ÇƏRŞƏNBƏ AXŞAMI, 2017-08-22, 3:45 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ MƏQALƏLƏR
M E N Y U

DİGƏR BÖLMƏLƏR

F O R U M

ÜMUMİ MƏQALƏLƏR
MARS PLANETI AZƏRBAYCANDA GÖRÜNDÜ (2)

İLHAM ƏLİYEVİN NƏVƏLƏRİ İLK DƏFƏ İCTİMAİ TƏDBİRDƏ GÖRÜNÜB (0)

İNTERNETDƏ YENİ TƏHLÜKƏ (0)

PORT BAKU RESİDENCE ... (2)

QƏBIRDƏ DURUB OTURAN ŞƏXS SONRA YENIDƏN ÖLÜB (2)

'DÜNYANIN ƏN ÇIRKIN ITI' (0)

MÜBARIZ İBRAHIMOV - DOĞUŞDAN ÖLÜMƏ QƏDƏR... (0)

MÜBARİZ İBRAHİMOVUN SON MƏKTUBU (0)

ƏN BÖYÜK DİNOZAVR QƏBİRİSTANLIĞI TAPILIB (0)

GÖZƏGÖRÜNMƏZLİK ARTIQ REALLAŞIR (0)

"ŞREK" BALIĞI (0)

TƏBİƏTİN MÖCÜZƏSİ (2)

İNANILMAZ BİR TƏSADÜF! (2)

DÜNYANIN YEGANƏ ÜSTÜ-ÖRTÜLÜ AQUA-PARKI! (1)

YEMIŞIN ÜSTÜNDƏ “LA İLAHƏ İLLƏLAH” YAZILIB (2)


SON XƏBƏRLƏR

ANA SƏHİFƏ » Articles » NƏRİMAN QƏHRƏMANLININ MƏQALƏLƏRİ

Azərbaycan tarixinin qısa şərhi 3
                       Azərbaycan tarixinin qısa şərhi 3

Azərbaycan xanlıqları.

Azərbaycanın cənubunda Təbriz, Urmiya, Xoy, Qaradağ, Ərdəbil, Sərab, Marağa, Maku, şimalında isə Qarabağ, Gəncə, Şamaxı, Bakı, Dərbənd, Quba, Şəki, Lənkəran, İrəvan və Naxçıvan xanlıqları, habelə İlisu, Qəbələ, Ərəş, Qazax və Şəmşəddil sultanlıqları, Car-Baləkən camaatlığı meydana gəldi.

Təbriz xanlığı.

Təbriz xanlığı XVIII əsrin ortalarında Əmiraslan xan tərəfindən yaradılmış, mərkəzi Təbriz şəhəri olmuşdur. Xanlıq inziabti cəhətdən Təbriz, Güney və Mərənd vilayətlərinə bölünürdü.

Urmiya xanlığı.

Urmiya xanlığının əsası XVIII əsrin ortalarında Fətəli xan Əfşar tərəfindən qoyulmuşdur. Xanlığın mərkəzi əvvəlcə Urmiya, Təbriz xanlığını ələ keçirdikdən sonra Təbriz şəhəri olmuşdur.

Xoy xanlığı.

XVIII əsrin ortalarında yaranmışdır. Xanlıq Dünbülü Əhməd xan tərəfindən idarə olunurdu.

Qaradağ xanlığı.

XVIII əsrin I rübündə Kazım xan tərəfindən yaradılmış, mərkəzi Əhər şəhəri olmuşdur. Mərkəzi hakimiyyətə tabe olmadığına görə Kazım xanın gözlərini Nadir şah çıxartdırmışdır. Nadir şahın ölümündən sonra Kazım xanın hakimiyyəti bərpa olunmuş, 1791-ci ildə xanlıq Ağaməhəmməd şah Qacara tabe olmuşdur.

Ərdəbil xanlığı.

Xanlığın əsasını XVIII əsrin ortalarında Bəbir xan qoymuşdur. Mərkəzi Ərdəbil şəhəri idi. Nəzir xanın dövründə isə xanlıq qacarlardan asılı vəziyyətə düşmüşdür.

Şəki xanlığı.

1743-cü ildə Hacı Çələbi xan tərəfindən əsası qoyulmuşdur. Mərkəzi Şəki şəhəri idi. Hacı Çələbi xan Qəbələ, Ərəş sultanlıqlarını, Qazax və Borçalını ələ keçirdi. Hacı Çələbi xandan sonra onun oğlu Ağakişi bəy (1755), sonra isə Qubalı Fətəli xanın müdaxiləsi ilə nəvəsi Hüseyn xan hakimiyyətə yiyələndilər. 1795-ci ildə hakimiyyətə Səlim xan gəldi.

Şamaxı xanlığı.

Şamaxı xanlığında ikihakimiyyətlilik mövcud olmuşdur. Bir hissəsində Məhəmməd Həsən xan, digər hissəsində isə Məhəmməd Səid və Ağası qardaşlarının hakimiyyəti mövcud idi. 1763-cü ildə Məhəmməd Səid xan Şamaxı xanlığını birləşdirdi və xanlığın mərkəzi Şamaxı şəhəri oldu. 1767-ci ildə Quba və Şəki xanlıqları Şamaxıya hücum etdi və ərazisi onlar arasında bölüşdürüldü. 1790-cı ildə Şirvan xanları hakimiyyətləri bərpa etdilər.

 

Quba xanlığı.

Quba xanlığının banisi Hüseynəli xan 1726-cı ildə bu vəzifəyə Rusiya tərəfindən təyin edilmişdir. Xanlığın iqamətgahı əvvəl Xudat qalası, 1735-ci ildən isə Quba şəhərinə köçürüldü.

1758-ci ildə Fətəli xan hakimiyyətə gəldi. Onun məqsədi Azərbaycan torpaqlarını vahid dövlət şəklində birləşdirmək idi. Fətəli xan bacısı Xədicə Bikəni Bakı xanı Məlik Məhəmmədə ərə verməklə 1767-ci ildə Bakı xanlığını Quba xanlığına birləşdirdi. Sonra isə o, Şəki, Şamaxı, Muğan xanlıqlarını da Quba xanlığına birləşdirdi.

Lakin 1789-cu ildə ölümündən sonra oğlanları xanlığın qüdrətini qoruyub saxzlaya bilmədilər. Şəki, Şamaxı, Bakı xanlıqları, Ərdəbil və Meşkin şəhərləri Quba xanlığının tabeliyindən çıxdı.

Qarabağ xanlığı.

XVIII əsrin ortalarında yaranmış, əsası Pənahəli xan tərəfindən qoyulmuşdur. Xanlıq əsasən Arazla Kür çayı ərazisində yerləşmiş, mərkəzi Şuşa şəhəri olmuşdur. Pənahəli xandan sonra hakimiyyət İbrahimxəlil xana məxsus olmuşdur.

İrəvan xanlığı

Xanlığın əsasını XVIII əsrin ortalarında Mirmehdi xan qoymuşdur. Ərazisi Ağrı vadisi, Dərələyəz və Göyçə gölü arasındakı torpaqları təşkil edirdi. Xanlıq 15 mahala bölünmüşdür. Əhalinin hamısını Azərbaycan türkləri təşkil edirdi. Xanlığın mərkəzi İrəvan şəhəri idi.

Mirmehdi xandan sonra hakimiyyətə Hüseyinəli xan gəlmişdir. 1795-ci ildə Ağaməhəmməd Xan Qacar İrəvan xanlığına hücum etmiş, həmin dövrdə İrəvan xanı Məhəmməd xanı hakiməyyətdən uzaqlaşdırmışdır. 1797-ci ildə Ağaməhəmməd şah Qacarın ölümündən sonra Məhəmməd xan hakimiyyətini bərpa etmişdir.

Naxçıvan xanlığı.

XVIII əsrdə yaranmış xanlıqlardan biri də Naxçıvan xanlığı idi. Xanlığın əsasını Heydərqulu xan qoymuşdur. 1797-ci ildə Ağaməhəmməd şah Qacarın II yürüşü nəticəsində Naxçıvan xanı Kəlbəli xan həbs olundu.

Lənkəran xanlığı.

XVIII əsrin ortalarında yaranmış, mərkəzi əvvəlcə Astara, sonra isə Lənkəran  şəhəri olmuşdur. Lənkəran xanı Cəmaləddin Mirzə bəy (Qara xan ləqəbli) Lənkəranda iqtisadi və siyasi xarakterli bir sıra tədbirlər görmüşdür.

Mirmustafa xanın dövründə isə Lənkəran xanlığı Qacarın hücumuna məruz qaldı və əhalinin bir qismi Sarı adasına köçürüldü.

Bakı xanlığı.

Bakı xanlığının əsası XVIII əsrin 40-cı illərində qoyulmuşdur. 39 kəndi olan xanlığın mərkəzi Bakı şəhəri idi. Xanlıq 1867-ci ildə Quba xanlığından asılı vəziyyətə düşmüş, Quba xanı Fətəli xan öldükdən sonra yenidən müstəqil olmuşdur.

Gəncə xanlığı.

Gəncə xanlığının əsası XVIII əsrin ortalarında Qacar tayfasından olan II Şahverdi xan Ziyadoğlu tərəfindən qoyulmuşdur. 1786-ci ildə hakimiyyətə Cavad xan gəlmişdir.

 

 

Azərbaycanın şimal-qərb camaatlığı, sultanlıqlar və

məlikliklər.

Car Baləkən camaatlığı.

Bu camaatlıq Car, Baləkən, Katex, Tala, Muxak və Cəlik adlı azad cəmiyyətləri özündə birləşdirirdi. Cəmiyyətlərin əhalisinin xeyli hissəsi türk soylu avarlar idilər.

Qazax və Şəmşəddil sultanlıqları.

Bu sultanlıqlar vaxtilə Səfəvilər dövlətinin Qarabağ bəylərbəyliyinə daxil idi. Sultanlıq Şəmşəddil tayfası tərəfindən idarə edilirdi.

Ərəş sultanlığı.

Sultanlıq Səfəvilər dövründə təşkil edilmişdir. Ərazisi əvvəllər Şirvan bəylərbəyliyinin tabeliyində idi. 1795-ci ildə isə sultanlıq mahal kimi Şəki xanlığına qatılmışdır.

İlisu sultanlığı.

İlisu sultanlığı XVI əsrin II yarısında Səfəvilərin İlisu hakimlərinə sultan titulu verməsi nəticəsində yaranmışdır. XVII-XVIII əsrlərdə sultanlıq öz müstəqilliyini qoruyub saxlaya bilmişdir.

Ağaməhəmməd Şah Qacarın

Azərbaycana yürüşü.

Ağaməhəmməd Xan Qacar 1781-ci ildə İranda mərkəzi hakimiyyəti ələ alaraq 1785-ci ildə Tehranı paytaxt elan etdi. Onun Azərbaycana ilk yürüşü 1795- ci ildə oldu. II yürüş isə Ağaməhəmməd Xan Qacar Şah elan edildikdən sonra 1797-ci ildə baş verdi. Şuşanı ələ keçirən Qacar həmin il iyulun 4-də sui-qəsd nəticəsində öldürüldü və onun yerinə Fətəli şah Qacar hakimiyyətə gəldi.

 

Azərbaycanın bölüşdürülməsi.

1801-ci ildə Rusiya imperatoru I Aleksandr Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsi haqqında manifest verdi. Bu zaman Azərbaycanın Qazax, Borçalı, Şəmşəddil və Pəmbək torpaqları da Rusiyaya qatıldı. Bununla da, Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğalının əsası qoyuldu.

1803-cü ildə Balakən, 1804-cü ildə Car və Gəncə Rusiya tərəfindən işğal olundu. Gəncə xanı Cavad xan və oğlu Hüseyinqulu xan öldürüldü. Gəncənin adı dəyişdirilib Yelizavetpol qoyuldu. 1805-ci ildə Şamaxı, Qarabağ, 1806-ci ildə Bakı, Quba, Şəki və Dərbənd Rusiyanın hakimiyyəti altına düşdü. 1806-07-ci illərdə Osmanlı və rus ordusu arasındakı müharibə rusların qələbəsi ilə başa çatdı. 1812-ci ildə Rusiya ilə İran arasında həlledici döyüş oldu. Bu müharibədə ruslar qələbə çaldı və bundan qorxuya düşən şah sülh bağlamağa razı oldu. 1813-cü il oktyabrın 13-də Rusiya ilə İran arasında Gülüstan müqaviləsi bağlandı. Müqaviləyə əsasən İrəvan və Naxçıvan xanlıqlarından başqa Azərbaycanın şimal xanlıqları, Şərqi Gürcüstan və Dağıstan Rusiyanın ərazisinə keçdi. Azərbaycanın bölüşdürülməsinin I mərhələsi sona çatdı.

Rusiyada 1825-ci ildə dekabristlər üsyanı baş verdi və bununla əlaqədar olaraq 1826-ci ildə II Rusiya-İran müharibəsi başladı. Bu müharibədə Ruslar Naxçıvanı, Xoyu, Mərəndi, Ərdəbili və Təbrizi tutdular.1828-ci ilin fevral ayının 10-da Türkmənçay müqaviləsi bağlandı. Müqaviləyə görə İrəvan və Naxçıvan Rusiyaya verildi. İranda yaşayan ermənilər İrəvana, Naxçıvana və Qarabağa köçürüldü. Xəzər dənizi Rusiyanın daxili dənizi hesab edildi.

Bundan sonra ermənilərin kütləvi sürətdə Azərbaycan ərazilərinə köçürülməsi başladı. Xüsusi köçürülmə komitəsi yaradıldı. 1828-1829-cu illərdə İrandan 40-50 min, Türkiyədən 90 min erməni Azərbaycana köçürüldü.

 

Azərbaycan Cümhuriyyəti

Xüsusi Zaqafqaziya (Cənubi Qafqaz) Komitəsi Rusiyada 1917-ci il oktyabr çevrilişi nəticəsində yaranmış sovet rejimini tanımadığına görə devrildi. Cənubi Qafqazı idarə etmək üçün noyabrın15-də Cənubi Qafqazın hər üç millətinin iştirakı ilə TiflisdəY.P.eeçkorinin sədrlik etdiyi Zaqafqaziya Komissarlığı təşkil olundu. Həmin ilin noyabr ayının 26-28-də Ümumrusiya Müəssisələr Məclisinə keçirilən seçkilərdən sonra M.Ə.Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan Milli Fraksiyası yaradıldı. Mart ayının 3-də Sovet Rusiyası Almaniya ilə Brest-Litovsk şəhərində sülh bağladı. Müqavilənin şərtlərinə görə:

1) 1877-1878-ci illər Rus-Türk müharibəsinə qədərki sərhəd xətti bərpa edilməli idi;

2) Qars, Ərdahan və Batun vilayətləri Türkiyəyə verilməli idi;

3) Rus əsgərləri türk ərazilərində və sərhədlərində yerləşən erməni silahlı birləşmələrini tərk-silah etməli idilər;

Bakı Sovetinin 1918-ci il martın 15-də keçirilən iclasında S.Şaumyan azərbaycanlılarının soyqrımına göstəriş verdi. Şəxsi heyəti müsəlmanlardan ibarət olan “Evelina” gəmisinin tərk-silah edilməsi milli qırğını başlamaq üçün bəhanə oldu. Müsəlmanlara ilk atəş 1918-ci il martın 30-da saat 16-00-da erməni kilsəsinin yanında açıldı. Müsəlmanların guya içərişəhərdə rusları qırması barədə ermənilərin fitvasına inanan rus matrosları da azərbaycanlılara qarşı çıxaraq onları atəşə tutdular. Martın 31-də “Kərpiçxana”, “Məmmədli” və s. azərbaycan məhəllələrinə bolşevik-erməni hərbi dəstələrinin hücumları başladı. Martın 31-də şəhərin dinc, silahsız, müsəlman əhalisinə divan tutdular. Mart soyqrımı nəticəsində Bakıda 12 min, Şamaxıda isə 7 mindən artıq adam qətlə yetirildi, Quba, Kürdəmir, Salyan və Lənkəran qəzalarında azərbaycanlı əhaliyə divan tutuldu.

1918-ci il aprelin 25-də Bakı Xalq Komissarları Soveti (XKS) deyilən qurum yaradıldı. Qruma Stepan Şaumyan sədrlik edirdi. Bakı XKS Azərbaycanı Sovet Rusiyanısının tərkib hissəsi kimi hesab edirdi. Bakı XKS-nin əsgərlərinin sayı 18000 nəfərə çatırdı. Onların 13000 nəfəri ermənilərdən ibarət idi.

1918-ci il mayın 26-da Cənubi Qafqaz Seyminin son iclası oldu. Gürcüstan öz müstəqilliyini elan etdi, seym buraxıldı. Milli Şuranın 1918-ci il mayın 28-də Tiflisdə qəbul etdiyi “İstiqlaliyyət bəyannaməsi” ilə XIX əsrdə itirilmiş dövlətçiliyimiz Azərbaycan Xalq Cumhuriyyəti formasında bərpa edildi. Elə həmin gün müvəqqəti hökumət yarandı. F.Xoyski müvəqqəti hökumətin rəhbəri oldu. Türkiyə Azərbaycan Cumhuriyyətini müstəqil dövlət kimi tanıyan ilk xarici dövlət oldu. 1918-ci il dekabrın 7-də fəaliyyətə başlayan parlamentin sədri Əlimərdan bəy Topçubaşov, sədrin birinci müavini Həsən bəy Ağayev seçildi. F.Xoyskinin rəhbərliyi ilə yeni hökumətin tərkibi elan edildi.

Azərbaycan Cumhuriyyəti yarandıqdan və Gəncəyə köçürüldükdən sonra Azərbaycanda iki hakimiyyətlilik yarandı.

1) Gəncədə milli hökumət;

2) Bakıda bolşevik və daşnakların Xalq Komissarları Soveti (XKS).

Bakı XKS-ti milli hökumətə qarşı müharibə elan etdi. O, Gəncəyə hücum etmək üçün əvvəl 1918-ci ilin iyun ayının 6-da Kürdəmiri işğal etdi. İyun ayının 20-də Azərbaycan-Türk qüvvələri XKS-nin ordusunu geri çəkilməyə məcbur etdilər və Bakı ətrafınadək irəlilədilər. Sovet Rusiyasının köməyi onlara fayda vermədi və XKS süquta uğrayaraq iyulun 31-də səlahiyyətlərindən əl çəkdilər.

Sentyabrın 15-də Azərbaycan-Türk qüvvələri Bakıya daxil oldu və sentyabrın 17-də Milli hökumət Bakıya köçürüldü.

Türkiyə I Dünya müharibəsində məğlub olduğu üçün Naxçıvan ərazisini tərk etdi. Bundan sonra Naxçıvanda noyabr ayında Araz-Türk dövləti yarandı.

Aprel istilası. RSFSR Xalq Xarici Işlər komissarı G.V.Çiçerin 1920-ci il yanvarın 2-də Azərbaycana nota göndərərək Denikinə qarşı müharibəyə qoşulmağı tələb etdi. Xarici işlər naziri Xoyski isə yanvarın 14-də cavab notası göndərərək bildirdi ki, vətəndaş müharibəsi Rusiyanın daxili işidir. Azərbaycan Milli hökuməti Rusiyaya tabe olmurdu.

Bundan sonra Azərbaycanda Kommunist Partiyası yarandı. Bu da Rusiya siyasətinin daşıyıcısı idi. Rusiya Azərbaycanda milli hökuməti devirmək üçün bolşeviklərdən və ermənilərdən istifadə edirdi.

Martın 22-də ermənilər Xankəndinə, Gəncə və Qazax qəzalaraına basqın etdilər. A.Mikoyan XI Qızıl Ordunu Azərbaycana dəvət etdi. Aprelin 26-na keçən gecə XI Qızıl Ordu Azərbaycan sərhəddini keçdi və 2 saatlıq döyüşdə Azərbaycan hərbçiləri məğlub oldular. Azərbaycan yenidən Rusiya tərəfindən işğal edildi. Cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Cumhuriyyəti süqut etdi.

 

Azərbaycan Sovet hakimiyyəti dövründə

1920-ci il aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti yarandı və Azərbaycan SSRİ-nin tərkibinə daxil oldu. Azərbaycan SSRİ-nin rəhbəri N.Nərimanov oldu.

1920-ci ilin avqustun 17-də M.Ə.Rəsulzadə Şamaxı qəzasında həbs edilib Bakıya gətirildi. O, noyabrda Stalin tərəfindən azad edilib Moskvaya aparıldı. M.Ə.Rəsulzadə 1922-ci ildə Finlandiyaya, sonra isə Türkiyəyə mühacirət etdi və orada vəfat etdi.

1923-cü ildə Dağlıq Qarabağ Muxtar vilayəti, 1924-cü ildə Naxçıvan Muxtar SSR yaradıldı. 1945-ci ildə Ermənistan Respublikası Dağlıq Qarabağı Azərbaycandan istədi. Mir Cəfər Bağırov bu şərtlə  razı oldu ki, Ermənistana verilən bütün Azərbaycan torpaqları geri qaytarılsın. Ermənilər razı olmadılar.

1932-ci ildə 2000 hektar Azərbaycan torpağı Ermənistana verildi.

1969-cu ildə Heydər Əliyev Azərbaycan KP MK-nın I katibi seçildi və Sovet Azərbaycanında quruculuq işləri başladı. Heydər Əliyev hakimiyyəti dövründə ermənilərin işğalçılıq siyasəti ürəklərində qaldı və Azərbaycanda quruculuq işləri başlandı.

Heydər Əliyev 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin I müavini vəzifəsinə təyin edildi. Lakin 1987-ci ildə ermənipərəst M.Qarboçov tərəfindən vəzifəsindən kənarlaşdırıldı.

1988-ci ildə Qafan və Mehridən ilk qaçqınlar Azərbaycana pənah gətirdilər. 1988-ci ildə ermənilər Sumqayıtda təxribat törətdilər.

Bu hadisələrə ilk etiraz mitinqi 1988-ci ildə fevralın 19-u Bakıda keçirildi.

1989-cu ildə Ə.Elçibəyin sədrliyi ilə AXC yaradıldı.

1991-ci il avqustun 8-də Ermənistanda sonuncu Azərbaycan kəndi Nüvədi boşaldıldı. Beləliklə, 185 Azərbaycan kəndindən 230 min azərbaycanlı qovuldu, 255 nəfər öldürüldü, yandırıldı, diri-diri boruların içinə doldurulub qaynaqlandı.

1990-cı il yanvarın 20-si tarixində ruslar Bakıda qanlı faciə törətdilər. Bakı və ətraf rayonlarda 131 nəfər öldürüldü, 744 nəfər yaralandı.

 

Müstəqil Azərbaycan Respublikası

1991-ci il avqustun 30-da çağırılmış Ali Sovetin növbədənkənar sessiyası “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə” qəbul etdi.

1991-ci il sentyabrın 14-də Azərbaycan KP-nın XXXIII fövqəlada qurultayında bu təşkilat özünü buraxdı. Ali Soveti 1991-ci il oktyabrın 18-də çağırılmış sessiyasında  “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Akt”nı qəbul etdi. Bununla da 1920-ci ilin aprel ayında itirilmiş Azərbaycan dövlətçiliyi bərpa olundu.

Bundan sonra yenə Rusiyanın köməyi ilə Ermənistan və Dağlıq Qarabağ erməniləri Azərbaycana qarşı açıq müharibəyə başladılar. Belə bir ağır şəraitdə respublikanın Ali Soveti 1991-ci il oktyabrın 9-da “Azərbaycan milli özünümüdafiə qüvvələri haqqında” qanun qəbul etdi.

1992-ci il mayın 15-də Daşkənd müqaviləsinə əsasən SSRİ-nin hərbi əmlakı bölüşdürülərkən Azərbaycana müəyyən qədər silah və hərbi sursat verildi. Aviasiya polku yaradıldı. Xəzər donanmasının qüvvə vəsaitinin 25 faizi Azərbaycanın payına düşdü. Lakin respublikamıza verilən texnika qənaətbəxş vəziyyətdə deyildi.

Azərbaycan torpaqlarının ermənilər

tərəfindən işğalı

1992-ci ildə erməni quldurları tərəfindən Azərbaycanın bir sıra yaşayış məntəqələri işğal edildi:

1. Yanvarda Kərkicahan, fevralda Malıbəyli, Quşçular və Qaradağlı kəndləri ələ keçirildi. Təkcə Qaradağlı kəndində 150-yə yaxın döyüşçü və kənd sakini həlak oldu.

2. Fevralın 25-də axşam saat 9-da rusların 366-cı mexanikləşdirilmiş atıcı alayı və erməni quldurları Xocalıya hücum edib 613 nəfəri öldürdülər, 487 nəfəri yaraladılar, 1275 nəfəri əsir götürdülər. Rusların 366-cı alayının texnika və əsgərlərinin köməyi ilə 6000 nəfər erməni 72 tankla hücum edib, mayın 8-də Şuşa şəhərini ələ keçirdi.

3. Mayın 14-də Laçın şəhəri işğal edildi.

1993-cü ildə Azərbaycanın aşağıdakı əraziləri işğal olundu:

1. 3-4 aprel – Kəlbəcər.

2. 23 iyul – Ağdam.

3. 18 avqust – Cəbrayıl.

4. 23 avqust – Füsuli.

5. 31 avqust – Qubadlı.

6. 30 oktyabr – Zəngilan.

1994-cü ildə itirilmiş Azərbaycan əraziləri:

1. Aprel ayında - Ağdam rayonunun 18 kəndi;

2. Ağdərənin bir neçə kəndi;

1993-cü il oktyabrın 3-də Heydər Əliyev Azərbaycan Rüspublikasının Prezidenti seçildi. 1994-cü il mayın 12-də Azərbaycanla Ermənistan arasında gedən elan edilməmiş müharibədə məhz onun siyasəti sayəsinda Atəşkəs əldə olundu. Heydər Əliyev Azərbaycanda ordu quruculuğunu genişləndirmək üçün bu addımı atdı. Onun əsas siyasəti Qarabağ probləmini dinc və sülh yolu ilə həl etmək olmuşdur.

2003-cü ildə prezident seçilmiş İlham Əliyev Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Qarabağ probleminin dinc yolla həll edilməsi sahəsində inamlı addımlar atır və bu sahədə bir sıra nailiyyətlərə nail olmuşdur.

İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan Respublikası güclü sosial, iqtisadi, siyasi inkişaf mərhələlərinə qədəm qoymuşdur. Ölkənin büdcəsi 10 dəfəyə yaxın artmış, xalq təsərrüfatının ayrı-ayrı sahələri inkişaf etmişdir. Hazırda iqtisadiyyatın artım tempi dünyanın inkişaf etmiş dövlətlərinin iqtisadi göstəriciləri ilə müqayisə olunur.


Category: NƏRİMAN QƏHRƏMANLININ MƏQALƏLƏRİ | Added by: Nariman_Qahramanli (2009-07-10) | Author: NƏRİMAN QƏHRƏMANLI E W
Views: 410
Total comments: 0
Only registered users can add comments.
[ QEYDİYYAT | Login ]
AXTAR

***





GOOGLE DA AXTAR
SAYTDA AXTAR

Free Image Hosting


F O R U M
  • ABŞ-IN ŞTATLARI (14)

  • A.DÜMA, O.BALZAK, V.HÜQO VƏ S. (11)

  • HİKMƏTLİ SÖZLƏR (10)

  • SƏDİ, Ə.FİRDOVSİ, Ö.XƏYYAM VƏ S. (8)

  • R.N.GÜNTƏKİN, N.HİKMƏT, O.PAMUK VƏ S. (7)

  • HÖTE, ŞİLLER, BÖLL VƏ S. (7)

  • PUŞKİN, TOLSTOY, DOSTOYEVSKİ, ŞOLOXOV VƏ S. (7)

  • AZƏRBAYCANIN SU ANBARLARI (7)

  • ÇÖRÇİL, ŞEKSPİR, KLARK VƏ S (6)

  • N.TUSİ, BƏHMƏNYAR, A.HACIYEV ... (5)

  • DEKART, PASKAL,PUANKARE,LANQRANJ VƏ AMPER (4)

  • Z.BÜNYADOV, Y.MAHMUDOV,ORUC BƏY BAYAT .... (3)

  • DASTAN (3)

  • MOBİL TELEFONLAR ÜÇÜN LAZIMILI KODLAR. (2)

  • İ.NYUTON, Ç.BEBBİC, A.TURİNQ (2)


  • KONVERTER


    STATİSTİKA

    YENİ ÜZVLƏRİMİZ
  • dxemnynp12   (dxemnynp12)

  • StevenPr   (StevenPr)

  • fixmeboybws   (fixmeboybws)

  • LolaHax77   (LolaHax77)

  • cxhawndk09   (cxhawndk09)


  • SON ŞƏRHLƏR

    Black::unsure:( THANKS)



    :menim e-mailime hec gondermeyin bunlarin hamisini bilirem


    SAYT KATALOQU
    www.designerlady.blogcu.com

    Hemise bir gel

    www.NERIMAN.tk

    www.onlinepara-kazan.com

    Dahi trening mərkəzi

    GENCLIK ILLERINE XOW GELMISINIZ

    BƏRDƏ (rəsmi saytı)

    CELT Colleges

    BDU


    SAYTINI ƏLAVƏ ET!

    SON ELANLAR
    Yay kompaniyası Şahmat hazırlığı

    AE AZER MMC

    ID plastic kart. Cap isler.

    BMW 320 satılır

    Turniket, slaqbaum, domofon, alarm, siqnalizasiya, tehlukesizlik kameralari, nezaret sistemleri, biometrika.


    YENİ ELAN VER!

    ADMİN
    Nariman Qahramanli


    BY QƏHRƏMANLI NƏRİMAN 2017. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...