Hekayə
Hekayə - Yazılı ədəbiyyat və epik növün olduqca geniş yayılmış janrı. Bir səhifədən əlli-altmış səhifəyə qədər olur. Süjetli nəsrin üç - hekayə, povest, roman janrlarının həcmcə ən kiçiyidir. Əsasən tək süjetdən, yaxud bir neçə süjet üzərinə köməkçi süjet vasitəsiylə fikirlərdən ibarət olur.
Hekayədə epiqrafdan, sitatdan geniş istifadə olunmaqla bərabər içərisində süjetə taraz gələn və onu ixtiyarınca açıqlayan, ifadələyən şeirlərdən, mahnı sözlərindən istifadə olunur.
Epiqraf
Epiqraf - Başlıq, ideya yönümü, kimi tanımlaya biləcəyimiz epiqraf, elmi-bədii, siyasi-iqtisadi, ictimai-psixoloji - yəni təfəkkür dünyasını əhatə edən kitab, məqalə, araşdırma, məktub, gündəlik və b. yazı məhfumlarının başlığında, yaxud başlıqlarında hər hansı bir düşüncə adamının qısa fikri kimi işlədilir.
İşlədildiyi nümunəni, yön, fikir, ideya baxımdan, əhatə edir, ilkin anlayış, məqsədi nəzərdə tutur.