Oruc bəy Bayat - NƏRİMAN QƏHRƏMANLININ MƏQALƏLƏRİ - MƏQALƏLƏR - Universal site.
ŞƏNBƏ, 2016-12-10, 2:08 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ MƏQALƏLƏR
M E N Y U

DİGƏR BÖLMƏLƏR

F O R U M

ÜMUMİ MƏQALƏLƏR
MARS PLANETI AZƏRBAYCANDA GÖRÜNDÜ (2)

İLHAM ƏLİYEVİN NƏVƏLƏRİ İLK DƏFƏ İCTİMAİ TƏDBİRDƏ GÖRÜNÜB (0)

İNTERNETDƏ YENİ TƏHLÜKƏ (0)

PORT BAKU RESİDENCE ... (2)

QƏBIRDƏ DURUB OTURAN ŞƏXS SONRA YENIDƏN ÖLÜB (2)

'DÜNYANIN ƏN ÇIRKIN ITI' (0)

MÜBARIZ İBRAHIMOV - DOĞUŞDAN ÖLÜMƏ QƏDƏR... (0)

MÜBARİZ İBRAHİMOVUN SON MƏKTUBU (0)

ƏN BÖYÜK DİNOZAVR QƏBİRİSTANLIĞI TAPILIB (0)

GÖZƏGÖRÜNMƏZLİK ARTIQ REALLAŞIR (0)

"ŞREK" BALIĞI (0)

TƏBİƏTİN MÖCÜZƏSİ (2)

İNANILMAZ BİR TƏSADÜF! (2)

DÜNYANIN YEGANƏ ÜSTÜ-ÖRTÜLÜ AQUA-PARKI! (1)

YEMIŞIN ÜSTÜNDƏ “LA İLAHƏ İLLƏLAH” YAZILIB (2)


SON XƏBƏRLƏR

ANA SƏHİFƏ » Articles » NƏRİMAN QƏHRƏMANLININ MƏQALƏLƏRİ

Oruc bəy Bayat

                                  Oruc bəy Bayat

 

    HƏYATI


         1604-cü ildə, Servantesin "Lamançlı Don Kixot" əsəri yazılandan bir il qabaq İspan Krallığının paytaxtı Valyadolida şəhərində ispan dilində oxşar adla "İran Don Juanı" kitabı çıxır.
Kitabın müəllifi Azərbaycanın türk qızılbaş tayfalarından olan Bayat boyuna mənsub Oruc bəy, Səfəvi səfirliyinin katibi kimi İspaniyaya gəlmiş və həmişəlik burada qalmaq niyyətinə düşmüşdü. Bu hadisə öz-özlüyündə bir sıra səbəblərə görə, əlamətdar idi. Bu, azərbaycanlı müəllifin Avropada çap olunmuş ilk kitabıdır. Bu, eyni zamanda azərbaycanlı müəllifin qələminə məxsus əsərin Avropa dillərindən birinə ilk tərcüməsi, eyni zamanda mətbəə metodu ilə çap olunmuş ilk Azərbaycan kitabıdır. Bundan da ötəndə kitabın nəşri və Oruc bəyin şərəfinə kral sarayında verilən qəbul dolayısı ilə onu göstərir ki, o zamankı Azərbaycan universitetlərinin məzunları yüksək savad və hazırlığa malik olublar. Uzun zaman unudulmuş bu kitab 1926-cı ildə ingiliscəyə çevrilərək, Londonda nəşr edilir, 1959-cu ildə fars dilinə tərcümə olunur. Bu kitab rus dilinə Bakıda orta əsrlər tarixi üzrə tanınmış alim Oqtay Əfəndiyev və Akif Fərzəliyev tərəfindən geniş giriş və şərhlərlə çevrilmiş və nəşr olunmuşdur. İran Don Juanının həyatına dair aşağıdakı faktlar Oruc bəyin öz kitabından götürülmüşdür.
Bəzi tədqiqatçıların fikrincə, Oruc bəyin 1560-cı ildə doğulduğu ehtimal olunur. Onun atası, türk-qızılbaş tayfalarından olan məşhur Bayat soyunun nümayəndəsi Sultanəli bəy Səfəvi şahı Məhəmməd Xudabəndənin (1578-1587) və onun oğlu Həmzə mirzənin yaxın adamlarından olub.
Xudabəndənin hakimiyyəti illərində az qala bütün AzərbaycanOsmanlı Türkiyəsi tərəfindən işğal olunmuşdu və səfəvi hakimlərinin bütün cəhdləri ilk növbədə Təbrizin azad olunmasına yönəldilmişdi. Gənc Oruc bəy atası ilə birlikdə Təbriz uğrunda döyüşlərdə iştirak edir 1585-ci ildəki belə döyüşlərdən birində Sultanəli bəy qəhrəmancasına həlak olur və onun öz hesabına topladığı 300 nəfərlik dəstənin komandanlığı Oruc bəyə tapşırılır. Bundan sonra Oruc bəy Həmzə mirzənin apardığı bir sıra əməliyyatlarda iştirak edir.
İran səfəvilərinin taxtına görkəmli sərkərdə və dövlət xadimi I Şah Abbasın (1587-1629) əyləşdirilməsindən sonra Oruc bəy onun da bir çox hərbi yürüşlərində iştirak edir və 1589-cu ildə Herat şəhəri alındıqdan sonra özünün də qeyd etdiyi kimi, yüksək hərbi vəzifəyə irəli sürülür. Artıq bir hərbi sərkərdə və siyasi xadim kimi Oruc bəyin nüfuzu o qədər yüksək idi ki, Şah Abbas Avropada osmanlılara qarşı işləyəcək səfarətin tərkibini müəyyənləşdirəndə onun namizədliyi ilk növbədə yada düşür.
Hüseynəli bəyin başçılıq etdiyi səfirlik ölkəni 1599-cu ildə tərk edir. Bu diplomatik missiyaya dörd katib və on beş nəfər qulluqçu daxil idi. Səfirliyin birinci katibi Oruc bəy olur. Həmin səfarətə şəxsən I şah Abbas tərəfindən tapşırılmışdı ki, Rusiyadan başqa 8 Avropa ölkəsinə - Almaniya, Roma, İspaniya, Fransa, Polşa, Venesiya, İngiltərə və Şotlandiyaya da səfər etsinlər.
Səfarət İsfahandan, Qum və Qəzvini keçərək, Gilana gəlir, oradan isə gəmi ilə Həştərxana yetişir. Bu yolda onların başlarına bir sıra sərgüzəştlər gəlir. Buradan onların səfəri Volqa çayı boyunca Kazana qədər uzanır, oradan da xizəklə Nijni Novqorod və Vladimirdən keçərək, Moskvaya gəlirlər. Noyabrda səfarət Moskvada böyük cah-cəlalla qarşılanır və çar Boris Qodunov tərəfindən təntənəli surətdə qəbul olunur. Oruc bəyin yazdığına görə, fasiləsiz yağan qar və yağış ara vermədiyindən onlar düz beş ay Moskvada qalırlar. 1600-cü ilin əvvəllərində çardan qiymətli hədiyyələr alan səfarət Qərbə doğru öz yoluna davam edir. Gəmi ilə Arxangelskdən Elba çayının mənsəbinə çatan səfarət su yolu ilə Emdenə qədər irəliləyərək, səkkiz karetada Almaniyanın içərilərinə doğru hərəkət edir. Bohemiya ölkəsinin Praqa şəhərinə qədər yol boyu keçdikləri torpaqların hakimləri səfirləri böyük dəbdəbə ilə qarşılayıb yola salırlar.
Praqada onlar I Ferdinandın nəvəsi imperator II Rudolf (1576 -1612) tərəfindən təntənə ilə qəbul edilirlər. Üç ay imperator sarayının qonağı olan səfirlər 1601-ci ilin baharında Almaniyanın Nürnberq, Münhen kimi şəhərlərindən keçərək, İtaliyaya yola düşürlər. Mantuyedə məşhur Qonzaq nəslindən olan hersoq onları öz sarayında qəbul edir. Sonra Oruc bəy səfirliyin digər işçiləri ilə birlikdə Verona və Ferraradan keçməklə Florensiyaya gəlir. Burada onlar Toskananın böyük knyazı I Ferdinandın sarayında iki həftə dincəlirlər. Knyaz özü, həyat yoldaşı Kristina, şahzadə Yekaterina Mediçi ilə birlikdə onları Pizada on gün qonaq saxlayır. Missiya buradan da Romaya, papanın hüzuruna gedir. Şəhər darvazaları ağzında onları mindən artıq ekipaj, dörd min süvari və saysız-hesabsız piyada əhali qarşılayır. Səfarət şəhərə daxil olarkən qaladakı toplardan yaylım atəşləri açılır, papanın muşketyorları isə atəşfəşanlıq edirlər. Onlar Romada iki ay qalır və papa tərəfindən qəbul olunurlar.
Hüseynəli bəy səfarətinin qalan üzvləri ilə birlikdə Romadan qaleralarla Fransaya yola düşür və atlarla Avinyon, Monpelye, Perpinyan kimi şəhərlərdən keçərək, Barselonaya çatır və oradan da qısa dayanacaqlarla İspan Krallığının paytaxtı Valyadolid şəhərinə gəlir. Burada şah Abbasın naməsini İspaniya kralı III Filippə təqdim etməklə Hüseynəli bəyin diplomatik missiyası öz vəzifəsini başa çatdırır və vətənə dönmək üçün Lissabon limanına gəlir. Missiyanın işi çox uğurlu alınmışdı, hər şey yaxşı gedirdi, ancaq.. . Son məqamda Hüseynəli bəyə qanqaraldıcı bir xəbər verdilər: onun dörd katibindən üçü xristianlığı qəbul edərək, İspaniyada qalmaq qərarına gəlmişlər.
Səfirin yaxın qohumu Əliqulu bəyin xaç atası kral III Filippin özü olur. Ona Fars don Filippi adı verilir. Bünyad bəy xaç suyuna ikinci çəkilir və dönüb Fars don Diyeqosu olur. Nəhayət, üçüncü əqidəsiz bizim Oruc bəy olur ki, onu da yeni dini qəbul etdikdən sonra Fars Don Juanı adlandırırlar. Onun xaç anası isə İspaniya kraliçası Avstriyalı Marqarita olur.
Don Juanın İspaniyada sonrakı həyatı barədə heç nə məlum deyil. Bircə o məlumdur ki, 1605-ci ilin 15 mayında Səfəvi səfiri ilə mübahisə etmiş və qılınc döyüşündə onu öldürmüşdür. Oruc bəyin təsvir etdiyi tarixi hadisələr, onun yol qeydləri bu maraqlı şəxsiyyətin diqqətcil və ümumiləşdirmələrə meylli bir adam olmasından xəbər verir. Misal üçün Səfəvi İranı haqqında bəhs edərkən o deyir: "İndi bizdə bütün Fars elində nəcabətli sayılan 32 ailə sülaləsi var ki, ölkədə böyük nüfuz sahibidir." Sonra isə həmin soyları bir-bir sadalayır: Ustaclı, Şamlı, Əfşarlar, Türkmanlar, Bayatlar, Təkəlilər, Xarmandalı, Zülqədərli, Qacarlar, Qaramanlı, Bayburtlu, İspirli, Oryatlar, Çauşlu, Asayişli, Çəmiş-Kəzəkli, Sarızolaqlı, Qarabacaqlı, Baharlı, Kuyniorulu(?), Kırklı, Boşalı(?), Hacı Fəqihli, Həmzəli, Zolaqlı, Mahmudlu, Qaraçomaqlı, Qaraqoyunlu, Gözi-Bayızlı(?), Peykli, İnazlı(?) və Kuhgiluyəli. Beləliklə, Oruc bəyin əsərindən mə'lum olur ki, hətta qızılbaş əyanlarının nüfuzunu zəiflətmək siyasəti yeridən Şah Abbasın hakimiyyəti dövründə də İran idarəçiliyi tamamilə azərbaycanlıların əlində idi.
Oruc bəy görkəmli bir şəxsiyyət olmuşdur. Onun xüsusi şah senzurası altında yazılmayan əsəri isə Azərbaycan, İran, Qafqaz və qonşuluqda yerləşən digər ölkə və xalqların, hətta Rusiya və bir sıra Avropa dövlətlərinin tarix, coqrafiya, etnoqrafiya və mədəniyyətini öyrənməkdən ötrü dəyərli mənbədir. Oruc bəy təvazö'dən uzaq olsa da, öz səyahətini Marko Polo və Magellanın səyahətləri ilə müqayisə edib. 


Category: NƏRİMAN QƏHRƏMANLININ MƏQALƏLƏRİ | Added by: Nariman_Qahramanli (2009-07-10) | Author: NƏRİMAN QƏHRƏMANLI E W
Views: 286
Total comments: 0
Only registered users can add comments.
[ QEYDİYYAT | Login ]
AXTAR

***





GOOGLE DA AXTAR
SAYTDA AXTAR

Free Image Hosting


F O R U M
  • ABŞ-IN ŞTATLARI (14)

  • A.DÜMA, O.BALZAK, V.HÜQO VƏ S. (11)

  • HİKMƏTLİ SÖZLƏR (10)

  • SƏDİ, Ə.FİRDOVSİ, Ö.XƏYYAM VƏ S. (8)

  • R.N.GÜNTƏKİN, N.HİKMƏT, O.PAMUK VƏ S. (7)

  • HÖTE, ŞİLLER, BÖLL VƏ S. (7)

  • PUŞKİN, TOLSTOY, DOSTOYEVSKİ, ŞOLOXOV VƏ S. (7)

  • AZƏRBAYCANIN SU ANBARLARI (7)

  • ÇÖRÇİL, ŞEKSPİR, KLARK VƏ S (6)

  • N.TUSİ, BƏHMƏNYAR, A.HACIYEV ... (5)

  • DEKART, PASKAL,PUANKARE,LANQRANJ VƏ AMPER (4)

  • Z.BÜNYADOV, Y.MAHMUDOV,ORUC BƏY BAYAT .... (3)

  • DASTAN (3)

  • MOBİL TELEFONLAR ÜÇÜN LAZIMILI KODLAR. (2)

  • İ.NYUTON, Ç.BEBBİC, A.TURİNQ (2)


  • KONVERTER


    STATİSTİKA

    YENİ ÜZVLƏRİMİZ
  • dxemnynp12   (dxemnynp12)

  • StevenPr   (StevenPr)

  • fixmeboybws   (fixmeboybws)

  • LolaHax77   (LolaHax77)

  • cxhawndk09   (cxhawndk09)


  • SON ŞƏRHLƏR

    Black::unsure:( THANKS)



    :menim e-mailime hec gondermeyin bunlarin hamisini bilirem


    SAYT KATALOQU
    www.designerlady.blogcu.com

    Hemise bir gel

    www.NERIMAN.tk

    www.onlinepara-kazan.com

    Dahi trening mərkəzi

    GENCLIK ILLERINE XOW GELMISINIZ

    BƏRDƏ (rəsmi saytı)

    CELT Colleges

    BDU


    SAYTINI ƏLAVƏ ET!

    SON ELANLAR
    Yay kompaniyası Şahmat hazırlığı

    AE AZER MMC

    ID plastic kart. Cap isler.

    BMW 320 satılır

    Turniket, slaqbaum, domofon, alarm, siqnalizasiya, tehlukesizlik kameralari, nezaret sistemleri, biometrika.


    YENİ ELAN VER!

    ADMİN
    Nariman Qahramanli


    BY QƏHRƏMANLI NƏRİMAN 2016. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...