MANNA - NƏRİMAN QƏHRƏMANLININ MƏQALƏLƏRİ - MƏQALƏLƏR - Universal site.
ŞƏNBƏ, 2016-12-10, 11:50 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ MƏQALƏLƏR
M E N Y U

DİGƏR BÖLMƏLƏR

F O R U M

ÜMUMİ MƏQALƏLƏR
MARS PLANETI AZƏRBAYCANDA GÖRÜNDÜ (2)

İLHAM ƏLİYEVİN NƏVƏLƏRİ İLK DƏFƏ İCTİMAİ TƏDBİRDƏ GÖRÜNÜB (0)

İNTERNETDƏ YENİ TƏHLÜKƏ (0)

PORT BAKU RESİDENCE ... (2)

QƏBIRDƏ DURUB OTURAN ŞƏXS SONRA YENIDƏN ÖLÜB (2)

'DÜNYANIN ƏN ÇIRKIN ITI' (0)

MÜBARIZ İBRAHIMOV - DOĞUŞDAN ÖLÜMƏ QƏDƏR... (0)

MÜBARİZ İBRAHİMOVUN SON MƏKTUBU (0)

ƏN BÖYÜK DİNOZAVR QƏBİRİSTANLIĞI TAPILIB (0)

GÖZƏGÖRÜNMƏZLİK ARTIQ REALLAŞIR (0)

"ŞREK" BALIĞI (0)

TƏBİƏTİN MÖCÜZƏSİ (2)

İNANILMAZ BİR TƏSADÜF! (2)

DÜNYANIN YEGANƏ ÜSTÜ-ÖRTÜLÜ AQUA-PARKI! (1)

YEMIŞIN ÜSTÜNDƏ “LA İLAHƏ İLLƏLAH” YAZILIB (2)


SON XƏBƏRLƏR

ANA SƏHİFƏ » Articles » NƏRİMAN QƏHRƏMANLININ MƏQALƏLƏRİ

MANNA

                                     MANNA

            Manna - b. e. ə. I minilliyin əvvəlində Cənubi Azərbaycan ərazisində  dövlət.   

 

MANNA DÖVLƏTININ YARANMASI VƏ YÜKSƏLIŞI


             E. ə. I minilliyin əvvəlində Cənubi Azərbaycan ərazisində Urmiya gölü hövzəsində mərkəzləşmiş dövlətin meydana gəlməsi üçün şərait yaranmışdır.E.ə.IX əsrdə burada Manna dövləti yaranmışdır.Lakin həmin dövrdə Manna hələ bütün cənubi Azərbaycan torpağını əhatə edə bilməmişdir.Manna adına ilk dəfə E.ə. 843 ildə Assuriya hökmdarı III Salmansarın mixi yazılı kitabəsində rast gəlinir. Bu yazılarda Manna tayfa adını bildirir.
Xərda dövlət birləşmələriE.ə.XI əsrdə Manna ərazisində müstəqil syasət yürüdən Zamua,Gilzan,Alateye,Surikaş,Andia,Zikirtu,Uişdiş,Gizilbunda və s. vilayətlər meydana gəlmişdi.Zamua vilayəti Mannanın əsas hissəsini təşkil edidi.Urmiya gölündən cənubda yerləşən Zamua əvvəllər lulubilərin vilayəti olmuşdur.E.ə. IX əsrin birinci yarısında Zamuanı ayrı-ayrı hakimlər idarə edirdilər.Buna görə də xarici hücumların qarşısını almaq mümkün olmurdu.Onların hər biri Assuriya ordusuna qarşı təkbaşına mübarizə aparmalı olur,yaxud xərac göndərməklə Assuriya ilə müstəqil siyasi əlaqə yaradırdılar.
Manna hökmdarları ölkəni vahid mərkəzdə birləşdirib,xarici hücumların qarşısını almağa çalışmışlar.Lakin uzun müddət buna nail ola bilməmişlər.Mannaya qarşı Assuriyanın hücumları ara vermirdi.Həmçinin Urartu dövləti Mannaya qarşı işğalçılıq siyasəti yürüdülurdü.E.ə. IX əsr-E.ə. VIII əsrManna artıq güclü dövlətə çevrilmişdi.

 

MANNANIN YÜKSƏLIŞI


            Assuriya hökmdarı III Tiqlatpasar E.ə. VIII əsrin ikinci yarısında Mannada və başqa ölkələrdə siyasi təsirini artırmaq üçün Urartu ilə vuruşurdu.III Tiqlatpasar Mannanın Mazamua vilayətini tutdu və Assuriyaya birləşdirdi,Urmiya gölü hövzəsində yaşayan bir sıra tayfaları başqa əraziyə köçürdü,Mannanın başqa vilayətlərinə toxunmadı.O, əsasən,Mannanın qonşuları Urartu və Midiya ilə müharibələr aparırdı.Bu dövrdə Manna Assuriyaya müttəfiq kimi baxırdı.
Manna hökmdarı İranzu(e.ə. 740-719-ci illərdə) Assuriya ordusunun Urartuya qarşı uğurlu müharibələrindən istifadə etdi və mərkəzləşdirmə siyasəti yürütdü.O, Urartunun işğal etdiyi Manna torpaqlarını geri qaytardı,Manna vilayətlərini mərkəzi hakimiyyətə tabe etdi,ölkədə canişinlik sistemi yaratdı.Canişinlər mərkəzi hakimiyyətdən asılı idlər.Mannanın ərazisi şimalda Araz çayına çatdırdı,cənubda və cənub-şərqdə Kaspi ölkəsi,Parsua və Midiya ilə həmsərhəd idi.İranzunun hakimiyyəti zamanı Manna Urmiya gölü hövzəsində qüdrətli dövlətə şevrildi.Paytaxtı İzirtu şəhəri olmuşdur.
Bu dövrdə Mannanın xarici siyasətində iki meyl var idi.Bir qrup Assuriya ilə ittifaqa meyl göstərir,bunula da Manna torpaqlarının bütövlüyünü saxlamağa çalışırdı.İranzu Assuriyaya müttəfiq kimi baxır və onun siyasi üstünlüyünü tanıyırdı.Urartunun hücumlarına qarşı uzun müddət mübarizə aparan Mannayaəmin-amanlıq lazım idi.Başqa bir qrup isə Urartu ilə ittifaq tərəfdarı idi.Onların siyasəti Manna vilayətlərinin mərkəzi dövlət ətrafında birləşməsinə mane olur,ölkənin parçalanmasına,torpaqlarının isə Urartu tərəfindən işğalına şərait yaradırdı. Assuriyaya olan meyl Manna dövlətinə Urartu işğallarından xilas etmiş və ölkənin birləşməsi üçün şərait yaratmışdır.Lakin İranzunun mərkəzləşdirmə siyasəti bəzi hakimlərin və canişinlərin xoşuna gəlmirdi.Eyni zamanda,Urartu da Mannanın daxili işlərinə qarışır canişinlərin mərkəzi hakimiyyətə qarşı qaldırırdı.Urartu hökmdarı I Rusa işğalçılıq niyyətini həyata keçirmək məqsədi ilə Zirkirtu vilayətinin canişini və bir sıra şəhərlər ilə sazişə girdi.Onların təsiri ilə e.ə. 719-cu ildə Mannanın Şuandahul və Durdukka şəhərlərinin əhalisi İranzuya qarşı üsyan etdi.Assuriya hökmdarı II Sarqon(e.ə. 722-706) Manna ilə ittifaqına sadiq qalaraq üsyançıların üzərinə qoşun yeritdi.Üsyan yatırıldı.Lakin Urartu hökmdarı və onun Mannadakı tərəfdarları İranzunun ölümündən sonra yeni müttəfiqlər tapıb Mannaya qarşı fitnəkarlığı davam etdirdilər.

DAXILI ÇƏKIŞMƏLƏR


             İranzunu vəfatından sonra onun oğlu Aza(e.ə. 718-716-cı illər) hakimiyyətə gəldi.Onun iki il davam edən hakimiyyəti zamanı Mannada daxili çəkişmələr yenidən gücləndi.Dövlətin parçalanma qorxusu var idi.Mərkəzdən ayrılmaq istəyən qüvvələr gizli hazırlıq aparırdılar.Urartu onlara yaxından kömək göstərirdi.E.ə. 716-cı ildə Aza sui-qəsd nəticəsində öldürüldü.Azanın ölümündən sonra onun qardaşı Ullusunu(e.ə. 716-680-ci illər) Manna hökmdarı oldu.Mixi yazılardakı çəlumatlara görə,onun hakimiyyətə gəlməsinə I Rusa kömək etmiş və Ullusunudan 22 Manna qalası almışdır.UllusunuAssuriya əsarətindən azad olmaq üçün Urartu ilə ittifaqa girdi.Bu,Assuriya hökmdarı II Sarqonu qəzəbləndirdi.E.ə. 716-cı ildə o,Mannaya qoşun yeritdi.Ullusunu ölkənin paytaxtı İzirtu şəhərini tərk edərək dağlara qaçdı.II Sarqon Mannanın paytaxtını və bir neçə başqa şəhəri tutub yandırdı.Azanın qatillərindən birini tutdu dəisini soydurdu və mannalılara göstərdi.Ullusunu II Sarqonun yanına gələrək mərhəmət dilədi.II Sarqon Ullusununu hakimiyyətdə saxladı və bütün Manna torpaqlarını ona tabe etdi.Beləliklə,Ullusunu Mannanın yeganə hökmdarı oldu və Assuriyanın ağalığını tanıdı. Urartu hökmdarı I Rusa Mannaya qarşı təcavüzdən əl çəkmir və onun bəzi canişinləri ilə əlaqəyə girirdi.Manna canişini Dayaukku I Rusanın fitnəsinə uydu və mərkəzi hakimiyyətə tabelikdən çıxdı.II Sarqon Ullusunu ilə ittifaqa sadiq qalaraq,e.ə. 715-ci ildə onlara qarşı yürüşə çıxdı.I Rusa ordu toplayıb II Sarqonu qarşıladı.II Sarqon vuruşmada qalib gəldi və Urartu hökmdarı döyüş meydanını tərk edib qaçdı.II Sarqon Mannanın Urartu tərəfindən işğal edilmiş torpaqlarını geri qaytardı.Lakin ölkədə tam sakitlik yaranmadı.Daxili çəkişmələr hələ də davam edirdi.E.ə. 714-cü ildə II Sarqon Manna,Midiya və başqa ölkələrə böyük yürüş təşkil etdi.Manna ilə əlaqədar II Sarqonun bir neçə niyyəti var idi:buranı Urartu təcavüzündən tamamilə azad etmək;Assuriyanın Mannada mövqeyini möhkəmləndirmək;Mannadan Assuriya xəzinəsinə vaxtı-vaxtında xərac göndərilməsini təmin etmək.

 

MANNANIN TƏBIƏTI VƏ ƏHALISININ MƏŞĞULIYYƏTI


Manna dağlıq ölkə idi.Burada müxtəlif böyüklükdə çoxlu çaylar var idi.Urmiya gölünün suyu çox duzlu olduğundan suvarmaya yaramırdı.Suvarma üçün həmin çaylardan istifadə edilirdi.Çay vadiləri çox məhsuldar olduğundan sıx məskunlaşmışdı.Manna ərazisində çoxlu faydalı qazıntı yataqları (dəmir,mis,gümüş,qızıl,qurğuşun və s.) vardı.

ƏKINÇILIK VƏ MALDARLIQ.

 

Mannanın düzən və dağətəyi yerlərinin əhalisi əkinçiliklə məşğul olurdu.Arxeoloji qazıntılar zamanı bu ərazilərdə arpa,buğda və darı qalıqları tapılmışdır.Əkinçilər torpağı dəmir toxa və xış ilə şumlayırdılar.Taxılı dəmir oraqla biçirdilər.Assuriya mixi yazılarında göstərilir ki,Mannada taxıl anbarları olmuşdur.Böyük anbarlar dövlətə yaxud hökmdara məxsus idi.Quraqlıq yaxud aclıq vaxtı dövlət anbarlarından əhaliyə taxıl paylanırdı.Bağçılıq və üzümçülük də inkişaf etmişdi.Üzümdən şərab hazırlayırdılar. Mannalıların həyatında maldarlıq mühüm yer tutmuşdur.Atçılıq geniş yayılmışdır. Mannanın Subi vilayəti öz atları ilə xüsusilə fərqlənirdi.Manna əhalisi oturaq həyat sürürdü.Yaz və yay aylarında mal-qaranı,qoyun-quzunu dağlara aparırdılar.Bara-Sanqibuti vilayətində hökmdar sürüləri saxlanılırdı.Təsərrüfatd dəvədən də istifadə edirdilər.
Xırda dövlət birləşmələri. E. ə. IX əsrdə Manna ərazisinda bir sıra xırda dövlət birləşmələri mövcud idi. Bu dövlətlər müstəqil xarici siyasət yürüdür və xarici müdaxiləyə qarşı təkbaşına mübarizə aparırdılar. Mannanın ərazisində Zamua, Mazamua, Gilzan, Allabria, Karalla, Meişta-Mesi, Alateye, Surikaş, Missi, Gizlibunda, Uişdiş, Buştu, Bara-Sanqibuti, Zikirtu və Andia kimi vilayətlər meydana gəlmişdi.   

 

İZIRTU


İzirtu - Manna dövlətinin paytaxt şəhəri. Tədqiqatçıların fikrincə, İzirtu müasir Ziviyə şəhərinin (Güney Azərbaycanda) yaxınlığında yerləşib. İziru da digər Manna şəhərləri kimi müdafiə xarakterli qalalarla əhatələnmişdi. Şəhərdə iki və üç mərtəbəli binalar, eləcə də məbədlər olub. E.ə. 716-cı ildə Assur hökmdarı II Sarqon İzirtunu tutub yandırmışdı. Lakin şəhər tezliklə bərpa olunmuşdu. E.ə. 650-ci ildə Assur hökmdarı Aşşurbanipal yenidən İzirtunu zəbt edərək dağıtmışdı. 


Category: NƏRİMAN QƏHRƏMANLININ MƏQALƏLƏRİ | Added by: Nariman_Qahramanli (2009-07-11) | Author: NƏRİMAN QƏHRƏMANLI E W
Views: 345
Total comments: 0
Only registered users can add comments.
[ QEYDİYYAT | Login ]
AXTAR

***





GOOGLE DA AXTAR
SAYTDA AXTAR

Free Image Hosting


F O R U M
  • ABŞ-IN ŞTATLARI (14)

  • A.DÜMA, O.BALZAK, V.HÜQO VƏ S. (11)

  • HİKMƏTLİ SÖZLƏR (10)

  • SƏDİ, Ə.FİRDOVSİ, Ö.XƏYYAM VƏ S. (8)

  • R.N.GÜNTƏKİN, N.HİKMƏT, O.PAMUK VƏ S. (7)

  • HÖTE, ŞİLLER, BÖLL VƏ S. (7)

  • PUŞKİN, TOLSTOY, DOSTOYEVSKİ, ŞOLOXOV VƏ S. (7)

  • AZƏRBAYCANIN SU ANBARLARI (7)

  • ÇÖRÇİL, ŞEKSPİR, KLARK VƏ S (6)

  • N.TUSİ, BƏHMƏNYAR, A.HACIYEV ... (5)

  • DEKART, PASKAL,PUANKARE,LANQRANJ VƏ AMPER (4)

  • Z.BÜNYADOV, Y.MAHMUDOV,ORUC BƏY BAYAT .... (3)

  • DASTAN (3)

  • MOBİL TELEFONLAR ÜÇÜN LAZIMILI KODLAR. (2)

  • İ.NYUTON, Ç.BEBBİC, A.TURİNQ (2)


  • KONVERTER


    STATİSTİKA

    YENİ ÜZVLƏRİMİZ
  • dxemnynp12   (dxemnynp12)

  • StevenPr   (StevenPr)

  • fixmeboybws   (fixmeboybws)

  • LolaHax77   (LolaHax77)

  • cxhawndk09   (cxhawndk09)


  • SON ŞƏRHLƏR

    Black::unsure:( THANKS)



    :menim e-mailime hec gondermeyin bunlarin hamisini bilirem


    SAYT KATALOQU
    www.designerlady.blogcu.com

    Hemise bir gel

    www.NERIMAN.tk

    www.onlinepara-kazan.com

    Dahi trening mərkəzi

    GENCLIK ILLERINE XOW GELMISINIZ

    BƏRDƏ (rəsmi saytı)

    CELT Colleges

    BDU


    SAYTINI ƏLAVƏ ET!

    SON ELANLAR
    Yay kompaniyası Şahmat hazırlığı

    AE AZER MMC

    ID plastic kart. Cap isler.

    BMW 320 satılır

    Turniket, slaqbaum, domofon, alarm, siqnalizasiya, tehlukesizlik kameralari, nezaret sistemleri, biometrika.


    YENİ ELAN VER!

    ADMİN
    Nariman Qahramanli


    BY QƏHRƏMANLI NƏRİMAN 2016. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...