ŞƏNBƏ, 2024-04-20, 4:19 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ NƏĞMƏLƏR - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » ƏDƏBİYYAT » NƏĞMƏLƏR (NƏĞMƏLƏR, MƏRASİM NƏĞMƏLƏRİ)
NƏĞMƏLƏR
Nariman_QahramanliTARİX: BAZAR, 2010-08-29, 9:31 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Nəğmələr

Nəğmələr – lirik növün ən qədim janrlarından biridir. Məzmunca bir neçə növü vardır: əmək nəğmələri, mərasim nəğmələri, mövsüm nəğmələri, qəhrəmanlıq nəğmələri. Əmək nəğmələrinin ilk nümunələri qədim insanların birgə əmək prosesində yaranmışdır. Holavarlar və sayaçı sözləri əmək nəğmələrinə daxildir. Holavarlar cütçülük və əkinçiliklə, sayaçı sözləri isə qoyunçuluqla bağlı yaranan nəğmələrdir.

Qara kəlim aranda,
Çıxar gün qızaranda.
Xodaq murada çatar,
Kəlindən bar alanda. (Holavar)

Nənəm, a ağbaş qoyun,
Qarlı dağlar aş, qoyun.
Yağından plov olar,
Quyruğundan aş, qoyun. (Sayaçı sözü)

Mərasim (məişət) nəğmələri insanların məişəti və dünyagörüşü ilə bağlıdır. Toy mərasimlərində oxunan nəğmələr də mərasim nəğmələridir. Mövsüm nəğmələri daha çox qışın bitməsi və Yeni ilin – Novruzun gəlişi ilə bağlıdır. Qəhrəmanlıq nəğmələrinə, əsasən, Koroğlu, Qaçaq Nəbi haqqında yaranan nəğmələr daxildir.

 
Nariman_QahramanliTARİX: BAZAR, 2010-08-29, 9:32 PM | Message # 2
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Mərasim nəğmələri

Mərasim nəğmələri iki yerə ayrılır: mövsüm mərasimləri, məisət mərasimləri.
Mövsüm mərasimləri daha çox ilin müəyyən fəsillərində, aylarında keçirilən mərasimlərlə bağlıdır. Məsələn, "Xıdır nəbi" mərasimi, "Kosa-kosa" mərasimi, yağış çağırma və yağış çox yağdığı zaman "Qodu-qodu" mərasimi və s.

Qodu gəldi, dindirin,
Qodunu ata mindirin.
Qodu gün çıxartmasa,
Vurun onu sındırın.

Məişət mərasimləri insanın doğulması, evlənməsi və vəfat etməsi ilə əlaqədar olan prosesləri əhatə edir. Bu zaman adqoyma, elçilik, nişanlama, xınayaxdı, toy, yaş kimi mərasimlərdə müəyyən məişət mərasim nəğmələrindən istifadə olunur. Məsələn:

Gəlin, gəlin, qız gəlin,
İnciləri düz, gəlin.
Yeddi oğul istərəm,
Sonbeşiyi qız, gəlin.

Quda, gəlmişik sizə
Hörmət ediniz bizə
Bu gecə qız sizdədir
Sabah aparrıq bizə.

 
FORUM » ELM VƏ TƏHSİL » ƏDƏBİYYAT » NƏĞMƏLƏR (NƏĞMƏLƏR, MƏRASİM NƏĞMƏLƏRİ)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...