CÜMƏ, 2024-04-19, 6:52 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ MƏQALƏLƏR
M E N Y U

DİGƏR BÖLMƏLƏR

F O R U M

ÜMUMİ MƏQALƏLƏR
MARS PLANETI AZƏRBAYCANDA GÖRÜNDÜ (2)

İLHAM ƏLİYEVİN NƏVƏLƏRİ İLK DƏFƏ İCTİMAİ TƏDBİRDƏ GÖRÜNÜB (0)

İNTERNETDƏ YENİ TƏHLÜKƏ (0)

PORT BAKU RESİDENCE ... (2)

QƏBIRDƏ DURUB OTURAN ŞƏXS SONRA YENIDƏN ÖLÜB (2)

'DÜNYANIN ƏN ÇIRKIN ITI' (0)

MÜBARIZ İBRAHIMOV - DOĞUŞDAN ÖLÜMƏ QƏDƏR... (0)

MÜBARİZ İBRAHİMOVUN SON MƏKTUBU (0)

ƏN BÖYÜK DİNOZAVR QƏBİRİSTANLIĞI TAPILIB (0)

GÖZƏGÖRÜNMƏZLİK ARTIQ REALLAŞIR (0)

"ŞREK" BALIĞI (0)

TƏBİƏTİN MÖCÜZƏSİ (2)

İNANILMAZ BİR TƏSADÜF! (2)

DÜNYANIN YEGANƏ ÜSTÜ-ÖRTÜLÜ AQUA-PARKI! (1)

YEMIŞIN ÜSTÜNDƏ “LA İLAHƏ İLLƏLAH” YAZILIB (2)


SON XƏBƏRLƏR

ANA SƏHİFƏ » Articles » NƏRİMAN QƏHRƏMANLININ MƏQALƏLƏRİ

KOMPYUTERLƏRİN TARİXİ

      İlk dəfə Blez Paskal (Fransa) 1642-ci ildə cəmləyici maşın hazırlamışdır; 1673-cü ildə Vilhelm Leybnis (Almaniya) hesab əməllərini yerinə yetirən mexaniki arifmometr yaratmışdır; 1830-cu ildə Çarlz Bebic (İngiltərə) proqramla işləyən hesablama maşını (analitik maşın) yaratmağa cəhd göstərmişdır. Bebicin ideyaları sonralar universal kompüterlərin yaradılmasının əsasını qoymuşdur; 1930-cu ildə A.Turinq (İngiltərə) və E. Post (ABŞ) tərəfindən universal kompüterlərin yaradılmasının nəzəri əsasları inkişaf etdirilmişdir; Müasir kompüterlərin əsas iş prinsipləri XX əsrin 40-cı illərində Amerika alimləri Con Fon Neyman, Q.Qoldsteyn və A.Beris tərəfindən verilmişdir. Həmin prinsiplər 1946-cı ildə ppABŞ[[-da ENİAK adlı universal kompüterin yaradılması ilə həyata keçirilmişdir ki, həmin tarix də müasir kompüter texnikasının yaranma tarixi hesab olunmuşdur. Elə həmin vaxtdan da başlayaraq kompüter texnikası və texnologiyası yüksək sürətlə inkişaf etməyə başlamışdır və aşağıdakı mərhələlərdən keçmişdir:

  • I nəsil (1950-1959) - elektron lampalı kompüterlər. Onlardan əsasən riyazi məsələlərin həlli

üçün istifadə olunurdu. Məs: MESM, BESM, Strela, M-3, Minsk-1, M-20 və s.

  • II nəsil (1960-1969) - element bazası əsasən yarımkeçiricilərdən ibarət olan kompüterlər. Onların funksional imkanları xeyli artmışdır. BESM-4, Minsk-22, Ural-14 və s.
  • III nəsil (1970-1985) - element bazalı mikroelektronika və inteqral sxemlərdən ibarət olan kompüterlər. Bu nəslin əsasını İBM 360/370 təşkil edirdi. Onun əsasında keçmiş SSRİ-də EC EHM yaradılmışdır. Bu nəsil kompüterlərin bir nümayəndəsi də kiçik (mini) maşınlar sinfinə daxil olan ABŞ-ın RDR, VAX kompüterləri və onların SSRİ-dəki analoqu olan CM-1/2/3/4/1420 və s. maşınları idi.
  • IV nəsil (1981-dən sonraki dövr) böyük və çox böyük inteqral sxem (BİJ, SBİS) texnologiyası ilə

yaradılan mikro və mini kompüterlər. Bu nəslin ayrıca sinfi fərdi kompüterlərdir (FK, PC). Onların yaradılması prinsipcə inqilabi mahiyyət kəsb edirdi. Bunlara nümunə: İBM PC 286, 386, 486, 586 və s.

  • V və sonraki nəsil - yeni və ən yeni elektron texnologiyalarına əsaslanan indiki və gələcəyin kompüterləri. Bu nəsil kompüterlər çox yüksək məhsuldarlığa və etibarlılığa malik olmaqla, keyfiyyətcə yeni funksional tələblərə, başqa sözlə biliklər bazaları ilə işləməyə, süni intellekt sistemlərinin təşkilinə, istifadəçi ilə nitq və görmə vasitəsi ilə ünsiyyəti təmin etməyə, ən yeni proqram vasitələrinin yaradılması prosesini sadələşdirməyə və s. imkan verməlidirlər. Yeni arxetikturaya və texnologiyaya malik neyrokompüterlər real neyronların əsas xassələrini modelləşdirən neyron şəbəkələrinə əsaslanırlar. İntellektual imkanları xeyli üstün olan bioloji və optik texnologiyaları əsasında bio və optik neyrokompüterlərin yaradılması da yaxın gələcəyin reallığıdır. Bunlarla yanaşı olaraq kompüterlərin məhsuldarlığı bəzi hallarda və sahələrdə (nüvə energetikası, kosmos, hərbi-müdafiə, seysmologiya və s.) tətbiq üçün kifayət etmədiyindən super kompüterlərin yaradılmasına ciddi ehtiyac yaranmışdır.

Super kompüterlər çox baha başa gəldiyindən, onlar üçün xüsusi şərait və personal tələb olunduğundan dünya üzrə onların sayı çox azdır. Ona görədə son zamanlar virtual super kompüterlərin yaradılması istiqamətində bir çox ETİ aparılır. Qeyd etdiyimiz kimi informatikanın inkişaf tarixi də, onun bir elm sahəsi kimi formalaşması mərhələləri də yuxarıda təhlil etdiyimiz kompüter texnikasının inkişaf tempinə uyğundur. Ona görədə 1960-cı illərdən sonrakı dövrlərdə informatika nəinki bir elm sahəsi kimi formalaşmış, həmdə artıq o, fundamental elm sahəsinə çevrilərək bir çox yeni elmi istiqamətlərin yaranmasına səbəb olmuşdur. Misal üçün nəzəri informatika informasiya nəzəriyyəsi, texniki informatika, iqtisadi, bioloji, sosial, hüquqi, tibbi informatika və s. Bundan başqa bir çox ölkələrin ali məktəblərində informatikaya aid olan çoxlu sayda ixtisaslar və fənlər tədris olunmağa başlanılmışdır. Azərbaycanda da informatika elmi 1960-cı illərdən inkşaf etməyə başlamışdır. Məhz həmin illərdə ilk dəfə respublika Elmlər Akademiyası sistemində hesablama mərkəzi və Kibernetika İnstitutu yaradılmışdır. 1970-ci illərdən başlayaraq keçmiş SSRİ məkanında olduğu kimi respulikada bütün nazirliklərin, iri müəssisələrin hesablama mərkəzləri və AİS şöbələri yaradılmışdır. Respublika üzrə "RAİS-Azərbaycan”-in yaradılması AEA-nın və DPK-in AİS şöbəsinə həvalə olunmuşdur. Eyni zamanda bütün nazirliklər də sahə AİS-i yaratmağa başlamışdılar. Ölkənin bir çox ali məktəblərində ADU-da, ADİU-da, ADNA-da, ATU-da informatika profilli kadrlar hazırlanmağa başlanılmışdır. Sonrakı illərdə kompüter texnikası sahəsində baş verən dəyişikliklərə müvafiq olaraq həmin istiqamətdəki işlər get-gedə müasir formada və məzmunda davam etdirilmişdir.

Category: NƏRİMAN QƏHRƏMANLININ MƏQALƏLƏRİ | Added by: Nariman_Qahramanli (2010-08-22) | Author: NƏRİMAN QƏHRƏMANLI E W
Views: 1101 | Comments: 1
Total comments: 1
1 Ne durak  
0 Spam
Все это из Wikipedia!

Only registered users can add comments.
[ QEYDİYYAT | Login ]
AXTAR

***





GOOGLE DA AXTAR
SAYTDA AXTAR

Free Image Hosting


F O R U M
  • ABŞ-IN ŞTATLARI (14)

  • A.DÜMA, O.BALZAK, V.HÜQO VƏ S. (11)

  • HİKMƏTLİ SÖZLƏR (10)

  • SƏDİ, Ə.FİRDOVSİ, Ö.XƏYYAM VƏ S. (8)

  • AZƏRBAYCANIN SU ANBARLARI (7)

  • PUŞKİN, TOLSTOY, DOSTOYEVSKİ, ŞOLOXOV VƏ S. (7)

  • HÖTE, ŞİLLER, BÖLL VƏ S. (7)

  • R.N.GÜNTƏKİN, N.HİKMƏT, O.PAMUK VƏ S. (7)

  • ÇÖRÇİL, ŞEKSPİR, KLARK VƏ S (6)

  • N.TUSİ, BƏHMƏNYAR, A.HACIYEV ... (5)

  • DEKART, PASKAL,PUANKARE,LANQRANJ VƏ AMPER (4)

  • DASTAN (3)

  • Z.BÜNYADOV, Y.MAHMUDOV,ORUC BƏY BAYAT .... (3)

  • MOBİL TELEFONLAR ÜÇÜN LAZIMILI KODLAR. (2)

  • DON KİXOT, BENAVANTE VƏ KAMİLO XOSE SELA (2)


  • KONVERTER


    STATİSTİKA

    YENİ ÜZVLƏRİMİZ
  • dxemnynp12   (dxemnynp12)

  • StevenPr   (StevenPr)

  • fixmeboybws   (fixmeboybws)

  • LolaHax77   (LolaHax77)

  • cxhawndk09   (cxhawndk09)


  • SON ŞƏRHLƏR

    Black::unsure:( THANKS)



    :menim e-mailime hec gondermeyin bunlarin hamisini bilirem


    SAYT KATALOQU
    www.designerlady.blogcu.com

    Hemise bir gel

    www.NERIMAN.tk

    www.onlinepara-kazan.com

    Dahi trening mərkəzi

    GENCLIK ILLERINE XOW GELMISINIZ

    BƏRDƏ (rəsmi saytı)

    CELT Colleges

    BDU


    SAYTINI ƏLAVƏ ET!

    SON ELANLAR
    Yay kompaniyası Şahmat hazırlığı

    AE AZER MMC

    ID plastic kart. Cap isler.

    BMW 320 satılır

    Turniket, slaqbaum, domofon, alarm, siqnalizasiya, tehlukesizlik kameralari, nezaret sistemleri, biometrika.


    YENİ ELAN VER!

    ADMİN
    Nariman Qahramanli


    BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...