CÜMƏ, 2024-12-27, 3:18 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ ŞİMALİ AMERİKA - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
ŞİMALİ AMERİKA
Nariman_QahramanliTARİX: ÇƏRŞƏNBƏ, 2010-01-06, 9:57 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Şimali Amerika - Qərb yarımkürəsində, Amerika qitəsinin şimal hissəsinə verilən şərti ad. Şimali Amerika materikinin sahəsi 24.247 milyin kv. km-dir. Sahil xəttinin uzunluğu 60 milyon km-dən çoxdur. Materikin parçalanmış şimal sahili çoxlu sayda körfəz və adalardan ibarətdir. Dünyanın ən böyük adası sayılan Qrenlandiya da burada yerləşir.

Materikin ilk kəşfi
• “Amerikanın kəşfi” deyəndə məhz Şimali Amerikanın kəşfi nəzərdə tutulur.
• Materikin kəşfini bir neçə mərhələyə ayırmaq olar. Arxeoloji tapıntılar əsasında müəyyən olunmuşdur ki, Amerikaya ilk öncə 30-40 min il bundan əvvəl asiyalılar gəlmişlər.
• O zaman Berinq boğazı olmamışdır. İndiki Asiya ilə Şimali Amerika bitişik ərazi imiş və asiyalılar da oradan Alyaskaya köç edib məskunlaşmışlar.
• Sonradan isə onlar cənub istiqamətində yayılmışlar.

Materikin avropalı kəşfi
• Asiyalılardan xeyli sonra, təxminən VII – X əsrlərdə vikinq lər və qədim norman dənizçiləri Şimali Amerikanın sahillərinə yaxınlaşmışlar. Lakin vikinqlərin Nyufaundlend adasına üzmələri epizodik xarakter daşımışdır. Odur ki, bunu Amerikanın avropalılar tətəfindən fəthi kimi qiymətləndirmək olmaz.
• Amerikanın sözün əsl mənasında fəthi yalnız Xristofor Kolumb 1492-ci ildə Amerika materikini kəşf etdikdən sonra mümkün olmuşdur.

Materikin yerli əhalisi
• XV əsrdə Şimali Amerika əhalisinin sayı təqribi hesablamalara görə 12-16 mln. nəfər imiş. Bunlar yalnız yerli aborigenlər imiş və qəbilə şəklində yaşayırmışlar. Mayya, astek, ink, siu, aleut həmin qəbilələrin ən böyükləri və tanınanları imiş.
• Şimali Amerikada Kanada, Amerika Birləşmiş Ştatları, Meksika və Mərkəzi Amerika bölgəsi dövlətləri yerləşir.

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...