BAZAR, 2024-12-29, 5:25 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ DON KİXOT, BENAVANTE VƏ KAMİLO XOSE SELA - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
DON KİXOT, BENAVANTE VƏ KAMİLO XOSE SELA
Nariman_QahramanliTARİX: BAZAR, 2010-08-29, 10:01 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Don Kixot

Don Kixot (isp.Don Quijote, Don Quixote) ispan yazıçısı Miqel de servantes Saavedranın (1547—1616) yazdığı " Ağıllı zadəgan Don Kixot" (El ingenioso hidalgo Don Quijote de la Mancha) romanının baş qəhrəmanıdır. Bu roman demək olar ki,bütün avropa dillərinə tərcümə olunmuş və bununla dünya ədəbiyyatında ən populyar kitablardan sayılır. Don Kixot surəti isə insan təbiətinin tipik göstəricisi kimi götürülürək psixoloji kateqoriya kimi başa düşülür. Fəlsəfədə donkixotluq kimi anlayış yaranmış və bununla bağlı çoxlu sayda kitablar yazılmışdır.
Romanın birinci hissəsi 1605, ikinci roman isə 1615-ci ildə çap olunmuşdur. Hər iki roman ispan dilində yazılmışdır.
Saavedranın bir çox həmkarları və davamçıları Don Kixotun səyahtini təsvir edən, onun romanına oxşayan əsərlər yaratmağa çalışmışlar. Sonrakı əsrlrdə yazışılar bu mövzuya yenidən dönərək Don Kixot mövzusunu yeni aspektdən təsvir etmişlər.

Məzmunu
Don Kixot kiçik bir kənd zadəganıdır. Onun doğru adı hətta oxucya da məlum deyil və İspaniyada Mança bölgəsində hardasa yaşayır.
Orada o cəngavər romanları oxumaqdan ağlını itirərək, belə bir inama gəlir ki, onun özü bir qorxmaz cəngavər kimi haqsızlığa qarş mubarizə aparmalıdır. Dörd gün intensiv fikirləşdikdən sonra o atına Rozinante (Rocinanteç ispanca: Roçin - at, və antes-qabağa gedən) adını verir. Bir kəndçi qızını o sevgilisi elan edir və onu "Tobosolu Dulsineya" adlandırır.
O nə görürsə hamısını cəngavərliklə əlaqələndirir, baxmayaraq ki, bu artıq çoxdan əhəmiyyətsiz sayılır. İlk səyahətindən sonra o əldən düşmüş halda özünü evə çatdırır. Kənd keşişi və əhali kitabları yandırmağa başlayırlar. beləliklə Don Kixotun da cəngavərlik haqqındakı kitaları məhv edilir. Don Kixot bir kəndli oğlanı özünə köməkçi götürür. Ona Sanço Panço adı qoyulur. Sanço onu sonrakı səyahətlərində müşaiyət edir. Sanço bir adını Rusio (ispanca uzunqulaq deməkdir) qoyduğu bir uzunqulağın belində Don Kixotla səyahətə çıxır.
Dulsineya Don Kixota itaət edir. O onu görməsə də, həqiqi cəngavər ona sadiq bir qadına ehtiyacı olduğu kimi, Don Kixotun da Dulsineyaya ehtiyacı vardır. O nə edirsə hamısını Dulsineya üçün edir. O dustaqları zindandan azad etdikdən sonra, onun bu qəhrəmanlığını Dulsineyaya danışmağı tələb edir.
Don Kixotun ən məşhur sərgüzəşti ondan ibarətdir ki, o hava dəyirmanının qarşısında durur və silahdaşı Sançonun sözünə baxmayaraq dəyirmanla döyüşə girməyə cəhd edir. O bu döyüşdə məğlub olmasını qara qüvvələrin üstünə atır. Öz fantaziyalarında çaşmış idealist qoyun sürüsündən qalmış toz dumanı ilə də döyüşür. İçində qırmızı şərab olan tuluqla qanlı döyüş aparan cəngavər qalib gəlir. O Sançonun təkidi ilə evə qayıdır.
İkinci kitabda o özünü şir cəngavər adlandırır.

 
Nariman_QahramanliTARİX: BAZAR, 2010-08-29, 10:02 PM | Message # 2
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Kamilo Xose Sela

İspan nasiri Kamilo Xose Sela 11 may, 1916-cı ildə İspaniyanın La Korunya əyalətinin Padron şəhərciyində anadan olmuşdur. Kamilo Sela ispan dilinin bədii inkişafında, ümumbəşəri problemləri ispan adət-ənənəsi daxilində işıqlandırmaqda mühüm əməyi olan müasir ispan yazıçılarındandır. Ona əsl populyarlıq gətirən "Paskual duartenin ailəsi " romanı (1942) əzablara, dəhşətlərə, eləcə də İspaniyadakı mübarizələrə həsr olunmuş alleqoriyadır. Bu, migel Servantesin "Don Kixot"undan sonra ən çox populyarlıq qazanan bir roman oldu və ispan ədəbiyyatında "dəhşətli " realizmin əsasını qoydu. "Obyektiv" realizm normalarına uyğun olaraq yaradılmış digər bir roman "Uley" də (1943-cü ildə yazılmış və 1951-ci ildə dərc olunmuş) çox böyük maraqla qarşılandı. Əsərdə Madridin frankist rejimi illərindəki həyatından danışılır.
"San Kamilo 1936" romanı isə 1969-cu ildə fransız ədəbiyyatındakı "yeni roman" cərəyanının təsiri altında yazılmışdı. Roman İspaniyada vətəndaş müharibəsi illərindəki insanın faciəsini açır.
1983-cü ildə K. Sela "İki ölü üçün mazurka" adlı roman yazdı. Burada adi insanların həyatı Aristofan, Fransua Rable və Uilyam Şekspir ənənələrinə uyğun, dramatik və absurd, komik və tragik təsvir olunmuşdur. Yazıçının ölüm mövzusunu orijinal fikirləriylə açması sərt, kobud bir yumorla "bəzənmişdir".
K. Sela yol qeydləri olan " Alkiriyaya səyahət" (1948), " Gizli luğət" (1968-1972. 11 cild) kimi əsərlərin müəllifidir. "İspan tarixçələri. Korlar və səfehlər" (1957) əsəri K. Selanın dostluq etdiyi E. Heminqueyə həsr olunub. 1989-cu ildə K. Selaya " insan zəifliklərini şəfqət və incəliklə təsvir edən güclü və ifadəli nəsrə görə " ədəbiyyat üzrə nobel mükafatı təqdim olunur. K. Sela İspan Krallığı Akademiyasının üzvüdür.

 
Nariman_QahramanliTARİX: BAZAR, 2010-08-29, 10:02 PM | Message # 3
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Xasinto Benavente-i-Martines

Həyatı
Xasinto Benavente-i-Martines - (ispanca Jacinto Benavente Martínez) (12 avqust, 1866 – 14 iyul, 1954) — "98-ci illər nəsli" ispan dramaturqu, 1922-ci il ədəbiyyat üzrə Nobel mükafatı laureatı (bu mükafata ispan dramının ənənələrini böyük ustalıqla yaşatdığına görə layiq görülüb).
Əsərləri
• Rosas de otoño (1905).
• Los Intereses creados (1907).
• Señora ama (1908).
• El Nietecito (1910).
• La malquerida (1913).
• La ciudad alegre y confiada (1916).
• Campo de armiño (1916).
• Lecciones de buen amor (1924).
• La mariposa que voló sobre el mar (1926).
• Pepa Doncel (1928).
• Vidas cruzadas (1929).
• Aves y pájaros (1940).
• La honradez de la cerradura (1942).
• La infanzona (1945).
• Titania (1946).
• La infanzona (1947).
• Abdicación (1948).
• Ha llegado Don Juan (1952).
• El alfiler en la boca (1954).

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...