ÇƏRŞƏNBƏ AXŞAMI, 2021-12-07, 10:09 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ DÜNYANIN ASILI ƏRAZİLƏRİ - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » COĞRAFİYA » DÜNYANIN ASILI ƏRAZİLƏRİ (DÜNYANIN ASILI ƏRAZİLƏRİ)
DÜNYANIN ASILI ƏRAZİLƏRİ
Nariman_QahramanliTARİX: ÇƏRŞƏNBƏ, 2010-01-06, 10:04 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
DÜNYANIN ASILI ƏRAZİLƏRİ

* 193 dövlət - Beynəlxalq səviyyədə tanınmış müstəqil dövlət:
o 192 dövlət - Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlər.
o 1 dövlət - beynəlxalq səviyyədə tanınan, lakin BMT üzvü olmayan (BMT-nin daimi müşahidəçisi), Müqəddəs Taxt-Tac tərəfindən idarə olunan - Vatikan şəhər Dövləti.
* 9 dövlət - beynəlxalq səviyyədə tanınmamış, lakin heç biri BMT-nin üzvü olmayan, Montevideo Razılaşması presedentinə əsaslanan adi beynəlxalq hüquq çərçivəsində dövlətlər kimi müəyyən edilə bilən:
o 1 dövlət - 1971-ci ildən sonra BMT üzvü olmayan, BMT-yə üzv 22 dövlət və Vatikan tərəfindən tanınan və hal-hazırda bir çox başqa ölkələrlə faktiki beynəlxalq münasibətləri olan Çin Respublikası (adətən Tayvan adlandırılır).
o 1 dövlət - BMT-yə üzv 46 dövlət tərəfindən tanınan, lakin BMT tərəfindən tanınmayan, ərazisinin çox hissəsi Mərakeşin faktiki idarəsi altında olan, Qərbi Səhrada yerləşən - Səhravi Ərəb Demokratik Respublikası.
o 1 dövlət - BMT üzvü olan 43 dövlət və Çin Respublikası tərəfindən tanınan - Kosovo Respublikası.
o 1 dövlət - diplomatik olaraq Türkiyədən başqa BMT üzvü olan heç bir dövlət tərəfindən tanınmayan - Şimali Kipr Türk Respublikası.
o 5 dövlət - faktiki müstəqil, lakin BMT üzvü olan heç bir dövlət tərəfindən tanınmayan: Abxaziya, Qondarma Dağlıq Qarabağ, Prednestroviya, Somalilend və Cənubi Osetiya.
* 38 məskunlaşdırılmış asılı ərazi:
o 3 xarici ərazi - Avstraliyanın xarici əraziləri: Milad Adası, Kokos Adaları və Norfolk Adası.
o 2 xarici ölkə - Danimarka Birləşmiş Krallığında: Farer Adaları və Qrenlandiya Adası.
o 7 xarici ərazi - Fransanın xarici əraziləri:
+ 1 unikal birlik - Yeni Kaledoniya.
+ 6 xarici birlik:
# 1 xarici ölkə - Fransa Polineziyası
# 1 idarə birliyi - Mayotta
# 1 ərazi birliyi - Sent Pyer və Mikelon
# 2 birlik - Sent Bartelemi və Sent Martin
# 1 ərazi - Uolis və Futuna
o 2 xarici ölkə - Niderland Krallığında: Aruba və Niderland Antil Adaları.
o 3 asılı ərazi - Yeni Zelandiyanın asılı əraziləri:
+ 2 dövlət - Yeni Zelandiya ilə azad assosiasiyada: Kuk Adaları və Niue.
+ 1 xarici ərazi - Tokelau.
o 16 asılı ərazi - Birləşmiş Krallığın asılı əraziləri:
+ 13 xarici ərazi - Britaniya xarici əraziləri: Angilya, Bermud Adaları, Britaniya Virginiya Adaları, Kayman Adaları, Folklend Adaları, Cəbəli-Tariq, Monserrat, Pitkern Adaları, Müqəddəs Yelena Adası (və ondan asılı olan Askenson Adası və Tristan da Kuna), Terks və Kaykos Adaları və Akrotiri və Dekeliyanın Sərbəst Baza Əraziləri.
+ 3 Tac təbəəliyi: - Gernsi, Cersi və Men Adası.
o 5 ərazi - Birləşmiş Ştatların birləşdirilməmiş əraziləri:
+ 2 birlik - Şimali Marian Adaları və Puerto-Riko.
+ 2 təşkil edilmiş ərazi - Quam və Birləşmiş Ştatlar Virgin Adaları.
+ 1 de-fakto ərazi - Amerikan Samoası.
* 5 xüsusi ölkə və ərazi - Beynəlxalq müqavilə və ya razılaşma əsasında tanınan: Finlandiyada Aland, Norveçdə Şpisbergen, işğal altında olan Fələstin əraziləri və Çin Xalq Respublikasının 2 xüsusi inzibati bölgəsi - Honkonq və Makao.

 
FORUM » ELM VƏ TƏHSİL » COĞRAFİYA » DÜNYANIN ASILI ƏRAZİLƏRİ (DÜNYANIN ASILI ƏRAZİLƏRİ)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2021. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...