CÜMƏ, 2024-12-27, 3:15 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ SUNAMİ – DƏHŞƏTLİ TƏBIƏT HADİSƏSİ - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
SUNAMİ – DƏHŞƏTLİ TƏBIƏT HADİSƏSİ
Nariman_QahramanliTARİX: ÇƏRŞƏNBƏ, 2010-01-06, 9:49 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
SUNAMİ – DƏHŞƏTLİ TƏBIƏT HADİSƏSİ

İnsan yarandığı kaynazoy erasının antropogen dövründən (təxminən 1,8 mln il bundan əvvəl) bu günə kimi bir parçası və ayrılmaz təbii komponenti olduğu təbiətlə dəfələrlə qarşı-qarşıya gəlmiş və onun şıltaqlıqları qarşısında daim çarəsiz qalmışdır. Yer kürəsinin özünə məxsus təbii quruluşu var. Bu təbii quruluşun əsasını coğrafi təbəqə təşkil edir. Coğrafi təbəqədə müşahidə olunan qanunauyğunluqlar (maddələr dövranı, ritmlik, zonallıq, sektorluq, bütövlük) bəzən insan nəsli tərəfindən dəyişilməyə başlanınca çox böyük qorxulu hadisələrin meydana gəlməsinə səbəb olmuşdur. Elə bunun nəticəsidir ki, canlı insan övladı bəzən cansız təbiət hadisələri qarşısında boyun əymiş və öz təfəkküründə onlara fövqəltəbii qüvvələr isnad etmiş, bu fövqəltəbii qüvvələrə inanmağa başlamışdır. Məlsələn Hind və Qanq çayları kimi.

Yer kürəsində qlobal miqyasda daha təhlükəli təbiət hadisələrinə –Ozon qatının deşilməsi, fəlakətli sel hadisəsi, zəlzələlər, vulkanlar, atmosferdə ozon qatının deşilməsi və son vaxtlar bütün dünyanı dəhşətə gətirən Tornado və Sunami hadisələri. Bu qorxunc fəlakətli hadisələrdən Sunami üzərində dayanaq və görək Sunami nədir, Yer kürəsinin hansı hissələrində müşahidə olunur?

Sunami (yaponca) – əsasən, güclü sualtı zəlzələ, qismən vulkanik püskürmə nəticəsində okean səthində yaranan nəhəng dalğalardır.

Yayılma sürəti 50-1000 km/saat təşkil etməkdədir.

Hündürlüyü açıq okeanda 2-3 m, sahil yaxınlığında 10-50 m və daha çoxdur. Sunami qurunun içərilərinə soxularaq böyük dağıntılara səbəb olur.

Əsasən Sakit okeanda müşahidə olunur. Sunami ilə əlaqədar 1000-dən çox hadisə məlumdur. Bu baş vermiş hadisələrdən 100 dənəsi (məsələn, Yaponiya sahilləri yaxınlığında (1933), Kamçatkada , Kuril adalarında (1952) və digər ərazilərdə (Çili, Peru) faciəsi ilə nəticələnmişdir. 40-50 –ci illərdə ABŞ, Yaponiya və Rusiya Sunami yaxınlaşmasını xəbər verən xüsusi stansiyalar şəbəkəsi yaratmışdır. Lakin bütün bu görülən hadisələrə qarşı tədbirlərə baxmayaraq , bir də 2005-ci ildə Cənub-Şərqi və Şərqi Asiyada baş vermiş sunami hadisəsi yenə də insanın təbiət faciələri qarşısındakı acizliyini ortaya qoydu.[/size]

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...