BAZAR, 2024-12-29, 0:05 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ CIĞALI TƏCNİS - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
CIĞALI TƏCNİS
Nariman_QahramanliTARİX: BAZAR, 2010-08-29, 9:06 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Cığalı təcnis

Təcnisin bir növü olan cığalı təcnisin hər bəndinə bir bayatı əlavə edilir. Əlavə edilən bənd cığa bənd adlanır. Cığa bənd ilk iki misradan sonra işlənir. Məsələn:
Həqiqətin elmi dəryadan dərin,
Naşı qəvvas orda bil, üzə bilməz!
Mən aşiqəm, üz barı,
Canan gəldi üz barı.
Azad bağda gül açıb,
Nazlı dilbər, üz , barı!
Kamil bağban açıb bağların dərin,
Namərdlər bağlardan gül üzə bilməz!
Mərifət lazımdır ata-anadan,
Gərək ki, dərk etsin hər ağlı nadan.
Aşıq deyər nə danə,
Sirrin vermə nadanə!
Axtardım nə gül tapdım,
Viran bağda nə danə.
Könül tapıb həmdəmini nə danə,
Ölüncən ayrılmaz, əl üzə bilməz.
Cavanam, bu yerdə gözəldir halım,
Dərs verib mənə də dərin bir alim.
Mən aşiqəm, alimdir,
Zaman mənə alimdir.
Gözüm gördü, şad oldum,
Azad ana elimdir.
Gül-çiçəkdə bəzənibdir mahalım,
Xəzan poza bilməz, yel üzə bilməz!

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...