CÜMƏ AXŞAMI, 2024-04-25, 10:26 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ İBN RÜŞD - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » RİYAZİYYAT » İBN RÜŞD (ƏRƏB RİYAZİYYATÇILARININ HƏYATI)
İBN RÜŞD
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-08-27, 12:09 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
İBN RÜŞD

İbn Rüşd (Əbu əl-Valid Məhəmməd ibn Əhməd ibn Rüşd; 1126, Kordova xilafəti, İspaniya - 10 dekabr 1198, Mərakeş) - Qərbdə Averroes kimi tanınan dahi əndəluslu ərəb filosof və təbibi. Fəlsəfə, riyaziyat, fiqh və tibbin kamil bilicisi. O dövr müsəlman İspaniyasının Kordova şəhərində anadan olmuş İbn Rüşd Qərbi Avropada dünyəvi fəlsəfi fikrin banisi hesab olunur.

İbn Rüşd tibbə aid "Külliyyat" adlı ensiklopedik əsər yazmiş, sonralar bu əsər Latın dilinə tərcümə edilərək (Colliget) uzun müddət Orta əsrlər Avropa universitetlərində tədris olunmuşdur. Bundan əlavə ibn Rüşd antik dövr yunan təbibi Qalenin əsərlərindən ibarət müntəxabat hazırlamış və İbn Sinanın Qanun fit-tibb (Təbabət qanunları) əsərinə şərh yazmışdır.

Fəlsəfə sahəsində İbn Rüşd Aristotel və Platonun əsərlərinə dəyərli elmi şərhlər vermişdir. Öz əsərlərinə gəldikdə ən mühüm fəlsəfi əsəri olan "Təhəfüt əl-Təhəfüt"ü (Təkzibi təkzibetmə) Əl-Qəzəlinin Aristotel fəlsəfi məktəbinin tənqidinə cavab olaraq yazmışdır. Belə ki, Əl-Qəzəli özünün "Təhəfüt əl-Fəlsəfə" (Fəlsəfəni tənqid) əsərində Aristotel fəlsəfəsinin, xüsusilə İbn Sinanın Aristotelə verdiyi şərhlərin İslam fəlsəfəsinə zidd olduğunu iddia edirdi. İbn Rüşdün digər əsərləri "Fəsl əl-Məqəl" və "Kitab əl-kəşf"dir. Birincidə İbn Rüşd fəlsəfi araşdırmaların İslam qanunları çərçivəsində mümkün olduğunu sübut edir. Məntiq və metafizikaya dair əsərləri isə günümüzədək gəlib çıxmamışdır.

İbn Rüşd Aritotel fəlsəfi sistemini İslamla uzlaşdırmağa çalışırdı. İbn Rüşdə görə din və fəlsəfə (elm) arasında heç bir ziddiyət yoxdur, əksinə bunlar eyni və vahid olan həqiqətə müxtəlif yanaşmalardır. O, kainatın sonsuzluğuna inanırdı və ruh anlayışını "fərdi" və "ilahi" olmaqla iki qrupa ayırırdı. İbn Rüşd "Həqiqət təlimi" anlayışını da iki kateqoriyaya ayırırdı: Dinə və imana əsaslanan həqiqət təlimi və fəlsəfəyə, elmə əsaslanan həqqiqət təlimi.

İbn Rüşd - Rafaelin "Afina məktəbi" əsərindən fraqment (1511)

İbn Rüşd Qərbdə Aristotel fəlsəfəsini Avropaya təqdim etməsi səbəbindən hörmətlə anılır. Belə ki, 1150-ci ildən əvvəl Avropada Aristotelin latın dilinə yalnız bir neçə tərcümə olunmuş əsəri məlum idi. Yalnız İbn Rüşdün Aristotelin əsərlərinə verdiyi şərhlərin XII əsrdən etibarən tərcümə edilməsi ilə Orta Əsrlər Avropası bu əsərlərlə tanış ola bildi. Əsərlərinin yəhudi dilinə tərcümələri yəhudi fəlsəfi dünyagörüşünə və eyni zamanda İslam fəlsəfəsinə də əhəmiyyətli təsir göstərmişdir. O, "Fəsl əl-Məqəl" (Yekun traktat) əsərində Quranın təhlilində əsas meyar kimi müxtəlif mənbələrdən gələn hədislərdən çox, analitik yanaşmaya üstünlük verilməsi təklifini irəli sürürdü. Eyniadlı əsərində dini fəlsəfədən ayırmaqla İbn Rüşd müasir Qərbdə tətbiq olunan dini dövlətdən ayıran dünyəvilik prinsipinin ilk yaradıcısı sayılır. Platonun "Respublika"sına verdiyi şərh isə Orta Əsrlər Avropa fəlsəfəsinin əsas istinad etdiyi mənbə kimi istifadə olunurdu.

İbn Rüşd həmçinin Atlantik okeanının digər sahilində qurunun olması fikrini irəli sürən ilk alimlərdən biri sayılır.

 
FORUM » ELM VƏ TƏHSİL » RİYAZİYYAT » İBN RÜŞD (ƏRƏB RİYAZİYYATÇILARININ HƏYATI)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...