ÇƏRŞƏNBƏ, 2024-04-24, 11:33 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ ƏFSANƏ - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » ƏDƏBİYYAT » ƏFSANƏ (ƏFSANƏ HAQQINDA)
ƏFSANƏ
Nariman_QahramanliTARİX: BAZAR, 2010-08-29, 9:17 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Əfsanə

Epik növün janrı olan əfsanələr daha çox xalqın tarixini, dünyagörüşünü, xəyal və arzularını özündə əks etdirir. Azərbaycan əfsanələri, əsasən, aşağıdakı mövzulardadır:
1. Heyvanlar, quşlar haqqında
2. Güllər, çiçəklər, ağaclar haqqında
3. Yer adları haqqında
4. Tayfa, el, xalq, nəsil haqqında
5. Səma cisimləri haqqında
6. Tarixi şəxsiyyətlər haqqında
7. Nizami mövzuları haqqında
8. Ailə-məişət məsələləri və dini baxışlar haqqında.
Canlılar və bitkilər haqqında olan əfsanələrə "Yusif-Nəsib quşu", "Hüt-hüt quşu", "Yapalaq quşu", "Turac", "Pərvanə və od" və s. əfsanələr aiddir.
"Turac" əfsanəsində deyilir ki, Turac adlı gözəl qız xanın zalım arvadının qulluqçusudur. Bir gün xanım başını yumaq üçün su hazırlamağı əmr edir. Xanım yuyunduqdan sonra başını daramaq istədikdə Turac darağı tapa bilmir. Yazıq qızcığaz qorxusundan Allaha yalvarır ki, onu quşa çevirsin. Allah Turacı quşa çevirir və o, xanımdan xilas olur.
Nizami mövzuları ilə bağlı "Şirin qala" əfsanəsi vardır. Əfsanədə Ağcaqız adlı bir gözəli sevən gəncin nakam ölümündən və məhəbbətindən danışılır. Oğlanın ölümdən sonra "Şirin qala" da yarımçıq qalır.
Yazılı ədəbiyyatda N.Gəncəvi, C.Cabbarlı, S.Vurğun, S.Rəhimov və başqaları əfsanələr əsasında əsərlər yazmışlar.

 
FORUM » ELM VƏ TƏHSİL » ƏDƏBİYYAT » ƏFSANƏ (ƏFSANƏ HAQQINDA)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...