BAZAR, 2024-12-29, 5:43 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ METAFORA VƏ METONİMİYA - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
METAFORA VƏ METONİMİYA
Nariman_QahramanliTARİX: BAZAR, 2010-08-29, 9:30 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Metafora

Metafora - yunanca köçürmə deməkdir. Metafora bir əşya, varlıq və hadisəyə məxsus əlamətin başqa bir əşya, varlıq və ya hadisə üzərinə köçürülməsi yolu ilə yaranır.
Metaforanı təşbehlə (bənzətmə ilə) qarışdırmaq olmaz. Hər ikisi müqayisə, bənzətmə əsasında yarandığı üçün bəzən onları fərqləndirmək çətin olur. Yadda saxlamaq lazımdır ki, təşbehdən fərqli olaraq metaforada qarışdırılan tərəflərdən biri iştirak etmir. Məsələn, "Üzü günəş kimi işıq saçan qızım susmasın" cümləsində üzün günəşə bənzədilməsi ilə təşbeh yaradılmışdır. Həmin cümləni "Günəşim susmasın" şəklinə salsaq metafora yaranacaq. "Günəş" sözü bütöv cümlədəki başlıca fikri ifadə etməklə metaforaya çevrilir. İnsana, canlıya aid olan əlamətin cansızların, təbiətin üzərinə köçürülməsi yolu ilə yaranan metaforalar bədii ədəbiyyatda çoxluq təşkil edir. Aşıq Ələsgərin "Dağlar" qoşmasının aşağıdakı misralarında işlənən metaforalar bu baxımdan çox səciyyəvi olub şeirə xüsusi gözəllik, təravət vermişdir:

Ağ xələt bürünər, zərnişan geyməz,
Heç kısi dindirib keyfinə dəyməz,
Sərdara söz deməz, şaha baş əyməz,
Qüdrətdən səngərli, qalalı dağlar.

Metonomiya

Metonomiya - yunanca addəyişmə deməkdir. Məcazın bu növündə bir əşyanın, hadisənin əvəzinə onunla əlaqədar olan başqa əşya və hadisənin adı çəkilir.
Çox vaxt neft əvəzinə "qara qızıl", "Azərbaycan" əvəzinə "Odlar yurdu" deyildiyini və yazıldığını bilirik. Eləcə də fikrin "Mən Türkiyəyə baxıram" (Türkiyənin televiziya verilişləri nəzərdə tutulur), "Nizamini başdan-ayağa oxudum" (Nizaminin əsərlərinə işarə edilir) şəklində ifadə olunduğunu eşitmisiniz.
Deməli, metonomiyada bir anlayış verilsə də, onunla əlaqədar başqa anlayış nəzərdə tutulur. Nəzərdə tutulan anlayışı təsəvvür etmək isə çətin olmur. Məsələn, Rəsul Rzanın "Salon susub durardı..." misrasında salondakılar, salonda əyləşənlər nəzərdə tutulmuşdur. Aşıq Ələsgərin "Dağlar" şeirindəki "Ağ xələt bürünər, zərnişan geyməz" misrasında metonomiyaya aid misal var "qar" əvəzinə "ağ xələt" işlədilmiş, bu da əsərin bədii gözəlliyini artırmışdır.

Ağ xələt bürünər, zərnişan geyməz,
Heç kəsi dindirib keyfinə dəyməz,
Sərdara söz deməz, şaha baş əyməz,
Qüdrətdən səngərli, qalalı dağlar.

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...