ƏDƏBIYYAT
Ədəbiyyat, bəşəri tarixin bu günə kimi yaratmış olduğu ən böyük sənət qollarından biri, bəlkə də birincisidir. Insanların düşünməyə, danışmağa, sözlərdən düzgün olaraq ifadə etməyə başladığı bir dövrdən yol alaraq bu günkü yüksək səviyyəyə gəlib çatmışdır ki, bu sənətin fədakarları arasında dünya tarixinin unudulmaz, əvəz edilməz, daima ehtiyac duyulan sənətkarları, dahiləri vardır.
Rəsmi yazı və ifadənin əksinə mənalandırdığı məhfumu bütün özünə məxsus tərəfləriylə ifadə etməklə yanaşı insan şüurunun dərin qatlarının təsilənmə səviyəsinə uyğun olaraq öz daxili qatlarını inkişaf etdirib, bəşəriyyətə öncü olmağa, daha doğrusu əsrlərin sınağından çıxmış həyat tərzinin yetişdirmiş olduğu ideyaları ümumiləşdirib, bədii vasitəylə cəmiyyətə aşılamağa, sevdirməyə, düzgün yola işıq tutmağa çalışmışdır. Qəti məlumdur ki, insanların indiki şüur, psixoloji, duyğu, düşüncə amillərincə yetişməsində ədəbiyyatın əvəzsiz rolu olmuşdur. Ədəbiyyat 2 formada olur: nəzm və nəsr. Nəzm müəyyən bir ölçü və qəlibə əsaslanaraq yazılmış ədəbiyyat formasıdır. Bütün şeirlər və şeir formasında yazılmış məktublar və digər əsərləri nəzm hesab etmək olat. Nəsr isə sərbəst, ölçüsüz yazıdır. Nəzm əgər özündə bütün şeir növlərini ehtiva edirsə, nəsr şeir formasında yazılmış bütün ədəbi janrları özündə birləşdirir. Məsələn, roman, hekayə, dram, povest və s..
• Nəzm
o Şeir
o Qəzəl
o Müxəmməs
o Ağılar
o Məsnəvi
o Elegiyalar
• Nəsr:
o Roman
o Hekayə
o Nağıl
o Dram
o Məqalə
o Biografiya
o Tənqid
o Memuar
o Lətifə Mizah
o Dastan