CÜMƏ AXŞAMI, 2024-12-26, 8:27 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ HTML Nədir? - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
HTML Nədir?
Nariman_QahramanliTARİX: BAZAR ERTƏSİ, 2010-08-23, 5:30 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
HTML (Hyper Text Markup Language)

HTML - sadə dildə desək, sayt hazırlamaq üçün ən bəsit dildir. çox asanddır. Statik səhiflər hazırlamaq üçün idealdır. ?ndiki dövrdə saysız hesabsız HTML editorlar var. Hansı ki, onların sayəsində HTML haqqında biliyiniz 0 olsa belə sayt hazırlaya bilərsiniz. Amma bir əmma da var ki, sabah o səhifədə xırda dəyişiklik etmək istəsəniz, kodlara baxarkən gözləriniz qaralacaq

1. NotePad proqramını açın.
2. Aşağıda verdiyim kodu notepad proqramı içinə köçürün(Paste) edin.
3. Save as... edin. faylın genişlənməsini (yəni loru dildə desək nöqtədən sonrakı hissəsini məsələn .jpg, .gif, .txt və s.) bizim misalda default olaraq .txt olmalıdır. Onu .htm və ya .html ilə dəyişdirin. sənədə istədiyiniz ad varin. Sonra save düyməsini basın.
4. Yaratdığınız şedevrə baxıb ləzzət alın

   Kod

<html>
<head>
<title>
Azerbaycan veb ustalarından dünyaya salam</title>
</head>
<body>
<b>
Azerbaycan veb ustalarından dünyaya salam...</b>
</body>
</html>






HTML sənədi <html> "tag"(teq)-i ilə başlayır və </html> "tag"-i ilə bitir. Gördüyünüz bu iki "<" və ">" işarəsi ilə taglər düzəlir. Yəni ki, bu iki işarə ilə əhatələnmiş HTML koda tag deyilir. Yuxarıdakı misalda siz bəzi taglərlə tanış ola bilərsiniz.

HTML sənədin əsas strukturu ilə sizləri tanış edək. Loru dildə deəsk HTMl sənəd əsasən iki hissədən ibarətdir. "Baş" və "bədən".
img136.imageshack.us/img136/7518/htmlbodytt2.gif

HTML-in yazılmasında yadda saxlanmalı qaydalardan biri və bəlkə də birincisi "açdığın tagi bağla" yəni əgər <tag> açırsansa deməli </tag> ilə də bağlamalısan. / bu işarə bağlayıcı tagda istifadə olunur. Açan tag <tag> bağlayıcı </tag>. əgər tag-ların açılıb bağlanma ardıcıllığını pozsanız böyük ehtimalla bu hazırladığınız səhifədə özünü biruzə verəcəkdir. görünüəcəkdir. Məsələn bir neçə tag-in sıralamasına aid bir misal: <tag1><tag2><tag3>******* </tag3></tag2></tag1>

Aşağıdakı kimi bir sıralam isə tamamilə yalnışdır.

<tag1><tag2><tag3>******* </tag2></tag1></tag3>


Məsələn əgər yazının qalınlığını təyin edən <b> tag-ni açsanız və vaxtında bağlamasınız və ya ümumiyyətlə bağlamasanız nəticədə yaz lazım olandan artıq yazı hissəsi qalın görünüəcək ya da tag-i yerləşdirdiyiniz yerdən ta ki, sənədin axırınadək bütün səhifədə yazılarınız qalın

<html> - ilə sənədimiz başladıqdan sonra təbbi ki, sırada sənədimizin başı gəlir.
<head> </head> - Sənədimizin baş hissəsi head tagları arasında yerləşir. saytın brovserin başlığında görünən adı və əsasən meta taglər aiddir. Bunlar haqqında ətraflı növbəti dərslərdə.
<body> </body> - Sənədimizin tərkibi yəni ekranda gözümüzə görsənən bütün kodlar HTML sənədimizin məhz body tagləri arasında yerləşir.
Nəhayət sənədimizi bağlayırıq.
</html>

Bir daha yuxarıdakı örnəyimizi tag-ları incələmiyiniz üçün veririk... Ardıcıllığa diqqət edin.

   Kod

<html>
<head>
<title>
Azerbaycan veb ustalarından dünyaya salam</title>
</head>
<body>
<b>
Azerbaycan veb ustalarından dünyaya salam...</b>
</body>
</html>
 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...