Azərbaycan tarixinin qısa şərhi 2 - NƏRİMAN QƏHRƏMANLININ MƏQALƏLƏRİ - MƏQALƏLƏR - Universal site.
ŞƏNBƏ, 2016-12-10, 5:58 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ MƏQALƏLƏR
M E N Y U

DİGƏR BÖLMƏLƏR

F O R U M

ÜMUMİ MƏQALƏLƏR
MARS PLANETI AZƏRBAYCANDA GÖRÜNDÜ (2)

İLHAM ƏLİYEVİN NƏVƏLƏRİ İLK DƏFƏ İCTİMAİ TƏDBİRDƏ GÖRÜNÜB (0)

İNTERNETDƏ YENİ TƏHLÜKƏ (0)

PORT BAKU RESİDENCE ... (2)

QƏBIRDƏ DURUB OTURAN ŞƏXS SONRA YENIDƏN ÖLÜB (2)

'DÜNYANIN ƏN ÇIRKIN ITI' (0)

MÜBARIZ İBRAHIMOV - DOĞUŞDAN ÖLÜMƏ QƏDƏR... (0)

MÜBARİZ İBRAHİMOVUN SON MƏKTUBU (0)

ƏN BÖYÜK DİNOZAVR QƏBİRİSTANLIĞI TAPILIB (0)

GÖZƏGÖRÜNMƏZLİK ARTIQ REALLAŞIR (0)

"ŞREK" BALIĞI (0)

TƏBİƏTİN MÖCÜZƏSİ (2)

İNANILMAZ BİR TƏSADÜF! (2)

DÜNYANIN YEGANƏ ÜSTÜ-ÖRTÜLÜ AQUA-PARKI! (1)

YEMIŞIN ÜSTÜNDƏ “LA İLAHƏ İLLƏLAH” YAZILIB (2)


SON XƏBƏRLƏR

ANA SƏHİFƏ » Articles » NƏRİMAN QƏHRƏMANLININ MƏQALƏLƏRİ

Azərbaycan tarixinin qısa şərhi 2

                                Azərbaycan tarixinin qısa şərhi 2

Azərbaycan dövlətçiliyinin bərpası.

IX əsrdə xilafət zəiflədi və xırda feodal əmirlikləri yarandı. Əmirlikləri ərəb canişinləri idarə edirdi. Belə bir şəraitdə Azərbaycan torpaqlarında Şirvanşahlar, Sacilər, Səlarilər, Şəddadilər və Rəvvadilər dövlətləri yarandı.

Şirvanşahlar dövləti (861-1538).  Ərəb xilafətindən sonra Azərbaycan torpaqlarında ilk olaraq Şirvanşahlar dövləti yarandı. Şirvan bir vilayət kimi Dərbənddən Kür çayına qədər Xəzər sahili əraziləri əhatə edirdi. Dövlətin mərkəzi Şirvan şəhəri idi. 861-ci ildə ərəb mənşəli Məzyədilər sülaləsinin nümayəndəsi Heysam İbn Xalid Şirvanın müstəqilliyini elan etdi və Şirvanşah titulunu daşımağa başladı. 918-ci ildə Şirvanşah Əbu Tahir qədim Şamaxını bərpa etdirib, paytaxtı Şamaxıya köçürdü.

X əsrin axırları Şirvanşahlar dövləti Qəbələni, Bərdəni, Dərbəndi ələ keçirdi. Şəki və Sənariyə də Şirvanşahlardan asılı oldu.

1066-ci ildə isə Şirvanşahların Səlçuqlardan asılı vəziyyətə düşməsi ilə Azərbaycan Səlcuq imperiyasının tərkibinə qatıldı. Bu, türklərin Azərbaycana üçüncü axını idi.

Səlcuq imperatorluğu (1038-1157)

Səlcuqlar oğuz boyu olmuşlar. Səlcuq bəy dəstə başçısı olmuş, onun nəvəsi Toğrul, qəznəvilərlə mübarizə aparmışdır. O, Xorasana girərək Səlcuq dövlətini elan etdi. Ərazisi Mərkəzi Asiyadan Aralıq dənizinə, Dərbənd keçidindən İran körfəzinədək uzanırdı. Paytaxt Nişapur şəhəri idi.

Səlcuqlar 1040-ci ildə qəznəviləri məğlub etdilər və Toğrul sultan elan edildi. 1055-ci ildə o, Bağdadı tutdu.

I Toğruldan sonra Alp Arslan (1063-1072) hakimiyyətə gəldi. Məqsədi Anadoluya girmək idi. Bizans qoşunlarını məğlub edərək Anadolunu türk torpağına çevirdi. Abbasi xəlifəsi Alp Arslanı dinin təməli adlandırırdı. Alp Arslandan sonra Məlik şah Konya, Ankara, Urfa, Qüds və Suriyanı (1072-1092) ələ keçirdi. XI əsrin sonunda Səlcuq imperiyası tənəzzülə uğramağa başladı. Sultan Səncərdən (1118-1157) sonra Səlcuq imperatorluğu dağıldı.

Şirvanşahlar Səlcuq türkləri ilə əlaqəni pozub gürcülərlə yaxınlaşdı. XII əsrin 30-60-cı illərində Şirvanşah özünün qüdrətli dövrünü yaşadı.

1192-ci ildə Şamaxıda zəlzələ baş verdi və paytaxt Bakıya köçürüldü.

 

Sacilər dövləti (879-941). Bu dövlətin əsasını türk nəslindən olan Sacilər qoymuşdur. Afşin bu nəslin nümayəndəsi olmuşdur. Ərəblər Azərbaycanın idarəçiliyini Sacilərə həvalə etmişdilər. IX əsrin sonlarında Əbu Sac Divdadın oğlu Məhəmmədin adı ilə pul kəsilirdi.

Məhəmmədin qardaşı Yusif 912-ci ildə ərəblərə xərac ödəməkdən imtina etdi və X əsrin əvvəllərində Zəncandan Dərbəndə qədər, Xəzərdən qərbə, Ani və Dəbil şəhərlərinədək ərazicə Sacilər dövləti yarandı. Paytaxtı Marağa, sonra Ərdəbil oldu. Gilan hakimi Mərzban İbn Məhəmməd 941-ci  ildə sonuncu Saci hökmdarı Deysəmi taxtdan saldı və Salarilər dövlətini yaratdı.

Salarilər dövləti (941-981). Salarilər dövlətinin paytaxtı Ərdəbil şəhəri idi. Dövlətin sərhəddi Dəclə və Fərat çayınadək uzanırdı. Mərzban İbn Məhəmməd öldükdən sonra dövlət süquta uğradı, Rəvvadilər və Şəddadilər dövləti yarandı. Paytaxt yenə Ərdəbil şəhəri idi.

Rəvvadilər dövləti (981-1054). Təbriz, Marağa, Əhər hakimi Əbülhica Salari hökmdarı İbrahimi taxtdan saldı və Rəvvadilər dövlətinin əsasını qoydu. Bu sülalənin banisi Əl-Rəvvad Xəlifə Əlinin dövründə Bəsrə və Kufədən Azərbaycana köçürülmüşdür. Bu dövlət Azərbaycanın cənubunu əhatə edirdi. Sonra Muğan hakimliyini də ələ keçirdi. 1028-ci ildə Qəznəvi hökmdarı Sultan Mahmud Qəznəvi tərəfindən sıxışdırılan 2000 oğuz ailəsi Rəvvadilər dövlətinə köçürüldü.

Qəznəvi dövləti (962-1187)

Qəznəvi dövlətinin əsasını Alptəkin qoymuşdur. Dövlətin paytaxtı Qəznə şəhəri idi.

Sultan Mahmud Qəznəvinin dövründə ərazilər artdı. Qərbi İran Qəznəvi dövlətinin tərkibinə keçdi. Hindistanın şimalı və şimal-qərbi 1026-cı ildə işğal edildi. Dövlət Hindistandan Xəzərə qədər ərazini əhatə edirdi. Burada hökmdar sultan adlanırdı.

XI əsrin I yarısında Sultan Məsudun dövründə dövlət zəiflədi. Verginin çoxluğuna görə daxili çəkişmələr artdı. 1040-cı ildə Dəndənəkan döyüşündə Səlcuqlar tərəfindən məğlub edilən Qəznəvilərin əlində yalnız Əfqanıstanın bir hissəsi və Pəncab qaldı. 1187-ci ildə Qəznəvi hökmdarı Xosrov Məliki əsir alan qurlular bu dövlətin varlığına son qoydu.

Şəddadilər dövləti (971-1086). Məhəmməd ibn Şəddad 951-ci ildə Dəbil əmirliyini yaratdı və 971-ci ildə Gəncəni tutaraq Şəddadilər dövlətinin əsasını qoydu.

Paytaxtı Gəncə şəhəri idi. Fəzl İbn Məhəmməd 1027-ci ildə Xüdafərin körpüsünü saldı.

Bir sıra yürüşlər nəticəsində Şəddadilər səlcuqlardan asılı vəziyyətə düşdü. Bu dövrdə slavyanların da qarətçi yürüşləri olurdu. Kiyev knyazı İqorun dəstəsi bir sıra yürüşlər edirdi. Azərbaycanın vahid tam dövlət olmaması slavyanlara qarşı mübarizəni çətinləşdirirdi.

Atabəylər (Eldənizlər) dövləti. Böyük Səlcuq imperatorluğu parçalandıqdan sonra onun bir hissəsində İraq-Səlcuq Sultanlığı yarandı. Ərazilərində yeni yaranan dövlətlərdən biri də Atabəylər dövləti oldu.

Dövlətin banisi Şəmsəddin Eldəniz olmuşdur. O, II Toğrulun oğlu Arslan şahın “atabəyi” təyin edilmişdir. 1136-cı ildə aran hakimi təyin edilən Şəmsəddin Eldənizlər Atabəylər dövlətinin əsasını qoymuşlar. Şəmsəddin Eldəniz II Toğrulun ölümündən sonra onun dul qadını Möminə xatunla evlənmişdir. O, 1160-cı ildə oğulluğu Arslan şahı sultan elan etdirdi, özü də Səlcuq sarayında Böyük Atabəy titulunu aldı. Beləliklə, İraq Səlcuq sultanlığı Atabəylərin hakimiyyəti altına düşdü. Sonra Şirvanşahlar və Ermənistan da ondan asılı vəziyyətdə oldular.

XII əsrin axırlarında dövlətin daxilində çəkişmələr baş verməyə başladı. Hakimiyyətə gələn (1210-1225) Özbəyin vaxtında Atabəylər dövləti zəifləməyə başladı.

 

Monqolların Azərbaycana yürüşü

Çingiz xanın başçılığı ilə Mərkəzi Asiyada 1206-ci ildə Monqol dövləti yarandı.

Böyük Monqol imperatorluğu

XII əsrdə monqollarda qəbilə quruluşu  dağıldı və ordular yarandı. Ordu rəisləri bahadırlar idi. Dövlətin əsasını Temuçin adlı bahadır qoymuşdur. 1206-cı ildə Onon çayı sahilində keçirilən qurultayda Temuçin xaqan oldu və Çingiz xan adlandırıldı. O, 1207-1211-ci illərdə Sibiri və Türküstanı, 1215-ci ildə Şimali Çini işğal etdi. Çingiz xan 1219-1220-ci illərdə isə Buxara, Səmərqənd, Üzgənc və Otrarı tutdu.

1227-ci ildə Çingiz xan öldü və böyük xaqan Ugedey oldu. Monqolustan Çingiz xanın 4 oğlu: Ugedey, Cağatay, Cuci, Tuli arasında bölüşdürüldü.

1235-ci ildə nəvəsi Batı xan Avropanın cənub-şərqinə yürüş etdi. O, Xəzər və Azovdan başlayaraq Rusiyanı cənub-şərq çöllərinədək işğal etdi və 1237-ci ildə Ryazanı, 1238-ci ildə Vladimir şəhərlərini ələ keçirdi. 1240-ci ildə Kiyev və Volın şəhərlərini də tutdu.

1251-ci ildə Batı xanın köməyi ilə Münke xaqan oldu. Artıq orduda üsyanlar baş verməyə başladı.

XII əsrin axırlarında Xübilay xaqanın dövründə isə Çinin cənubu da işğal edildi. Paytaxt Qaraqorumdan Pekinə köçürüldü. XIV əsrdə üsyanlar və çəkişmələr nəticəsində imperiya dağıldı və yerində müstəqil dövlətlər yarandı.

Monqol dövləti 1220-ci ildə Azərbaycana I yürüşünü etdi və Zəncanı, Ərdəbili, Sərabı, Şamaxını tutdu. Onlar Təbrizdən üç dəfə xərac aldılar, sonra isə Marağanı talan etdilər. Volqaboyunda bulqarlara məğlub olduqdan sonra Monqolustana qayıtdılar.

Bulqar türkləri (630-)

Qərbi Hun dağıldıqdan sonra Bulqar türkləri 630-cu ildə Bulqar xaqanlığı adlı dövlət yaratdılar.

Xaqanlığın banisi Başçı Qurd idi. O, öləndən sonra xaqanlıq 665-ci ildə parçalandı. Bir hissə Volqa çayı ətrafında məskunlaşdı, digər hissə isə Asparux xanın başçılığı ilə Dunay sahillərinə getdi. 679-ci ildə Bizans qoşunlarını məğlub edən Dunay türkləri Bulqar türk dövlətini yaratdılar. Bizans ona xərac veməli oldu. Bizans yenə ara-sıra hücumlar edirdi. Lakin sonra geri oturdular. Krum xan 811-ci ildə Belqradı və Sofiyanı, 814-cü ildə Macarıstanı tutdu. Krum xandan sonra Omurtaq xan və Boqoris xan 814-cü ildə hökmdar oldular. Omurtaq xan xristianlaşmanın əsasını qoydu. Bu məsələdə ona Bizans da kömək edirdi. Boqaris 864-cu ildə xristianlığı rəsmi din kimi qəbul etdi və bununla da bulqarların slavyanlaşması prosesi başa çatdı.

1225-ci ildə Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin Azərbaycana yürüş etdi və Eldənizlər dövləti süqut etdi.

1231-ci ildə monqollar Azərbaycana ikinci dəfə yürüş etdilər və Cəlaləddinin ağalığına son qoydular. Onlar Marağını, Gəncəni, Şəmkiri, Tovuzu və Bakını tutdular.

Monqolların üçüncü yürüşü Hülaki xanın başçılığı ilə 1256-cı ildə baş verdi. Onlar Azərbaycanı və Bağdadı ələ keçirdilər. Işğal olunmuş ərazilərdə Hülakilər (Elxanilər) dövləti yarandı.

Dövlətin Mərkəzi Azərbaycan oldu. Dövlət Təbrizdən idarə olunurdu.

Sonra digər Monqol dövləti - Qızıl Ordu Azərbaycan ərazisinə yürüş etdi.

 

                           Qızıl Ordu dövləti

Batı xanın dövründə (40-cı ildə) Cucinin ərazisində (Ulusu) Qızıl Ordu yarandı. Rus mənbələrində bu dövlət Qızıl Orda adlanırdı. Bura Qafqazın Dərbəndə qədər olan hissəsi, Şimali Xarəzm, Volqa bulqarlarının, peçenqlərin, qıpçaqların əraziləri daxil idi. Dövlətin əhalisinin əksəriyyəti türk idi. Onu türk dövləti adlandırırdılar. XIV əsrdə fərmanlar türk dilində yazılırdı. Dövlətin paytaxtı indiki Həştərxan yaxınlığında yerləşən Saray Batı şəhəri idi. XIII əsrin sonu paytaxt Volqaqrad yaxınlığında olan Saray-Bəkrəyə köçürüldü.

XIV əsrin 2-ci yarısında Qızıl Orduda 25-dən çox xan dəyişdi. Dövlətin zəifləməsindən istifadə edən Polşa və Litva Dnepr boyu əraziləri tutdu. 1380-ci ildə Moskva knyazı Donskoy Mamay xanı Kulikova döyüşündə məğlub etdi.

Lakin Əmir Teymurun köməyi ilə hakimiyyətə gələn Toxtamış (1380-1395) 1382-ci ildə Moskvanı tutdu və yandırdı. Lakin onlar Teymurilərin ərazisinə də girdilər  və 1395-ci ildə Teymur tərəfindən məğlub edildilər. Saray-Bəkrə tutuldu və Qızıl Ordunun şərq vilayətləri Teymurilərə keçdi. XIV əsrdə Qızıl Ordudan ayrılaraq Qazan, Həştərxan, Krım, Qərbi Sibir xanlıqları yarandı. 1472-ci ildə dövlət tam süqut etdi. Itaət etmək istəməyən Əhməd xan 1480-ci ildə məğlub oldu və ruslar monqollardan tam azad oldular.

Həştərxan xanlığı

Həştərxan xanlığı XI əsrin I yarısında Qızıl Ordudan ayrılaraq müstəqil dövlətə çevrilmişdir. Xanlığın əsası Qasım xan tərəfindən qoyulmuşdur. Paytaxtı Həştərxan şəhəri idi. Xanlığın ərazisi aşağı Volqa sahillərindən başlayıb, Şimali Qafqazadək ərazini əhatə edirdi.

                                   Sibir xanlığı

 Sibir xanlığı XV əsrin sonu yarandı. İbak xan tərəfindən yarandı. Paytaxtı Tümen şəhəri idi. Xanlıq 1555-ci ildə Moskvadan asılı vəziyyətə düşdü.

Krım xanlığı

XII əsrin I yarısında Krım yarımadasına türklərin axını gücləndi. Onlar Xəzər, Qıpçaq, Oğuz türkləri adı altında birləşdilər. 1427-ci ildə Teymurtaş özünü xan elan etsə də, dövlət yarada bilmədi. 1438-ci ildə Hacı Gəray xan Krım xanlığının müstəqilliyini elan etdi və paytaxt Baxçasaray oldu. Hacı Gəray xan osmanlıların və noqayların köməkliyi ilə bütün Krımı özünə tabe etdi. 1475-ci ildə Krım xanlığı Genuyanı məğlub etdi, Kəfə, Anapa, Sudan qalalarını tutdu. 1478-ci ildə Osmanlı sultanının fərmanı ilə Məngli Gəray, xan elan edildi. Xanlıq Osmanlı sultanlığından asılı vəziyyətə düşdü. Xanlıq Moskva ilə ittifaqa girib Litvanı və Kiyevi tutdu. Bundan sonra Moskva Krımın güclənməyini istəmədi və 3 əsrlik müharibə başladı.

Qazan xanlığı

Qazan xanlığı Ulu Məhəmməd tərəfindən (1437-1445) Bulqar türk dövlətinin ərazisində yarandı. Paytaxtı Qazan şəhəri idi. 1444-cü ildə Moskva knyazlığından asılı hala düşdü.

1265-ci ildə Qızıl Ordu xanı Canıbəyin yürüşü nəticəsində Hülakilər dövlətinə son qoyuldu. 1340-cı ildə Azərbaycan Cəlairlər dövlətinin tərkibinə qatıldı. 1385-ci ildə Qızıl Ordu xanı Toxtamış 90 minlik ordu ilə Dərbənddən Şirvana, oradan da Təbrizə gəlib çıxdı. Daha sonra Marağa və Naxçıvanı talan etdi.

1386-ci ildə Əmir Teymur Azərbaycana I yürüşünü etdi və Təbrizi tutdu. 1404-cü ildə o, Azərbaycanı ələ keçirdi.

                                    Teymurilər imperatorluğu (1370-1405)

Teymur Türk tayfasından idi. Avropa mənbələrində onu Tamerlan adlandırırdılar. Sərbədairlər hərəkatını (Sərbədairlər hərəkatı-monqol zülmünə qarşı hərəkat idi.) yatıran Teymur, 1370-ci ildə Bəlx hakimi Əmr Hüseyni məğlub edərək, mərkəzi Səmərqənd şəhəri olan Teymurilər dövlətinin əsasını qoydu. 1388-ci ildə Ürgənc şəhərini tutmaqla Mərkəzi Asiyaya sahib oldu. Teymurilər 1404-cü ilədək İranı, Azərbaycanı, Qafqazı, İraqı və s. əraziləri ələ keçirdi. Onlar 1398-ci ildə Sultan Mahmudu məğlub edərək Dehli və Mitrunu işğal etdilər. 1402-ci ildə isə Osmanlı imperiyasını (İldırım Bəyazidi) məğlub etdilər.

Teymur 1405-ci ildə Çinə hücum zamanı Otrar şəhərində öldü və Səmərqənddə dəfn olundu. Teymurun ölümündən sonra daxili çəkişmələr baş verdi. Lakin Oğlu Şahrux çəkişmələrə son qoydu. O, paytaxtı Herata köçürüb Mavərənnəhri oğlu Uluqbəyə xanədan kimi verdi. Şahruxun ölümündən sonra (1447) çəkişmələr yenidən başladı. Sonuncu Teymuri hökmdarı Hüseyn Baykaranın ölümündən sonra 1507-ci ildə Şeybanilər Teymurilər dövlətinin varlığına son qoydu.

 

Qaraqoyunlu dövləti

Qaraqoyunlu tayfa ittifaqının əsasını Qara Məhəmməd qoymuşdur. Qara Məhəmməd 1387-ci ildə Teymuru məğlub etdi.

Dövlətin banisi isə Qara Yusif olmuşdur. 1392-ci ildə Yusifin dövründə Teymur Qaraqoyunluların paytaxtı Van şəhərini tutdu. Qara Yusif Cəlairlərlə birləşdi və 1394-cü ildə birliyin qoşunları Teymur tərəfindən məğlub edildi.

Bundan sonra Qara Yusif 1406-ci və 1408-ci illərdə Teymurilər üzərində qələbə qazandı və Teymurilər Azərbaycandan qovuldular.

1410-cu ildə isə Qara Yusif ona xəyanət edən Sultan Əhmədi məğlub etdi və Cəlairlər dövlətinə son qoydu. Bununla da, Qaraqoyunlu dövləti yarandı. Dövlətin paytaxtı Təbriz şəhəri oldu. Şimalda Şirvanşahlar dövləti istisna olmaqla bütün Azərbaycan, Ərməniyyə, Kürdüstan, Gürcüstanın bir hissəsi, Qərbi İran, İraq bu dövlətin tərkibinə daxil oldu.

1411-ci ildə Qara Yusif oğlu Pirbudağı taxta oturtdu. Bundan sonra Qaraqoyunlu dövləti müxtəlif vaxtlarda Teymurilərlə, Şirvanşahlarla müharibələr apardı. 1467-ci ildə Uzun Həsən (Ağqoyunlu dövlətinin banisi) Qaraqoyunlu dövlətini məğlub etdi və onun varlığına son qoydu.

 

Ağqoyunlu dövləti

1370-ci ildə Ağqoyunlu tayfa ittifaqının başçısı Oğuz türkü Bayandır tayfasından olan Pəhləvan bəy idi. Sonra Qara Yuluq Osman bəy 1394-cü ildə mərkəzi Diyarbəkir olan Ağqoyunlu  bəyliyinin əsasını qoydu. 1453-cü ildə Uzun Həsən bəyliyə başçılıq etməyə başladı.

1467-ci ildə o, Qaraqoyunlu dövlətini məğlub edib, 1468-ci ildə Ağqoyunlu dövlətinin əsasını qoydu. Bunu eşidən Teymuri Əbu Səid Ağqoyunlular üzərinə yürüş etdi. 1468-1469-cu ilin qışında bu döyüşdə Uzun Həsən qələbə çaldı. Ağqoyunluların ərazisi Kürdən cənubda Azərbaycan torpaqlarını, Şərqi Gürcüstanı, Qərbi İranı, İraqı və s. əhatə edirdi.

1472-ci ildə Ağqoyunlular Venesiya Respublikası ilə ittifaqa girərək Osmanlıları məğlub etdilər. 1473-cü ildə isə Osmanlılar Ağqoyunluları məğlub etdilər.

1474-cü ildə Şirazda Uzun Həsənin oğlu Uğurlu Məhəmməd qiyam qaldırdı. Uzun Həsən qiyamı yatırtdı və oğlu Uğurlu Məhəmməd İstanbula qaçdı. Osmanlı imperatoru II Mehmet qızını ona ərə verdi və onu Sivaşa hakim təyin etdi. Uzun Həsən oğlunu ələ keçirib onu edam etdi. II Mehmet qızını və nəvəsi Əhmədi İstanbula apardı. 1497-ci ildə həmin Gödək Əhməd Ağqoyunlu hökmdarı Rüstəm padşahı taxtdan saldı və taxta sahib oldu.

Sonra isə Əhmədin siyasətindən narazı qalan əyanlar onu taxtdan saldırlar. Taxt uğrunda iki əmioğlu: Əlivənd və Murad mübarizə apardılar. Sonda saziş bağlandı və Ağqoyunlu ərazisi onların arasında bölüşdürüldü.

 

Səfəvilər dövləti

Sufi təriqətindən olan səfəvi-dərviş ordeni XIII əsrin ortalarında Şeyx Səfiəddinin başçılığı ilə Ərdəbildə yaranmışdır. Rəvayətə görə Şeyx Səfiəddin İmam Əlinin və Fatimənin nəslindən olmuşdur. Səfəvilər sünnülərin qeyri-qanuni hakimiyyətindən şikayətlənirdilər.

Səfəvilərin Ərdəbil hakimiyyəti 1501-ci ilədək, bütün Azərbaycandakı hakimiyyəti isə 1501-1736-cı illəri əhatə etmişdir.

XV əsrdə Səfəvi təriqətinə Şeyx Cüneyd rəhbərlik edirdi. Cüneydin oğlu Şeyx Heydər dayısı Uzun Həsənin (Ağqoyunlu

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

hökmdarı) qızı Aləmşah bəyimlə evləndi. 1470-ci ildə Uzun Həsən Təbrizdən Ərdəbilə gəlib, Şeyx Heydəri Səfəvi təriqətinin başçısı təyin etdi. 1488-ci ildə Şeyx Heydər öldürüldü və Uzun Həsənin oğlu Sultan Yaqub Şeyx Heydərin oğlanları Sultaəlini, İbrahimi və İsmayılı anaları ilə birlikdə Şiraz yaxınlığında qalada dustaq etdi. 1492-ci ildə Baysunqura qarşı mübarizədə Qızılbaşlardan istifadə etmək üçün Ağqoyunlu Rüstəm onları azad etdi. 1493-cü ildə Sultanəlinin başçılıq etdiyi Qızılbaşlılar və Rüstəm Mirzənin qoşunları Bayzunquru məğlub etdilər. Səfəvilərin güclənməsindən qorxan Rüstəm Mirzə 1494-cü ildə Ərdəbil yaxınlığında Sultanəlini məğlub etdi və onu öldürdü. Lakin bu döyüşdən əvvəl Sultanəli qardaşı İsmayılı Səfəvi Ordeninin başçısı təyin etmişdir.

Şeyx İsmayıl (Şeyx Heydərin III oğlu) 1499-cu ildə Azərbaycan torpaqlarını birləşdirmək məqsədi ilə əvvəlcə Ərdəbilə, sonra isə Ərzincana gəlib çıxmışdır. 1500-cü ildə Şamaxını, 1501-ci ildə Bakını ələ keçirən İsmayıl 1501-ci ilin payızında Təbrizə gələrək özünü şah elan edir və Səfəvilər dövlətinin əsasını qoyur. Təbriz şəhəri dövlətin paytaxtı olur. Dövlətin əsas əraziləri Azərbaycan torpaqları, əhalisinin çoxunu isə Azərbaycan türkləri əhatə edir.

Ağqoyunlu dövlətinin digər qolunun başçısı Sultan Murad Səfəvilər dövləti üçün təhlükəli olaraq qalırdı. 1503-cü ildə Sultan Muradı məğlub edən Şah İsmayıl Şiraz şəhərini tutdu. Bundan sonra Şah İsmayıl Qumu, Kaşanı, İsfahanı, Yəzdi və Kirmanı ələ keçirdi. 1508-1510-cu ildə isə (Xorasan istisna olmaqla) bütün İranı tutdu. Daha sonra Bağdad şəhəri daxil olmaqla Ərəb İraqını da dövlətin tərkibinə qatdı. Səfəvi dövləti şərqdə Özbək dövləti, qərbdə isə Osmanlı imperiyası ilə həmsərhəd oldu. 1510-cu ilin sonunda Herat, Mərv, Bəlx və Xorasan şəhərləri də Səfəvilərin əlinə keçdi. Beləliklə, Fərat çayından Amudərya çayınadək Şah İsmayılın hakimiyyəti bərqərar oldu Səfəvi dövləti imperiyaya çevrildi.

Şah İsmayıla qarşı vuruşmağa cəsarət etməyən Osmanlı sultanı II Bəzayid 1504-cü ildə Səfəvilər dövlətini tanıdı.

Osmanlı imperatorluğu.

Böyük Səlcuq imperatorluğu dağıldıqdan sonra Kiçik Asiyada qüdrətli türk dövləti-Osmanlı imperatorluğu yarandı. 1299-cu ildə Osman bəy (Səlcuqların qayı boyundan olmuşdur) Konya sultanlığına son qoymuş və Osmanlı dövləti yaranmışdır. 1329-cu ildə dövlətin paytaxtı Bursa şəhəri olmuşdur. 1359-cu ildə hakimiyyətə gələn I Murad özünə Sultan titulunu qəbul etdi. 1361-ci ildə o, Ədirnəni tutub paytaxt etdi. 1370-ci ildə Bizans və Bolqarıstanı özündən asılı etdi. 1371-ci ildə  serbləri ağır məğlubiyyətə uğratdı. Sultan I İldırım Bəyazid isə Dunay çayı sahillərinə qədər olan əraziləri ələ keçirdi. 1402-ci ildə Ankara düzənliyində Osmanlılar Teymur tərəfindən məğlub edildi və I İldırım Bəyazid əsir alındı. Bununla əlaqədar olaraq  Roma Papası sevincindən 3 gün kilsə zənglərinin sədası altında şükranlıq duası oxutdurdu.

Bundan sonra II Murad Osmanlı dövlətinin qüdrətini bərpa etdi. Osmanlılar 1444-cü ildə macarları, çexləri, 1453-cü ildə Bizans imperiyasını məğlub etdilər. Bizansın paytaxtı Konstantinopol İstanbul adlandırıldı və dövlətin paytaxtına çevrildi. II Mehmet Konstantinopolu fəth etdiyi üçün Fateh adı aldı. Daha sonra Krım xanlığı, Albaniya, Moldova, Afina hersoqluğu və bəzi Yunan knyazlıqları da Osmanlı imperiyasından asılı vəziyyətə salındı

XVII əsrin əvvəllərində Osmanlı imperiyası Yaxın Şərqdə xeyli əraziləri tutaraq dövrünün ən böyük dövlətinə çevrildi. I Sultan Səlim 1516-cı ildə Hələbi, Dəməşqi, Fələstini, 1518-ci ildə Misiri, sonra Əlcəzairi tutdu. I Sultan Səlimin dövründə dövlətin ərazisi 2,5 dəfə artdı. I Sultan Süleyman Qanuni 1521-ci ildə Belqradı ələ keçirdi. 1526-cı ildə Macarıstanın paytaxtı Buda şəhərini tutdu. Sonra isə Şimali Afrikanı ələ keçirdi və dövlətin ərazisi Avropa, Asiya və Afrikanı əhatə etdi.

1512-ci ildə Sultan I Səlim Şah İsmayıla qarşı müharibəyə başladı. Roma papası, Şah İsmayılı Osmanlılara qarşı “Allahın xristian dünyası üçün yaratdığı fürsət” hesab edirdi. 1514-cü ilin yazında I Sultan Səlim Səfəvilərin sərhəddini keçərək Ərzincana daxil oldu. Həmin ildə Maku yaxınlığında Çaldıran döyüşü baş verdi. Bu döyüşdə Şah İsmayıl məğlub oldu və bir sıra ərazilər itirildi.

1516-cı ildə Osmanlılar Təbrizə daxil oldu və Şərqi Anadolunu, Şimali Mesopatomiyanı tutdular.

Şah İsmayılın ölümündən sonra 1524-cü ildə I Təhmasib (1524-1576) taxta çıxdı. Onun dövründə Osmanlı sultanı I Süleyman Qanuni 1534-1535-ci illərdə Azərbaycana yürüş edərək Təbrizi tutsa da, burada möhkəmlənə bilmədi. Mövqeyini getdikcə gücləndirən I Təhmasib ölkənin vahid dövlətdə birləşdirilməsi prosesini davam etdiridi. 1538-ci ildə I Təhmasib Şirvanşahlar dövlətinin varlığına son qoydu və Şirvan bəylərbəyi kimi Səfəvi dövlətinə qatıldı.

1548-ci ildə Sultan Süleyman Azərbaycana II dəfə hücum etdi. Bu yürüşdə də uğur qazanmayan Osmanlılar Azərbaycanı tərk etdilər. 1551-ci ildə Şəki hakimliyi Səfəvilər dövlətinə birləşdirildi və beləliklə, bütün Azərbaycanın dövlətdə birləşdirilməsi başa çatdı.

1554-cü ildə Sultan Süleyman IV dəfə Azərbaycana yürüş etdi. O, Azərbaycanı tutmaq cəhdinin boşa çıxdığını görüb, 1555-ci il mayın 29-u Amasiya sülh müqaviləsini bağlamağa məcbur oldu.

1576-cı ildə I Təhmasibin ölümündən sonra II Şah İsmayıl taxta çıxsa da, 1577-ci ildə sui-qəsd nəticəsində öldürüldü. Bundan sonra Məhəmməd Xudabəndə (1578-1587) hakimiyyətə gəldi. Bu dövrdə Səfəvi dövləti zəiflədi. Çünki qızılbaşlar artıq hakimiyyətlə hesablaşmırdılar. Bundan istifadə edən Osmanlı sultanı III Murad Səfəvilərə qarşı müharibəyə (1578-1590) başladı. Səfəvilərin daxilindəki çəkişmələrdən istifadə edərək, Osmanlılar demək olar ki, bütün Azərbaycanı ələ keçirdilər. 1590-cı ildə bağlanmış İstanbul sülh müqaviləsinə görə Xalxa, Ərdəbil, Qaracadağ və Talışı çıxmaqla qalan Azərbaycan ərazisi Osmanlı imperiyasına daxil oldu.

1587-ci ildə Məhəmməd Xudabəndənin 16 yaşlı oğlu (Qəzvin şəhərində) Abbas şah elan edildi. I şah Abbas paytaxtı Qəzvindən İsfahana köçürdü. Bu, farsların güclənməsinə böyük kömək oldu. Səfəvilərin tərkibində qalan Azərbaycan torpaqlarında 1599-cu ildə Ərdəbil mərkəz olmaqla Azərbaycan bəylərbəyliyi yaradıldı. 1599-cu ildə Şah Abbas Xorasanı geri qaytardı. 1603-cü ildə o, Təbrizi də geri aldı və Osmanlıların qüvvəsini darmadağın etdi. Həmin il Şah Abbas Cənubi Azərbaycanı azad edərək Ordubadı, Culfanı, Naxçıvanı da geri qaytardı. 1604-cü ildə İrəvanı, 1605-ci ildə isə Şirvanın çox hissəsini ələ keçirdi. Bundan sonra Şah Abbas Gəncəni (1606), Şamaxını (1607), Bakını və Dərbəndi (1607) geri aldı. 1603-1607-ci illərdə bütün Azərbaycan torpaqları Osmanlılardan alındı. Lakin müharibə hələ davam edirdi. 1612-ci ildə Sərab sülhü bağlandı. Bununla da 1555-ci ildəki Amasiya sülhünün şərtləri bərpa edildi. Osmanlılar Səfəvi-Rusiya ittifaqına mane olmaq istəyirdilər. 1613-cü ildə onlar Sərab sülhünü, 1618-ci ildə Amasiya sülhünü pozdular. 1618-ci ildə isə Amasiya sülhünün şərtləri yenidən bərpa edildi. 1622-1623-cü illərdə Bağdad, Kərbəla, Nəcəf, Kərkük və başqa şəhərlər də Azərbaycana qatıldı.

Şah Abbasdan sonra I Şah Səfi hakimiyyətə gəldi. O, Bağdadı itirdikdən sonra 1639-cu ildə Qəsri-Şirin sülhünü bağladı və Amasiya sülhünün şərtləri yenə də bərpa edildi. Qəsri-Şirin sülhü Səfəvi-Osmanlı münasibətlərini nizama saldı. XVII əsrin II yarısında Don kazaklarının Xəzərsahili ərazilərə hücumları gücləndi. 1666-1667-ci illərdə Stepan Razinin kazak dəstələri Dərbənd, Marağa, Gilan və başqa yaşayış məntəqələrini talan etdilər. S.Razin hərəkatının yatırılmasında həm Səfəvilər, həm də Rusiya eyni dərəcədə maraqlı idi. 1712-ci ildə Stepan Razin rus çarı tərəfindən edam edildi. Lakin həmin dövrdə Dağıstanın hansı dövlətə mənsub olması məsələsi Səfəvi-Rusiya münasibətlərində gərginlik yaradırdı.

Rus çarı I Pyotr Xəzəryanı ölkələri ələ keçirməyi qərara aldı. 1722-ci ildə əfqanlar İsfahanı tutub Şah Hüseyni taxtadan saldılar. Bundan istifadə edən I Pyotr Azərbaycana yürüşə başladı. Həmin il Dərbənd şəhərinin naibi İmamqulu bəy qala açarlarını I Pyotra təqdim etdi. 1723-cü ildə ruslar Bakını və Salyanı da işğal etdilər. 1723-cü ildə II Təhmasibin elçisi İsmayıl bəy Dərbənddən Gilana qədər Xəzəryanı bölgələri Rusiyaya verərək Peterburq müqaviləsini imzaladı. 1724-cü ildə Rusiya-Osmanlı müqaviləsi imzalandı. Bunun nəticəsində Dərbənd, Bakı, Salyan, Lənkəran, Rəşt və Ənzəlinin Rusiyaya keçməsini Osmanlı imperiyası təsdiq etdi. İstanbul müqaviləsini reallaşdırmağa başlayan Osmanlılar 1725-ci ildə Təbrizi, Gəncəni, Ərdəbili tutdular. Ruslar isə tutduğu ərazidə komendant idarə üsulu yaradırdılar.

Əfqan tayfalarını İsfahandan qovan Nadir şah Əfşar 1730-cu ildə Osmanlılara qarşı hərbi əməliyyata başladı və Marağa, Ərdəbil və Təbrizi azad etdi. Bunu görən ruslar   Səfəvilərlə münasibətləri gərginləşdirməmək üçün 1732-ci ildə Rəşt şəhərində onlarla müqavilə imzaladı və Kürdən cənubdakı Xəzəryanı bölgələri Səfəvilərə qaytardı.

1732-ci ildə Naidr xan Səfəvi şahı II Təhmasibi taxtdan salaraq onun oğlu III Abbası şah elan etdi və onun qəyumu kimi hakimiyyəti demək olar ki, ələ keçirdi. 1734-cü ildə Şirvanı, 1735-ci ildə Gəncəni azad edərək Osmanlıları bütün Cənubi Qafqazdan çıxartdı. 1736-cı ilin martında Nadir xan şah elan edildi və Səfəvilər sülaləsinin hakimiyyətinə son qoyuldu. O, Şirvan, Qarabağ, Çuxursənd və Təbriz bəylərbəyliklərini birləşdirərək ilk dəfə “Azərbaycan” adında vahid inzibati bölgə yaratdı. Azərbaycanın mərkəzi Təbriz, hakimi isə Naidr şahın qardaşı İbrahim oldu. Nadir şahın səhv idarə üsulundan boğaza yığılan əhali tez-tez üsyanlar qaldırmağa başladılar. 1743-cü ildə Hacı Çələbi Məlik Nəcəfi öldürərək Şəkini müstəqil xanlıq elan etdi. Bunula da Aəzrbaycanda xanlıqların yaranmasının əsası qoyuldu. 1747-ci ildə Nadir şah sui-qəsd nəticəsində öldürüldü.


Category: NƏRİMAN QƏHRƏMANLININ MƏQALƏLƏRİ | Added by: Nariman_Qahramanli (2009-07-10) | Author: NƏRİMAN QƏHRƏMANLI E W
Views: 884
Total comments: 0
Only registered users can add comments.
[ QEYDİYYAT | Login ]
AXTAR

***





GOOGLE DA AXTAR
SAYTDA AXTAR

Free Image Hosting


F O R U M
  • ABŞ-IN ŞTATLARI (14)

  • A.DÜMA, O.BALZAK, V.HÜQO VƏ S. (11)

  • HİKMƏTLİ SÖZLƏR (10)

  • SƏDİ, Ə.FİRDOVSİ, Ö.XƏYYAM VƏ S. (8)

  • R.N.GÜNTƏKİN, N.HİKMƏT, O.PAMUK VƏ S. (7)

  • HÖTE, ŞİLLER, BÖLL VƏ S. (7)

  • PUŞKİN, TOLSTOY, DOSTOYEVSKİ, ŞOLOXOV VƏ S. (7)

  • AZƏRBAYCANIN SU ANBARLARI (7)

  • ÇÖRÇİL, ŞEKSPİR, KLARK VƏ S (6)

  • N.TUSİ, BƏHMƏNYAR, A.HACIYEV ... (5)

  • DEKART, PASKAL,PUANKARE,LANQRANJ VƏ AMPER (4)

  • Z.BÜNYADOV, Y.MAHMUDOV,ORUC BƏY BAYAT .... (3)

  • DASTAN (3)

  • MOBİL TELEFONLAR ÜÇÜN LAZIMILI KODLAR. (2)

  • İ.NYUTON, Ç.BEBBİC, A.TURİNQ (2)


  • KONVERTER


    STATİSTİKA

    YENİ ÜZVLƏRİMİZ
  • dxemnynp12   (dxemnynp12)

  • StevenPr   (StevenPr)

  • fixmeboybws   (fixmeboybws)

  • LolaHax77   (LolaHax77)

  • cxhawndk09   (cxhawndk09)


  • SON ŞƏRHLƏR

    Black::unsure:( THANKS)



    :menim e-mailime hec gondermeyin bunlarin hamisini bilirem


    SAYT KATALOQU
    www.designerlady.blogcu.com

    Hemise bir gel

    www.NERIMAN.tk

    www.onlinepara-kazan.com

    Dahi trening mərkəzi

    GENCLIK ILLERINE XOW GELMISINIZ

    BƏRDƏ (rəsmi saytı)

    CELT Colleges

    BDU


    SAYTINI ƏLAVƏ ET!

    SON ELANLAR
    Yay kompaniyası Şahmat hazırlığı

    AE AZER MMC

    ID plastic kart. Cap isler.

    BMW 320 satılır

    Turniket, slaqbaum, domofon, alarm, siqnalizasiya, tehlukesizlik kameralari, nezaret sistemleri, biometrika.


    YENİ ELAN VER!

    ADMİN
    Nariman Qahramanli


    BY QƏHRƏMANLI NƏRİMAN 2016. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...