BAZAR ERTƏSİ, 2017-08-21, 10:48 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ MƏQALƏLƏR
M E N Y U

DİGƏR BÖLMƏLƏR

F O R U M

ÜMUMİ MƏQALƏLƏR
MARS PLANETI AZƏRBAYCANDA GÖRÜNDÜ (2)

İLHAM ƏLİYEVİN NƏVƏLƏRİ İLK DƏFƏ İCTİMAİ TƏDBİRDƏ GÖRÜNÜB (0)

İNTERNETDƏ YENİ TƏHLÜKƏ (0)

PORT BAKU RESİDENCE ... (2)

QƏBIRDƏ DURUB OTURAN ŞƏXS SONRA YENIDƏN ÖLÜB (2)

'DÜNYANIN ƏN ÇIRKIN ITI' (0)

MÜBARIZ İBRAHIMOV - DOĞUŞDAN ÖLÜMƏ QƏDƏR... (0)

MÜBARİZ İBRAHİMOVUN SON MƏKTUBU (0)

ƏN BÖYÜK DİNOZAVR QƏBİRİSTANLIĞI TAPILIB (0)

GÖZƏGÖRÜNMƏZLİK ARTIQ REALLAŞIR (0)

"ŞREK" BALIĞI (0)

TƏBİƏTİN MÖCÜZƏSİ (2)

İNANILMAZ BİR TƏSADÜF! (2)

DÜNYANIN YEGANƏ ÜSTÜ-ÖRTÜLÜ AQUA-PARKI! (1)

YEMIŞIN ÜSTÜNDƏ “LA İLAHƏ İLLƏLAH” YAZILIB (2)


SON XƏBƏRLƏR

ANA SƏHİFƏ » Articles » NƏRİMAN QƏHRƏMANLININ MƏQALƏLƏRİ

QARS MÜQAVILƏSI (1921)

                              QARS MÜQAVILƏSI (1921)

Qars Müqaviləsi (ingiliscə: Treaty of Kars; türkcə: Kars Anlaşması; rusca: Карсский договор) - 1921-ci il mart ayının 16-da Rusiya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə Böyük Millət Məclisi (1923-cü ildə qurulacaq Türkiyə Cümhurriyətinin sələfi) arasında bağlanmış Moskva sülh müqaviləsinin tələblərinin yerinə yetirilməsi çərçivəsində həmin il oktyabr ayının 13-də Azərbaycan, Ermənistan və Gürcüstan SSR-nin daxil olduğu Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında Qars şəhərində imzalanan sülh müqaviləsi. Müqavilə 1922-ci il sentyabr ayının 11-dən qüvvəyə minmiş və bitmə müddəti müəyyənləşdirilməmişdir.

Qars müqaviləsinin müddəaları

Bir tərəfdə Ermənistan Sosialist Sovet Respublikası, Azərbaycan Sosialist Sovet Respublikası və Gürcüstan Sosialist Sovet Respublikası hökumətləri və o biri tərəfdə Türkiyə Böyük Millət Məclisi Hökuməti millətlərin qardaşlığına və xalqların öz müqəddəratını təyin etmək hüququ prinsiplərinə şərik çıxan, hər iki tərəfin qarşılıqlı maraqlarına əsaslanan daimi səmimi qarşılıqlı münasibətlərdən və fasiləsiz səmimi dostluq qurmaq istəyindən ruhlanaraq Rusiya Sosialist Federativ Sovet Respublikasının iştirakı ilə dostluq haqqında müqavilə bağlamaq qərarına gəlmiş və bunun üçün öz Müvəkkillərini təyin etmişlər: Ermənistan Sosialist Sovet Respublikasının hökuməti: Askanaz Mravyan, xalq xarici işlər komissarı; Poqos Makinzyan, xalq daxili işlər komissarı. Azərbaycan Sovet Respublikasının hökuməti: Behbud Şahtaxtinski, xalq dövlət nəzarəti komissarı. Gürcüstan Sosialist Sovet Respublikasının hökuməti: Şalva Eliva, xalq hərbi-dəniz işləri komissarı; Aleksandr Svanidze xalq xarici işlər komissarı və xalq maliyyə işləri komissarı. Türkiyə Böyük Millət Məclisi hökuməti: Kazım Qarabəkir Paşa, Böyük Millət Məclisində Ədirnədən millət vəkili, Şərq Cəbhəsi komandanı; Vəli bəy, Böyük Millət Məclisində Burdurdan millət vəkili; Muxtar bəy, İctimai İşlər Stats-Sekretarının keçmiş müavini; Məmduh Şövkət bəy, Türkiyənin Azərbaycanda səlahiyyətli nümayəndəsi. Rusiya Sosialist Federativ Sovet Respublikasının hökuməti: Yakov Qanetski, Latviyada səlahiyyətli nümayəndə. Onlar lazımi və qanuni formada tərtib edilmiş səlahiyyətlərin mübadiləsindən sonra aşağıdakılar barədə razılığa gəldilər:

  • Maddə 1. Türkiyə Böyük Millət Məclisi hökuməti və Ermənistan, Azərbaycan və Gürcüstan Sosialist Sovet Respublikaları hazırda razılığa gələn tərəflərin ərazilərinin tərkibinə daxil olan ərazilərdə öz suveren hüquqlarını əvvəllər həyata keçirmiş dövlətlər arasında bağlanan yuxarıda xatırlanan ərazilərə aid olan müqavilələri, eyni dərəcədə üçüncü dövlətlər tərəfindən Zaqafqaziya Respublikalarına dair bağlanmış müqavilələri ləğv edilmiş və öz qüvvəsini itirmiş hesab edirlər. Müəyyən edilmiş hesab olunur ki, bu maddə Moskvada 16 mart 1921-ci ildə bağlanmış Türkiyə-Rusiya müqaviləsinə tətbiq edilmir.
  • Maddə 2. Razılığa gələn tərəflər onlardan birinin zorla qəbul etməyə məcbur edildiyi hər hansı sülh müqaviləsini və sair beynəlxalq aktları tanımamaq barədə razılaşırlar. Bunun qüvvəsincə, Ermənistan, Azərbaycan və Gürcüstan Sosialist Sovet Respublikaları Türkiyəyə dair və hazırda onun Böyük Millət Məclisi ilə təmsil olunan Türkiyə Milli hökumətinin tanımadığı heç bir beynəlxalq aktı tanımamaq barədə razılaşırlar. (Bu müqavilədə Türkiyə anlayışı altında Konistantinopolda Osmanlı deputatlar palatası tərəfindən işlənib hazırlanmış və elan edilmiş, mətbuatda bütün dövlətlərə çatdırılmış 8 yanvar 1920-ci il (1336) tarixli Türkiyə Misaqi-Milli sərhədlərinə daxil edilmiş ərazilər nəzərdə tutulur). Öz tərəfindən Türkiyə Böyük Millət Məclisi Hökuməti bu ölkələrin hazırda Ermənistan, Azərbaycan və Gürcüstan sovetləri ilə təmsil olunan müvafiq Hökumətlərinin tanımadığı hər hansı beynəlxalq aktı tanımamaq barədə razılaşır. *Maddə 3. Ermənistan, Azərbaycan və Gürcüstan Sosialist Sovet Respublikaları hökumətləri təslim rejimini hər hansı ölkənin azad milli istəkləri ilə, eləcə də onun suveren hüquqlarının tam həyata keçirilməsi ilə bir araya sığmadığını hesab edərək, bu rejimə hər hansı aidiyyəti olan hər hansı hərəkəti və hüququ öz qüvvəsini itirmiş və ləğv edilmiş sayırlar.
  • Maddə 4. Türkiyənin şimal-şərq sərhədləri (Rusiya Baş Qərərgahının 1/21000 miqyasında - düymdə 5 verst xəritəsinə əsasən) Qara dənizdə yerləşən Sarp kəndindən başlanan Xedis-Mta dağından, Şavşet dağındakı Kannı-Dağ ayırıcından keçən, daha sonra Ərdəhan və Qars sancaqlarının köhnə şimal inzibati sərhədləri ilə Aşağı Qars-suyun mənsəbinədək Arpa-çay və Araz çaylarının talveqi ilə keçib gedən xətlə müəyyən edilir.(Sərhədlərin müfəssəl təsviri və ona aid məsələlər razılığa gələn hər iki tərəfin imzaladığı 1-ci və 2-ci əlavədə və ona qoşulan xəritədə müəyyən edilmişdir). Müqavilənin mətni və xəritə arasında fərq ortaya çıxdığı təqdirdə mətnə həlledici əhəmiyyət verilir. Dövlət sərhədlərinin naturada müfəssəl müəyyən edilməsi və çəkilişi, eləcə də sərhəd işarələrinin qoyulması razılığa gələn tərəflərin bərabər sayda üzvlərdən ibarət qarışıq sərhəd komissiyası tərəfindən və RSFSR nümayəndələrinin iştirakı ilə icra olunur.

Əlavə 4: xəritə.

  • Maddə 5. Türkiyə hökuməti və Sovet Ermənistanı və Azərbaycanı hökumətləri razılığa gəlirlər ki, Naxçıvan vilayəti bu müqavilənin 3-cü əlavəsində müəyyən edilən sərhədlərdə Azərbaycanın himayəsi altında muxtar ərazi yaradır.
  • Maddə 6. Türkiyə Batum şəhəri və limanı və bu müqavilənin 4-cü maddəsində göstərilən sərhədlərdən şimalda yerləşən və Batum dairəsinin bir hissəsini təşkil edən ərazilər üzərindəki suverenliyini bu şərtlə Gürcüstana güzəştə getməyə razılıq verir ki:

1) bu maddədə göstərilən yerlərin əhalisi hər icmaya onun mədəni və dini hüquqlarını təmin edən inzibati baxımdan geniş yerli muxtariyyətdən faydalanacaq və əhaliyə göstərilən yerlərdə onun istəyinə uyğun torpaq qanununu müəyyənləşdirmək imkanı veriləcək;

2) Türkiyəyə Batum limanı vasitəsi göndərilən və ya Türkiyənin göndərdiyi bütün mallara rüsumsuz, hər hansı bir ləngitmə və hər hansı gömrük yığımı qoyulmadan sərbəst tranzit, Türkiyəyə Batum limanından buna görə ondan xüsusi rüsumlar tutlmadan istifadə hüququ veriləcək.

Bu maddənin həyata keçirilməsi üçün bu müqavilə imzalandıqdan dərhal sonra razılığa gələn tərəflərin nümayəndələrindən ibarət komissiya yaradılacaq.

  • Maddə 7. Gürcüstan Sosialist Sovet Respublikası hökuməti və Türkiyə Millət Məclisinin hökuməti buna dair qarışıq komissiyanın müəyyənləşdirəcəyi gömrük, polis və sanitar qaydalara əməl etmək şərti ilə sərhəd zonası sakinlərinin sərhədi keçmələrini asanlaşdırmağa razılaşırlar.
  • Maddə 8. Gürcüstan Sosialist Sovet Respublikası və Türkiyə Böyük Millət Məclisi hökuməti hər iki tərəfin sərhəd yerlərinin sakinləri üçün sərhədin o biri tərəfində yerləşən yaylaq və qışlaq otlaqlarından istifadə etmələri üçün zərurəti nəzərə alaraq, bu sakinlərə onların sürüləri ilə birlikdə sərhədi keçmək və ənənəvi otlaqlarından istifadə etmək hüququ barədə razılığa gəlirlər. Gömrük qaydaları, eləcə də sərhədin keçilməsi üçün polis, sanitar və digər tədbirlər qarışıq komissiya tərəfindən müəyyənləşdiriləcək.
  • Maddə 9. Boğazların açılması və bütün xalqların ticarət münasibətləri üçün onlardan sərbəst keçidin təmin edilməsindən ötrü Türkiyə və Gürcüstan Qara dənizin və boğazların beynəlxalq statusunun qəti olaraq müəyyənləşdirilməsini sahil ölkələrinin nümayəndələrindən ibarət xüsusi konfransa bu şərtlə verməyə razılaşırlar ki, onun çıxardığı qərarlar Türkiyənin tam suverenliyinə eyni dərəcədə Türkiyənin və onun paytaxtı Konstantinopolun təhlükəsizliyinə xələl gətirməyəcək.
  • Maddə 10. Razılığa gələn tərəflər öz ərazilərində digər ölkənin hökuməti roluna iddia edən təşkilatların və qrupların yaradılmasına və ya yerləşdirilməsinə, eləcə də digər dövlətlə mübarizə məqsədi olan qrupların yerləşməsinə yol verməmək barədə razılığa gəlirlər. Müəyyən edilmiş saylır ki, bu müqavilədə xatırlanan Türkiyə ərazisi dedikdə, Türkiyə Böyük Millət Məclisi hökumətinin bilavasitə hərbi və mülki idarəsi altında olan ərazilər nəzərdə tutulur.
  • Maddə 11. Hər iki razılığa gələn tərəfin digər tərəfin ərazisində olan vətəndaşlarına milli müdafiə üzrə mükəlləfiyyətlər istisna olunmaqla, onların olduğu ölkənin qanunlarından irəli gələn bütün hüquqlar və vəzifələr şamil olunacaq, onlar bundan azad ediləcəklər. Hər iki tərəfin ailə hüququna, hər iki tərəfin vətəndaşlarının miras hüququna və iş qabiliyyətlərinə dair məsələlər də bu müqavilənin qərarlarından istisna təşkil edirlər. Onlar xüsusi sazişlə həll ediləcəklər.
  • Maddə 12. Hər iki razılığa gələn tərəf digər tərəfin ərazisində olan, razılığa gələn tərəflərin hər birinin vətəndaşlarına ən əlverişli şərait prinsipini tətbiq etməyə razıdırlar. Bu maddə sovet respublikalarının öz ərazilərində müttəfiq sovet respublikalarının vətəndaşlarına verilən hüquqlara, eyni dərəcədə Türkiyənin ona müttəfiq olan müsəlman ölkələrinin vətəndaşlarına verdiyi hüquqlara tətbiq olunmur.
  • Maddə 13. 1918-ci ilə qədər Rusiyanın bir hissəsini təşkil etmiş və indi Türkiyənin suverenliyi altında olduğu tanınan ərazilərin hər hansı sakini əgər arzu edərsə, sərbəst şəkildə Türkiyəni tərk etmək, özü ilə əşyalarını, öz əmlakını və ya onun dəyərini götürmək hüququna malikdir. Eyni şəkildə üzərindəki suverenliyin Türkiyə tərəfindən Gürcüstana güzəşt edilmiş ərazilərin bütün sakinləri əgər arzu edərlərsə, Gürcüstan vətəndaşlığından çıxmaq, Gürcüstan ərazisini sərbəst şəkildə tərk etmək və özü ilə öz əşyalarını, və əmlakını və ya onların dəyərini götürmək hüququna malikdir. Yuxarıda göstərilən maddədə xatırlanan sakinlər xatırlanan əraziləri tərk etmək arzılarını bildirdikdən sonrakı bir ay müddətində hərbi mükəlləfiyyətdən möhlət hüququndan faydalanacaqlar.
  • Maddə 14. Razılığa gələn tərəflər bu müqavilənin imzalandığı gündən sonrakı altı ay ərzində 1918-1920-ci illər müharibələrinin qaçqınlarına dair xüsusi saziş bağlamağı öhdələrinə götürürlər.
  • Maddə 15. Razılığa gələn hər bir tərəf bu müqavilə imzalandıqdan dərhal sonra Qafqaz cəbhəsində hərbi hərəkətlərdən irəli gələn cinayətlərə və əməllərə görə digər tərəfin vətəndaşlarına tam amministiya elan etməyi öhdəsinə götürür.
  • Maddə 16. Razılığa gələn tərəflər bu müqavilə imzalandıqdan sonrakı iki ay ərzində razılığa gələn tərəflərdən birinin ərazisində olan köhnə hərbi əsirləri və mülki əsirləri qaytarmağa razıdırlar.
  • Maddə 17. Öz ölkələri arasındakı münasibətlərin fasiləsizliyini təmin etmək məqsədi ilə razılığa gələn tərəflər müştərək razılaşma yolu ilə dəmiryol, teleqraf və s. rabitə vasitələrinin saxlanması və mümkün sürətlə inkişafı, eyni dərəcədə hər iki ölkə arasında insanların və malların hər hansı ləngidilmə olmadan sərbəst yerdəyişməsini təmin etmək məqsədi ilə bütün zəruri tədbirləri görməyi öhdələrinə götürürlər. Lakin etiraf edilir ki, həm səyahət edənlərin, həm də malların yerdəyişməsinə, girişinə və çıxışına münasibətdə hər ölkədə buna dair müəyyən edilmiş qaydalar tam tətbiq ediləcəkdir.
  • Maddə 18. Razılığa gələn tərəflər arasında dostluq münasibətlərini möhkəmləndirmək üçün ticarət münasibətləri qurmaq, bütün iqtisadi, maliyyə və digər məsələləri tənzimləmək məqsədi ilə bu müqavilə imzalandıqdan dərhal sonra Tiflisdə maraqlı tərəflərin təmsilçilərindən ibarət komissiya yaradılacaq.
  • Maddə 19. Razılığa gələn tərəflər bu müqavilə imzalandıqdan sonrakı 3 ay ərzində Konsul Konvensiyasını başa çatdırmağı öhdələrinə götürülər.
  • Maddə 20. Türkiyə, Ermənistan, Azərbaycan və Gürcüstan hökumətləri arasında bağlanmış bu müqavilə ratifikasiya edilməlidir.

Ratifikasiyalarla mübadilə ən qısa müddətdə Erivanda olacaq. Bu müqavilə ratifikasiya olunduğu andan qüvvəyə minir. 6, 14, 15, 16, 18 və 19-cu maddələr istisnadır, onlar müqavilə imzalandıqdan dərhal sonra qüvvəyə minirlər. Bu göstərilənləri təsdiq etmək üçün yuxarıda adları çəkilən müvəkkillər bu müqaviləni imzaladılar və ona öz möhürlərini vurdular. Qarsda 13 oktyabr 1921-ci ildə (1337) beş nüsxədən ibarət tərtib edilmişdir. (M.Y.) imza. Askanaz Mravian, (M.Y.) imza. Kazım Qarabəkir. (M.Y.) imza. Poqos Makinzian. (M.Y.) imza. Vəli bəy. (M.Y.) imza. Behbud Şahtaxtinski, (M.Y.) imza. Muxtar bəy. (M.Y.) imza. Şalva Eliava, (M.Y.) imza. Məmduh Şövkət bəy. (M.Y.) imza. Aleksandr Svanidze. (M.Y.) imza. Qanetski.

  • Əlavə 1. Türkiyənin şimal-şərq sərhədi aşağıdakı şəkildə müəyyənləşdirilir: (rus baş qərərgahının 1/210000 - düymdə 5 verst miqyasında xəritəsinə əsasən). Qara dənizdə Sarp kəndi - Qara Şalvar dağı (5014) - çayın suayrıcı ilə V.Maradidi kəndindən şimalda "uçuq kilsə" istiqaməti ilə V.Maradidi kəndindən şimalda Çoroxu kəsir və sonra Sabur kəndinin şimalından keçir - Xedis Mta dağı (7052) - Kva-Kibe dağı - Kavtereti kəndi - Medzıbna dağının ayırıcı xətti - Qerat Kesun dağı (6468) - Korda dağının (7910) ayırıcı xəttindən keçir - Şavşet sıra dağlarının qərb hissəsinə keçmiş Artvin dairəsinin inzibati sərhədinə çıxır - Şavşet dağlarının ayırıcı xəttindən keçərək Sarı Çay (Kar-İssal) (8478) dağına çıxır - Kviral aşırımı - oradan Kankı dağda keçmiş Ərdahan dairəsinin əvvəlki inzibati sərhədinə çıxır - oradan şimala yönələrək Tlil (Qrmali) dağınadək çatır - Ərdahan dairəsinin həmin sərhədi ilə irəliləyərək Badela kəndinin şimal-şərqinə, Posxov çayına çıxır və həmin çayla cənuba Çançaq kəndindəki dağa qədər gedir - orada bu çayı geridə qoyur - gədiklə xətti ilə irəliləyərək Ayrılan-Baş dağına (8512) qalxır - Kəllə təpə (8463), Karman təpə (9709) dağlarından keçir - Kasris-Seri dağına (9681) çatır - buradan Karzamet çayı ilə Kür çayınadək gedir - oradan Kür çayının talveqi ilə Kartanakev kəndinin şərqindəki məntəqəyə çıxır - orada Qaraoğlu dağının (7.259) gədiyindən keçməklə Kür çayından aralanır - oradan Xazapin gölünü iki yerə bölərək 7582 yüksəkliyinə, oradan Göydağa (9152) çıxır - Üçtəpələr (9783), burada Gürcüstanla sərhəd bitir və Ermənistanla sərhəd başlanır: Taya-qala (9716) - 9065 zirvəsi, burada sərhəd Ərdəhan dairəsinin keçmiş sərhədini tərk edir və Böyük Ağbaba dağından (9973 və ya 9963) - 8828 və ya 8827 - 7602 - buradan düz xətlə 7.518 zirvəsinə - İbiş kəndinin şərqindən, sonra Qızıldaş dağından (7.439 və ya 7.440, yaxud 7.490), Yeni Qazılıdaş kəndindən keçir - oradan Novıy Qızıldaş kəndinlən axan çayla onun Qaraməmməddən şimal-qərbdə yerləşən döngəsinədək çayayırıcı ilə gedir - oradan Delaver, B.Kmlı və Tikinis kəndlərindən şərqdə yerləşən Camuşçu çayına çıxır - Vartanlı və Baş Şuragel kəndlərindən keçir - adı çəkilən çayla gedərək Kəlala və ya Qalalıdan şimalda Arpa-çayına çıxır - orada həmişə Arpa-çayın talveqi ilə gedərək Araza çıxır və Arazın talveqi ilə gedərək Urmiya kəndinə çıxır, burada Ermnəistanla sərhəd bitir və Azərbaycanla sərhəd başlanır -Arazın talveqi ilə Aşağı Qarasunun ona töküldüyü yerədək gedir və burada Azərbaycanla sərhəd qurtarır). N.B. Aydındır ki, sərhəd göstərilən yüksəkliklərin ayırıcından keçir. (M.Y.) imza. Askanaz Mravyan, (M.Y.) imza. Kazım Qarabəkir. (M.Y.) imza. Poqos Makinzyan. (M.Y.) imza. Vəli bəy. (M.Y.) imza. Behbud Şahtaxtinski, (M.Y.) imza. Muxtar bəy. (M.Y.) imza. Şalva Eliava, (M.Y.) imza. Məmduh Şövkət bəy. (M.Y.) imza. Aleksandr Svanidze. (M.Y.) imza. Qanetski.
  • Əlavə 2. Sərhəd xəttinin Əlavə 1-də göstərildiyi kimi, Arpa-çay və Araz çaylarının talveqindən keçdiyini diqqətə aldıqda, Türkiyə Böyük Millət Məclisi Hökuməti yalnız Arpaçay rayonunda blokhauz xəttini onun indiki cizgisində Aleksandropol-Yerevan dəmiryolundan 8 verst məsafəyə geri çəkməyi və Araz rayonunda göstərilən dəmiryol xəttindən 4 verst geriyə çəkməyi öhdəsinə götürür Yuxarıda göstərilən rayonları məhdudlaşdıran xətlər Arpaçay zonası üçün aşağıda A və B bəndlərində 1, Araz zonası üçün 2 bəndində göstərilir. 1.Arpaçay zonası A) Vartanlıdan cənub-şərqə - Uzun Kilisadan şərqə, Bozyar dağından (5.096) keçməklə - Karmir-vankdan şərqdə 5082 - 5047, Üçtəpə (6478 və ya 5578) - Arazoğlunun şərqi - Aninin şərqi - - Yeniköydən qərbdə Arpaçaya çatır. B) Yenidən Arpaçaydan 5019 yüksəkliyinin şərqinə sarı aralanır - birbaşa 5481 yüksəkliyinə gedir - Qızılquladan şərqdə 4 1/2 verstdən - Bocalıdan şərqdə 2 verstdən - sonra Diqorçay - bu çay boyunca Düzkeçid kəndinə qədər irəliləyir və düz xətlə Qarabağ xarabalıqlarından şimala irəəliləyir və Arpaçaya çıxır. II.Araz zonası Xaraba Alican və Süleyman Dizə kəndi arasında düz xətt. Bir tərəfdən Aleksandropol-Yerevan dəmiryol xətti ilə və digər tərəfdən yuxarıda adı çəkilən dəmiryol xəttindən səkkiz və dörd verst məsafədə yerləşən xətlərlə məhdudlaşan zonada Türkiyə Böyük Millət Məclisi Hökuməti hər hansı fortifikasiya istehkamları qurmayacağını öhdəsinə götürür. (bu məsafə xətti göstərilən zonadan kənarda yerləşir) və onlarda nizami qoşunlar saxlamayacaq, lakin o göstərilən zonalarda asayişin, təhlükəsizliyin təmin olunması üçün və inzibati ehtiyaclar üçün qoşun saxlamaq hüququnu saxlayır. (M.Y.) imza. Askanaz Mravyan, (M.Y.) imza. Kazım Qarabəkir. (M.Y.) imza. Poqos Makinzyan. (M.Y.) imza. Vəli bəy. (M.Y.) imza. Behbud Şahtaxtinski, (M.Y.) imza. Muxtar bəy. (M.Y.) imza. Şalva Eliava, (M.Y.) imza. Məmduh Şövkət bəy. (M.Y.) imza. Aleksandr Svanidze. (M.Y.) imza. Qanetski.
  • Əlavə 3. Naxçıvanın ərazisi Urmiya kəndi - oradan düx xətlə Arazdəyən stansiyasına (onu Ermənistan Sosialist Sovet Respublikasına saxlamaqla) - sonra düz xətlə 3142 qərbində Daşburun dağına - Daşburun dağının şərq ayırıcı xətti (4108) - Cəhənnəm dərəsi çayından "bulaq" yazısının cənubu - Bağarsıq dağının gədik xətti ilə (6607 və ya 6587) və oradan əvvəlki İrəvan dairəsinin və Şərur-Dərələyəz qəzasının inzibati sərhədi ilə gedir - 6629 yüksəkliyi - Kömürlü dağı (6839 və ya 6930) - oradan 3080 yüksəkliyi - Sayat dağı (7868 - Qurdqulaq kəndi) Qamesur dağı (8160) - 8022 yüksəkliyi - Kükü dağ (10282) və əvvəlki Naxçıvan dairəsinin inzibati sərhədinin şərqindən keçir. (M.Y.) imza. Askanaz Mravyan, (M.Y.) imza. Kazım Qarabəkir. (M.Y.) imza. Poqos Makinzyan. (M.Y.) imza. Vəli bəy. (M.Y.) imza. Behbud Şahtaxtinski, (M.Y.) imza. Muştar bəy. (M.Y.) imza. Şalva Eliava, (M.Y.) imza. Məmduh Şövkət bəy. (M.Y.) imza. Aleksandr Svanidze. (M.Y.) imza. Qanetski. Müqavilə Ümumittifq MİK tərəfindən 16 mart 1922-ci ildə ratifikasiya olunmuşdur.

Qars müqaviləsi və erməni narazılıqları

Qars danışıqları və müqaviləsi, onun ayrı-ayrı maddələri Ermənistan və diaspor erməniləri tərəfindən birmənalı qəbul olunmadı. Əgər "Sovet Ermənistanı" qəzeti "Qars sülh konfransı" adlı yazısında (27.IX.1921) bu danışıqları Ermənistanın müstəqilliyini möhkəmləndirə biləcək bir akt kimi qiymətləndirirdisə, əks mövqedə dayanan qüv­vələr və onların mətbu orqanları məsələyə başqa səpkidən yanaşırdılar.

Təbrizdə çıxan "Hayk" qəzetinin "Pərdə götürül­müş­dür" adlı baş məqaləsi (13.XI.1921) bu baxımdan olduqca maraqlıdır. Orada yazılırdı ki, şanlı Qızıl ordunun komandanları Sovet federasiyasının tərkibinə daxil olan Ermənis­tanın mübahisəsiz hissəsini təşkil edən 1914-cü il sərhədlərində belə dayana və hətta balaca Naxçıvanı kamalçıların cay­naqlarından qopara bilmədilər.

Məqalədə Qars müqavi­ləsinin nəinki Ermənistana, habelə Rusiyanın özünə də heç nə vermədiyi və sanki türk qoşunlarının təntənə ilə Mos­kvaya daxil olaraq məğlub Rusiyaya öz iradələrini diqtə etdirmələri təsiri bağışladığı göstərilirdi. Bu yazı belə bir sonluqla bitirdi: erməni xalqının "xilaskar Rusiyaya" bəslədiyi ümidlər sadəcə yalandır və Rusiya digər imperialist dövlətlərindən özünün fərsizliyi və kütlüyü ilə fərqlənir; Ermənis­tan da onun qurbanıdır.

Daşnakların orqanı "Çakatamart"ın "Ermənistanda vəziyyət" adlı yazısında (6.XII.1921) Qars konfransının qərarlarından yalnız azərbaycanlıların razı qaldıqları bildirilirdi. Bütün bunlar, sözsüz, daşnak təbliğatı idi və tarixin sübuta yetirdiyi kimi, Rusiya zamanın və şəraitin, habelə öz siyasi məqsədlərinin imkan verdiyi səviyyədə Ermənistan üçün çox şey eləmişdi və edirdi də.

Qars müqaviləsinin nəticələrindən narazı qalan və onun ermənilər üçün xeyirsiz olmasından (Naxçıvan bölgəsi, habelə digər ərazilərin ələ keçirilə bilməməsi və s.) şikayətlənən Ermənistandakı müəyyən dairələr və diaspor sakitləşməyərək başqa arxalar, vasitə və üsullar axtarışına girişmişdilər. Onlar hələ Moskva və Qars müqavilələri arasındakı bir dövrdə Millətlər Liqası cəmiyyətlərinin Cenevrədə keçirilən qurultayının (VI.1921) belə bir qətnamə qəbul etməsinə nail oldular: erməni millətinin müdafiəsi və inkişafı beynəlxalq ədalətin borcudur və erməni məsələsini ədalətlə həll etmədən Şərqdə sülh yaratmaq mümkün deyildir.

Türkiyənin "Vəqt" qəzetinin (30.X.1921) belə bir məlumatından aydın olur ki, "erməni məsələsi" Vaşinqton konfransının (12.XI.1921-6.II.1922) gündəliyinə daxil edilmədiyindən Amerika erməniləri, ümumiyyətlə, Yaxın Şərq və o cümlədən də, həmin problemin orada müzakirəsinə çalışırdılar. Erməni milli demokratlarının orqanı "Joqovurdi Dzaiyn" qəzetində (22.XII.1921) aşağıdakı maraqlı məlumatlar dərc olunmuşdu:

1921-ci il noyabrın 21-də erməni milli demokratlarının və gənc hnçakçıların nümayəndələri (B.Kurkçan, V.Mal­kolm – Roma və Londondakı keçmiş İran səfiri Mirzə Mül­kümxan Mamikonyanın oğlu, Amerika Erməniləri İttifaqı Siyasi şöbəsinin üzvləri və katibi Q.Papazyan) "Ermənistan-Amerika komitəsi"nin katibi Montqomerinin vasitəçiliyi və həmin komitənin sədrinin müşayiətilə ABŞ prezidenti U.Har­­dinqin qəbuluna (21.XI.1921) gedərək Türkiyə Ermə­nistanının azad olunmasını tələb etmişdilər. Elə həmin gün Dövlət katibi A.Brianın qəbulunda olan daşnakların nü­ma­yəndələri isə Rusiya Ermənistanının azad edilməsi tələbini qoymuşdular.

Hər iki görüş zamanı gedən müzakirələrdən bəlli olur ki, ermənilər Moskva və Qars müqavilələrinə məhəl qoymayaraq öz qonşularına, o cümlədən də Azərbaycana və onun Naxçıvan bölgəsinə dair ərazi iddialarını təkrarən mü­dafiə etmişdilər. Qars konfransından sonra qaldırılan "er­məni məsələsi" ilə bağlı Atatürkün bir fikrini burada xatırlatmaq yerinə düşərdi. O, çıxışlarından birində (1.III.1922) demişdi ki, bizim Şərqdəki faktiki vəziyyətimiz Qars müqaviləsilə hüquqi forma almışdır və bu müqavilə Sevr müqaviləsinin tətbiqolunmazlığını sübut edən amillərdən biridir, "erməni məsələsi" deyilən bu məsələ isə özünün ən düzgün həllini Qars müqaviləsində tapmışdır.

Ermənilərin hədsiz və eyni zamanda imkanları ilə əsla uzlaşmayan iddiaları Qərbin müəyyən dairələrində də birmənalı qar­şılanmırdı. Məsələn, vaxtilə Ermənistana ABŞ-ın Ali ko­mis­sarı təyin olunan polkovnik U.Haskel erməni xalqını "pe­şəkar dilənçi" kimi səciyyələndirərək yazırdı ki, ermənilər oğru, yalançı, tamamilə alçalmış, özlərinə yardım gös­tər­mə­yi bacarmayan və bir-birlərinə kömək etmək istəməyən və hər cür minnətdarlıq duyğularından yoxsul olan kimsələrdilər; er­məni xalqı arasında yurd duyğusu olmadığı kimi, ölkəni idarə etmək qabiliyyəti, inkişaf üçün pul və mənbə də yoxdur; qaçqınlar üçün açılan xəstəxanalardakı naxoşlara muzd­­­la baxan ermənilər dava-dərmanları oğurlayaraq satırlar və s. İngiltərənin Xarici İşlər naziri Lord C.Kerzon er­məni liderlərini "dəyərsiz kimsələr" adlandırırdı. Həmin nazirliyin müşaviri Hardinq isə ermənilərin xarakterini yaxşı bil­diyindən onların hərəkətlərinə təəccüblənmədiyini söyləmiş­di.

Qars müqaviləsinin ləğvinə uğursuz cəhdlər

II Dünya müharibəsindən sonra SSRİ Qars müqaviləsinin ləğv olunmasına və Türkiyəyə verilmiş ərazilərin geri qaytarılmasına cəhd göstərdi.

1945-ci ilin iyununda SSRİ-nin Xarici işlər naziri V.Molotov Moskvadakı türk səfirinə Türkiyəyə verilmiş ərazilərin geri qaytarılması tələbi ilə müraciət etdi. Bu tələb Türkiyəni çıxılmaz vəziyyətdə qoyurdu: O, bir tərəfdən faşizm üzərində qələbədən sonra beynəlxalq nüfuzunu daha da artırmış SSRİ ilə münasibətləri korlamaq, digər tərəfdən isə mübahisəli ərazilərdən əl çəkmək istəmirdi. Bəzi ingilis diplomatları hələ 1939-cu ildə SSRİ-nin Qars müqaviləsinin ləğvi məsələsini gündəmə gətirəcəyini proqnozlaşdırmışdı. Türkiyə müharibədən sonra fövqəlgüc kimi meydana çıxan Sovet İttifaqı ilə müharibəyə başlamaq istəmirdi. Artıq 1945-ci ilin payızında Qafqazdakı Sovet qoşunları Türkiyəyə hücuma başlamaq üçün əmr gözləyirdilər. Hətta Sovet iddiaları ermənilər tərəfindən II Dünya Müharibəsinin qalib dövlətlərinin liderlərinə də çatdırılmışdı. Lakin İngiltərənin baş naziri U.Çörçill buna qarşı çıxış etdi, çünki əlavə ərazilərin əldə edilməsi onsuz da müharibədən sonra nüfuzunu artırmış SSRİ-nin öz təsirini daha da möhkəmləndirməsinə təkan verə bilərdi. ABŞ Prezidenti H.Truman isə məsələnin başqa tərəflərə aidiyyəti olmamasına əsaslanaraq bitərəflik nümayiş etdirməyi üstün tutdu. Nəhayət, SSRİ Türkiyəyə qarşı olan ərazi iddialarından əl çəkdi.

 

Category: NƏRİMAN QƏHRƏMANLININ MƏQALƏLƏRİ | Added by: Nariman_Qahramanli (2009-07-10) | Author: NƏRİMAN QƏHRƏMANLI E W
Views: 452
Total comments: 0
Only registered users can add comments.
[ QEYDİYYAT | Login ]
AXTAR

***





GOOGLE DA AXTAR
SAYTDA AXTAR

Free Image Hosting


F O R U M
  • ABŞ-IN ŞTATLARI (14)

  • A.DÜMA, O.BALZAK, V.HÜQO VƏ S. (11)

  • HİKMƏTLİ SÖZLƏR (10)

  • SƏDİ, Ə.FİRDOVSİ, Ö.XƏYYAM VƏ S. (8)

  • R.N.GÜNTƏKİN, N.HİKMƏT, O.PAMUK VƏ S. (7)

  • HÖTE, ŞİLLER, BÖLL VƏ S. (7)

  • PUŞKİN, TOLSTOY, DOSTOYEVSKİ, ŞOLOXOV VƏ S. (7)

  • AZƏRBAYCANIN SU ANBARLARI (7)

  • ÇÖRÇİL, ŞEKSPİR, KLARK VƏ S (6)

  • N.TUSİ, BƏHMƏNYAR, A.HACIYEV ... (5)

  • DEKART, PASKAL,PUANKARE,LANQRANJ VƏ AMPER (4)

  • Z.BÜNYADOV, Y.MAHMUDOV,ORUC BƏY BAYAT .... (3)

  • DASTAN (3)

  • MOBİL TELEFONLAR ÜÇÜN LAZIMILI KODLAR. (2)

  • İ.NYUTON, Ç.BEBBİC, A.TURİNQ (2)


  • KONVERTER


    STATİSTİKA

    YENİ ÜZVLƏRİMİZ
  • dxemnynp12   (dxemnynp12)

  • StevenPr   (StevenPr)

  • fixmeboybws   (fixmeboybws)

  • LolaHax77   (LolaHax77)

  • cxhawndk09   (cxhawndk09)


  • SON ŞƏRHLƏR

    Black::unsure:( THANKS)



    :menim e-mailime hec gondermeyin bunlarin hamisini bilirem


    SAYT KATALOQU
    www.designerlady.blogcu.com

    Hemise bir gel

    www.NERIMAN.tk

    www.onlinepara-kazan.com

    Dahi trening mərkəzi

    GENCLIK ILLERINE XOW GELMISINIZ

    BƏRDƏ (rəsmi saytı)

    CELT Colleges

    BDU


    SAYTINI ƏLAVƏ ET!

    SON ELANLAR
    Yay kompaniyası Şahmat hazırlığı

    AE AZER MMC

    ID plastic kart. Cap isler.

    BMW 320 satılır

    Turniket, slaqbaum, domofon, alarm, siqnalizasiya, tehlukesizlik kameralari, nezaret sistemleri, biometrika.


    YENİ ELAN VER!

    ADMİN
    Nariman Qahramanli


    BY QƏHRƏMANLI NƏRİMAN 2017. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...