SƏDİ, Ə.FİRDOVSİ, Ö.XƏYYAM VƏ S.
| |
Nariman_Qahramanli | TARİX: BAZAR, 2010-08-29, 9:49 PM | Message # 1 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| SƏDI Şeyx Sədi və ya Sə'di (həqiqi adı Müslihiddin Müşrif ibn Abdulla, 1184-1283/1291?) orta əsrlər İran ədəbiyyatının ən böyük simalarından biri. Əsərləri dünya ədəbiyyatında həm keyfiyyəti, həm də daşıdığı dərin ictimai-sosial əhəmiyyətinə görə yüksək qiymətləndirilir. Həyat və yaradıcılığı Şirazda doğulan Sədi gənc yaşlarında ərəb ədəbiyyatını və İslam biliklərini öyrənmək üçün Bağdada köçmüşdür. Dağıdıcı monqol istilalarından sonra, Sədi səfərə çıxmaq qərarına gəlir və ömrünün böyük qismini İraqı, Anadolunu, Suriyanı, Misiri, həmçinin Mərkəzi Asiyanı və Hindistanı gəzməyə, orada yaşayan insanların həyat tərzi ilə tanış olmağa həsr edir. Doğma Şirazına ahıl yaşlarında qayıdır. Sədinin ən məşhur əsərləri "Bostan" (1257-ci il) və "Gülüstan"dır (1258-ci il). "Bostan" lirik janrda yazılmış islami nəsihətlərdən, dini baxımından ədliyyə, təvəzö, bərabərlik kimikeyfiyyətlərin tərifindən ibarətdir. Bundan savayı əsər dərviş mədəniyyəti haqqında məlumat verir. "Gülüstan" epik formada təqdim edilmiş əhvalatlardan, lətifələrdən, hikmətli sözlərdən, məsləhətlərdən və qısa şerlərdən ibarətdir. Hər iki əsər 1654-cü ildə alman dilinə tərcümə edilərək ilk dəfə avropalılara təqdim edilir. Qəzəl janrının görkəmli nümayəndələrindəndir. Sədinin nəsr tərzi "sadə lakin təqlid olunmaz" olmaqla səlis və rəvandır.
|
|
| |
Nariman_Qahramanli | TARİX: BAZAR, 2010-08-29, 9:49 PM | Message # 2 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| ƏBÜLQASIM FIRDOVSI Firdovsi (d. 935–1020, tam adı: Əbülqasim Həsən bin Əli Tusi, farsca: حکیم ابوالقاسم فردوسی طوسی) İran ədəbiyyatının görkəmli simalarında biri. Firdovsi Sultan Mahmud Qəznəvinin zamanında yaşamışdır. O əsərlərində Ərəb sözlərindən yayınmağa cəhd etmiş ilk İran şairlərindən biridir. Dünya şöhrətli "Şahnamə" əsəri üzərində şair 30 il zəhmət çəkmiş və dünya ədəbiyyatının ən gözəl incilərindən birini yaratmışdır. Firdovsi Fars dilindən əlavə, Ərəb və Pəhləvi dillərini də kamil bilmişdir.
|
|
| |
Nariman_Qahramanli | TARİX: BAZAR, 2010-08-29, 9:51 PM | Message # 3 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| ÖMƏR XƏYYAM Həyatı Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri (farsca: غیاث الدین ابو الفتح عمر بن ابراهیم خیام نیشابوری) və ya sadəcə Ömər Xəyyam (1048 - 1131) - dahi İran şairi, riyaziyyatçı, astronom və filosofu - İranın Xorasan vilayətinin Nişapur şəhərində anadan olmuşdur. Gənc yaşlarında doğma şəhərinin səlcuqilərin aramsız hücumlarına məruz qalması səbəbindən Nişapuru tərk etməli və uzun sürən məşəqqətlərdən sonra Səmərqənddə qərar tutmalı olur. 1074-cü ildə İsfahana rəsədxanaya rəhbərlik etmək üçün dəvət alır. 1092-ci ildə ona hamilik edən səlcuq şahı Məlik şahın və vəziri Nizam-əl Mülkün vəfatından sonra İsfahanı tərk etməli olur. Yenə sərgədan yaşam tərzinə məhkum olunan Xəyyam bir müddət Mərvdə Məlik şahın varislərindən birinin sarayında işləyir, amma ona çox arzuladığı yeni rəsədxana açmaq qismət olmur. Həm Şərqdə və ələxsus Qərbdə özünün müdriklik, yumor və satira dolu, bəzən də bir qədər qaba səslənən rübailəri ilə məşhurdur. Şərqdə uzun müddət yaddaşlardan silinən Xəyyam rübailəri Avropaya Edvard Fitsjeraldın tərcümələri ilə qədəm qoyur və görünməmiş uğur əldə edir. Ömər Xəyyam həm də bütün dövrlərin ən böyük riyaziyatçılarından biri olmuşdur. "Riyazi problermlərin nümayişinə dair" traktatı ilə riyaziyyat elminin inkişafına misilsiz töhvələr vermişdir. Bu əsərində Xəyyam üçdərəcəli tənliklərin həllini ilk dəfə həndəsi yolla - hiperbola ilə dairənin kəsişməsindən almışdır. Onun Günəş sisteminin heliosentrik nəzəriyyəsini Kopernikdən çox-çox əvvəl irəli sürməsi də bildirilir. Yaradıcılığı Ey şəhər müftisi, səndən pərgarıq, Bunca sərxoşluqla səndən huşyarıq. Biz şərab içirik, sən xalq qanını, İnsaf et, hansımız daha qəddarıq? Dünya - ömrümüzdən keçən bir andır, Ceyhun - gözümüzdən axan leysandır; Cəhənnəm - boş əməl qığılcımıdır, Cənnətsə xoş keçən rahat zamandır. Şad ol, ömrü vurma kədərlə daşa, Bu zalım dünyada sən adil yaşa. İndi ki, dünyanın sonu yoxluqdur, Zənn et yoxsan, ömrü azad vur başa. Əlimdə olsaydı əgər iqtidar Bu köhnə fələyi kökündən yıxar, Təzədən elə bir fələk qurardım Ki, hər kəs yaşardı azad, bəxtiyar. Ey fələk, xəsisə izzət verirsən, Ev, hamam, dəyirman - sərvət verirsən, Sənin tək fələyə tüpürmək gərək; Azad insanlara zillət verirsən. Ulduzla doludur bu böyük eyvan, Onlara çox ağıl qalmışdır heyran Ağıl kələfini itirmə əsla! Kainat özü də qalıb sərgədan.
|
|
| |
Nariman_Qahramanli | TARİX: BAZAR, 2010-08-29, 9:51 PM | Message # 4 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| Əhməd Şamlu Əhməd Şamlu - tanınmış İran şairi. Ədəbiyyat üzrə Nobel mükafatına namızədlərdən biri olmuş Əhməd Şamlu bir neçə şeirlər kitabının müəllifidir. Əsasən "ağ şeir"lər (qafiyəsiz şeirl r) yazmışdır. İranda o həmçinin müasir dünya ədəbiyyatının bir sıra əsərlərini fars dilinə tərcümə etməsi ilə tanınır.
|
|
| |
Nariman_Qahramanli | TARİX: BAZAR, 2010-08-29, 9:52 PM | Message # 5 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| Füruğ Fərruxzad (1935, Tehran — 13 Fevral, 1967, Tehran) (farsca: فروغ فرخزاد) İran şairəsi və rejissoru idi. Həyatı O, 1935-ci ildə hərbi xidmətçi ailəsində anadan olub. Ailədə ondan başqa daha 6 uşaq var idi. 9-cu sinfi bitirəndən sonra Fərruxzad orta sənət məktəbinə daxil oldu. 17 yaşında məzhəkəçi Pərviz Şapur ilə həyat qurdu və Əhvəzə köçdü. Oğlu Kamyar dünyaya gələndə onun şərəfinə "Sənin üçün bir şer" adlı əsərin müəllifi oldu. İki ildən sonra şairə həyat yoldaşından ayrıldı və yeganə oğlunu atasıyla yaşamağa buraxmalı oldu. Tehran qayıdarkən 1955-ci ildə "Əsir" adında şer məcmuəsini çap etdirdi. 1958-ci ildə Fərruxzad Avropada filosof İbrahim Gülüstan ilə tanış oldu və "Ev qaradır" adlı filmin çəkiliş fikrini ondan aldı (bu arada daha iki kitab buraxdırmışdır - "Divar" və "Üsyan"). Cüzam xəstəliyindən əzab çəkənlərdən bəhs edən bu film Təbrizdə çəkilmişdir və tezliklə dünya şöhrəti qazanmışdır. Xəstə uşaqların birini oğulluğa götürmüşdür. 1963-cü ildə "Başqa bir doğuluş" adında son şer məcmuəsini nəşr etdirdi. 1967-ci ildə Füruğ Fərruxzad yol qəzasında həlak oldu. Uşaqlarla dolu avtobusu vurmamaq deyə maşınını daş divara tərəf istiqamətləndirdi və xəstəxanaya çatmamış vəfat etdi. Kitabları Fərruxzadın əsərləri Azərbaycan dilinə Səməd Behrəngi tərəfindən tərcümə edilib. • Əsir (1952) • Divar (1957) • Üsyan (1959) • Başqa bir doğuluş (1964) • Soyuq mövsümün başlanğıcına inanaq (bu kitabı bitirməmiş 1967-ci ildə öldü) Mükafatları • 1962-ci ildə Fərruxzadın çəkdiyi "İtaliya" sənədli filmi sənədli filmlər festivalında birinci yer qazandı • 1963-cü ildə "Qara ev" filmi Almaniya Oberhausen Film Festivalinde ən yaxşı film kimi tanındı
|
|
| |
Nariman_Qahramanli | TARİX: BAZAR, 2010-08-29, 9:53 PM | Message # 6 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| Hafiz Şirazi Hafiz (tam adı Xoca Şəms əd-Din Məhəmməd Hafiz Şirazi) XIV əsr İran şair və sufisi. Yazdığı qəzəllərdə mistik düşüncə və məhəbbətin mədhinə görə Şərq ədəbiyyatının ən gözəl incilərindən sayılır. Hafiz poeziyasında hətta müasir sürrealizmin elementləri aşkar olunur. Həyat və yaradıcılığı Hafizin şəxsi həyatı haqqında çox məhdud məlumat mövcddur. Məlumdur ki, şair 1310 - 1337-ci illər arasında Şiraz şəhərində kömürçü tacir ailəsində anadan olub. Atasız böyüyən Hafizin şairlik istedadı özünü çox erkən yaşlarında biruzə verir və şe`rlərinə görə xalq arasında hörmət qazanıb tezliklə əmir sarayının şairi təyin edilir. Lakin yazdığı şerlər səbəbindən dindarlar tərəfindən təzyiqlərə mə`ruz qalan şair əvvəlcə İsfahan*a, sonra isə Yəzd*ə qaçmağa məcbur olur. Bir neçə ildən sonra Şiraza qayıdıb yaradıcılğına davam edir. Hafiz şe`rlərində dərin və abstrakt fəlsəfi fikirlər ifadə edir. Şair dünyanı tez-tez "viranə" bir yerə bənzədir, insan həyatının xəyalı və aldadıcı bir dövr sayır. Ondan bir əsr əvvəl yaşamış Sədi*dən fərqli olaraq, Hafiz şe`rlərini bir məcmuəyə-divana toplamamışdır. Buna görə Hafizin yazdığı qəzəllərin dəqiq sayı məlum deyil və 573-994 arasında ola bilər. Hafizin şerləri maraqlı bir xüsusiyyət ilə fərqlənir. Onun elə bir qəzəli yoxdur ki, şairin adını daşımasın.
|
|
| |
Nariman_Qahramanli | TARİX: BAZAR, 2010-08-29, 9:53 PM | Message # 7 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| İrəc Mirzə İrac Mirzə (farsca: ایرج میرزا), Cəlalülməmalik ləqəbiylə də tanınırdı (1874, Təbriz – 1926, Tehran), məşhur İran şairi idi. Həyatı İrac Mirzə şair Qulam Hüseyn Mirzənin oğlu olub və Qacar şahlarının nəslindən idi. O, təhsilini ev şəraitində almış və 15 yaşında ikən fars dilində sərbəst danışırdı. Sonralar fransız və rus dilləri ilə də maraqlanmağa başlayır. 1893-cü ildə atasının və həyat yoldaşının vəfatından sonra "şairlər sədri" adına layiq görülür. XX əsrin əvvəllərindən İran konstitusiya islahatında iştirak edir. Sonralar nazirlik və digər hökümət idarələrində çalışmışdır. İrac Mirzənin poeziyası həm romantik eşq, həm də satirik mövzuları əhatə edir. Klassik fars ədəbi üslublarına sadiq qalsa da, İrac Mirzə yaradıcılığında bir sıra yeniliklərə də imza atmışdır. Bu yeniliklər əsasən şairin siyasi və mədəni islahatlarda iştirak etməsinin səbəbi idi. Onun ən məşhur şerlərindən bir neçəsi bunlardır: "İblis", "Ana", "Arifnamə", "Qadın təsviri" və s.
|
|
| |
Nariman_Qahramanli | TARİX: BAZAR, 2010-08-29, 9:54 PM | Message # 8 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| Nima Yuşic Nima Yuşic (farsca: نیما یوشیج), əsl adı Əli İsfəndiyaridir (12 Noyabr 1896 – 6 Yanvar 1960), sadəcə Nima adıyla tanınan İran şairi idi. Fars və mazandaran dillərində yazırdı. Həyatı və yaradıcılığı Nima Mazandaran ostanının Yuş kəndində anadan olub. Uşaqlıqda atasının mal-qarasını otararkən çobanlar və mövsüm işçilər tərəfindən danışılan əhvalatlara qulaq asırdı və bu gənc Nimanın ədəbi məharətini irəlilətdi. Təhsilini əvvəlcə qarşına ürəyi yatmayan dini məktəbdə, sonra isə Tehranda, Sent-Lui aləmi (katolik) məktəbində alıb. Orada şair Nizam Vəfadan şer yazma sənətini öyrənirdi. Əvvəllər Yuşicin tərzi Sədi və Hafizin ədəbi ənənəsinin davamı idi, lakin Mazandaran kəndindən fərqli olan Tehranda sürdüyü həyat onu yeni və nadir ədəbi yola gətirdi. Eşq mövzusunu müasir oxuculara daha yaxın olan qəhrəmanlıq mövzusuyla əvəz etdi. Şerlərində hətta tez-tez şəxsləndirilməyə müraciət edirdi. Adi insanlar tərəfindən danışılan sadə dil üslubunun işlədilməsi əsərlərinə milli kolorit əlavə edirdi. Nəhayət, rəmziyə Nimanın yaradıcılığın ən dramatik təfsilatıdır. Nima Yuşicin tanınmış şerləri bunlardır: "Əfsanə", "Ay gecə" və "Zindan".
|
|
| |
Nariman_Qahramanli | TARİX: BAZAR, 2010-08-29, 9:54 PM | Message # 9 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| Simin Behbahani Simin Behbahani (farsca: سیمین بهبهانی) (d. 20 İyul 1927, Tehran) İranın görkəmli şairəsi və feministidir. 12 yaşında şer yazmağa başlayan Behbahani ilk dəfə şerini 14 yaşındaykən nəşr etdirdi. Əvvəl Nima Yuşicin "çar parə" ədəbi tərzini işlədirdi, sonralar qəzəllərə keçdi. Şairənin teatr məsələlərini və müasir gündəlik hadisələri qəzəl formasında təqdim etməsi fars ədəbiyyatının inkişafında böyük rol oynamışdır. Simin Behbahani hal-hazırda İran Yazıçılar Birliyinin prezidentidir. 1997-ci ildə Nobel mükafatına ədəbiyyat üzrə namizəd seçilmişdir. Əsərləri • "Sınıq tar", 1951 • "Ayaq izi", 1954 • "Çılçıraq", 1955 • "Mərmər", 1961 • "Dirilmə", 1971 • "Sürət və atəş xətti", 1980 • "Dəşti-Arjan", 1983 • "Kağızdan paltar", 1992 • "Bir azadlıq pəncərəsi", 1995 • "Şerlər məcmuəsi", 2003
|
|
| |
|