiyyatının və o sıradan qədim türk şerinin örnəklərini bizə çatdıran nadir məxəzdir. Əsərdə adı çəkilən türkdilli şeirlərin müəllifi Cücü ortaq türk ədəbiyyatının bizə adı bəlli olan ilk şairidir.
Başqa türk ləhcələriylə bir sırada Mahmud Qaşqarlı bizə oğuz dilində yaranan ilk şeir nümunələrini də çatdırmışdır. Tarixdə türk dilinin ilk təəssübkeşlərindən olan böyük alim əsərinin əsas qatəsini açıqlayarkən bunu xüsusilə qeyd edir ki, "ən açıq və doğru dil, ancaq bir dil bilib, farslarla qarışmayan və yabançı ölkələrə gedib-gəlməyənlərin dilidir".
Orxon yazılarından və Dədə Qorqud söyləmələrindən sonrakı türk şerinin inkişaf mərhələsini əks etdirən nümunələr - Qaşqarlının topladığı şeirlər -türk poeziyasının heca və qafiyə sisteminə uyğun gələn qoşma, gəraylı və bayatı kimi biçumlərdədir.
Bu cəhətdən şeir tariximizi Qaşqarlının gətirdiyi nümunələrsiz təsəvvür etmək olmaz.
Yaradıcılığı
Qaşqarlı Mahmud, Türk Lәhçәlәrinin lüğәtı, Divanü Lüğәtit Türk’ü 20 il müddәtlә yığdığı materyallar ilә 2 il әrzindә qәlәmә vermişdi.
Alim, min il әvvәl bütün Türk diyarını gәzib vә Türk xalqları arasında yaşıyaraq Türk dili, tarixi, coğrafiyası, folkloru vә mifolojisilә bağlı abidәvi bilik xәzinәsini bizlәrә әrmәğan etmişdir.
Qaşqarlı, Xaqaniyә, Uygur, Oğuz, Kıpçak, Türmәn, Qırğız, Çiğil, Yağma, Arqu vә digәr Türk soylu xalqları Türk adı altında cәmlәşdirәn bir Türkoloqdur.
Türklәrin yaşadıqları ölkәlәri, şәhәrlәri, qәsәblәri, kәndlәri tanış edәn, tәfәrrüatlı mәlumat çatdıran qiymәtli әsәri xәritә ilә dә Türk coğrafiyaşünası adına layiq görülmüşdür.
Mahmud Kaşqari «türklərin bölgələrini, kəndlərini və çöllərini qarış-qarış gəzmişdir. Uzun illər o, türk, oğuz, qırğız şəhərlərini, kəndlərini, düşərgələrini dolaşaraq onların lüğətini yazmışdır». Nəticədə M.Kaşqari Xəzərin şərq sahillərindən başlamış Lobnor gölü meridianına və İli çayı enliyindən Kaşqariyanın cənub sərhədlərinə qədər olan geniş ərazini öyrənmiş, Orta və Mərkəzi Asiyanın bir hissəsinin ilk rayonlaşdırılmasını aparmış və türk xalqları və abidələrinin məskunlaşma sərhədlərini və yerlərini böyük dəqiqliklə müəyyən etmişdir.
Onun məşhur «Divani-lüğət it-türk» (1072-1074) əsərində türk qəbilələri, çoxlu dağ, çay, göl, ölkə və dövlətlər haqqında geniş məlumatlar toplanmışdır. Tyan-Şan və Yeddigöllük, İssık-Kul gölü, Balasaqun dağları (Qırğızıstanda), Altay vadisi və İli çayı və s. ən müfəssəl şəkildə səciyyələndirilmişdir. O, Narının yuxarı hövzəsində olmuş, Çatırgöl və Siziç (Songöl) gölünü qeydə almışdır. «Divan»ın sonuna əlavə olunmuş xəritə Mahmud Kaşqari dövründə türkdilli xalqların yaşadığı ərazilərin təsvirini verən ilk xəritədir. O, bir sıra paralel formada düzülmüş Qərbi Tyan-Şan dağ sistemini öz xəritəsində daha düzgün əks etdirmişdir. Kaşqari Manqışlak (Manqıstan) yarımadası ilə də tanış idi – bu yarımadaya ilk dəfə məhz onun xəritəsində rast gəlinir.