Şimali Amerika - Qərb yarımkürəsində, Amerika qitəsinin şimal hissəsinə verilən şərti ad. Şimali Amerika materikinin sahəsi 24.247 milyin kv. km-dir. Sahil xəttinin uzunluğu 60 milyon km-dən çoxdur. Materikin parçalanmış şimal sahili çoxlu sayda körfəz və adalardan ibarətdir. Dünyanın ən böyük adası sayılan Qrenlandiya da burada yerləşir. Materikin ilk kəşfi
• “Amerikanın kəşfi” deyəndə məhz Şimali Amerikanın kəşfi nəzərdə tutulur.
• Materikin kəşfini bir neçə mərhələyə ayırmaq olar. Arxeoloji tapıntılar əsasında müəyyən olunmuşdur ki, Amerikaya ilk öncə 30-40 min il bundan əvvəl asiyalılar gəlmişlər.
• O zaman Berinq boğazı olmamışdır. İndiki Asiya ilə Şimali Amerika bitişik ərazi imiş və asiyalılar da oradan Alyaskaya köç edib məskunlaşmışlar.
• Sonradan isə onlar cənub istiqamətində yayılmışlar.
Materikin avropalı kəşfi
• Asiyalılardan xeyli sonra, təxminən VII – X əsrlərdə vikinq lər və qədim norman dənizçiləri Şimali Amerikanın sahillərinə yaxınlaşmışlar. Lakin vikinqlərin Nyufaundlend adasına üzmələri epizodik xarakter daşımışdır. Odur ki, bunu Amerikanın avropalılar tətəfindən fəthi kimi qiymətləndirmək olmaz.
• Amerikanın sözün əsl mənasında fəthi yalnız Xristofor Kolumb 1492-ci ildə Amerika materikini kəşf etdikdən sonra mümkün olmuşdur.
Materikin yerli əhalisi
• XV əsrdə Şimali Amerika əhalisinin sayı təqribi hesablamalara görə 12-16 mln. nəfər imiş. Bunlar yalnız yerli aborigenlər imiş və qəbilə şəklində yaşayırmışlar. Mayya, astek, ink, siu, aleut həmin qəbilələrin ən böyükləri və tanınanları imiş.
• Şimali Amerikada Kanada, Amerika Birləşmiş Ştatları, Meksika və Mərkəzi Amerika bölgəsi dövlətləri yerləşir.