Holavar Holavar - əmək nəğmələrinin sırasına daxil olan janrdır.
Holavar cüt nəğməsi də adlanır. Holavarlar da çox vaxt bayatı kimi yeddi hecalı olsa da, nəğmənin misralarında təkrar olunan "qara kəlim", "qaşqa kəlim", "öküz", "qara öküz", "hodaq", "kotan", "mac", "cüt" və s. söz və ifadələr onu müəyyən etməyə imkan verir:
Öküzlər qoşa getdi,
Güc vurdu, daşa getdi.
Cütün macı qırıldı,
Zəhmətin boşa getdi.
Qara öküz aranda,
Çıxar gün qızaranda,
Hodaq murada çatar,
Torpaqdan bar alanda.