OSMANLI İMPERIYASI - NƏRİMAN QƏHRƏMANLININ MƏQALƏLƏRİ - MƏQALƏLƏR - Universal site.
ŞƏNBƏ, 2016-12-10, 11:49 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ MƏQALƏLƏR
M E N Y U

DİGƏR BÖLMƏLƏR

F O R U M

ÜMUMİ MƏQALƏLƏR
MARS PLANETI AZƏRBAYCANDA GÖRÜNDÜ (2)

İLHAM ƏLİYEVİN NƏVƏLƏRİ İLK DƏFƏ İCTİMAİ TƏDBİRDƏ GÖRÜNÜB (0)

İNTERNETDƏ YENİ TƏHLÜKƏ (0)

PORT BAKU RESİDENCE ... (2)

QƏBIRDƏ DURUB OTURAN ŞƏXS SONRA YENIDƏN ÖLÜB (2)

'DÜNYANIN ƏN ÇIRKIN ITI' (0)

MÜBARIZ İBRAHIMOV - DOĞUŞDAN ÖLÜMƏ QƏDƏR... (0)

MÜBARİZ İBRAHİMOVUN SON MƏKTUBU (0)

ƏN BÖYÜK DİNOZAVR QƏBİRİSTANLIĞI TAPILIB (0)

GÖZƏGÖRÜNMƏZLİK ARTIQ REALLAŞIR (0)

"ŞREK" BALIĞI (0)

TƏBİƏTİN MÖCÜZƏSİ (2)

İNANILMAZ BİR TƏSADÜF! (2)

DÜNYANIN YEGANƏ ÜSTÜ-ÖRTÜLÜ AQUA-PARKI! (1)

YEMIŞIN ÜSTÜNDƏ “LA İLAHƏ İLLƏLAH” YAZILIB (2)


SON XƏBƏRLƏR

ANA SƏHİFƏ » Articles » NƏRİMAN QƏHRƏMANLININ MƏQALƏLƏRİ

OSMANLI İMPERIYASI

             OSMANLI İMPERIYASI            

Osmanlı Dövləti və ya Osmanlı İmperiyas (Osmanlıca: دولت عالیه عثمانیه, Devlet-i Âliyye-i Osmaniyye) Avrupa'nın tanımladığı şekliyle Osmanlı İmparatorluğu, Türk dilində Osmanlı İmparatorluğu, Osmanlı Devleti)- çoxmillətli və çoxdinli türk dövləti.

Əsası 1299-cu ildə müasir Türkiyənin Biləcik əyalətinin Söğüt şəhərində Osman bəy tərəfindən Osmanoğulları Bəyliyi kimi qoyulmuşdur. Osmanlı dövləti tarixdə məşhur Bizans İmperiyasına son qoyaraq onun paytaxtı Konstantinopolu ələ keçirmiş və öz paytaxtına çevirmişdir. XVII əsrdə özünün ən qüdrətli dövrünü yaşayan dövlət üç qitəyə yayılmışdır. Dövlətin qurucusu və Osmanlı sülaləsinin banisi olan Osman bəy Oğuzların Kayı boyundandır.

OSMANLI TARIXI

Osmanlı türk imperiyası türklərin tarixdə qurduğu 16 müstəqil dövlətdən ən uzun ömürlü və ən geniş torpaqlara sahib olanıdır. 622 il davam edən bu böyük imperiya Ağ dənizi və Qara dənizi əhatə edən Asiya, Avropa və Afrika qitələrində yüz illər boyu hökm sürüb. Müxtəlif irq və dinlərdən olan bir çox xalqı idarəçiliyində birləşdirib. Tarixdə belə geniş torpaqlara bu qədər uzun hökmranlıq edən digər quruluş Roma imperiyasıdır. Osmanlı türk imperiyasında 36 sultan hökmranlıq etmiş və XVI əsrin əvvəlllərindən etibarən xəlifəlik adı ilə də İslam dünyasının dini hökmranlığını öz üzərinə götürmüşdür.

Osmanlı türk imperiyasının əsası 1299-cu ildə müasir Türkiyənin Biləcik əyalətinin Söğüt şəhərində Osman bəy tərəfindən Osmanoğulları Bəyliyi kimi qoyulmuşdur. Bəzi tarixçilərə görə, Osmanlı Dövlətinin qurucusu Osman Bəyin atası Ərtuğrul Qazi, onun atası Gündüz Alp (və ya Süleyman Şah) onun atası Kaya Alp, onun atası Gündüz Alpdir. Bu adlı-şanlı ailə Oğuz türklərinin 24 boyunun ən nüfuzlularından olan Kayı əşirətinin başçısı idi. Osman Bəyin atası Ərtuğrul Qazi, Səlcuk sultanı Ələddin tərəfindən Bizans sərhəddinə “uc bəyi” olaraq təyin edilmişdi. Ərtuğrul Qaziyə yurd kimi verilən ərazi bugünkü Bursa, Kütahya və Biləcik vilayətlərinin sərhədlərinin birləşdiyi yerdir. Sonradan Söğüt qəsəbəsi Bizansdan alınaraq mərkəz edilib. Səlçuklu Dövlətində uc bəyliklərinin vəzifəsi dövlətin sərhəddini qorumaq və Xristianlara qarşı cihad etməkdən ibarət idi. Tarixi mənbələrə əsasən Ərtugrul Bəy 1281-ci ildə vəfat edib. Yerinə isə ailənin ən kiçik oğlu olmasına rəğmən çox üstün keyfiyyətlərə malik Osman Bəy seçildi və uc bəyi oldu. Osman Bəy ağıllı siyasət və döyüş qabiliyyəti ilə qonşuları olan Bizans hakimləri ilə gah dostluq münasibətləri qururdu, gah da müharibələr edirdi. Qısa zamanda Bizansdan xeyli torpaq ələ keçirən Osman bəy Bursa və İzniki də fəth etdi. Yarhisar və Qaracahisar hakimlari ilə birlik qurdu. Bundan sonra 1288-ci ildə Karacahisarı ələ keçirdi. Osman Bəy, Biləcik və Yarhisar qalalarını da aldı. 1299-cu ildə Yarhisar hakiminin qızı Nilufərlə oğlu Orxan Bəyi evləndirdi. I Murad ilə Süleyman Paşa bu nikahdan dünyaya gəldilər. Osman Bəy 1299 cu ildə Osmanlı Dövlətinin müstəqilliyini elan etdi. 1301-ci ildə Yenişəhər ilə Yundhisarı aldı və Yenişəhəri paytaxt elan etdi. Bundan sonra Yenişəhərin ətrafındakı kənd və qəsəbələri alan Osman Bəy, 1303-cü ildə İzniki ələ keçirdi və Bursa hakiminin topladığı birliyi dağıtdı. Sonra isə bu şəhəri aldı. Osman Bəy, Bursanı fəth etdiyi ildə, 1326-cı ildə vəfat etdi.

Osman Bəydən sonra yerinə oğlu Orxan Bəy keçdi. Orxan Bəy də fəthlərə davam etdi. Bizanslılardan İznik və İzmiti aldı. İznik savaşının gedişində qalanın yardımına gələn Bizans ordusu yenildi və Qarasi Bəyliyi, Osmanlıların əlinə keçdi. Bizans İmperatoru olmak istəyən Kantakuzenosa yardım göndərildi. Sonra ardıcıllıqla Çimbi Qalası, Gelibolu, Bolayır, Malkara, Çorlu və Təkirdağ ələ keçirildi. Ankara alındı. Osmanlı Dövlətində pul ilk dəfə bu dövrdə kəsildi.

Orxan Qazi 1362-ci ildə öləndən sonra yerinə oğlu I Murad keçdi. Bundan istifadə edən Ankara ahiləri şəhəri yenidən ələ keçirdilər. I Murad qoşunu toplayaraq Ankara üzərinə hücum etdi və şəhəri geri aldı. 1363-cü ildə Çorlu və Lüləburgazı ələ keçirdi. Komandanlarından Evranos Bəy və Haci İlbəyi də Malkara, Kəşan, İpsala, Dədəağac və Dimatokanı Osmanlı torpaqlarına qatdılar. Lala Şahin Paşa da Ədirnəni aldı. Filibə və Gümülcinə də Osmanlıların əlinə keçdi. Bundan sonra Ədirnə üzərinə yürüş başlandı. Kızılağac, Yanbolu, İhtiman, Samokov, Aydos, Karinabat, Sozapol və Hayrabolu alındı. Bolqar kralı Osmanlı himayəsinə keçdi. Bacısı şahzadə Mariyanı I Murada verdi. Çirməndəki savaşda Serblər yenildi və 1371-ci ildən Serblər Osmanlıların himayəsinə keçdi. I Murad Bursaya dönüb oğlu Bəyazidi Süleyman Şahın qızıyla evləndirdi. Kütahya, Tavşanlı, Simav və Əmət gəlinin çehizi olaraq Osmanlılara verildi. Akşəhər, Yalvaç, Yenişəhər, Karaağac və Əğridir Həmidoğlu Hüseyin Bəydən satın alındı. 1385-ci ildə Timurtaş Paşa, İstip, Manastır və Ohri vilayətlərini ələ keçirdi. Bolqarıstanda Sofiya Osmanlı hakimiyyətinə keçdi. Serb və Bosniya kralları, Xorvat və Albaniya şahzadələri Osmanlılara qarşı birləşdi və 30.000 nəfərlik bir orduyla Timurtaş Paşanı Plosnik deyilən yerdə məğlub etdilər. Bundan yararlanmaq istəyən Avropalılar, Xaçlı Birliyi qurdular. I Murad, hələ bu birləşmədən öncə Əli Paşa ilə Bolqar kralını və Dobruca şahzadəsini məğlub edərək, onların Xaçlı Birliyinə qoşulmasını önlədi. 1388-ci ilin əvvəlində I Murad Rumeliyə keçdi və iki ordu Kosovada qarşılaşdı. Xaçlı Birliyi döyüşdə yenildi. Savaşdan sonra I Murad bir Serb tərəfindən şəhid edildi.

Yerinə 1389-cu ildə oğlu Bəyazid keçdi. I Muradın ölümündən faydalanmaq istəyən Anadolu hakimləri Aydınoğulları, Saruxanoğulları, Gərmiyanoğulları, Məntəşəoğulları, Həmidoğulları bəylikləri, Osmanlılara qarşı savaş elan etdilər. 1389-cu ildə Yıldırım Bəyazid, onların Anadoludakı hakimiyyətlərinə son qoydu. Bir il sonra isə Qaramanlılarla, Bəyşəhəri Osmanlılara vermək şərtiylə sülh bağlandı. Yıldırım Bəyazid, 1396-cı ildə İstanbulu tutdu. Bu qəlibiyyət Xaç Yürüşünə səbəb oldu. Niğboluda baş vermiş döyüş Xaçlı Birliyi yenilgisiylə sona çatdı. Sonra İstanbul işğalına davam edildi. Anadoluhisarı tikdirildi. Istanbulun işğalını vəzir Əli Paşaya tapşıran Yıldırım, Anadoluya gedərək Konyanı Osmanlı torpaqlarına qatdı. Qazi Burxanəddinin ölkəsi və Malatya ələ geçirildi. Yıldırım Bəyazid, Anadoluda olarkən "Boucicant" komandası bir donanma İstanbula köməyə gəldi. İstanbulu Türklərin işğalından qurtardı və şəhər yaxınındakı qalaları geri aldı. Yıldırım Bəyazid buna çox üzüldü. 1400-cü ildə İstanbulu yenidən işğal etdi. Bu dəfə də Teymurun Anadoluya girməsi işğalın dayanmasına səbəb oldu. Anadoluya girən Teymur, Sivasi alaraq yağmaladı. Oradan şərqi Anadolu və Suriyaya döndü. Yıldırım ordusunu topladı və 1402-ci ildə Teymur ilə Ankarada qarşılaşdı. Döyüş Bəyazidin məğlub olunub və əsir alınması ilə nəticələndi. 1403-cü ildə Yıldırım Bəyazid öldü. Onun ölümündən sonra, oğullarından Süleyman Ruməlidə, İsa Çələbi Balıkəsirdə, Məhməd Çələbi Amasyada və Musa Çələbi Bursada padşahlıq elan etdilər. Nəticədə Çələbi Məhməd tək hökmdar vəziyyətinə gəldi. Ancaq 1421-ci ildə vəfatından sonra yerinə oğlu II Murad keçdi. Qardaşı Mustafanın üsyanını yatırdı. Bizansı işğal etdi. venediklilərlə döyüşdü. Eğriboza və Moraya axınlar edildi. 1430-cu ildə Selanik, venediklilərdən alındı. Əflak və Serbiya yenidən Osmanlı Dövlətinə qatıldı. (1437) Həmideli, Daşeli, Konya, Bəyşəhər alındı. Il Murad taxtı oğlu Məhmədə verdi. Bu isə Xaçlı Birliyinin yeni basqınlarına səbəb oldu. II Murad, Osmanlı ordusunun başına təkrar geçərək Xaçlı Birliyini Varnada məğlub etdi və yenidən padşah oldu. 1448-ci ildə bir Xaç ordusunu da Kosovada məğlub etdi. Il Murad buradan Albaniyaya səfər etdi. Akçahisar mühasirəyə alındı, amma alına bilmədi. 1451-ci ildə II Murad öləndən sonra yerinə oğlu Məhməd padşah oldu. II Məhməd, İstanbulu mühasirəyə aldı. 53 gün davam edən bir mühasirədən sonra şəhəri fəth etdi. (29 May 1453-cü ildə) Serbiya və Mora ələ keçirildi. Egedə Limni, Taşoz, Midilli, İmroz və Eğriboz Osmanlıların əlinə keçdi. Fatih Sultan Məhməd sonra 1461-ci ildə Trabzon Rum İmparatorluğuna son qoydu. Kırımdakı Ceneviz koloniyaları ələ keçirildi. Kırım Osmanlı Dövlətinə qatıldı. 1473-cü ildə Ağqoyunlulara qarşı səfərə çıxdı. Fatih Sultan Məhməd Otluqbelində Ağqoyunlu hökmdarı Uzun Həsəni tamamilə məğlub etdi. Fərat nəhrinə qədər bütün Anadolu, Osmanlıların əlinə keçdi. 1474-cü ildə Qaraman Bəyliyinə son qoyuldu. 1480-ci ildə Gədik Əhməd Paşa, İtalyanın fəthi üçün səfərə çıxdı. Otranto Qalasını ələ keçirdi. Fatehin ölümü səbəbindən İtalyanın fəthi mümkün olmadı. Fatih 1481-ci ildə Misir səfərinə çıxdı. Ancaq Gəbzədə öldü.

Yerinə oğlu II Bəyazid keçdi. Cəm Sultan Bəyazid ilə mücadilə etdi. Cəm Sultan Rodos döyüşçülərinə, oradan da Papaya sığındı. Neapolda 1595-ci ildə öldü. Cəm Avropada olan zaman, Bəyazid önəmli səfərlərə girişməkdən çəkindi. Bəyazid zamanında Hərsək və Bogdan Osmanlı hakimiyyətinə qatıldı. Məmlüklərlə Çukurovada 1485-ci ildə başlayan döyüşlər altı il davam etdi. Döyüşlər Tunus hökmdarının vasitəçiliyi ilə sona çatdı. Çukurovada Osmanlıarın əlinə keçirdiyi yerlər, Məkkə və Mədinəyə aid olduğundan, Misirlilərə geri verildi. Morada İnəbahtı, Modon, Koron ilə Adriya sahillərindəki Draç limanı ələ keçirildi.

Bəyazidin son zamanlarında oğulları arasında səltənət çəkişməsi başladı. Yeniçərilər, qəhrəmanlığına və cəsarətinə heyran olduqları Yavuz Səlimin tərəfini tutdular. 1512-ci ildə Bəyazid, taxtı Səlimə verməyə məcbur oldu. Səlim ilə, Şah İsmayıl arasında Çaldıranda baş verən döyüşdə, Şah İsmayıl məğlub oldu. Cənubi Anadolu Osmanlıların əlinə keçdi. Sonra Dulkadiroğullarının ölkəsi ilə Maraş və Əlbistan fəth edildi. Məmlüklar öncə Mərcidabikdə (1516), sonra da Ridaniyədə (1517) məğlub oldular. Suriya, Misir və Hicaz Osmanlı idarəçiliyinə keçdi. Yavuz Sultan Səlim yeni səfər üçün Ədirnəyə gedərkən Çorluda öldü (1520). Yerinə oğlu Süleyman (Qanuni) hökmdar oldu. Misirdə "Canbçatdı üsyanı" yatırıldı. Belqrad və Rodos Osmanlı torpaqlarına qatıldı. Mohacda edilən davada Macar ordusu məğlub oldu. Macarıstan Osmanlı Dövlətinə bağlı bir krallığa çevrildi. 1529-cu ildə Vyana mühasirəyə alındı. Ancaq şəhər alınamadı. Osmanlı ordusunun çəkilməsindən sonra, Avstriyalılar Budini təkrar almağa cəhd etdiklərinə görə Qanuni Süleyman 1532-ci ildə Alman səfərinə çıxdı. Avstriya torpaqları yağmalandı. Avstriyalılar ilə 1533-cü ildə sülh bağlandı. Sədrəzəm İbrahim Paşa İrana göndərildi. Sonra özü də hərəkət etdi. Təbriz və Bağdad alındı. Bundan sonra Aralıq dənizi səfərləri başladı. Venedikə müharibə elan edildi. Qanuni qurudan, Barbaros Hayrəddin isə dənizdən hərəkət etdi. 1537-ci ildə Korfu adası mühasirəyə alındı, ancaq alına bilmədən geri dönüldü. Bir il sonra da Barbaros Prəvəzədə, Xristiyan donanmasına qalib gələrək Osmanlı İmperatorluğunun Aralıq dənizi hakimiyyətini saxladı. Bu zaman Misir valisi Hadim Süleyman Paşa Hind Okeanında Portuqallarla döyüşdü. 1540-cı ildə Macarıstan bir türk əyaləti həddinə gətirildi. 1543-cü ildə Barbaros Hayrəddin Paşa, Fransa kralı I. Françoisə yardım etdiyinə görə vəzifələndirildi. Barbaros, Osmanlı donanmasına qatılan Fransız donanmasıyla birlikdə, Nisi bombardman etdi. Bu arada Qanuni də Əstərgon qalasını aldı. Ertəsi ildə İran üzərinə hücuma keçdi. Şah Təhmasib, padşahın qarşısına çıxmağa cəsarət eləmədiyi üçün, bir çox qala alındı. 1552-ci ildə Şah Təhmasib yenidən saldırdı. Osmanlı ordusu, Naxçıvana qədər irəlilədi. Sonra geri döndü. Şahın elçisi gələrək barışmaq istədi. Azərbaycan, Cənubi Anadolu, Iraq Osmanlılarda qaldı. Qanuni 1566-ci ildə Zigətvar qalasını almaq üçün yola çıxdı. İşğal davam etdiyi zaman öldü. Ölümündən qısa bir zaman sonra da qala alındı. Yerinə oğlu Səlim keçdi. Səlim zamanında Kıbrıs adası ələ keçirildi (1570). Osmanlı donanmasının böyük bir hissəsi, İnəbahtidə Xaç Birliyi tərəfindəni yox edildi. II Səlim 1574-cü ildə vəfat edincə, yerinə oğlu III Murad keçdi. Sokullu Məhməd Paşa sədrəzəmlıqda buraxıldı. İranla 12 il davam edən döyüşlər, Osmanlıarın üstünlüyü ilə sona çatdı. 1590-cı ildə İstanbul anlaşması imzalandı. Təbriz, Qarabağ, Gəncə, Kars, Tiflis, Şəhərizor, Nihavənd, Luristan Osmanlı hakimiyyətinə keçdi.Osmanlı-Avstriya döyüşləri yenidən başladı və Osmanlı Dövlətinə bağlı olan Ərdəl kralıyla, Əflak və Bogdan voyvodaları da Avstriya İmperatoru Rudolf ilə birləşərək, Osmanlı Dövlətinə üsyan etdilər. Bu döyüşlər sırasında III Murad öldü. Yerinə oğlu Məhməd keçdi (1595). Bir il sonra Əgri qalası alındı. Haçovada Avstriya ordusu məğlub oldu. Bundan sonra Kanijə qalası alındı. 1601-ci ildə Avstriyalıların qalanı geri almaq üçün elədikləri hücumlar, Tiryaki Hasan Paşanın uğurlu müdafiəsi qarşısında bir nəticə vermədi. Sonra Əstərgon qalası alındı. Ərdəl, Əflâk və Bogdan təkrar Osmanlılara qatıldı. 1606-cı ildə Avstriya ilə Zitvatoruk anlaşması imzalandı. Egri, Kanijə, Uyvar Osmanlılara keçdi. Avstriya döyüşü davam edərkən III Məhməd öldü. Yerinə oğlu I Əhməd keçdi. 1603-cü ildə Osmanlılar Avstriya döyüşləri ilə məşğul ikən, İran Şahı Osmanlı torpaqlarına hücum etdi. İran döyüşlərinin bu ikinci hissəsində İstanbulda imzalanan bir anlaşma ilə son verildi. İranlılar hər il Osmanlılara iki yüz yük ipək verməyi qabul etdilər. Şah Abbas 200 yük ipəyi verməyincə, İrana təkrar döyüş başlandı. Bu dəfə bir uğur əldə edilmədi. 1618-ci ildə imzalanan yeni bir anlaşma ilə döyüşlərə son verildi. Bu arada Anadoluda Cəlali üsyanları başladı. Osmanlı Dövləti zəifləməyə başladı. Əsgəri uğurlar azaldı. Karayamcı, Dəli Hasan, Tavil Əhməd,Qələndəroğlu, Canbuladoğlu kimi Cəlali rəisləri, illərlə mərkəz idarəyə və qapıqulu əsgərlərinə qarşı döyüşdülər. Bu üsyanlar Kuyucu Murad Paşa zamanında yatırıldı. I Əhməddən sonra taxta geçən I Mustafa xəstə idi. Bu səbəbdən taxtdan endirildi. Yerinə Il Osman padşah oldu. Il Osman zamanında Ləhistan kazaklarının Osmanlı torpaqlarına saldırıları nəticəsində meydana gələn döyüşə II Osman da qatıldı. II Osman bu döyüşdə yeniçərilərin nizam-intizamsızlığını gördü və onları ortadan qaldırmağa, yeni bir əsgəri təşkilat qurmağa qərar verdi. Yeniçərilər üsyan etdilər. 1622-ci ildə II Osman taxtdan endirildi və öldürüldü. Yerinə ikinci dəfə I Mustafa gətirildi. I Mustafa qısa bir zaman sonra taxtdan endirilərək yerinə IV Murad padşah oldu. İranla döyüş yenidən başladı. 1624-cü ildə Bağdad İranlılar tərəfindən ələ keçirildi. Anadoluda Abaza Məhməd Paşa üsyanı, İstanbulda isə Qapıqulu ocaqlarının üsyanı başladı. IV Murad bir nizam-intizam yaratdı və qanlı təmizlik hərəkətləriylə asayişi yenidən sağladı. Dövlət nizamına bir çəkidüzən verdikdən sonra, birinci İran səfərinə çıxdı. Rəvanı İranlılardan geri aldı. İkinci İran səfərində də Bağdadı ələ keçirdi. IV Murad 1640-cı ildə öləndən sonra, yerinə qardaşı İbrahim keçdi. 1645-ci ildə başlayan Girid döyüşündə, Xanya qalası alınmaqla birlikdə adanın böyük bir hissəsi venediklilərdə qaldı. Venediklilər donanmalarıyla Osmanlı sahillərinə hücum etdilər. Bu arada Sultan İbrahim taxtdan endirildi, yerinə oğlu IV Məhməd keçdi. İstanbulda Qapıqulu ocaqları, Anadoluda Cəlali üsyanları və Giriddə torpaq itkiləri davam etdi. 1656-cı ildə Köprülü Məhməd Paşa sədrəzəm oldu. Köprülü Məhməd Paşa, IV Murad dövründəki kimi Osmanlı Dövlətinə əvvəlki qüdrətini qazandırdı. İstanbuldakı asilər təmizləndi. Venediklilər üzərinə gedildi. Venedik donanması məğlub olaraq adalar geri alındı. Sonra Osmanlı Dövlətinə üsyan etmiş olan Ərdəl kralı üstünə bir səfər edildi. Yanova qalası və daha bəzi qalalar alındı. Abaza Hasan Paşa üsyanı yatırıldı. 1661-ci ildə Köprülü Məhməd Paşanın ölümündən sonra yerinə oğlu Fazil Əhməd Paşa sədrəzəm oldu. Avstriyaya döyüş açıldı və Köprülü Fazil Əhməd Paşa, “Sərdarı-əkrəm” təyin edildi. Uyvar ələ keçirildi. 1664-cü ildə Zərinvar qalası alındı. Fazil Əhməd Paşa sonra Giridə hərəkət etdi. Kandiyə qalası ələ keçirildi (1669). Bəzi kiçik qalalar venediklilərdə qalmaq şərtiylə Girid adası Osmanlı Dövlətinə keçdi. Kazaklara saldıran Ləhistana qarşı bir səfər edildi. Kamaniçə qalası ələ keçirildi. Fazil Əhməd Paşa 1676-cı ildə öldü və yerinə Qara Mustafa Paşa sədrəzəm oldu. Rusların əlinə keçmiş olan Çəhrin qalası geri alındı.1683-ci ildə Avstriyaya döyüş elan edildi. Vyana ikinci dəfə mühasirəyə alındı. Kırım Xanının xəyanəti üzündən, Vyananın yardımına gələn Ləhistan kralı Osmanlı ordusunu məğlub etdi. Avstriya, Venedik və Ləhistan Osmanlı Dövlətinə qarşı birləşdi. Daha sonra bu ittifaqa Rusiya da qatıldı. Osmanlı Dövləti məğlub oldu. 1699-cu ildə imzalanan Karlofça anlaşması ilə Tameşvar xaricində qalan bütün Macarıstan Avstriyaya, Mora Venedikə, Podolya və Kamaniçe Ləhistana, Azov qalası də İstanbul anlaşmasıyla Rusiyaya verildi (1700). Sabitlik yenidən pozuldu. İstanbulda və Anadoluda birçox üsyan çıxdı. IV Məhməd taxtdan endirildi. Karlofça və İstanbul Anlaşmalarıyla baş vermiş itkilərin unudulması üçün təşəbbüsə kəçildi. İsveç kralının Osmanlı torpaqlarına sığınması və yardım istəməsi səbəbiylə 1710-ci ildə Osmanlı Dövləti, Rusiyaya döyüş elan etdi. Sədrəzəm Baltacı Məhməd Paşa tabeçiliyindəki Osmanlı Ordusu Prutda Rus ordusunu məğlub etdi. Döyüşdən sonra bağlanan Prut Anlaşmasıyla (1711) İstanbul Anlaşmasına görə Ruslara verilmiş olan yerlər geri alındı. Sonra Venedikə döyüş elan edildi (1714). Karlofça Anlaşmasıyla Venedikə keçmiş olan Mora və digər adalar geri alındı. 1716-cı ildə Avstriya ilə döyüş başladı və böyük itkilər verildi. Avstriyalılar Temaşvarı və Belqradı ələ keçirdilər. 1718-ci ildə Paşarofça Anlaşmasıyla döyüşlərə son verildi. Sonra Lalə Dövri başladı. (1718-1730). Mətbəə də bu dövrdə açıldı. 1723-ci ildə başlayan İran döyüşlərində, Qafqazda və İraqda sərhəd olan İran torpaqlarında önəmli yerlər Osmanlı ordusunca ələ keçirildi. Döyüşə 1727-ci ildə Həmədan Anlaşmasıyla son verildi. II Şah Təhmasib taxta keçincə, Osmanlılara geçən Həmədan və Təbrizi geri aldı. İstanbulda Patrona Üsyanı çıxdı. İbrahim Paşa öldürüldü. III Əhməd taxtdan endirildi. Yeni padşah I Mahmud zamanında da döyüşlərə davam edildi. Bu sırada Ruslar Azov qalasını aldılar və Kırımı isti1a etdilər. Kırım şəhərlərindən Bahçəsaray, Ağməscid, Gözləvə Ruslar tərəfindən dağıdıldı. Avstriya da Osmanlı Dövlətinə qarşı döyüş elan etdi. Osmanlı quvvətləri bu döyüşlər sırasında, xüsusilə Avstriya cəbhəsində düşmənlə uğurla döyüşdü. 1790-cu ildə Belqrad Anlaşması ilə, Belqrad və Səməndirə təkrar Osmanlılara keçdi. Avstriya ilə sülh imzalanmasından sonra Rusiya da sülh istədi. Anlaşmaya görə; Azak Qalası dağıdıldı və hər iki Dövlətin ərazisindən çıxdı. Rusiyanın Qaradəniz və Azov dənizində döyüş və ticarət gəmisi saxlamayacağı qəbul edildi. Fransaya böyük imtiyazlar verildi. Osmanlı Dövləti ilə İran arasında yenidən döyüş başladı (1742). Bu döyüşlər Osmanlı Dövlətinin qalibiyyəti ilə sona çatdı. 1768-ci ildə Rusiya ilə yeni bir döyüş başladı. Osmanlı orduları ağır itkilərə uğradı. Kırım, Əflak, Bogdan Ruslar tərəfindən istila edildi. Mora Rumları Osmanlı Dövləti ələyhinə qaldırıldı. Çeşmədəki Osmanlı donanması, Rus donanması tərəfindən məğlub edildi. 1774-cü ildə bu döyüşlər Kiçik Kaynarca Anlaşması i1ə sona çatdı. Bu anlaşmaya görə Kırım Osmanlı Dövlətindən ayrılır, Aqsu ırmağı iki dövlət arasında sərhəd olur, Qafqazda da bir hissə torpaq Ruslara verilirdi. Bu illərdə yenə Akkada və Ərəbistanda üsyanlar başladı. 1783-cü ildə Ruslar Kırımı tamamən aldılar. Bu arada Osmanlı Dövlətində əsgəri islahatlara başlanıldı. Mühəndisxanəyi-Bahri Hümayun açıldı. 1787-ci ildə Kırımın yenidən alınması üçün Rusiyaya döyüş elan edildi. Avstriya da dərhal Rusiyaya yardım eləməyə başladı. Osmanlı orduları iki cəbhədə döyüşmək məcburiyyətində qaldı. Avstriyaya qarşı müharibə uğurla sona yetdi. Ancaq Rusiya qarşısında döyüşlər uğursuzluqla sona çatdı. Fransız devrimi və Osmanlı Prusiya Anlaşması, Avstriyanı döyüşü dayandırmaq məcburiyyətində qoydu. Avstriya ilə Zistovi Anlaşmasi imzalandı. Anlaşmaya görə Avstriya Osmanlılardan aldığı torpaqları geri verdi. 1792-ci ildə Osmanlı Rus döyüşü Yas Anlaşması ilə sona çatdı. Rusiya da döyüşlər sırasında işğal etmiş olduğu qala və şəhərləri geri verdi. Osmanlı Dövləti Kırımı almaq istəyindən vaz keçdi. Bu döyüşlər davam edərkən, Osmanlı taxtına Ill Səlim keçdi. Səlim şahzadəliyi və padşahlığı dönəmindəki iki böyük döyüşdə, Osmanlı ordularının Avropa dövlətlərinin ordularına görə geri qaldığını gördü. Yeniçəri Ocağından ayrı, “Nizami-Cədid” adında yeni bir ordu qurdu. Yeniçəri Ocağı, Topçu ocağı, Humbaracı ocağı və Timarlı Sipahilər ilə donanma yenidən quruldu. London, Paris, Vyana, Berlin kimi Avropanın böyük paytaxtlarında davamlı elçiliklər quruldu. 1789-cu ildə Misir Fransanın hücumlarına məruz qaldı. Misir asanlıqla Fransızlar tərəfindəni işğal edildi. Bu işğal qarşısında Osmanlı Dövləti öncə Rusiya, sonra da İngiltərə ilə, Fransaya qarşı anlaşdı. Fransızlar tərəfindəni işğal edilmiş olan adalar geri alındı. 1799-cu ildə Napolyon, Suriyanı almaq üçün Akka Qalasını mühasirəyə aldı. Ancaq məğlub olaraq Misirə geri çəkildi. Bundan sonra da Osmanlı İngilis quvvətlərinə qarşı mübarizə apara bilmədi. Misiri boşaltdı. 1806-cı ildə Ruslar Əflak-Bogdana hücum etdilər. İngiltərə Osmanlı Dövlətini Rusiya ilə sülhə məcbur etmək üçün, donanmasını Çanakqala Boğazından geçirərək İstanbul qarşısına gətirdi. Ancaq bu hədə-qorxu bir nəticə vermədi. İngilis donanması geri çəkilmək məcburiyyətində qaldı. İngilislər Misirə getdi. Rus donanması da Bozca-adasını ələ keçirdi. Bu sırada İstanbulda Kabakçı Üsyanı qalxdı. Ill Səlim taxtdan endirildi və öldürüldü. Yerinə IV Mustafa keçdi. Ancaq Aləmdar Mustafa, IV Mustafanı taxtdan endirərək, yerinə II Mahmudu keçirdi. Özü də sədrəzəm oldu. Yeni bir ordu quruldu və adına “Səkbani-Cədid” deyildi. Yeniçərilər Babialiyə hücum çəkərək, Aləmdar Mustafanı öldürdülər (1808). Asilər bu arada II Mahmudu taxtdan endirərək yerinə IV Mustafanı padşah etmək istədilər. Ancaq II Mahmud qardaşı IV Mustafanı öldürtdü. Səkbani-Cədid də aradan qaldırıldı. Bu zaman Osmanlı-Rus döyüşü davam edirdi. Rusçuk, Yergöyü və Niğboluyu alan Ruslar Lofçaya hücum etdilər. Döyüşə 1812-ci ildə Bükrəş Anlaşması ilə son verildi. Prut çayı iki dövlət arasında sərhəd qəbul edildi. Anadolu sərhədi də dəyişmədi. Əflak, Bogdan Osmanlı Dövlətinə geri verildi. Morada Rumlar ayağa qalxdı. Bütün Mora asilərin əlinə keçdi. Mora və Girid əyalətləri Məhməd Əli Paşaya verildi. Morada asilərin əlinə keçmiş olan şəhər və qəsəbələr geri alındı. Buna İngiltərə, Rusiya və Fransa etiraz etdilər. 1827-ci ildə bu üç dövlət Navarində Osmanlı-Misir donanmasını yandırdı. Rusiya da döyüş elân etdi. Ruslar Əflak və Bogdanı aldı. Kalas, İbrail, İsakçı, Tolçı, Maçin və Silistrə qalalarını ələ keçirdilər və Ədirnəyə qədər irəlilədilər. Şərqi Anadoluda da Ərzuruma qədər gəldilər. 1829-cu ildə Ədirnə Anlaşması imzalandı. Şərqi Anadoluda Anapa, Poti, Ahıska Ruslara verildi. Rumelində işğal edilən yerlər Osmanlılara geri verildi. 1830-cu ildə Osmanlı Dövləti, müstəqil bir yunan dövlətinin qurulmasını da qəbul etdi. Cəzayir Fransa tərəfindən işğal edildi. Misir valisi Məhməd Əli Paşa da üsyan etdi. Misir ordusu Kütahyaya qədər irəlilədi. Məhməd Əli Paşaya qarşı Il. Mahmud Rusiyadan yardım istədi. 1833-cü ildə Kütahya sülhü imzalandı. Bu sülhə görə: Suriya vəliəhdliyi Məhməd Əli Paşaya, Adana vəliəhdliyi də İbrahim Paşaya verildi. 1839-cu ildə Misirlə yenidən döyüş başladı. Nizipdə Osmanlı ordusu məğlub oldu. Bu arada II Mahmud öldü. Yerinə oğlu Abdülməcid keçdi. Avropa dövlətləri, Məhməd Əli Paşaya çox təzyiq etdilər. Suriya vəliəhdliyini tərk etdirdilər. Boğazlar 1841-ci ildə bütün döyüş gəmilərinə bağlandı. 1839-cu ildə Tənzimat Fərmanı elan edildi və bu fərman birçox yeniliklər gətirdi. Beləliklə Osmanlı İmparatorluğunda Tənzimat Dövrü başladı. Bu arada Livan məsələsi ortaya çıxdı. 1846-cı ildə Livan Fransanın müdaxiləsi ilə ikili idarəetmə halına gətirildi. Yenə bu aralarda Əflak və Bogdanda ixtilaflar çıxdı. Osmanlı Dövləti bu hərəkətləri Rusiyanın köməkliyi ilə yatırdı. Avstriyaya üsyan edərək, Osmanlı Dövlətinə sığınan Macar mültəcilər, Avstriya və Rusiyanın bütün basqılarına rəğmən, onlara təslim edilmədi. 1853-cü ildə Kırım döyüşü başladı. Osmanlı Dövləti Tuna boyunda tək başına, Kırımda isə Fransa və İngiltərə ilə birləşərək, Rusiyaya qarşı döyüşdü. 1856-cı ildə Paris Anlaşmasıyla döyüş sona çatdı. 1860-cı ildə Fransa birlikləri Livana və Suriyaya köməyə gəldi. Livan üçün yeni bir nizamnamə hazırlandı. Bu arada Abdülməcid öldü və yerinə Abdüləziz keçdi, onun taxta geçməsindən sonra, Balkan yarmadasında yeni qarışılıqlar yarandı. Osmanlı Dövləti, Balkanların istəklərini qəbul etmədi və üsyan yatırıldı. Üsyanın yatırılmasından sonra Giridde yenidən narazılıqlar çıxdı. 1868-ci ildə bir fərmanla Giridde yeni qayda elan edildi.

1876-cı ildə Abdüləziz taxtdan endirilərək, yerinə V Murad keçirildi. V Muradın ruhi xəstəlikləri vardı. 90 gün sonra onun da yerinə II Abdülhəmid keçdi. Serbiya Osmanlı Dövlətinə qarşı döyüş elan etdi. Sonra Qaradağ da Serbiyaya qatıldı. Osmanlı orduları, Abdülkərim Nadir Paşa və Muxtar Paşa ordusundakı, Serbiya və Qaradağ ordularını məğlub etdilər. Serb ordusu, Cərnayəvin istəyi ilə Prins Milanı kral elan edərək, döyüşə yenidən başladı. Osmanlı ordusu, Serbləri təkrar məğlub etdi. Osmanlı Dövləti, Rusiyanin istəyinə əsasən döyüşləri dayandırdı. 23 dekabr 1876-cı ildə İstanbulda konfrans başladı. Həmin gün, Osmanlı Dövləti I Məsrutiyət elan etdi. Konfrans bir qərar qəbul etmədən dağıldı. Sonra 1877-1878-ci illər Osmanlı Rus döyüşü başladı. Döyüşlər, Balkanlarda və Anadolu cəbhəsində aparılırdı. Ruslar, Ayastefanos və Ərzuruma qədər irəlilədilər. Öncə Ayastefanos, sonra da Berlin Anlaşmaları imzalandı. Abdülhəmid Xan, Məclis-i Məbusani dağıdaraq idarəçiliyi əlinə aldı. Berlin Konqresi başlamamışdan öncə də İngiltərə, Kıbrısı işğal etdi. Avstriya, Bosniya-Hersoqovinanı, Fransa Tunisi, İngiltərə də Misiri aldı. Cənubi Rumeli əyaləti də Bolgarıstana qatıldı (1885). Albay Bassos Ordusunda 10.000 yunan, Giride hücuma keçildi. Girid müsəlmanları öldürülməyə başlandı. 1891-ci ildə Albay Bassos, adanı Yunan kralı adından ələ keçirdiyini elan etdi. Yunanıstan Rumeli sərhəddindən Osmanlıya hücum etdi və cavab olaraq Osmanlı Dövləti Yunanıstana qarşı müharibəyə başladı. Ədhəm Paşanın rəhbərliyi altında olan Osmanlı ordusu bir çox döyüşdə Yunan ordularını məğlub etdi. Yunanıstan sülh istəmək məcburiyyətində qaldı və 1897-ci ildə İstanbul Sülhü imzalandı. Bir müddət sonra Girid də Osmanlı Dövlətindən ayrılmış oldu. Makedoniyada 1902-ci ildə etirazlar başladı. II Abdülhəmid Xan, Hüseyin Hilmi Paşanı Selanik, Manastır və Kosova müfəttişi təyin etdi. 1908-ci ildə Məşrutiyət yenidən elan edildi. Çox keçmədən də II Abdülhəmid Xan taxtdan endirildi. Bu isə Osmanlı İmparatorluğunun yıxılması üçün atılan son addım oldu. İtaliya, Trablusgarba hücum etdi. Oniki-ada İtalyan donanması tərəfindən işğal edildi. Trablusgarp və Oniki-ada İtaliyaya verildi. Osmanlı orduları, dörd Balkan dövləti qarşısında məğlubiyyətə uğradı. Balkan dövlətləri Çatalcaya qədər gəldilər. 30 May 1913-cü ildə Londonda imzalanan anlaşmaya görə; Midya-Ənəz xətti Osmanlı Dövlətinin sərhəddi oldu. Ədirnə, Bolqarıstanda qaldı. Girid də əldən çıxdı. Bir müddət sonra Osmanlı Dövləti, Kırklareli və Ədirnəni geri aldı. Balkan döyüşlərindan sonra, I Dünya Müharibəsi başladı. Osmanlı Dövləti, Almaniyanın tərəfində Fransa, İngiltərə və Rusiyaya qarşı döyüşə başladı (11 noyabr 1914). Döyüş 4 il davam etdi. Anadoluda Ruslara, İraq, Suriya, Fələstin və Misirdə İngilislərə qarşı döyüşdü. Almaniya, Avstriya və Bolgarıstan ilə birlikdə Osmanlı Dövləti də, İngiltərə-Fransa qarşısında məğlub oldu. 30 oktyabr 1918-ci ildə Mondros Müqaviləsi imzalanaraq döyüşlərə son verildi. Bu arada V Mehmed Rəşad öldü və yerinə VI Mehmed Vahideddin padşah oldu. Bu zaman düşmənlər İstanbula soxuldu. Qars Ermənilər, Ərdaxan Gürcülər, Antalya İtalyanlar, İzmir Yunanlar, Urfa, Antep, Maraş və Adana Fransızlar tərəfindən işğal edildi. Bu arada Anadoluda yeni bir idarəçilik yaradıldı. 23 aprel 1920-ci ildə Böyük Millət Məclisi toplandı. Əldə qalan torpaqların müdafiəsi və qorunmasını Məclis öz üzərinə götürdü. 1908-ci ildə Abdülhəmid Xanın taxtdan endirilməsindən sonra, dövlət idarəsində heç bir funksiyası olmayan padşahlıq, 1 oktyabr 1922-ci ildə ləğv edildi. Osmanlı Xanədanının bütün üzvlərinin ölkədən xaric edilməsi haqqında qanun çıxarıldı və Osmanlı sultan ailəsinin bütün fərdləri Türkiyəni tərk etdilər. Osmanlıların səltənəti bir tək sülalədən gələn tarixin ən uzun ömürlü səltənəti olmuşdur. Osmanlı Dövlətinin qurucusu olan Osman Bəyin idarə etməyə başladığı tarix 1281-ci il tarixindən səltənətin ləğv edildiyi tarix olan 1922-ci ilə qədər tam 641 il səltənətləri davam etmişdir. Osmanlılar ayrıca Yavuz Sultan Səlimin 1516-cı ilində xəlifəlik almasından 1924-cü ilədək xəlifəliyin ləğvinə qədər 407 il Müsəlmanların xəlifəsi funksiyasını daşımışdır. Ancaq o da həqiqətdir ki, xəlifəlik və ya səltənət II Əbdülhəmidin taxtdan endirilməsi ilə təsirini tamamən itirmiş bir hala gəlmişdi. Bu vəziyyəti nəzərə alsaq, Osmanlıların xəlifəliyi 393 il davam etmişdir və II Əbdülhəmid ilə sona çatmışdır. II Əbdülhəmid, Həzrəti Əbü Bəkirdən sonra 98-ci xəlifə, bu gün son xəlifə olaraq bildiyimiz Abdülməcid isə 101-ci xəlifədir.

Təşəkkül  (1299–1453)

Yüksəliş  (1453-1683)

Durğunluq  (1683–1827)

Geriləmə  (1828–1908)

Parçalanma  (1908–1922)

 

 

 

 

                                     OSMANLI SULTANLARI

 

 

F

  • Fateh Sultan Məhəmməd

I

  • I Mahmud
  • I Mehmed
  • I Murad
  • I Mustafa
  • I Orxan
  • I Osman
  • I Səlim
  • I İbrahim
  • I Əbdülhəmid
  • I Əbdülməcid
  • I Əhməd

II

  • II Bəyazid
  • II Mahmud
  • II Murad
  • II Mustafa
  • II Osman
  • II Süleyman
  • II Səlim
  • II Əbdülhəmid
  • II Əhməd
  • III Murad
  • III Mustafa
  • III Osman

III-IV

  • III Səlim
  • III Əhməd
  • IIII Mehmed
  • IV Mehmed
  • IV Murad
  • IV Mustafa

S

  • Sultan Süleyman Qanuni

V

  • V Mehmed
  • V Murad
  • VI Mehmed

İ

  • İldırım Bəyazid

Ə

  • Əbduləziz

 

 

Category: NƏRİMAN QƏHRƏMANLININ MƏQALƏLƏRİ | Added by: Nariman_Qahramanli (2009-07-11) | Author: NƏRİMAN QƏHRƏMANLI E W
Views: 498
Total comments: 0
Only registered users can add comments.
[ QEYDİYYAT | Login ]
AXTAR

***





GOOGLE DA AXTAR
SAYTDA AXTAR

Free Image Hosting


F O R U M
  • ABŞ-IN ŞTATLARI (14)

  • A.DÜMA, O.BALZAK, V.HÜQO VƏ S. (11)

  • HİKMƏTLİ SÖZLƏR (10)

  • SƏDİ, Ə.FİRDOVSİ, Ö.XƏYYAM VƏ S. (8)

  • R.N.GÜNTƏKİN, N.HİKMƏT, O.PAMUK VƏ S. (7)

  • HÖTE, ŞİLLER, BÖLL VƏ S. (7)

  • PUŞKİN, TOLSTOY, DOSTOYEVSKİ, ŞOLOXOV VƏ S. (7)

  • AZƏRBAYCANIN SU ANBARLARI (7)

  • ÇÖRÇİL, ŞEKSPİR, KLARK VƏ S (6)

  • N.TUSİ, BƏHMƏNYAR, A.HACIYEV ... (5)

  • DEKART, PASKAL,PUANKARE,LANQRANJ VƏ AMPER (4)

  • Z.BÜNYADOV, Y.MAHMUDOV,ORUC BƏY BAYAT .... (3)

  • DASTAN (3)

  • MOBİL TELEFONLAR ÜÇÜN LAZIMILI KODLAR. (2)

  • İ.NYUTON, Ç.BEBBİC, A.TURİNQ (2)


  • KONVERTER


    STATİSTİKA

    YENİ ÜZVLƏRİMİZ
  • dxemnynp12   (dxemnynp12)

  • StevenPr   (StevenPr)

  • fixmeboybws   (fixmeboybws)

  • LolaHax77   (LolaHax77)

  • cxhawndk09   (cxhawndk09)


  • SON ŞƏRHLƏR

    Black::unsure:( THANKS)



    :menim e-mailime hec gondermeyin bunlarin hamisini bilirem


    SAYT KATALOQU
    www.designerlady.blogcu.com

    Hemise bir gel

    www.NERIMAN.tk

    www.onlinepara-kazan.com

    Dahi trening mərkəzi

    GENCLIK ILLERINE XOW GELMISINIZ

    BƏRDƏ (rəsmi saytı)

    CELT Colleges

    BDU


    SAYTINI ƏLAVƏ ET!

    SON ELANLAR
    Yay kompaniyası Şahmat hazırlığı

    AE AZER MMC

    ID plastic kart. Cap isler.

    BMW 320 satılır

    Turniket, slaqbaum, domofon, alarm, siqnalizasiya, tehlukesizlik kameralari, nezaret sistemleri, biometrika.


    YENİ ELAN VER!

    ADMİN
    Nariman Qahramanli


    BY QƏHRƏMANLI NƏRİMAN 2016. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...