HUN IMPERIYALARI - NƏRİMAN QƏHRƏMANLININ MƏQALƏLƏRİ - MƏQALƏLƏR - Universal site.
BAZAR ERTƏSİ, 2017-03-27, 1:43 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ MƏQALƏLƏR
M E N Y U

DİGƏR BÖLMƏLƏR

F O R U M

ÜMUMİ MƏQALƏLƏR
MARS PLANETI AZƏRBAYCANDA GÖRÜNDÜ (2)

İLHAM ƏLİYEVİN NƏVƏLƏRİ İLK DƏFƏ İCTİMAİ TƏDBİRDƏ GÖRÜNÜB (0)

İNTERNETDƏ YENİ TƏHLÜKƏ (0)

PORT BAKU RESİDENCE ... (2)

QƏBIRDƏ DURUB OTURAN ŞƏXS SONRA YENIDƏN ÖLÜB (2)

'DÜNYANIN ƏN ÇIRKIN ITI' (0)

MÜBARIZ İBRAHIMOV - DOĞUŞDAN ÖLÜMƏ QƏDƏR... (0)

MÜBARİZ İBRAHİMOVUN SON MƏKTUBU (0)

ƏN BÖYÜK DİNOZAVR QƏBİRİSTANLIĞI TAPILIB (0)

GÖZƏGÖRÜNMƏZLİK ARTIQ REALLAŞIR (0)

"ŞREK" BALIĞI (0)

TƏBİƏTİN MÖCÜZƏSİ (2)

İNANILMAZ BİR TƏSADÜF! (2)

DÜNYANIN YEGANƏ ÜSTÜ-ÖRTÜLÜ AQUA-PARKI! (1)

YEMIŞIN ÜSTÜNDƏ “LA İLAHƏ İLLƏLAH” YAZILIB (2)


SON XƏBƏRLƏR

ANA SƏHİFƏ » Articles » NƏRİMAN QƏHRƏMANLININ MƏQALƏLƏRİ

HUN IMPERIYALARI

               HUN IMPERIYALARI           


Hun imperiyası - bizim eradan əvvəl 220-ci ildə Teoman tərəfındən qurulduğu qəbul edilir.

Hunlar köçəri və döyüşkən xalq olmuşlar, sənətkarlıq, xüsusi ilə də silahqayırma çox inkişaf etmişdi, hunların güclü hərbi texnikası olmuşdur. Hun dövlətləri başında olan şəxs "tanhu" ya da "şenyu" olaraq çağırılırdı. Hökmdarlıqda müqəddəslik anlayışı vardı. Ölkə, dini adət hökmlərinə görə idarə olunurdu. Hökmdarlıq atadan oğula keçirdi. Ölkə, oğullar arasında şərqi, qərbi, mərkəz olaraq miras bölünürdü. Türk dövləti hökmdarı arvadına "katun"(xatun) deyilirdi. İdarəçilikdə o, söz sahibiydi.

TARIXI

Böyük Hun İmperatorluğunun eradan əvvəl 220-ci ildə Teoman tərəfındən qurulduğu qəbul edilir. Teomandan sonra Mete Xan dövləti böyük bir imperatorluğa çevirmişdir. Türk və Moğol boylarını bir yerə toplayan Mete, İpək yoluna hakim olmaq üçün Çin ilə döyüşlər aparmışdır. Eradan əvvəl, 200-cü illərdə Çinə qalib gələrək, onu vergiyə bağlamışdır. Metenin, Çini torpaqlarına birləşdirməyib, vergi almaqla idarəetməsinin əsas səbəbi, Çin oturaq həyatı və siyasi təsirindən uzaq durma olaraq izah olunur. Bundan başqa, Çinin çoxsaylı əhalisinin təsiri ilə Türklük özəlliklərinin itirilməsinin qarşısı alınmışdır. Metenin ölümündən sonra bir müddət gücünü qoruyan dövlət, eradan əvvəl 46-cı ildə Şərqi və Qərbi Hunlar adı ilə iki yerə ayrıldılar. Bu ikiyə ayrılışına Böyük Hun Dövlətinin iqtisadi sıxıntıları da səbəb olmuşdur. İmperiyanın başında durmuş Hohanyenin Çin hakimiyyətinə daxil olmaq istəmişdir. Bu düşüncəni qardaşı Çiçi, "atalarına hörmətsizlik" olaraq qəbul edib əsarət altına girməyi rədd etmiştir. Qərbi Hunlar, Çiçi idarəsi altında Talasın qərbinə hakim oldular. Ağhunların və Avropa Hunlarının qurulmasında əsas rol oynadılar. Qərb Hunlularının başında olan Çiçinin Çinə qarşı verdiyi mücadilədə qısa bir müddət sonra uğursuz olduğu görsənir. Bəlkə də ona görə ki, Çiçi, Çin ilə mücadilədə qədim Türk müharibə taktikalarını bir kənara qoyaraq bir şəhər qurub oranı qala halına gətirərək müdafiə taktikasına üstünlük vermişdir. Məğlubiyytəində təsirli olan digər xəta isə əmri altında olan əsgərlərə çox sərt davranmasıdır. Şərqi Hunlar HoHanye idarəçiliyində Talasın şərqində eradan əvvəl 48-ci ilədək hökm sürdülər. Çinin siyasi hərəkətləri nəticəsində, eradan əvvəl 48-ci ildə Güney (Cənub) və Kuzey (Şimal) Hunları olmaqla ikiyə ayrıldı. Kuzey hunları Xaqan Pi idarəçiliyində Moğol və Sibir düzənlikləri çevrəsində 156-ci ilədək davam etdi. Güney Hunları Panhu idarəçiliyində Uyğur hövzəsində və Çinə yaxın bölgələrdə 216-cı ilə qədər davam etdi. Güney Hunlarının yıxılması nəticəsində Çin siyasi üstünlüyü çərçivəsində bir çox kiçik Hun dövləti qurulmuşdur. Bu Hun dövlətləri Göytürk siyasi üstünlüyünə qədər davam etmişdir.

IV əsrin sonlarına doğru Balamirin liderliyində qərbə doğru yeriyən Hunların bir hissəsi ilk dəfə Şərq Anadoluya girdilər. 374-cü ildə hunların xanı seçilən Balamir qərbə doğru xeyli irəliləyərək xeyli torpaqlar almış, şərqi german tayfalarını öz tərəfinə çəkmişdi. 375-ci ildə o, Dnepri keçərək viziqotları da məğlub etmişdi. Onun dönəmində hunlar müxtəlif istiaqamətlərdən yavaş-yavaş Roma imperiyasının sərhədlərinə doğru irəliləyirdilər. O cümlədən Qafqazdan keçərək Anadoluda Roma ordusunu məğlub etmişdilər. Balamirin ölümündən sonra oğlu ya da nəvəsi olduğu güman edilən Uldızin dövründə hunlar, Karpat dağlarını aşıb Macarıstana girərək burada Avropa Hun Dövlətini qurdular. Avropa Hun Dövlətinin xarici siyasəti Uldız dövründə təyin olunmuşdur. Uldız, Bizansı təzyiq altına almaq məqsədiylə Trakya üzərinə yeridi. Barış istəyən Trakya qubernatoruna "Günəşin batdığı yerə qədər hər yeri zəbt edə bilərəm" deyərək Şərqi Romaya (Bizansa) meydan oxudu. Türklərin gücündən çəkinən Bizans, müqavilə bağlayaraq Hunların üstünlüyünü qəbul etdi. Bu dövrdə Hunlar, Orta Avropadan Xəzərin şərqinə qədər uzanan geniş torpaqlara sahib olmuşdular. Dövlətin şərq bölgəsini Karatonun idarə etdiyi bilinirsə də bu hökmdar haqqında elə də çox məlumat yoxdur.

Hökmdar soyundan olan Rua 422-ci ildə taxtı ələ keçərərək, ölkəni qardaşları Muncuk, Oktar və Aybars ilə birlikdə idarə etdi. Muncukun erkən ölümü sonra Aybars ölkənin şərq qanadının rəhbərliyinə, Oktar isə qərb qanadının rəhbərliyinə gətirildi. Rua, Uldızın təyin etdiyi Hun xarici siyasətini davam etdirdi. Casusluq fəaliyyətlərini irəli sürərək 422-ci ildə Bizans üzərinə bir səfər təşkil etdi. Bu səfər nəticəsində Bizans ağır bir vergiyə bağlandı. Rua, altmış minlik bir ordunu Qərb Romaya göndərərək Bizans İmperatoru Theodosiusı (Teodosyus) döyüşmədən geri çəkilmək məcburiyyətində qoydu. Rua, Muncuğun gənc oğlu Atillanı dövlət işlərinə yaxından cəlb etmişdi. Butun səfərlərdə əmisi Ruanı muşayiət edən Atilla dövlət idarəçiliyinə böyuk maraq göstərərək, daxili və xarici siyasət məsələlərini dərindən öyrənmişdi. Rua, 434-cü ildə Bizans üzərinə yeni bir səfər ərəfəsində öldü.

Hun xaqanlığının hökmdar taxtı Atillaya etibar edildi, böyük qardaşı Buda isə ona köməkçi oldu. Atillanın dövründə Hun Dövləti ən parlaq dövrünü yaşadı. Atilla cəsur və döyüşkən sərkərdə olmaqla yanaşı, dövrünün savadlı və müdrik dövlət başçılarından idi. O, bir sıra başqa dilləri, o cümlədən yunan dilini sərbəst bilirdi. Ruanın ölümündən sonra Hun dövlətnin zəifləyəcəyinə ümid bəsləyən Qərb hakimləri tezliklə Atillanın timsalında daha qüdrətli şəxsiyyətin meydana çıxmasnının şahidi oldular. Təsadüfi deyil ki, avropalılar bütün Qərb dünyasına meydan oxuyan Atillanın onları “etdikləri günahlara görə” cəzalandırmaq üçün Tanrı tərəfindən göndərildiyinə inanır və buna görə də böyük hun xaqanını “allahın bəlası”, “Tanrının qamçısı” adlandırırdılar.

441-ci ildə Atillanın Bizans üzərinə yürüşə başladı. Bizans tərəfindən 434-cü il Maqros müqaviləsinin şərtlərinin pozulması və Maqros yepiskopunun konstansa yaxınlığındakı hun başçılarının məzarlarını qarət edərək, qiymətli qəbir əşyalarını və silahları oğurlaması Atillanın qəzəbinə səbəb olmş və onu bu addımı atmağa vadar etmişdi. Zəifləmiş Qərbi Roma imperiyasının bir sıra ərazilərini ələ keçirmiş hun xaqanlığı Bizans imperiyasını da özündən asılı vəziyyətə saldı. Bu dövrdə Atilla artıq “Dünyanın hakimi” hesab edilirdi. Bir müddət sonra, 447-ci ildə, Bizansın Marqos müqaviləsinin şərtlərini yenidən pozması nəticəsində Atilla ikinci Balkan səfərinə çıxdı. O, bir sıra şəhərləri ələ keçirib ölkənin paytaxtı Konstantinopola yaxınlaşdı. Konstantinopolun hunlar tərəfindən fəthi reallaşdı. Bunu görən Bizans imperatoru Teodosios tələm-tələsik öz elçilərini Atillanın hüzuruna göndərərək , Hun xaqanına barışıq təklif etdi və onun şərtlərini qəbul etməyə hazır olduğunu bildirdi. Danışıqlar nəticəsində Bizans Marqos müqaviləsinin əməl etməklə yanaşı, 600 librə qızıl hərbi təzminat ödəməyi, Dunayın 5 günlük məsafəsində qoşun saxlamamağı, illik bacı 700 librədən 2100 librə qızıla çatdırmağı öhtəsinə götürürdü. Ağır sülh şərtləri Bizansı süqut təhlükəsi qarşısında qoydu. Hun xaqanlığı qarşısında aciz qalan imperator Teodosios Atillanı məhv etmək məqsədilə sui-qəsd hazırladı. Bu qəsdin qarşısını alan Atilla bağladığı müqaviləyə sadiq qalaraq yenidən Bizans üzərinə yerimədi. Hun xaqanı Bizansın ciddi şəkildə sarsıldığına əmin olduğu üçün əsas zərbəni Qərbi Roma imperiyasına qarşı çevirdi. Atilla 200 min nəfərlik ordusunu Orlean istiqamətində hərəkət etdirdi. Tarixdə “Xalqlar vuruşması” kimi məşhur olan bu döyüşdə bütün Qərbi Avropa Atillaya qarşı birləşdi. 451- ci il iyunun 20-də Katalaun çölündə dünya tarixinin ən qanlı döyüşlərindən biri baş verdi. Hun xaqanı bu döyüşdən də qalib çıxdı. Roma imperiyasının mühüm strateji əhəmiyyətə malik olan ərazisi Qalliya Qərbi Hun xaqanlığının əlinə keçdi. Düşmənə ciddi zərbə vuruldu. Lakin ağır döyüşdən sonra özünün hərbi səfərləri tarixində ilk dəfə çoxlu itkilərə məruz qalmış olan və ordusuna istirahət verməyi qərara alan Atilla düşməni təqib etmədi. Bir ildən sonra Atilla Roma imperiyasını tamamilə aradan qaldırmaq üçün həlledici yürüşə başladı. 452- ilin yazında Atilla Po ovalığı ilə İmperiyasının o zamankı paytaxtı Ravennaya doğru hərəkət etməyə başladı. Roma imperatoru müqavimət göstərməyin mənasız olduğunu başa düşüb təslim olmaq qərarına gəldi. Papa I Leonun rəhbərlik etdiyi Roma elçiləri Atillanin hüzuruna gəldilər. Papa böyük Hun xaqanından Romanı əfv etməsini xahiş etdi. Atilla, Roma imperiyasının təslim olduğunu nəzərə alaraq, zəngin tarixi abidələri, kitabxanaları olan Roma şəhərinə qoşun yeritmədi. Bundan sonra Atilla Roma imperiyasının iri şəhərlərindən olan Milan və Akvileyanı ələ keçirdi. Artıq bütün Avropa, o cümlədən Roma və Bizans imperiyaları Atillanın hakimiyyətinə tabe olub ona bac verirdilər. Atilla Şərq ölkələrini də itaət altına almaq məqsədilə Sasanilər üzərinə yüryş etməyə hazırlaşırdı. Lakin böyük Hun xaqanının Şərq səfəri yarımçıq qaldı. İtaliya səfərindən qayıtdıqdan sonra, 453- cü ildə Hun sarayında İldiko adlı şahzadə qız ilə özünün toy məclisini quran Atilla həmin gecə qəflətən öldü. Hun xaqanının bu müəmmalı ölümü indiyədək sirr olaraq qalır. Məzarın düşmən əlinə keçməsinin və qarət edilməsinin qarşısını almaq məqsədilə dəfn mərasimindən sonra çayın yatağı dəyişdirilərək, onun üzərindən axıdıldı. Buna görə də indiyədək Atillanın qəbrini aşkar etmək mümkün olmamışdır. Atillanın ölümündən sonra Hun xaqanlığı zəiflədi. Böyük hökmdarın varisləri dövlətin əvvəlki qüdrətini qoruyub saxlaya bilmədilər. O, dünyasını dəyişəndə 84 oğlu vardı. Qızlarının sayını bilən yox idi. 453-də, Atilla öləndən sonra oğulları arasında hakimiyyət üstə dava düşdü. Onların içində anası avropalı olan çoxlu oğlan vardı.

Hunlar bütün xalqları məğlub etmişdilər. Məğlub etmədikləri bircə xalq özləri idilər. Atilla öləndən sonra özləri ilə vuruşmağa başladılar. Bu döyüşlərdə isə qalib və məğlub olmadı. Dünyanın dövlətçilik, hərb sənəti və mədəniyyət tarixində dərin iz buraxmış Hun xaqanlığının varisləri olan türk xalqları, hunlar, avarlar, bulqarlar, xəzərlər, suvarlar, qıpçaqlar, peçenqelər və başqaları özlərinin yeni dövlət qurumlarını, hərbi- siyasi birliklərini yaratmağa başladılar.

 

 

 

BÖYÜK HUN İMPERIYASI

Hunlar hal-hazırda Monqolustan ərazilərində; Çin'in şimali-qərbində həyatlarını davam etdirirlər.Bilinən ilk imperatorları Tuman(Teoman)'dır. Ən böyük imperatorları Mete Xan'dır. Çinlilər önünə keçə bilmədikləri Hun Türklərinin hücumlarının qarşısını almaq üçün "Böyük Çin Divarı" (Çin Səddi)'ni inşa etmək məcburiyyətində qalmışlar (M.Ö. 214). Bu tikili, günümüzdə hələ də bir dünya möcüzəsi olaraq qəbul edilməkdədir. Ming Hanedanı zamanında da yenilənən böyük divarın bir çox qismi sağlamlığı ilə günümüzdə hələ ayaqda qalmaqdadır.

Türklərdə Varislik Sistemi Necə idi?

Hun dövləti varislik sistemi ilə idarə olunurdu. Türklərdə dövlət hökmdar ailəsinin ortaq malı sayılardı. Və ölkə, hökmdarın sağlığında oğulları arasında paylaşdırılardı. Hər şahzadənin hökmdar olma haqqı vardı.

 

Böyük Hun İmperatorluğu

Bilinən ilk Türk dövlətlərindən biridir. quruluşu haqqında tutarlı məlumatlar yoxdur. M. Ö. 220-ci ildə Teoman tərəfındən qurulduğu qəbul edilir. Həmçinin M.Ö 318-ci ilə aid olduğu düşünülən və Çin ilə bağlanmış müqavilənin mətni mövcuddur. Teomandan sonra dövləti böyük bir imperatorluğa çevirən Mete Xan (Mo-dun)'dır. Türk ve Moğol boylarını bir dam altında toplayan Mete, İpək yoluna hakim olmaq üçün Çin ilə savaşmıştır. M.Ö. 200-cü illərdə Çin'ə qalib gələrək vergiyə bağlamışdır. M.Ö. 187-ci ildə Çin İmperatorluq ordusunu, hansı ki başında Ka-o-ti dururdu, Pa-i-Teng səfərində 10 min əsgərlik nizamlı və intizamlı ordusuyla məğlubiyyətə uğratmışdır. Bu Çin ordusunun sayının bəzi qaynaqlarda 200 min olduğu yazılmaqdadır. Mete Xan dövründə Sibir, Çin Dənizi, Xəzər Dənizi arasında qalan bütün torpaqlara hakim olunmuşdur (18.000.000 kvadrat kilometrə yaxın).

Metenin, Çin'i torpaqlarına birləşdirməyib, vergi almaq sürətiylə idarəetmə səbəbi, Çin oturaq həyatı və siyasi təsirindən uzaq durma olaraq izah olunur. Bundan başqa, Çin'in çoxsaylı əhalisinin təsiri ilə Türklük özəlliklərini itirmək istəməmiştir.

 

 

Metenin ölümündən sonra bir müddət daha gücünü qoruyan dövlət, Çinli şahzadələrlə evlənmə ənənəsi ilə Çinli şahzadələrin cəsusluq fəaliyyətləri, Türk boyları arasındakı iqtidar mübarizələri, Çinin İpək yolu üzərində getdikcə siyasi nüfuzunu artırması kimi səbəblərlə M.Ö. 46-cı ildə Hunlar Şərqi və Qərbi Hunlar adı ilə iki yerə ayrıldılar. Bu ikiyə ayrılışın səbəblərindən birisi də Böyük Hun Dövləti'nin başında durmuş Ho-han-ye' nin iqtisadi sıxıntıları da səbəb kimi təqdim edərək Çin hakimiyyətinə girmək istəməsidir ki, bu düşüncəni qardaşı Çiçi, "atalarına hörmətsizlik" olaraq qəbul edib əsarət altına girməyi rədd etmiştir.

Qərbi Hunlar, Çiçi idarəsi altında Talas'ın qərbinə hakim oldular. Ağhunların və Avropa Hunlarının qurulmasında əsas rol oynadılar. Qərb Hunluları'nın başında olan Çiçi'nin Çin'ə qarşı verdiyi mücadilədə qısa bir müddət sonra uğursuz olduğu görsənir. Bəlkə də ona görə ki, Çiçi, Çin ilə mücadilədə qədim Türk müharibə taktikalarını bir kənara qoyaraq bir şəhər qurub oranı qala halına gətirərək müdafiə taktikasına üstünlük vermişdir. Bu onun özünün birinci xətasıdır. Məğlubiyytəində təsirli olan digər xəta isə əmri altında olan əsgərlərə çox sərt davranmasıdır.

Şərqi Hunlar Ho-Han-ye idarəçiliyində Talas'ın şərqində M.S 48-ci ilədək hökm sürdülər. Çin'in siyasi hərəkətləri nəticəsində, M.S. 48-ci ildə Güney (Cənub) və Kuzey (Şimal) Hunları olmaqla ikiyə ayrıldı. Kuzey hunları Xaqan Pi idarəçiliyində Moğol və Sibir düzənlikləri çevrəsində 156-ci ilədək davam etdi. Güney Hunları Panhu idarəçiliyində Uyğur hövzəsində və Çinə yaxın bölgələrdə 216-cı ilə qədər davam etdi.

Şərqi Hunların kuzey və güney olaraq ikiyə ayrılmasının səbəbi; Panhu idarəçiliyindəki Türklər'in Çin'in siyasi üstünlüyünü qəbul etməsinə rəğmən, qardaşı oğlu Pi idarəçiliyindəki kuzey Türklərin'in Çin üstünlüyünü qəbul etməməsidir. (Güney Hunları: bax.(Türkiyə türkcəsində) Batı Hun İmparatorluğu)

Güney Hunlarının yıxılması nəticəsində Çin siyasi üstünlüyü çərçivəsində Çin ölkəsinə tampon məqsədli bir çox kiçik Hun dövləti qurulmuşdur. Bu Hun dövlətləri Göytürk siyasi üstünlüyünə qədər davam etmişdir.

 

Şenyuları(tanhuları)-Hun Xaqanları

  • Yabgu Tou-Man - Qaraxan (Teoman Tovuman) (?-M.Ö. 209)
  • Mete Bagatır (Bahadur) (M.Ö. 209 - Ö. 174)
  • Lao - Şang (M.Ö. 174 - M.Ö161)
  • Çun - Çen Yabgu (Kün) (M.Ö161 - 126)
  • İ-Çin-Hsien (İçihise) Yabgu (M.Ö.126 -M.Ö.114)
  • Wu-Weri (Uvey) Yabgu (M.Ö. 114 - M.Ö.105)
  • Wu-Şih-Lu-Erh (U-Su-Liu-Usilu) Yabgu (M.Ö. 105 -M.Ö 102)
  • Çü-Li-Hu (Hiü-Li-Hu-Güylihu) Yabgu (M.Ö. 102 - 101)
  • Çü-Ti-Hu (Tsie-Ti-Heu-Tsüydiheu) Yabgu (M.Ö. 101 - 96)
  • Hu-Lu-Ku-(Hu-Lo-Ku = Hulugu) Yabgu (M.Ö. 96 - 85)
  • Khuandi Yabgu (M.Ö. 85 - 68)
  • Khuyluy Yabgu (M.Ö. 68 - 60)
  • Uven-Güydi Yabgu (M.Ö. 60 - 58)
  • Khukhasie Yabgu (M.Ö. 58 - 56)
  • Çiçi Yabgu (M.Ö. 56 - 36) Çiçi ve oğulları Batı Türküstan'a çəkilmiş və Talas'ın qərbinə sabiblənmişlər. Avropa Hunları ilə Ağhunların təməlini qoymuşlar.
  • Ho-Han-Ye (M.Ö. 56 - 31)
  • Joti Yabgu (M.Ö. 31 - 20)
  • Seuse - Joti Yabgu (M.Ö. 20 - 12)
  • Çeya - Joti Yabgu (M.Ö. 12 - 8)
  • Üçjolu - Joti Yabgu (M.Ö. 8 - M.S. 13)
  • Uluyjoti Yabgu (13 - 18)
  • Şikao-Joti Yabgu (18 - 46)
  • Vutatiho Yabgu (46)

GÜNEY (CƏNUB) HUNLARI (QƏRBİ HUN İMPERATORLUĞU)

  • Panu Yabgu (46 - 83) Qardaşıoğlu Pi və oğulları Güney Sibirə yönəlmiş və Moğolustan'ın şimal tərəflərini Kuzey Hunları olaraq ayrıca yönətmiştir.
  • Sanmuldutzu Yabgu (83 - 84)
  • Yuliu Yabgu (84 - 89)
  • Yuçukien Yabgu (89 - 93)
  • Ankuo Yabgu (93 - 94)
  • Tingtoşi - Suyheuti Yabgu (94 - 98)
  • Vanşiçi - Suyti Yabgu (98 - 124)
  • Vuçihu - Şihço Yabgu (124 - 127)
  • Tejoşi - Suytsieu Yabgu (127 - 140)
  • Çenieu Yabgu (140 - 143)
  • Hulanjoşi Suytsieu Yabgu (143 - 147)
  • İlingşi - Suytsieu Yabgu (147 - 172)
  • Totejoşi - Suytsieu Yabgu (172 - 177)
  • Huçing Yabgu (177 - 179)
  • Kiangkiu Yabgu (179 - 188)
  • Teçişi - Suyheu Yabgu (188 - 195)
  • Huçutsiuen Yabgu (195 - 216)

Əhatə etdikləri ərazi

Orta Asiya düzənliklərində bütün Türk boyları, Moğol qəbilələri, Moğol Tatarları, Tunguzlar, Yüeçiler (Kuşhanlar),Çin Xanədanlığı, İpək Yolu. Əhatə etdiyi sahə: Şimalda Sibir; cənubda Tibet, Kəşmir; şərqdə Sakit Okean; qərbdə Xəzər Dənizi (18.000.000 km2).

Çiçi'nin Çin qeydlərindəki sözləri

Çin elçisinin Çiçi ilə əlaqədar etdiyi bir qeyd belədir: " Boyun əyməyəcəyik. Əvvəldən bəri Türklər qüvvəti təqdir edər, tabe olmağa pis baxarlar. Savaşçı süvari həyatımız sayəsində adı yabançıları titrədən bir millət olduq. Biz ölsək də, qəhrəmanlığımızın şöhrəti qalacaq, cocuğlarımız və nəvələrimiz digər qövmlərin əfəndisi olacaqdır."

Dövlət İdarəçiliyi

Hun dövləti başında olan şəxs "tan-hu" ya da "şen-yu" olaraq çağırılırdı. Tanhu sözü bir ünvan olaraq "sonsuz genişlik" anlamına gəlməkdədir. Hökmdarlıqda müqəddəslik anlayışı vardı. Hökmdarlığın tanrıdan keçdiyi görüşü vardı. Ölkə, dini adət hökmlərinə görə idarə olunurdu. Şenyunun vəzifəsi, ölkədə dirliyi sağlamaq, ədaləti gerçəkləştirmək, orduya rəhbərlik etmək, məclisi idarə etmək olaraq sıralanabilər. Hökmdarlıq atadan oğula keçməkdədir. Ölkə, oğullar arasında şərqi, qərbi, mərkəz olaraq miras buraxılmaqdadır. Türk dövləti hökmdarı arvadına "ka-tun"(xatun) deyilirdi. İdarəçilikdə o, söz sahibiydi. Böyük Hun Dövləti'ndə üç məclis vardı.

  • 1. Məclis: Dini söhbətlər müzakirə edilirdi. İlin ilk aylarında toplanırdı.
  • 2. Məclis: İyun ayında toplanır və dövlət işləri müzakirə edilirdi.
  • 3. Məclis: Payızda toplanır və hərbi işlər müzakirə edilirdi.

Uzun müddət dövləti idarəedən "seçilmişlər məclisi" vardı. Bu məclisə "ayukı" deyilirdi.

Ordu

  • a. Hun ordusu ödənişli deyildi.
  • b. Hun ordusunda qadın-kişi əsgər sayılır, hər an savaşa hazır gözlənilirdi. (ordu-millət anlayışı)
  • c. Hun ordusunun təməli atlı əsgərlərə dayanırdı.
  • d. Ordu tümen sisteminə görə təşkilatlanmışdır. (10.000 nəfər)
  • e. istifadə olunan silahlar: ox və yaydı. Yaxın döyüşdə qılınc, qarğı işlənirdi.
  • f. Savaş strategiyası; keşif seferleri ve yıpratma savaşları olarak ikiye ayrılıyordu.
  • g. Saxta geri çəkilmə və duran taktiki gedişləri istifadə etdiyi Çin mənbələrindən öyrənilməkdədir.

Metenin mektubundaki Türkler

Metenin Çin İmparatoruna yazdığı mektupta Türkler:

Yay çəkə bilən və istifadə edə bilən bütün qövmlər Hun olaraq bir tək ailə halında birləşdirildilər. Artıq Hun ölkəsində kiçiklər böyümələri üçün lazımlı ətrafı əldə edəcəklər; yaşlılar və böyüklər isə öz yurdlarında səssiz və rahat yaşayacaqlar. Nəsillərdən nəsillərə bütün Hunlar barış və xoşbəxtlik içində qalacaq. Tanrının lütf və inayəti ilə zabit və əsgərlərimin üstün qabiliyyət və ərdəmləri ilə dayanıqlı atlarımın üstün gücü ilə Kuşhanları əzərək məğlub et/yeyildi. Çin sərhədindəki bütün kiçik dövlətlər ilə, bütün Orta Asiya xalqları nizama qovuşduruldu. Bunların hamısı artıq Hun oldular..

Böyük Hunların Türk və Dünya Tarixinə töhfələri

  • Ordu quruculuğunda 10'luq sistem Mete zamanında yaradılmış və günümüzədək gəlmişdir. Qərb sistemi, bu yanaşmanı Türklər'dən götürmüşdür.
  • Hun axınlarına qarşı tarixi Çin səddi tikilmişdir.
  • Tayfaların Böyük Köçünün başlamasında Hun dövlətinin dağılması ilk səbəbdir.
  • Digər Türk dövlətlərinə sirayət etmişdir.

 

 

 

 

Category: NƏRİMAN QƏHRƏMANLININ MƏQALƏLƏRİ | Added by: Nariman_Qahramanli (2009-07-11) | Author: NƏRİMAN QƏHRƏMANLI E W
Views: 336
Total comments: 0
Only registered users can add comments.
[ QEYDİYYAT | Login ]
AXTAR

***





GOOGLE DA AXTAR
SAYTDA AXTAR

Free Image Hosting


F O R U M
  • ABŞ-IN ŞTATLARI (14)

  • A.DÜMA, O.BALZAK, V.HÜQO VƏ S. (11)

  • HİKMƏTLİ SÖZLƏR (10)

  • SƏDİ, Ə.FİRDOVSİ, Ö.XƏYYAM VƏ S. (8)

  • R.N.GÜNTƏKİN, N.HİKMƏT, O.PAMUK VƏ S. (7)

  • HÖTE, ŞİLLER, BÖLL VƏ S. (7)

  • PUŞKİN, TOLSTOY, DOSTOYEVSKİ, ŞOLOXOV VƏ S. (7)

  • AZƏRBAYCANIN SU ANBARLARI (7)

  • ÇÖRÇİL, ŞEKSPİR, KLARK VƏ S (6)

  • N.TUSİ, BƏHMƏNYAR, A.HACIYEV ... (5)

  • DEKART, PASKAL,PUANKARE,LANQRANJ VƏ AMPER (4)

  • Z.BÜNYADOV, Y.MAHMUDOV,ORUC BƏY BAYAT .... (3)

  • DASTAN (3)

  • MOBİL TELEFONLAR ÜÇÜN LAZIMILI KODLAR. (2)

  • İ.NYUTON, Ç.BEBBİC, A.TURİNQ (2)


  • KONVERTER


    STATİSTİKA

    YENİ ÜZVLƏRİMİZ
  • dxemnynp12   (dxemnynp12)

  • StevenPr   (StevenPr)

  • fixmeboybws   (fixmeboybws)

  • LolaHax77   (LolaHax77)

  • cxhawndk09   (cxhawndk09)


  • SON ŞƏRHLƏR

    Black::unsure:( THANKS)



    :menim e-mailime hec gondermeyin bunlarin hamisini bilirem


    SAYT KATALOQU
    www.designerlady.blogcu.com

    Hemise bir gel

    www.NERIMAN.tk

    www.onlinepara-kazan.com

    Dahi trening mərkəzi

    GENCLIK ILLERINE XOW GELMISINIZ

    BƏRDƏ (rəsmi saytı)

    CELT Colleges

    BDU


    SAYTINI ƏLAVƏ ET!

    SON ELANLAR
    Yay kompaniyası Şahmat hazırlığı

    AE AZER MMC

    ID plastic kart. Cap isler.

    BMW 320 satılır

    Turniket, slaqbaum, domofon, alarm, siqnalizasiya, tehlukesizlik kameralari, nezaret sistemleri, biometrika.


    YENİ ELAN VER!

    ADMİN
    Nariman Qahramanli


    BY QƏHRƏMANLI NƏRİMAN 2017. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...