Nariman_Qahramanli | TARİX: BAZAR, 2010-08-29, 9:13 PM | Message # 1 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| DIVANI Divanilər coşğun, təntənəli, döyüşkən ruhlu aşıq şeiridir. Divanini təşkil edən misralar 15–16 hecalı olur. Birinci bəndin üçüncü misrası sərbəst, I, II və IV misraları həmqafiyə, sonrakı bəndlərdən ilk üç misra bir-birilə, son misra isə birinci bəndin axırıncı misrası ilə həmqafiyə olur: aaba, ccca, ççça və s. Məsələn; Ələstidən bəli dedim. Nə xoş kamaldı yüküm, Bir gözəlin aşiqiyəm, vəsfi-camaldı yüküm. Həm dərindi, həm dayazdı, həm acıdı, həm şirin, Həmi dürdü, həmi gövhər, həm şəhdi-baldı yüküm. Nütfəsindən əyri olan tez göstərir isbatın, Hər ağac kökündə bitər, hər meyvə gözlər zatın. Hər cayı nədyana sayar, naşı bilməz qıymatın, Əhli-ürfan məclisində gövhər misaldı yüküm. Gəl ey biçarə Ələsgər, sığın şahi-Heydara, Onun damənindən tutan, yəqin ki, yanmaz nara. Pirim özü nüsrət verdi, bu gün çıxdım bazara, Sərrafısan, aç baxğınan, gör nə cəlaldı yüküm.
|
|
| |