Nariman_Qahramanli | TARİX: BAZAR, 2010-08-29, 9:04 PM | Message # 1 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| ATALAR SÖZÜ Atalar sözləri xalqın həyatda sınanmış, müdrik və nəsihətli fikirlərindən ibarət olur və böyük əxlaqi-tərbiyəvi əhəmiyyət daşıyır. Əsas xüsusiyyəti həcmcə kiçikliyi, lakin mənaca hikmətli və nəsihətli olmasıdır. Atalar sözləri bitkin fikir ifadə edir, həm həqiqi, həm də məcazi mənada işlənir. Həqiqi mənada işlənənlər: "Doğru söz acı olar", "İş insanın cövhəridir", "Yaxşı dost qardaşdan irəlidir", "Çıxan can geri qayıtmaz". Məcazi mənada işlənənlər: "Buynuzsuz qoçun qisası buynuzlu qoçda qalmaz", "İlanın ağına da lənət, qarasına da", "İslanmışın yağışdan nə qorxusu", "Ağacı qurd içindən yeyər" və s. Atalar sözlərindən yazılı ədəbiyyatda da geniş şəkildə istifadə olunur. Abbas Səhhətin "Yoxsulluq eyib deyil", Nəcəf bəy Vəzirovun "Daldan atılan daş topuğa dəyər", "Yağışdan çıxdıq, yağmura düşdük", "Sonrakı peşmançılıq fayda verməz", Əbdürrəhim bəy Haqverdiyevin "Yeyərsən qaz ətini, görərsən ləzzətini" əsərlərinin adları şifahi xalq ədəbiyyatından götürülmüşdür. Tapmaca kimi bu janr da həm nəzmlə, həm də nəsrlə olur. Məsələn: Sən ağa, mən ağa, İnəkləri kim sağa? Hər nə yedin dadındır, Hər nə verdin adındır, Hər nə qaldı yadındır. Yüz ölç, Bir biç. Açaram sandığı, Tökərəm pambığı. Bu günün işini sabaha qoyma. İş insanın cövhəridir. Kitab bilik mənbəyidir. MƏSƏL Məsəl - folklor janrı olub, nəzəri anlayışı hansısa olmuş hadisədən çıxarış kimi bir və ya bir neçə cümlə haliyədə baş verən, yaxud söhbəti gedən hadisəyə uyğunlaşdırılaraq, bərabər tutularaq misal gətirilir. Məsəllər yığcamlığına və hikmətli məzmununa görə atalar sözlərinə oxşasa da, ondan fərqlənir. Atalar sözlərindən fərqli olaraq, məsəllərdə fikir bitkin olmur, yarımçıq şəkildə bildirilir, müstəqil işlənə bilmir. Məsəl müəyyən bir hadisə və lətifə ilə bağlı olur və məzmunu yalnız müəyyən izahatdan sonra aydınlaşır. Məsələn: "Sən çaldın", "Qələt yağ küpəsindədir", "Dava yorğan davasıdır" məsəlləri Molla Nəsrəddin lətifələri, "Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu", "Ölüb Fərhad, gəlmir külüngünün səsi", "Leyliyə Məcnun gözü ilə bax", "Bütövü kəsmə, paraya dəymə, doğra, doyunca ye" kimi məsəllər lətifələr, dastanlar, əfsanələr, nağıllar əsasında yaranmışdır.
|
|
| |