ÇƏRŞƏNBƏ AXŞAMI, 2021-12-07, 8:25 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ OKEAN - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » COĞRAFİYA » OKEAN (OKEAN HAQQINDA)
OKEAN
Nariman_QahramanliTARİX: ÇƏRŞƏNBƏ AXŞAMI, 2010-08-31, 6:16 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Okean

Okean (yunanca Ωκεανός, qədim yunanlarda tanrının adı) Dünya Okeanının bir hissəsinin təşkil edən, materiklər arasında yerləşən, suyun sirkilyasiya sisteminə və digər spesifik xüsusiyyətlərə malik olan böyük su obyekti. Tərkibinə okean və dənizlərin daxil olduğu Dünya Okeanını səthinin sahəsi Yer səthinin 71 %-ə yaxın hissəsini (təqribən 361 milyon km2) təşkil edir. Okeanların dibinin relyefi mürəkkəb və müxtəlifdir.

Əvvəllər Dünya Okeanı, 4 okeana ayrılırdı - Sakit okean, Atlantik okeanı, Hind okeanı və Şimal Buzlu okeanı.

Beynəlxalq Hidroqrafiya Təşkilatının 2000-ci il qərarına əsasən 60 dərəcə cənub paralelindən Antarktikaya qədər olan sular isə Cənub okeanına aid edilir.

Okeanları okeanologiya elmi öyrənir. Dünya okeanını ən çox öyrənən 1872-1874-cü illərdə Çellencer adında ingilis gəmisi olub. Okeanın dərinliyini əvvəllər lotla ölçürdülər. Sonralar isə exolotla ölçdülər. Ən müasir cihaz isə exoqrafdır. Suda dərinliyi bərabər olan nöqtələri birləşdirən xətlərə izobat deyilir.

 
Nariman_QahramanliTARİX: ÇƏRŞƏNBƏ AXŞAMI, 2010-08-31, 6:27 PM | Message # 2
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
SAKIT OKEAN

Sakit Okean - 4 okeandan ən böyüyü. 179,7 mln km² sahəsi olan Sakit Okean Yer planetinin təxminən üçdə-bir hissəsini tutur. Ekvatorun kəsdiyi okean Şimali Sakit Okean və Cənubi Sakit Okean olaraq ikiyə ayrılır. Avrasiya,Avstraliya,Şimali Amerika, Cənubi Amerika materikləri ilə əhatə olunub. Ən dərin çökəklik Marian çökəkliyi (11022 m) bu okeandadır. Flippin dənizində yerləşir

ATLANTIK OKEANI

Atlantik okeanı - sahəsinə görə Sakit Okeandan sonra ikinci böyük okean. Sahəsi ona bitişik dənizlərlə birgə 91,6 mln km², həcmi 329,7 mln km², ən dərin yeri - 8742 metrdir ( Puerto-Riko çökəkliyi ). ” S ” hərfi şəklində olan okean Şimal Buzlu Okeanından Antarktika qitəsinə qədər uzanır.
Ekvatordan cənub və şimala olmaq etibarı ilə iki hissəyə bölünür- Cənubi Atlantik və Şimali Atlantik. Adı yunan mifologiyasının qəhrəmanı titan Atlasdan (Atlantdan) götürülüb. Bəziləri isə adının yaranmasını əfsanəvi Atlantida adası ilə bağlayırlar.

Dənizləri: Baltik dənizi, Şimal dənizi, Aralıq dənizi,Qara dəniz, Sarqass dənizi, Karib dənizi, Adriatik dənizi, Azov dənizi, Balear dənizi, İonik dənizi, İrland dənizi, Mərmərə dənizi, Tirren dənizi, Egey dənizi.

Ən böyük körfəzləri: Biskay körfəzi, Qvineya körfəzi, Meksika körfəzi.

Əsas adaları: Britaniya adaları, İslandiya adası, Nyufaundlend adası, Böyük Antil adaları, Kiçik Antil adaları, Yaşıl burun adaları, Folklend adaları (Malvin adaları).

Dəniz cərəyanları: Qolfstrim cərəyanı, Kanar cərəyanı, Labrador cərəyanı, Passat cərəyanı.

HİND OKEANI

Hind Okeanı - Dünyanın sahəsinə görə üçüncü okeanıdır. Yer səthinin təqribən 20%-ini tutur. Qərbdən Afrika və Ərəbistan yarımadası, şimaldan Asiya, şərqdən isə Hindçin yarımadası, Zond adaları və Avstraliya ilə əhatə olunur. Sahəsi Qırmızı dəniz və Fars körfəzi ilə birlikdə 73,556,000 km², həcmi 292,131,000 km²-dir.

Dənizləri: Andaman dənizi, Ərəbistan dənizi, Arafur dənizi , Qırmızı dəniz, Lakkadiv dənizi, Timor dənizi və Fars körfəzi(dəniz hesab olunur).

ŞIMAL BUZLU OKEANI

Şimal Buzlu Okeanı - Şimal yarımkürəsində, əsasən Arktika zonasında yerləşən okean. Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Skandinaviya yarımadası ölkələri, Kanada, həmçinin İslandiya və Qrenlandiya adaları vasitəsi ilə digər okeanlardan ayrılır. Sahəsi 14 000 000 kv.km. Dəniz səviyyəsindən ən hündür nöqtəsi: Vinson massivi 5 140 m. Ən böyük adası Banker 51 829 kv.km.Avrasiyanın sahilləri boyu Şimal dəniz yolu keçir.

 
FORUM » ELM VƏ TƏHSİL » COĞRAFİYA » OKEAN (OKEAN HAQQINDA)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2021. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...