CÜMƏ, 2024-12-27, 5:10 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ N.TUSİ, BƏHMƏNYAR, A.HACIYEV ... - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
N.TUSİ, BƏHMƏNYAR, A.HACIYEV ...
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-08-27, 12:23 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
NƏSIRƏDDIN TUSI

Məhəmməd ibn Həsən Nəsirəddin Tusi (Nəsirəddin Tusi) - Azərbaycan alimi, filosof, astronom, riyaziyyatçı, tarixçi, maliyyəçi və hüquqşünas.
HƏYATI

Məhəmməd Nəsirəddin Tusi 1201-ci il 18 fevralda Həmədan şəhərində anadan olmuşdur. İlk təhsilini atasından almış, sonra Həmədan və Tus şəhərlərində dövrünün tanınmış alimlərinin - İbn Sina və Bəhmənyarın davamçılarının yanında təhsil görmüşdür.Aldığı hərtərəfli və dərin biliklər Məhəmmədi az bir vaxtda elmi mühitdə məşhurlaşdırır. Hələ gənc yaşlarından etibarən o, bir sıra hökmdarların diqqətini cəlb edir. Otuz yaşında ikən Kuhistan ismaililərinin rəhbəri Nasirəddin Möhtəşəm onu sarayına qonaq çağırır və gənc alimdən əxlaq barədə kitab yazmasını xahiş edir. 1235-ci ildə Nəsirəddin Tusi sonralar ona dünya şöhrəti gətirən və bir çox dillərə tərcümə olunan məşhur "Əxlaqi Nasiri" əsərini tamamlayır. Ancaq kitab hökmdarın xoşuna gəlmir və Tusi həbs olunaraq, ismaililərin əlçatmaz dağ zirvələrində yerləşən "Ələmut" ("Qartal yuvası") qalasına aparılır. O, burada sürgün həyatı keçirir. Qəsrdən çıxmaq hüququ əlindən alınmış Tusi ismaililərin yanında keçirdiyi 12 ildən bir qədər artıq müddətdə dözülməz mənəvi sıxıntılarına baxmayaraq, bir neçə elmi əsər yaza bilir. Alim 1242-ci ildə tamamladıqı məşhur "Şərhül - İşarat" (Əbu Əli Sinanın "İşarat" adlı fəlsəfi risaləsinə şərhlər) əsərinin sonunda yazır: "Mən bu kitabın əksər fəsillərini olmazın dərəcədə ağır bir şəraitdə yazdım. Ürək bundan artıq sıxıntı çəkə bilməzdi". 1253-cü ildə Çingiz xanın nəvəsi Hülaku xanın Yaxın Şərqə yürüşü başlayır. Onun qoşunları fətholunmaz sayılan "Ələmut" qalasını da tutur, Nəsirəddini və digər alim məhbusları azad edirlər. Nəsirəddin Hülaku xanın şəxsi məsləhətçisi təyin olunur. Elə ilk günlərdən Nəsirəddin Hülaku xanın bir çox vacib siyasi tədbirlərinin həyata keçirilməsində məsuliyyəti öz üzərinə götürür. Misal üçün, uzun müddət Müsəlman aləminin müqəddəs şəhəri sayılan Bağdada hücumdan çəkinən Hülaku yalnız Nəsirəddinin elmi cəhətdən əsaslandırılmış fikirlərindən sonra bu addımı atmağa cürətlənir. Və beləliklə də Abbasilər sülaləsinin 500 illik hökmranlığına son qoyulur.

Bağdad ələ keçirildikdən sonra Hülaku xan öz möhtəşəm dövlətinin mərkəzini 1260-cı ildə Azərbaycana salır. İlxanilər adlanan bu yeni dövlətin başçıları "ilxan"lar (el xanları) idi. Hülaku xan öz dövlətinin paytaxtı kimi əvvəlcə Azərbaycanın qədim mədəni mərkəzlərindən olan Marağanı, sonra isə Təbrizi seçir. Elə həmin vaxt Nəsirəddin Marağa rəsədxanasının tikintisinə başlayır.

Öz dövrünün bir çox alimləri kimi, Nəsirəddin Tusi də elmin müxtəlif sahələrini dərindən mənimsəmişdi. Onun qələmindən çıxan yüzdən artıq ciddi əsər elmin astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və digər sahələrinə həsr olunmuşdu. Bununla belə Nəsirəddinin yaradıcılığından astronomiya və riyaziyyat üzrə tədqiqatlar xüsusi yer tutur. Tusi bu sahələrdə aparılmış iyirmidən artıq uğurlu araşdırmanın müəllifidir. Riyaziyyata həsr etdiyi əsərlər yalnız ərəbcə, astronomiya üzrə tədqiqatları isə həm fars, həm də ərəb dillərində yazılmışdır.

Riyaziyyatçı alimin ən məşhur əsərləri arasında "Şəklül-qita" ("Bütöv çoxtərəfli haqda risalə), "Came'ül-hesab" ("Lövhə və tozun köməyi ilə hesab toplusu"), "Dairənin ölçüsü", "Təhrir Öqlidis" ("Evklid "Başlanğıc"ının təsviri") kimi kitablar xüsusi yer tutur. Dörd hissədən ibarət "Zici-İlxani" ("İlxanilərin astronomik cədvəlləri") əsəri isə alimin adını dünya astronomiya tarixinə salmışdır.

Çağdaş tədqiqatçıların bir çoxu Nəsirəddin Tusini hər şeydən öncə, riyaziyyatçı hesab edir. Onun əsərləri yalnız Şərqdə deyil, həmçinin Avropada həndəsə və triqonometriyanın inkişafında mühüm rol oynamışdır. 1594-cü ildə Romada ərəb, sonra isə latın dilinə tərcümədə çap olunan "Evklid "Başlanğıc"ının təsviri" əsəri Tusi ideyalarının Avropada yayılmasında böyük iş görmüşdür. Alimin beş kitabdan ibarət yazdığı "Bütöv dördtərəfli haqqında risalə" də Avropada triqonometriyanın inkişafında əhəmiyyətli rol oynamış əsər kimi məşhurdur. Dünya elmi tarixində ilk dəfə bu əsərdə triqonometriyaya müstəqil elm sahəsi kimi yanaşılır. Bu risalə ingilis, rus və fransız dillərinə çevrilmişdir. Nəsirəddinin cəbr sahəsində araşdırmaları içərisində bütün dərəcələrdən kökalma metodu və Binom düsturu daha çox tanınır. Bundan başqa alimin tarixə, minerologiyaya, fizikaya, tibbə, iqtisada, coqrafiyaya, musiqiyə və təbii ki, astronomiyaya dair çoxsaylı əsərləri də diqqətə layiqdir. Bunların arasında "Bağdadın tarixi", "İşığın əks olunması və sınması haqda risalə", "Evklid optikası", "Göy qurşağının öyrənilməsinə dair risalə", "Qiymətli daşlar haqqında kitab", "Tibb qanunları", "Dövlət maliyyəsi haqqında risalə", "Xoşbəxt günlərin seçilməsi" (astrologiya) və başqa əsərlərin adı çəkilə bilər.

Nəsirəddinin bir çox əsərləri bu günə qədər öz araşdırıcısını gözləməkdədir. Onun əsərləri dünyanın müxtəlif nöqtələrinə səpələnmişdir. Bunlara Bakı, Paris, Berlin, Vyana, Oksford, Kembric, Leypsiq, Münhen, Florensiya, Qahirə, İstambul, Moskva, Sankt-Peterburq, Kazan şəhərlərinin muzey və kitabxanalarında rast gəlmək mümkündür.

Tusi Şərq dünyasında etikaya dair "Əxlaqi-Nasiri" adlı məşhur əsəri ilə və Marağa rəsədxanasının banisi kimi xüsusi rəğbət qazanmışdır.

Görünür, o, rəsədxana qurmaq haqqında çoxdan fikirləşirmiş. Bağdad alınan kimi, Nəsirəddinin Hülaku xandan icazə istəyib, işə başlaması da bunu sübut edir. Bir ildən də az bir müddətdə o, rəsədxananın tikiləcəyi yeri müəyyənləşdirir, eyni zamanda astronomik cihazlar hazırlayır, müxtəlif şəhərlərdən burada yaradılacaq kitabxana üçün qiymətli kitablar gətirdir və rəsədxanada araşdırmalar aparmaqdan ötrü dünyanın bir çox ölkəsindən alimlər də'vət edir. Tusi özü "Zici-İlxani" adlı əsərində bu barədə belə yazır: "Hülaku xan ətraf vilayətlərdən astronomik müşahidələr apara bilən alimləri çağırmağı tələb etdi: Dəməşqdən Müvəidəddin Ordini, Mosuldan Fəxrəddin Marağayini, Tiflisdən Fəxrəddin İxlatini, Qəzvindən Nəcməddin Dəbiranini." Digər qaynaqlardan isə dövrün ən tanınmış alimlərindən Qütbəddin Şirazi, Şəmsəddin Şirvani, Cəmaləddin əz-Zeydi Buxari, Fao Mun-çi və digərlərinin də Marağa rəsədxanasında çalışdıqları mə'lum olur. Burada bir məsələyə də toxunmaq maraqlı olardı. Görkəmli Azərbaycan siyasi xadimi və tarixçisi Rəşidəddinin öz salnamələrində yazdığına görə həmin dövrdə Camaəddin Buxariyə də Pekində rəsədxana qurmaq tapşırılmışdı. Lakin o, bu tapşırığın öhdəsindən gələ bilmirdi. Nəhayət, Çin alimi Fao Mun-çi ilə birlikdə Marağaya gəlib, Nəsirəddinlə məsləhətləşmələr apardıqdan və rəsədxana tikilişi üçün zəruri olan alətlərin çertyojlarını əldə etdikdən sonra Pekində də işlər başa çatdırılır.

Rəsədxana yaradılması külli məbləğdə pul qoyuluşu tələb edirdi və Hülaku xan bu işi məqsədəuyğun saymırdı. Tanınmış tarixçi Hacı Xəlifə özünün "Dünya haqqında kitab"ında bununla əlaqədar baş verən hadisələri belə təsvir edir: "Xacə Nəsir Marağadakı astronomiya rəsədxanasının tikintisinə başlamaq üçün lazım gələn məsarifi Hülakuya deyəndə, o, məbləğin böyüklüyünə şübhə ilə soruşdu: "Yəni, ulduzlar haqqında elm belə faydalıdır ki, rəsədxanaya bu qədər pul xərcləyək?" Nəsir cavabında söylədi: "İzn verin, bir nəfər həmin dağa qalxıb, ordan boş bir tası yerə atsın, ancaq bunu elə eləsin ki, heç kəs bilməsin." Belə də edirlər. Tas qayalara dəyə-dəyə qorxulu səslər çıxarır. Hülaku xanın ordusu vahiməyə düşür. Nəsirəddinsə bu zaman xanla birlikdə sakitcə oturub, qoşundakı vahiməni seyr edirdilər. Nəsirəddin xana deyir: "hökmdar, biz qayalardan gələn səsin səbəbini bildiyimizdən sakitcə əyləşmişik. Qoşun isə bunu bilmədiyi üçün həyəcan içindədir. Əgər biz səmada baş verən hadisələrin mahiyyətini irəlicədən bilsək, yer üzündə həmişə belə rahatlıq hökm sürər." Nəsirəddinin sözləri Hülaku xanı elə inandırır ki, o, rəsədxananın tikintisinə razılıq verir və bu məqsədlə 20 min dinar pul buraxır. Sonralar böyük alim rəsədxanada çalışan yüzdən artıq alimə həmişəlik donluq kəsilməsinə də nail olur. Bu məvacib Nəsirəddinin təşəbbüsü ilə vergilərdən yığılan vəsait hesabına ödənilirdi.

Rəsədxananın tikintisi 1259-cu ildə Marağa şəhərinin qərbindəki təpənin döşündə başlanır. Nəsirəddin rəsədxana binalarının layihələşdirilməsində və astronomik cihazların qurulmasında şəxsən iştirak edir. Görkəmli astronom və konstruktor Müəyyidəddin Ordi ilə birlikdə onlar rəsədxanada beş yeni, bir o qədər də köhnə konstruksiyalı astronomik cihaz quraşdırırlar. Yeni konstruksiyaları alimlərin özləri işləyib - hazırlayır. Bundan başqa Marağa rəsədxanasında bir sıra astronomik məsələlərin həlli üçün zəruri sayılan, həmçinin tədris məqsədilə istifadə olunan yer və göy qlobusları da hazırlanırdı. Ordinin oğlu Məhəmməd tərəfindən hazırlanmış göy qlobuslarından biri bizim günlərə qədər çatmış və hal-hazırda Drezdendə saxlanır.

Rəsədxananın nəzdində 400 min kitab saxlanan kitabxana və bu elmi mərkəzi kadrlarla təchiz etməkdən ötrü məktəb fəaliyyət göstərirdi. Maraqlı burasında idi ki, rəsəxanada Müsəlmanlarla birgə xristianlar, buddistlər, nestorianlar və iudaistlər də çalışırdı. Bunlar türklər, farslar, ərəblər, monqollar, çinlilər, gürcülər, tatarlar, yəhudilər və digər millətlərin nümayəndələri idilər. Tusinin tikdirdiyi rəsədxana öz həcminə görə Şərqin bütün məşhur rəsədxanalarını geridə qoyur. Marağa rəsədxanasında çalışan əməkdaşların elmi fəaliyyəti və astronomik müşahidələri "İlxanilərin astronomik cədvəlləri" adlandırılan kollektiv əsərin yaranmasına gətirib çıxarmışdı. Bu cədvəllərin sonuncusu 1284-cü ildə, artıq Nəsirəddinin vəfatından sonra tərtib edilmişdi.

Cədvəllər dörd kitabdan ibarətdir. Birinci kitabda yunan, fars, yəhudi, ərəb və türk təqvimləri təsvir olunur və bir təqvimdən digərinə keçməyin qaydaları göstərilirdi. İkinci kitab ulduzların hərəkətinə və onların ekliptik koordinatlarının yerləşməsinə həsr olunub. Elə buradaca sinus və tangenslərin cədvəlləri, habelə 256 məntəqənin yerləşdiyi uzunluq və en dairəsi göstərilir. Nəsirəddin uzunluq dairəsinin ölçüsünü Qrinviçdən 34-35 dərəcə qərbdən götürərək, Cənubi Amerikanın şərq hissəsindən keçirir. Professor H. C. Məmmədbəyli buna əsaslanaraq, belə bir ehtimal irəli sürmüşdür ki, o dövrün astronom və coğrafiya mütəxəssisləri hələ Kolumbdan çox-çox qabaq Qərb yarımkürəsində sonralar Amerika adlandırılmış materikin varlığından xəbərdar imişlər. "Cədvəllər"in üçüncü və dördüncü kitabları astrologiya məsələlərinə həsr olunub.

Marağa rəsədxanası tətbiqi astronomiyanın inkişafında müstəsna rol oynayıb.

Nəsirəddin Tusi dünyasını 1274-cü ildə 25 İyunda Bağdadda dəyişmiş və orada "Came məscidi"ndə torpağa tapşırılmışdır. Onun üç oğlu olub: Əsiləddin Həsən, Fəxrəddin Əhməd və Sədrəddin Əli. Nəsirəddin öldükdən sonra üçüncü oğlu uzun müddət rəsədxanaya rəhbərlik etmişdir.

XIV əsrdə Nəsirəddinin nəvə-nəticələri Marağadan Ordubada köçmüşlər. Səfəvilər dövründə onlar bir sıra dövlət vəzifələrində çalışmışlar. Hal-hazırda Azərbaycan Respublikasında və İran İslam Respublikasında Nəsirəddin Tusinin çox sayda varisləri yaşamaqdadır.
Əsərləri

Əsər cəmi 101 adətdir.

* Şerh'i İşârat (temel felsefe kitabı, 20 ildə hazırlanmış)
* Zic-i İlhânî (astronomi haqqında)
* Tecrid-ül-akâid (kelam kitabı)
* Tezker-i hayat
* Tahrir-i Öklides
* Tahrir-ül-Macestî
* Esas-ül-iktibas (Mantıq kitabı)
* Esraf-ül-eşraf
* Ahlak-ı Nâsırî
* Fusul

 
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-08-27, 12:25 PM | Message # 2
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
BƏHMƏNYAR ƏL-AZƏRBAYCANI

Bəhmənyar əl-Azərbaycaniİbn Sinanin tələbəsi idi. Fəlsəfəyə aid “Ət-Təhsil” (“İdrak”) əsərində Bəymənyar bir sıra tibbi mövzulara da toxunur. Müəllif, Əbubəkir İbn Zəkəriyyə Razinin, Əli İbn Abbasın, Əbu Reyhan Birunini, əl-Kindinin və Şərqin başqa böyük alimlərinin tibbi əsərləri ilə yaxından tanış idi. Şərqin dörd dahi filosofundan sayılan Bəhmənyar əl-Azərbaycani (başka üç filosof alim - İbn Sina, Əl Fərəbi və Ibn Rüşdü olmuşlar) bir filosof kimi Əpəctunun(Aristotel) fikirlerini shərqde axırıncı yayan alim kimi meşhur olunub.Bundan başqa onun fizika və mexanikaya aid bir nəçə mühüm fikirleri olub ki, onlar 300-500 il sonra Avropada mexanika qanunlarina çevrilmişdir.

Əsl adi Əbu Əl Həsən Bəhmənyar İbn Əl Mərzban əl Azərbaycani olan bu böyük alim 10-cu əsrin axirlarinda Azərbaycanin Şamaxı şeherindeanadan olmuşdur.Onun ilk muəllim və əməkdaşı, Şərqin ən dahi alimi Əbu İbn Sina olub.İbn Sina şagirdi Bəhmenyarla həmişə fəxr etmiş, məktublarının birində isə yazmışdır: 'O mənə oğuldan artıq isteklidir.Mən ona tə'lim-tərbiyə vermiş və onu bu səviyəyə gətirib çıxartmışam.'Çox vaxt İbn Sina öz şagirdine mevla'i varisi' deyə müraciət edirdi(yə'ni cənab və başçı kimi), fars dilinde bu 'giya reis' kimi seslenir.

Onların tanış olunması da adi olmayıb.Bir dəfə dəmirçixanada olarken İbn Sina bir nəfərin dəmirçidən od istədiyini görüb. Dəmirçi ona deyir ki: 'Xəkandazını gətir, içərisinə od qoyum apar.' Həmin şəxs dərhal ocuna torpaq yığıb: 'Odu bu xəkandaza qoy,'-deyir. Bu mənzərəni müşaidə edən İbn sina həmin adamin ağlına heyran qalıb, ona təklif edib ki: yanimda qal, sənə elm öyrədim. Həmin iti ağlın sahibi Bəhmənyar imiş.

Əli İbn Zeyd əl-Beyhəqinin(1170-ci ildə vəfat etmişdir) tərcüməyi-hal kitabında Bəhmənyar haqqında yazıb:'Bəhmənyar-müdrik filosof Əbu Əlinin şagirdi atəşpərəstdir, Azərbaycan ölkəsindədir. Elmi istiqamətlərində əsasən Əbu Əlinin davamçısı kimi tanınır. Əsas elmi əsərləri 'Ət-təhsil', 'Gözəllik və Səadət', 'Musiqi haqqinda' və bir neçə traktatdir.

Bəhmənyarin mexanikaya aid fikirləri əsasən 'Ət-təhsil' əsərinin üçüncü kitabındadır. Burada o, öz müəllimi İbn Sinanın hərəkətin öyrənilməsi və cisimlərin yer dəğişiminə nəzəriyətini tədqiq edir.

Ümumiyətlə Orta əsr Şərqində hərəkətin ötürülməsi mexanikanın və fəlsəfənin vacib məsələlərindən hesab olunurdu və o vaxtın alimlərinin elmi əsərlərində çox vacib yer tuturdu. Bu haqda ilk fikirləri dahi alim İbn Sina söyləyib. İbn Sinanin fikirlerini davam etdiren və genişləndirən Bəhmənyar hesab edir ki, atilan cisim ona göre hərəkət edir ki, atan adam bu cismə bir təkan verir. Bu quvvə imkan verir ki cisim verir ki cisim hərəkətini dəvam etdirsin. Ərəbcə buna 'Mayıl karsi'- məcburi hərəkət deyirlər. Avropada hərəkət haqda olan bu fikirler alimlər impesus nəzəriyəsi olarak adlandırılıbdır. Sonralar o müasir dövrdə işlətdiğimiz 'impuls' termini ilə əvəz olunubdur.

Bəhmənyarın 'Ət-Təhsil əsəri onun ən böyük ensiklopedik əsəri hesab olunurdu.Bu əsər bir neçə kitabdan ibaretdir.Burada onun çox vaxt yayılan peripatik fəlsəfə haqqında nəzəri görüşləri verilibdir. Bu əsərdə Bəhmənyar çox vacib bir nəticəyə gəlir. Adı çəkilən 'məcburi hərəkət' cismin təbii hərəkətinə müqavimət göstərir. Bəhmənyar hərəkətə ma'ne olan sürtünmənin qeyd edir, hətta havanin sürtünməsini də əks quvvə kimi qəbul edirdi.

Sonraki fikir mubadilələrində Bəhmənyar cisimlik terminindən istifadə edir. Burada o, hər bir cismə üç düzbucaq oxların kəsişən ölçüsündə baxırdı. Beləliklə, Bəhmənyar muasir üçölçülü fəza sistemi fikrini də hələ 500 il əvvəl iləri sürmüştür. Bəhmənyarın çox əsərləri bugun İstambul, Vatikan, Tehran, Beyrut, Gahire və Londonda saxlanılır. Onun 'Mevcudatın mərtəbələri' və 'Metafizika elminin mövzusu' adli iki traktati 1851-ci ildə Leypsiqdə alman dilində çap olunubdur. Onun Ibn Sina ilə yazışmaları isə Milan şəhərində əlyazma şəklində saxlanılır.

 
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-08-27, 12:26 PM | Message # 3
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
ASƏF HACIYEV

Asəf Hacıyev 1951-ci il mayın 29-da Gəncə şəhərində anadan olmuşdur. Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. Fizika-riyaziyyat elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür. 2 kitabın və 100-dək elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir. Bernulli adına Ümumdünya Ehtimal Nəzəriyyəsi və Riyazi Statistika Cəmiyyətinin, Üçüncü Dünya Akademiyasının üzvüdür. 1979-cu ildən Azərbaycan EA-nın Kibernetika İnstitutunun baş elmi işçisi olmuşdur. 1990-cı ildən həmin institutun sektor rəhbəri işləmiş, 1993-cü ildən Türkiyədə "Boğaziçi" Universitetinin professoru vəzifəsində çalışmışdır. Hazırda Azərbaycan MEA-nın Kibernetika İnstitutunun laboratoriya rəhbəri və Bakı Dövlət Universitetinin ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının müdiridir.

Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2006-cı il mayın 13-də 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Çexiya, Azərbaycan-Hindistan, Azərbaycan-İndoneziya, Azərbaycan-Kanada, Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin rəhbəri və Parlament Məclisi Sədrinin müavinidir. Bitərəfdir.

Evlidir, 3 övladı var.

 
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-08-27, 12:28 PM | Message # 4
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
HAMLET İSAXANLI

İsayev Hamlet Abdulla oğlu (Hamlet İsaxanlı) - riyaziyyatçı, fizika-riyaziyyat elmləri doktoru, professor, şair, yazıçı, publisist, tərcüməçi, elm, mədəniyyət və təhsil tarixi üzrə mütəxəssis, ədəbiyyat və dil, tarix və fəlsəfəyə dair çoxsaylı əsərlərin müəllifi.

İsaxanlı soyadını о, poetik yaradıcılığında, həmçinin humanitar və sosial elmlər sahəsində yazdığı əsərlərində işlətmişdir. Onun bütün riyazi əsərləri "İsayev" soyadı ilə çap olunmuşdur. Hazırda o, geniş ictimaiyyət arasında daha çox Hamlet İsaxanlı kimi tanınır.

Hamlet İsaxanlı müxtəlif sahələrdə geniş fəaliyyət göstərir - riyaziyyatçı, humanitar və sosial elmlərin bir çox sahələrində yazılmış elmi-tədqiqat işlərinin müəllifi, poetik və bədii-publisistik əsərlərin müəllifi, tərcüməçi, maarifçi, Xəzər Universitetinin təsisçisi və rektoru, Dünya məktəbinin (ibtidai, ümumi orta, tam orta) təsisçisi, nəşriyyat təsisçisi, redaktor, ictimai xadim və s.
HƏYATI

Hamlet İsaxanlı 1948-ci il martın 1-də Gürcüstanın Qardabani rayonunun Kosalı kəndində anadan oldu. 1965-ci ildə orta məktəbi qızıl medalla bitirib Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsinə qəbul olundu və 1970-ci ildə oranı fərqlənmə diploma ilə bitirdi. 1970-1973-cü illərdə Azərbaycan Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutu tərəfindən M.V. Lomonosov adına Moskva Dövlət Universiteti mexanika-riyaziyyat fakültəsinə aspiranturada oxumağa göndərildi və 1973-cü ildə "Operator dəstələrin spektral nəzəriyyəsinin bəzi məsələləri" mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi aldı.

1973-1983-cü illər ərzində Hamlet İsaxanlı Moskva və Bakıda, Lomonosov adına Moskva Dövlət Universitetində, SSRİ Elmlər Akademiyasının V.İ. Steklov adına Riyaziyyat İnstitutunda, Azərbaycan Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda, Azərbaycan Dövlət Universitetində çalışdı, elmi-tədqiqatla və qismən də pedaqoji işlə məşğul oldu. Sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda (İndiki Azərbaycan Dövlət Neft Akademiyası) və Leninqrad Maliyyə və İqtisad İnstitutunda (Bakı filialında) uyğun olaraq professor və kafedra müdiri kimi fəaliyyət göstərdi.

Hamlet İsayev imzası ilə SSRİ, ABŞ, Böyük Britaniya, Kanada və Almaniya kimi ölkələrdə nüfuzlu elmi jurnallarda və məcmuələrdə elmi-tədqiqat əsərləri dərc olundu. O, 1983-cü ildə Moskvada Sovet Elmlər Akademiyası V.İ. Steklov adına Riyaziyyat İnstitutunda "Çoxparametrli spektral nəzəriyyənin bəzi məsələləri" mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi aldı; bir qədər sonra isə Sovet Ali Attestasiya Komitəsi tərəfindən professor adına layiq görüldü.

Hamlet İsayev yüksək tədqiqatçı gücünə və geniş riyazi mədəniyyətə malik alim kimi tanındı və hörmət qazandı. O, riyaziyyat və tətbiqi elmlərin öz-özünə qoşma olmayan operatorlar nəzəriyyəsi (non-selfadjoint operators), çoxparametrli spektral nəzəriyyə (multiparameter spectral theory), birgə spektrlər nəzəriyyəsi (theory of joint spectra), diferensial tənliklər (differential equations), ədədi oblastlar (numerical ranges), iqtisadiyyatın riyazi modelləri (mathematical models of economy) kimi müxtəlif sahələrində ciddi nəticələr almış alimdir. Hamlet İsayev müasir çoxparametrli spektral nəzəriyyənin yaradıcılarından biri hesab olunur. O, riyaziyyatın riyazi fizikadan qaynaqlanan bu çox mühüm sahəsində dərin tədqiqatlar aparan ilk sovet riyaziyyatçısı idi.

Hamlet İsayev Moskva riyaziyat məktəbinin nümayəndəsi olmaqla yanaşı Birləşmiş Ştatlar, Böyük Britaniya, Almaniya, Kanada,... elmi məktəblərinin də uğurlarından bəhrələndi. Hələ Sovet “Dəmir Pərdə” dövründə o, çətinliklərə baxmayaraq, qərb ölkələri yalnız məsafədən, qiyabi olaraq deyil, dəvətli professor kimi çalışaraq da kəşf edir, öyrənirdi. Sonralar da Avropa, Amerika və Asiya da yerləşən müxtəlif elm mərkəzləri, akademiya və universitetlər onu mühazirələr oxumağa, birgə tədqiqatlar aparmağa, elmi konfranslarda çıxışa dəvət etdilər. O da, öz növbəsində xarici həmkarlarını mühazirələr oxumaq və əlaqələri daha da inkişaf etdirmək üçün Moskva və Bakıya dəvət etdi. Göründüyü kimi, artıq Sovet dövründə, o, beynəlxalq elmi şəbəkə qurmağa nail olmuşdu.

Hamlet İsayevin riyaziyyat üzrə tədqiqatlarını Sovet Elmlər Akademiyası üzvləri N.N. Boqolyubov, V.S. Vladimirov, S.M. Nikolskiy, Lenin mükafatı laureatları B.M. Levitan və V.B. Lidskiy, eləcə də A.Q. Kostyuchenko, A.A. Dezin, V.A. Sadovnichiy (hal-hazırda Lomonosov adına Moskva Dövlət Universitəsi rektoru), professor F. Atkinson (Toronto University), professor P.J. Browne (University of Calgary) və digər görkəmli riyaziyyatçılar, o cümlədən Azərbaycan riyaziyyatçıları Zahid Xəlilov, Mirabbas Qasımov yüksək qiymətləndirdilər. Onun elmi əsərləri Sovet Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən “ilin ən yaxşı elmi işləri” siyahisinə daxil edildi.


Hamlet İsaxanlı - Şair

Arasıkəsilmədən elmi araşdırmalar aparan və quruculuq işləri ilə məşğul olan Hamlet İsaxanlı Azərbaycanda və onun hüdudlarından kənarda şair kimi də çox tanınır.

Uşaq və gənclik illərindən şeir yazmış, lakin onları uzun müddət çap etdirməmişdir.

Azərbaycanda, Rusiyada, İranda, Gürcüstanda şeir kitabları, jurnal və qəzetlərdə şeir və poemaları nəşr olunmuş, şeirləri Rus, İngilis, Çin, Eston, Gürcü, Türk və digər dillərə tərcümə olunmuşdur.


Poetik kitabları

* "Təzadlar". Bakı, 2001.
* "Bu da bir həyatdı". Bakı, 2004.
* "Dördlüklər". Bakı, 2007.
* "Ziyarət". Bakı, 2009.
* "Koнтpactы. Kнигa cтихотворений" (В переводах Аллы Ахундовой). "ИзoгpaфЪ", Москва, 2006.
* "Şeirə dönən duyğular", Əxtər nəşriyyatı, Təbriz, 2004.
* "Təzadlar". Əxtər nəşriyyatı, Təbriz, 2005.
* "Bu da bir həyatdı". Əxtər nəşriyyatı, Təbriz, 2005.
* "Sitotxlis Poezia" (Ömür Poeziyası). "İntellekt", Tbilisi, 2004 (Gürcücə, İmir Məmmədlinin tərcüməsində).
* "Təzadlar. Bu da bir həyatdı" (Çincə) -(Putonghua-mandarincə). CCTP - Central Compilation & Translation Press, Beijing, 2009.

Hamlet İsaxanlı - Tərcüməçi

Hamlet İsaxanlının çoxtərəfli yaradıcılığında tərcümə işi də mühüm yer tutur. Xüsusi halda, o V.A. Jukovskiy, F. Baratınskiy, F. İ. Tyutçev, A.Fet, S. Yesenin, N.S. Qumilev, A. Axmatova, A. Axundova, G.Gordon Byron, W.Bleyk, R. Herrik və G. De Nerval kimi məşhur rus, ingilis və fransız şairlərinin şeirlərini orijinaldan Azərbaycan türkcəsinə çevirmişdir. Azərbaycan tərcüməçilərinin ingilis, rus və fransız dillərindən Azərbaycancaya və Azərbaycancadan ingilis və rus dillərinə etdikləri poetik tərcümələr Hamlet İsaxanlının redaktorluğu (və müəllifliyi) ilə aşağıdakı kitabda işıq üzü görmüşdür:

* "Poetik Tərcümələr. 1-ci toplu". Xəzər Universitəsi Nəşriyyatı, Bakı, 2005.


Poeziya və musiqi

Hamlet İsaxanlı poeziyası musiqi ilə dolu, ürəyəyatan, könülləri ehtizaza gətirəndir. Bu səbəbdən onun yaradıcılığı Azərbaycan bəstəkarları nın diqqətini cəlb edib. Çoxsaylı lirik şeir və poemaları əsasında gözəl mahnılar yazılmış və musiqili tamaşalar hazırlanmışdır. Şairin “Xəzər Universitəm” şeirinə görkəmli bəstəkarlar, xalq artistləri Ramiz Mustafayev və Vasif Adıgözəlov musiqi-himn yazmış, Ramiz Mustafayev «Xəzərimin sorağında» şeirinə mahnı-tələbə valsı bəstələmişdir. Vagif Gərayzadə «Hicran», Lütfiyar İmanov “Yaşamağa nə var ki?!”, Nailə İsayeva «Səni sevdim çox sadəcə», «Gözəldir», «Lalə», «İnciçiçəyi», «Külək və qız», «Tək qalmaq istəyirəm», «Tez gəlin», «Dünyam» şeirlərinə , Elza Seyidcahan «Baş açmadım bu dünyadan» və «Bakı» şeirlərinə , Cahangir Zülfüqarov «Görüş yerimiz», Dilarə Qulamova «Qədim sual», «Möcüzə gecə», «Uşaqlıqda qalan buludlar» və digər şeirlərinə, həmçinin şairin fəlsəfi şeirlər silsiləsi əsasında qurulmuş “Ömür yolu bircə andır” adlı tamaşaya könülaçan musiqi bəstələyiblər. Hamlet İsaxanlının “Ziyarət” poemasına bütövlükdə musiqi bəstələyən Cavanşir Quliyev şairin on bir şeirini də mahnıya çevirmişdir. Bu və başqa mahnılar və musiqili tamaşalar Brilliant Dadaşova, Lütfiyar İmanov, Flora Kərimova, İlqar Muradov, Rəşidə Behbudova, Aygün Bəylər, Manana Caparidze, Elza Seyidcahan, Samir Cəfərov, Fədayə Laçın, Azərbaycan Dövlət simfonik orkestri və xoru, “Savalan”, «Şaron» və “Kristal” qrupları və b. tərəfindən ustalıqla ifa olunmuş, olunur, dinləyici və tamaşaçıların ürəyini oxşayır. Arif Babayev, Alim Qasımov, Nəzakət Teymurova, Zabit Nəbizadə kimi muğam ustaları da Hamlet İsaxanlı yaradıcılığına müraciət etmişlər.


Hamlet Isaxanlı - Yazıçı və Publisist

Hamlet İsaxanlının bədii-publisistik yaradıcılığı zəngin və çoxşaxəlidir. Onun “Xəzərin sorağında” əsəri sənədli povest janrına aid edilə bilər. Bu əsər həm Azərbaycan daxilində, həm də beynəlxalq aləmdə çox tanındı və oxundu. Maraqlı nəql-yazı üslubu, yeni ali məktəbin yaradılması dövrünə xas olan siyasi və mədəni mühitin, şəxsi və psixoloji məqamların orijinal təsviri, hadisələrin və dövrün sənədləşdirilmiş təhlili bu kitabın dəyər-qiymətini çox artırır. Kitabın girişində müəllif qeyd edir – “Xəzər universitəsinin yaradılması və inkişafı ilə bağlı gerçəklər xatirimdə silinməz izlər buraxmışdır. Hadisələri düşüncəmin süzgəcindən keçirərək olduğu kimi tam səmimiyyətlə oxuculara çatdırmaq iddiasındayam”.

Ədəbiyyat və mədəniyyət tarixinə, görkəmli şəxsiyyətlərə, çağdaş problemlərə həsr olunmuş bir sıra ədəbi etüdlərin, esselərin müəllifidir.
Hamlet İsaxanlı - Dilçi və Ədəbiyyatşünas

Hamlet İsaxanlı dil və ədəbiyyat, tərcümə nəzəriyyəsi və tarixi, mədəniyyət tarixi üzrə tədqiqat aparan və sanballı əsərlər yazan elm və sənət adamıdır, çoxsaylı məqalə, monoqrafiya və dərsliklərin müəllifidir.

Hamlet İsaxanlı 6 cildli “Xəzər İngiliscə-Azərbaycanca Böyük Lüğət”in (Khazar English-Azerbaijani Comprehensive Dictionary, in 6 volumes) müəlliflərindən biri və həmredaktorudur (professor Tofiq Abasquliyevlə birlikdə). Lüğətin ilkin tərtibatı başa çatdırılmış, üç cildi çap olunmuş, digərləri çapa hazırlanmaqdadır (redaktə və korrektura mərhələsindədir). Bu lüğət, heç şübhəsiz, Azərbaycanın müstəqillik dövrü elmi və mədəniyyətinin ən böyük uğurlarından biridir.

Hamlet İsaxanlının iki həmkarı (Elza İsmayılova və Firəngiz Nəsirova) ilə bərabər yazdığı və ünsiyyət metoduna söykənən «Xaricilər üçün Azərbaycan dili» dərsliyi əcnəbilərin və müəllimlərin çox müraciət etdikləri bir vəsaitdir. Bu kitab onun və tələbələrinin ikinci dilin öyrədilməsi məsələsi ətrafında apardıqları tədqiqatları və praktik fəaliyyəti nəzərdə tutaraq yazılmışdır.

Hamlet İsaxanlının tərcümə məsələləri ilə bağlı tədqiqatları çox maraqlıdır. “Poetik tərcümə. Məhdud çərçivələr içində xoş ahəng və gözəllik axtarışı” adlı irihəcmli məqaləsi geniş tərcümə fəaliyyətinin həlledici rol oynadığı Şərq-Qərb ünsiyyətinin tarixinə və təhlilinə həsr olunmuşdur. Azərbaycan türkcəsinə və Azərbaycan türkcəsindən tərcümələri, o cümlədən poetik tərcümə problemlərini işıqlandıran bu əsər yaradıcı (bədii) tərcümə ilə məşğul olanlar üçün, mütəxəssislərdən birinin qeyd etdiyi kimi, “əvəzedilməzdir, stolüstü kitabdır, istinad qaynağıdır”.

Ömər Xəyyamın Azərbaycan türkcəsinə və ingiliscəyə tərcüməsi haqqında yazıları da mütəxəssislər və oxucuların diqqətini cəlb etdi.

Hamlet İsaxanlı öz yazılarında həmçinin poeziya və fəlsəfə, poeziya və sevgi, ədəbiyyat və milli kimlik, ədəbiyyat və ideologiya, mətbuat tarixi və digər problemləri də araşdırır.
Hamlet İsaxanlı-İctimai və siyasi elmlər üzrə tədqiqatçı
Hamlet İsaxanlı-Təhsil siyasəti, təhsil nəzəriyyəsi və tarixi üzrə mütəxəssis

Hamlet İsaxanlı təhsilin çox müxtəlif məsələləri, o cümlədən təhsil siyasəti, təhsil nəzəriyyəsi, təhsilin tarixi və fəlsəfəsi sahələrində fəaliyyət göstərən ən nüfuzlu alim və ictimai xadimlər sırasındadır. Onun “On Education System in Transition Economy. A View From Azerbaijan” (“Keçid iqtisadiyyatındakı təhsil sistemi. Azərbaycandan baxış”) və “Müasir dünyada ali təhsil sistemində nələr baş verir” və “2008-2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı” necə olsa yaxşıdır?” adlı kitabları, orta əsrlər təhsil tarixi və fəlsəfəsi üzrə tədqiqatları və çoxsaylı məqalələri, hesabatları, qəzet, radio və televiziya müsahibələri bir qayda olaraq mütəxəssislərin, qərarverənlərin və ümumiyyətlə, ictimaiyyətin diqqət mərkəzindədir.

Qərb ölkələrində tək elmi-tədqiqatla deyil, elm və təhsilin təşkili ilə, Qərb təhsil ocaqlarının müxtəlif cəhətləri ilə də ciddi maraqlanan Hamlet İsaxanlı 1980-ci illərin ortalarından Sovet, xüsusi halda Azərbaycan ali təhsil sisteminin böhran keçirdiyini, onun məna və səbəblərini izah etməyə, geniş ictimaiyyətə çatdırmağa çalışdı. O, Azərbaycan və rusdilli qəzetlərdə təhsil sisteminin dərin islahatlara ehtiyacı olduğunu, eləcə də böhrandan çıxmaq və işlahatların hansı istiqamətdə getməsi yollarını göstərən məqalələr yazdı, radio və televiziyada çıxışlar etdi.

Siyasi və iqtisadi böhran içində qovrulan, müharibə şəraitində olan ölkədə yeni ideyalar yaranır və həyata keçirilirdi! Bu işdə çox mühüm rol oynayanlardan biri də Hamlet İsaxanlı oldu.

Hamlet İsaxanlı bütöv təhsil sistemində addım-addım islahat aparılmasının vacibliyini qeyd etməklə bərabər, yeni dünyaya, sürətlə dəyişməkdə olan, qloballaşan dünyaya uyğun yeni növ ali məktəblərin qurulmasının vacibliyini önə çəkdi. O, yeni yaradılacaq ali məktəblərin ən mühüm göstəricilərini işləyib hazırladı: təhsil plan-proqramları, idarəetmə, keyfiyyətli tədris və tədqiqat, universitet-sənaye-iş dünyası münasibətləri, bilik iqtisadiyyatı və innovasiya, kredit vahidi yığma və interaktiv tədrisə əsaslanan tələbə mərkəzli təhsil sistemi, bakalavr, magistr və doktor (PhD) dərəcələri verən proqramlar və s. Bu məsələlərin nəzəri çərçivələrinin müəyyən edilməsində və həyata keçirilməsində o, dünyada ali təhsilin lideri olan Birləşmiş Ştatlar təcrübəsindən bəhrələnməni düzgün saydı. Təhsil sahəsində aparılacaq ciddi islahatların cəmiyyətin fəallaşması və demokratikləşməsi yolunda da mühüm rol oynayacağını qeyd etdi.
Xəzər Universiteti (təsis və prinsiplər)

Azərbaycanda təhsil islahatı aparılması yolları üzərində düşünməyə və yazmağa davam edən Hamlet İsaxanlı bu işdə əməli surətdə də ciddi iştirak etdi, tamamilə yeni tipli ali məktəb yaratmaq qərarına gəldi. 1990-cı ilin payızında başlanan bu fəaliyyət nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabineti nin 1990-cı il 20 dekabr tarixli sərəncamı ilə hazırlıq işləri aparıldı və 1991-ci il 18 mart tarixli qərarla Xəzər Universiteti (o zamankı adı ilə “İngilisdilli Azərbaycan Universiteti”) yaradıldı.

(Yəni belə bir ali məktəbin yaradılması haqqında kağız üzərində qərar verildi, onun doğrudan da yaradılması isə Hamlet İsaxanlının ağlasığmaz dərəcədə gərgin əməyinin nəticəsi olacaqdı; bu hadisələri o, bir qədər sonra qələmə aldığı "Xəzərin sorağında" adlı əsərində ustalıqla təsvir etdi).

19 tələbə və 7 müəllimlə fəaliyyətə başlayan Xəzər Universiteti Azərbaycanın ilk özəl ali məktəbi olmaqla yanaşı keçmiş Sovetlərdə də rəsmən yaradılmış ilk özəl ali məktəblərdən biri idi.

Hamlet İsaxanlı bir mühüm fikri vurğuladı, dürüst ifadə etdi: korrupsiyanın çox geniş yayıldığı, o cümlədən təhsil sisteminin canına daraşdığı bir ölkədə çox ciddi, çox təmiz işləyən və keyfiyyətli təhsil verən ali məktəbin qurulması həyati vacibdir və mümkün işdir. O, öz get-gedə artan və güclənən fəaliyyəti ilə keçid iqtisadiyyatına malik ölkələrin təhsil sistemi sahəsində həm nəzəri məsələlərdə, həm quruculuq işlərində bir lider olaraq tanındı. Hamlet İsaxanlının yaratdığı təhsil ocağında onun bilavasitə rəhbərliyi ilə tədris proqram-planları Qərb standartlarına uyğunlaşdırıldı, tədris modeli olaraq tələbənin fərdi yolla inkişafını təmin edən “tələbə mərkəzli” çevik kredit yığma metodu seçildi, müasir idarəetmə üsulları tətbiq edildi, çox geniş və səmərəli beynəlxalq əlaqələr quruldu, ən səviyyəli yerli və xarici mütəxəssislər işə cəlb edildi. "Tapşırıq"-rüşvət virusunun əmələ gəlməməsi üçün böyük iş aparıldı, ümumiyyətlə, ciddi və keyfiyyətli təhsil bu universitetin həyat prinsipinə çevrildi. Nəticədə Xəzər Universiteti tezliklə Azərbaycanda və geniş Postsovet-Yaxın Şərq məkanında ən yaxşı ali məktəblərdən birinə çevrildi.

Hamlet İsaxanlı ingiliscəni Xəzər universitetində əsas tədris dili elan etdi. Bu qərar tələbə və müəllimlərin Qərb ölkələrində nəşr olunmuş kitab və digər tədris-tədqiqat materiallarından istifadə etməsinə, tələbə mübadiləsi proqramlarının inkişafına və xarici professorların dəvət edilməsi və səmərəli işinin təşkilinə zəmin yaratdı.

Ümumiyyətlə, ətalətdən qurtarmaq, yeni düşüncəyə yol açmaq üçün də bu ingilisdilli təhsil güclü amil və vasitə oldu. Hamlet İsaxanlı eyni zamanda Qərb dəyərlər məcmusunun "mədəni imperializm" deyilən təzyiqinə qarşı milli mədəniyyətin öyrənilməsi və inkişafı məsələsini də hərtərəfli təhlil etdi və bu ideyanı Xəzər universitetində uğurla həyata keçirməyə başladı.

Azərbaycan ali təhsilində ikipilləli bakalavr-magistr sisteminin bərqərar olmasında, PhD deyilən üçüncü mərhələ tədqiqat-yüksək təhsil dərəcəsinin anlaşılmasında, biliyin müasir qiymətləndirilməsi üsullarının hazırlanması və tətbiqində Hamlet İsaxanlının yazıları, bu istiqamətdə arasıkəsilməz fəaliyyəti və Xəzər Universitetinin təcrübəsi mühüm rol oynadı. 1990-96-cı illərdə öz yenilikçi çalışmaları ilə Hamlet İsaxanlı sonralar Bologna (Bolonya) Prosesi adlanacaq Avropa Ali Təhsil Məkanının (European Higher Education Area) yaradılması ideyasını da qabaqladı. O, Azərbaycanın 2005-ci ildə bu prosesə qoşulmasını hazırlayan əsas şəxslərdən biri oldu.
Dünya məktəbi

1998-ci ildə Hamlet İsaxanlı Xəzər Universiteti nəzdində Dünya məktəbi ni yaratdı. Üç yaşdan başlayaraq orta məktəbi bitirənə qədər uşaq və gənclərin təlim-təhsil-tərbiyəsi ilə məşğul olan bu məktəb (+ uşaq bağçası) ciddi uğurlar qazanmış, ölkədə çox sevilən, arzu olunan təhsil ocağı kimi tanınmışdır.

Azərbaycan təhsil ənənələrini nəzərə almaqla yaxşı dünya təcrübəsini də mənimsəyən Dünya məktəbində azərbaycan dili birinci, ingilis dili ikinci dildir.

Dünya məktəbi 2009 - cu il yanvarın 16 - da beynəlxalq status aldı! Dünya məktəbi öz yüksək standartlarını beynəlxalq aləmdə də təsdiq edərək Beynəlxalq Bakalavr Təşkilatı (İnternational Baccalaurate Organization) - IBO - nun akkreditasiyasını keçdi və Dünya İB məktəbi (IB World School) adını aldı. Son iki -10 və 11-ci siniflərdə dərslər İB proqramına əsaında ingiliscə keçiləcək (Azərbaycan dili və ədəbiyyatı istisna olmaqla) və məktəbi bitirənlər beynəlxalq İB diplomu (+ Azərbaycan orta təhsil attestatı) alacaqlar; dünyanın minlərlə qabaqcıl universitetləri bu diplom sahiblərini birbaşa qəbul edir və ya onlara üstünlük verirlər.

2009-ci il yanvar tarixinə qədər dünyada cəmi 1878 məktəb İB diplomu verə bilir (Keçmiş Sovet ölkələrində İB diplomu verən cəmi 22 məktəb mövcuddur), onlardan biri də Xəzər Universiteti Dünya məktəbidir.

Bu müasir və orijinal məktəbi qurmaqla Hamlet İsaxanlı tək ali təhsil sahəsində deyil, orta təhsil sistemində də beynəlxalq yarışa girə bilən təhsil ocağı modelini formalaşdırdı. O, ən kiçik yaşdan doktor və professor olana qədər bir təhsil şəbəkəsi qurmaqla ömürboyu təhsil düşüncəsini də həyata keçirir.
Hamlet İsaxanlı - Pedaqoq və elmi rəhbər

Hamlet İsaxanlı öz alimliyi, geniş yaradıcılığı və liderliyi ilə insan potensialının açılması və inkişafı sahəsində də xeyli iş görmüşdür. O, elm və təhsil təşkilatçısı kimi çox böyük sayda gəncləri, alim və müəllimləri inkişaf etmiş ölkələrdə uyğun olaraq təhsil almaq, tədqiqat aparmaq və təcrübə keçmək üçün göndərməyə müvəffəq olmuşdur. Bununla yanaşı, o, yüksək ixtisaslı mütəxəssislər yetişdirmək işinə şəxsi töhfəsini də vermiş və verməkdədir. Hamlet İsaxanlı Azərbaycanda (Bakı Dövlət universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət İqtisad universiteti, Xəzər universiteti,...) və keçmiş Sovet İttifaqı nda, Avropa və Amerika da, Yaxın Şərq və Uzaq Şərq də,...doktorantura, magistratura və bakalavrlıq pillələrində dərs demiş, elmi araşdırmalar aparılmasına kömək etmişdir.

1. Riyaziyyat və onun tətbiqləri üzrə tədris etdiyi fənnlər:

Xətti cəbr və analitik həndəsə, Riyazi analiz, Ali cəbr, Diferensial tənliklər, Funksional analiz, İnteqrallama nəzəriyyəsi və funksional fəzalar, Kompleks analiz, Topoloji fəzalar, Banax cəbrləri, Operatorlar nəzəriyyəsi, Operatorların spektral nəzəriyyəsi, Çoxparametrli spektral nəzəriyyə, Tenzor hasillər (cəbri və funksional), Ədədi oblastlar nəzəriyyəsi, Əməliyyatlar nəzəriyyəsi, Kvant mexanikasının əsasları.

2. İntellektual və mədəniyyət tarixi üzrə:

Elmi kəşflər tarixi, Təhsil tarixi, Mədəniyyət tarixi, Türklər və Azərbaycan (zəka və mədəniyyət tarixi).

3. Ədəbiyyat üzrə:

Azərbaycan ədəbiyyatının əsasları, Ədəbiyyat və milli kimlik, Şeir sənəti, Poetik tərcümə (tarix, nəzəriyyə və praktika), Fəlsəfə və poeziya.

Hamlet İsaxanlı elmi-tədqiqat işi aparan tələbələrinə qarşı qayğıkeş elmi rəhbərdir, onların dünyagörüşünü və sezgi-intuisiya gücünü artırmağa, ağır zəhmət çəkə bilənləri elmi tədqiqatın ön xəttinə aparmağa çalışır. Onun rəhbərliyi altında elmi iş görən və dissertasiya müdafiə etmiş olanlar indi ABŞ, Avropa, Rusiya, İsrail, Türkiyə, İran və başqa ölkələrdə çalışmaqdadırlar.
Filmoqrafiya
Nüfuz, ad və təltiflər

1965: Qızıl medal - Orta məktəb məzunu, Gürcüstan

1970: Fərqlənmə diplomu, mexanika-riyaziyyat fakultəsi, Azərbaycan Dövlət Universiteti

1973: Fizika-riyaziyyat еlmləri namizədi -alimlik dərəcəsi, Lomonosov Moskva Dövlət Universiteti, Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu

1973 - 1988: Azərbaycan Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutnun baş elmi işçisi, tədqiqat qrupu rəhbəri

1975 - 1976: Lomonosov Moskva Dövlət Universiteti, Funksional analiz və funksiyalar nəzəriyyəsi kafedrasında tədqiqatçı

1976-dan başlayaraq: Elmi məqalələri SSRİ Elmlər Akademiyası Rəyasət Heyəti tərəfindən ən sanballı elmi işlər siyahisinə daxil edilmişdir

1979 - 1981: Azərbaycan Dövlət Universiteti, dosent

1979-cu ildən bu vaxta qədər: Amerika, Avropa və Asiya da çoxsaylı universitet və tədqiqat mərkəzlərinin dəvətli professoru, çoxsaylı beynəlxalq layihələrin rəhbəri, beynəlxalq конфрансларын təşkilatçısı

1983: Fizika-riyaziyyat elmləri doktoru, SSRİ Elmlər akademiyasının V.A. Steklov Riyaziyyat İnstitutu, Moskva

1988 - 1990: Leninqrad Maliyyə və İqtisad Universiteti Bakı filialında Riyaziyyat kafedrasının müdiri

1991: Xəzər Universitetinin təsisçisi

1991-dən bu vaxta qədər: Xəzər Universitetinin rektoru

1994: Yusif Məmmədəliyev mükafatı laureatı - Elm və təhsil sahəsindəki xidmətlərinə görə

1995-ci ildən bu vaxta qədər: “Аzərbaycan Araşdırmalar Jurnalı" (Journal of Azerbaijani studies), "Xəzər Riyaziyyat Jurnalı"з (Khazar Journal of Mathematics) elmi jurnallarının və "XəzərXəbər" (Khazar View)ədəbi-publisistik dərgisinin redaktoru, "Azərbaycan Arxeologiyası" jurnalının təsisçisi

1996 - bu vaxta qədər: Azərbaycan universitetləri rektorlar şurasının həmsədri

1997: Xəzər Universitəsi İdman klubunun təsisçisi (super liqada futbol klubu -1999-2004, super liqada basketbol klubu -1999-bu günə qədər, şahmat klubu - 2005, Kunq-Fu klubu - 2009)

1997 – 1999: Avrasiya (Eurasia Foundation) Qafqaz fondu, idarə heyətinin üzvü

1998 - 2002: Açıq Cəmiyyət İnstitutu - Azərbaycan, idarə heyətinin üzvü

2000 – 2007: Azərbaycan Futbol federasiyaları Assosiyasiyası, İcraiyyə Komitəsinin üzvü

2001- bu vaxta qədər: Özəl universitetlər Assosiasiyasının prezidenti

2001: Beynəlxalq Elmlər Akademiyası - Elmi Tərəqqi üzrə Beynəlxalq Şura, həqiqi üzv

2004: "Qızıl Qələm" mükafatçısı - Poeziya və bədii-publisistik yazı sahəsindəki uğurlarına görə

2005: Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyası, həqiqi üzv

2005 – “Səməd Vurğun” mükafatı laureatı - Maarifçilik, milli elmimizin tərəqqisi, Azərbaycan ədəbiyyatı və mədəniyyəti qarşısında xidmətlərinə görə

2005 – Azərbaycan Respublikası Prezidenti yanında Təhsil Komissiyası, üzv

2008 – Fəxri doktor. Avrouniversitet (Tallinn, Estoniya)
Haqqında

Hamlet İsaxanlının həyat və fəaliyyəti müxtəlif müəlliflər tərəfindən yazılmış elmi, bədii və publisistik yazılarda, məqalə və kitablarda, sənət əsərlərində öz geniş əksini tapmışdır.

Fuad Tanrıverdiyevin 1997-cu ildə nəşr olunmuş «Hamlet İsaxanlı: alim və qurucu ömrü» kitabında alimin həyat və fəaliyyəti hərtərəfli araşdırılmışdır. Knyaz Aslan və Vahid Ömərlinin 2005-ci ildə azərbaycan və rus dillərində dərc olunmuş “Bu dünyaya nə gətirdim?” kitabında Hamlet İsaxanlının elmi və bədii-publisistik yaradıcılığının, ictimai fəaliyyətinin və təşkilati işlərinin qısa təsviri ilə yanaşı, müxtəlif ölkə və millətlərdən olan tanınmış elm, sənət və mədəniyyət xadimlərinin onun haqqında deyilmiş fikirləri də verilmişdir. Bunlarla yanaşı Azərbaycanda, ABŞ, Kanada, Rusiya, Türkiyə, Gürcüstan, İran, Hindistan, Çin, Estoniya və başqa ölkələrdə alim, yazıçı, şair və jurnalistlər onun barəsində çoxsaylı məqalələr yazıb dərc etdirmişlər.

Bir çox monoqrafiya və elmi məqalələrdə, xüsusilə riyaziyyat, təhsil və humanitar sahələr üzrə tədqiqatlarda Hamlet İsaxanlının (İsayevin) əsərlərinə istinad edilmiş, bu əsərlərin bir qismi onun yaradıcılığına dayanaraq yazılmışdır. Qərbdə və Şərqdə, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə çoxsaylı radio və televiziya verilişlərinin, qəzet və jurnalların qonağı olmuş, müsahibələr vermişdir...

Şairlərdən Nəriman Həsənzadə, Hüseyn Kürdoğlu, Müzəffər Şükür, Şahin Fazil, Səadət Buta və başqaları Hamlet İsaxanlı şəxsiyyətinə xüsusi şeirlər həsr etmişlər. Onun bədii yaradıcılığı haqqında Azərbaycanda Camal Mustafayev, Manaf Süleymanov, Mövlud Süleymanlı, Mirabbas Qasımov, Vidadi Babanlı, Nəriman Həsənzadə, Zəlimxan Yaqub, Kamran Nəzirli, Xəlil Məcidoğlu, Aydın Xan və digər müəlliflər, Türkiyədə Mətin Turan, Çində Van Dzen Bo, Rusiyada Lyudmila Lavrova, İran, Gürcüstan və digər ölkələrdə müxtəlif elm və sənət adamları dəyərli fikirlər söyləmiş, məqalələr yazıb dərc etdirmişlər.

Bunlarla yanaşı rəssamlıq, xalçaçılıq və mozaikaya dair sənət nümunələrində Hamlet İsaxanlının obrazı yaradılmışdır.

 
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-08-27, 12:29 PM | Message # 5
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
ASLAN QƏHRƏMANLI

Aslan Qəhrəman oğlu Qəhrəmanlı Naşir, dramaturq, fizika-riyaziyyat elmləri namizədi Qəhrəmanlı Aslan Qəhrəman oğlu 1939-cu il sentyabr ayının 14-də Ağstafa rayonunun Yenigün kəndində anadan olmuşdur.

Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsində təhsil almışdır.

Riyaziyyatçı Aslan Qəhrəmanlı

Əmək fəaliyyətinə 1961-ci ildə Elmlər Akademiyasının Hesablama Mərkəzində başlamış, həmin mərkəzin bazası əsasında kibernetika institutu yaradılandan 1965-72-ci illərdə orada müxtəlif vəzifələrdə elmi tədqiqatla məşğul olmuşdur. 1972-75-ci illərdə İttifaqNeftMaş Birliyinin xüsusi konstruktor bürosunda laboratoriya rəisi vəzifəsində çalışmışdır.

1975-1977-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Tətbiqi riyaziyyat kafedrasında baş müəllim işləmişdir. Bir müddət Rostov Dəmiryol Mühəndisləri İnstitutunun Bakı filialında baş müəllim işlədikdən sonra yenidən indiki Azərbaycan Neft Akademiyasına dəyişilmişdir. Hazırda həmin Akademiyanın Tətbiqi riyaziyyat kafedrasının dosentidir.

Aslan Qəhrəmanlı bir sıra elmi əsərlərin müəllifi, iqtisadiyyatda modelləşdirməyə dair dərsliyin və vergilərə dair dərsliklərin həmmüəllifidir. 2003-cü ildən nəşrə başlamış “Azərbaycanın vergi xəbərləri” jurnalının baş redaktorudur.

Yazıçı Aslan Qəhrəmanlı

Yazıçı kimi özünü 1967-ci ilde Gənclik nəşriyyatında çıxan “Gənc qələmlər” almanaxında dərc olunmuş “Dağların mahnısı” adlı ilk hekayəsi ilə sınamışdır. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çixiş edir. 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

“Spektr”, “Döngə”, “Burulğan”, “Səni axtarıram”, “Bağışla” və sair telepyesləri Azərbaycan televiziyasında dəfələrlə nümayiş etdirilmişdir. Azərbaycan televiziyasının “Müasirlərimiz” devizi ilə 1986-cı ildə keçirdiyi ən yaxşı televiziya pyesləri müsabiqəsində “Ürək” pyesi 2-ci mükafata layiq görülmüşdür.

Azərbaycan televiziyası səhnəsində ilk çoxhissəli tamaşaya çevrilmiş “Səni axtarıram”, “Bağışla” və “Səndən xəbərsiz” adlı üçhissəli telepyesi tamaşaçıların ürəklərini fəth etmişdir. Firəngiz Mütəllibova və Yaşar Nuriyevin yaratdıqları Gülnar və Elçin qəhrəmanlarının sevgi dastanı bu günəcən sevilə-sevilə baxılır.

Onun radio üçün yazdığı “Daşa dönmüşlər şəhəri”, “Şeytan”, “Ceyran əfsanəsi”, “Tutuquşu” və sair kimi 13 nağıl-pyes Azərbaycan radiosu ilə səsləndirilmişdir.
Əsərləri

* 1.Meteor yağişı. Bakı: Gənclik, 1971,
* 2.Gültən. Bakı: Gənclik, 1979,
* 3.Bir payız axşamı. Bakı: Gənclik, 1981
* 4.Müsabiqə (povestlər və hekayələr). Bakı: Yazıçı, 1984,
* 5.Qızıl zəncirli açar (povestlər və hekayələr). Bakı: Yazıçı, 1990,
* 6.Səni axtarıram (pyeslər və hekayələr). Bakı: Gənclik, 1998.

 
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-08-27, 12:31 PM | Message # 6
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
BINƏLI MUSAYEV

Binəli İsa oğlu Musayev 1944-cü il avqust ayının 15-də Gürcüstan Respublikası Bolnisi rayonunun Saraçlı kəndində anadan olmuşdur. 1961-ci ildə Saraçlı kənd orta məktəbini, 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə də elə həmin ildə Azərbaycan SSR Elmlər Akademiyası Kibernetika İnstitutunda başlamışdır.

1967-ci ildə institutun aspiranturasına qəbul olunmuş, 1971-ci ildə "Hilbert nüvəli qeyri-xətti sinqulyar inteqral tənliklər sistemi üçün kvadratur və iterasiya–interpolyasiya metodlarının əsaslandırılması" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

1972-1995-ci illərdə Bakı Dövlət Universitetinin "Riyazi analiz" kafedrasında asissent, baş müəllim, dossent, professor vəzifələrində çalışmışdır. 1989-cu ildə A.M. Razmadze adına Tbilisi Riyaziyyat İnstitutunda "Sinqulyar inteqral tənliklər nəzəriyyəsində konstruktiv metodlar" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1995-1997-ci illərdə M. Əzizbəyov adına Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri vəzifəsində çalışmışdır.

Binəli müəllimin gənc riyaziyyatçıların yetişməsində böyük əməyi olmuşdur. Onun rəhbərliyi altında 15-dən artıq namizədlik dissertasiyası müdafiə edilmişdir. Binəli müəllim 100-dən artıq elmi əsərin müəllifidir. Bir sıra Beynəlxalq, Ümumittifaq və Respublika miqyaslı elmi konfransların iştirakçısı olmuş və məruzələrlə çıxış etmişdir. O, elmi dərəcələr verən bir neçə ixtisaslaşdırılmış elmi şuranın və Azərbaycan Riyaziyyatçılar Cəmiyyətinin idarə heyətinin üzvü idi.

1995-ci ildə Kanada keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında iştirak edən Azərbaycan komandası heyətinin rəhbəri olmuşdur.

1997–2005-ci illərdə Türkiyə Cümhuriyyətinin Kütahya şəhərindəki Dumlupınar Universitetində professor vəzifəsində çalışmışdır. 2005-ci ildən ömrünün sonunadək isə elmi və pedaqoji fəaliyyətini Bakı Dövlət Universitetində davam etdirmişdir.

2008-ci il aprel ayının 20-də Bakı şəhərində vəfat etmişdir.

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...