Əmək nəğmələri Əmək nəğmələri - Bu nəğmələr şifahi xalq ədəbiyyatın ən qədim janrıdır. Ovçuluq, əkinçilik, maldarlıqla məşğul olan qədim insanlar əmək prosesində müəyyən ahəng və ritmikadan istifadə edərək görülən işi asanlaşdırmağa, şux əhval-ruhiyyə yaratmağa çalışmışlar. İlk mərhələdə bu nəğmələr yalnız müəyyən ritmika üzərində qurulduğu üçün məzmun və forma baxımından qeyri-kamil olmuşdur. Məsələn;
Güc ver ho, güc ver ho, güc ver ho!
Avalım düzdə qalıb.
Güc ver ho, güc ver ho, güc ver ho!
Ehhe, ehhe, güc ver ho!