CÜMƏ, 2024-03-29, 9:11 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ ŞEİR - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » ƏDƏBİYYAT » ŞEİR (ŞEİR HAQQINDA)
ŞEİR
Nariman_QahramanliTARİX: BAZAR, 2010-08-29, 9:37 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Şeir

Şeir (Azərbaycan dilində apostrof işarəsinin ləğvinə qədər şe'r) bədii təfəkkürün nəzmlə yazılan bir ifadə forması.
Şeir adətən bir-biri ilə qafiyələnən sətirlərə bölünür. Şeirdə bu cür sətirlər misra adlanır. İki misra birləşərək bəzən beyt, dörd misra isə bənd yaradır. Azərbaycan şeirində bəndlərdə misraların sayı bir çox hallarda dörddən çox (məs., Səməd Vurğunun "Azərbaycan" şeirində bəndlər beşmisralıdır), və ya dörddən az da ola bilər (məs., Mikayıl Müşfiqdə üçmisralı bəndlər).
Azərbaycan dilində şeir üç vəzndə yazılır: heca, əruz və sərbəst. Heca vəznində yazılan şeirlərə Molla Pənah Vaqif, Səməd Vurğun və Mikayıl Müşfiq, əruz vəznində yazılan şeirlərə Füzuli, Seyid Əzim Şirvani və Sabir, sərbəst vəzndə yazılan şeirlərə Mikayıl Rəfili, Rəsul Rza və Əli Əkbər yaradıcılığı misal ola bilər. Azərbaycan şairləri adətən bir neçə vəzndə yazırlar (məs, Molla Pənah Vaqif), bəzən bir şeir eyni zamanda iki vəznə aid ola bilir (məs, Süleyman Rüstəmin yaradıcılığında bir çox şeirlər adətən həm heca, həm də əruza aiddir).

Nümunələr

Heca vəznində şeir

Xumar-xumar baxmaq göz qaydasıdır,
Lalətək qızarmaq üz qaydasıdır,
Pərişanlıq zülfün öz qaydasıdır,
Nə badi-səbadan, nə şanədəndir. (Molla Pənah Vaqif)

Əruz vəznində şeir

Məndə Məcnundan füzun aşiqlik istedadı var,
Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var. (Füzuli)

Sərbəst vəzndə şeir

Yeri, yeri,
qara paltarlı qadın,
kiri, kiri,
qara paltarlı qadın.
Bəsdir başdaşımı basdın bağrına,
bu qəbir də min qəbirdən biridir.
Bütün məni ağlayanlar kiridi,
sən də kiri,
qəbrim damır,
ağlama! (Ramiz Rövşən)

 
FORUM » ELM VƏ TƏHSİL » ƏDƏBİYYAT » ŞEİR (ŞEİR HAQQINDA)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...