Azərbaycan tarixinin qısa şərhi 1 - NƏRİMAN QƏHRƏMANLININ MƏQALƏLƏRİ - MƏQALƏLƏR - Universal site.
ŞƏNBƏ, 2016-12-03, 12:33 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ MƏQALƏLƏR
M E N Y U

DİGƏR BÖLMƏLƏR

F O R U M

ÜMUMİ MƏQALƏLƏR
MARS PLANETI AZƏRBAYCANDA GÖRÜNDÜ (2)

İLHAM ƏLİYEVİN NƏVƏLƏRİ İLK DƏFƏ İCTİMAİ TƏDBİRDƏ GÖRÜNÜB (0)

İNTERNETDƏ YENİ TƏHLÜKƏ (0)

PORT BAKU RESİDENCE ... (2)

QƏBIRDƏ DURUB OTURAN ŞƏXS SONRA YENIDƏN ÖLÜB (2)

'DÜNYANIN ƏN ÇIRKIN ITI' (0)

MÜBARIZ İBRAHIMOV - DOĞUŞDAN ÖLÜMƏ QƏDƏR... (0)

MÜBARİZ İBRAHİMOVUN SON MƏKTUBU (0)

ƏN BÖYÜK DİNOZAVR QƏBİRİSTANLIĞI TAPILIB (0)

GÖZƏGÖRÜNMƏZLİK ARTIQ REALLAŞIR (0)

"ŞREK" BALIĞI (0)

TƏBİƏTİN MÖCÜZƏSİ (2)

İNANILMAZ BİR TƏSADÜF! (2)

DÜNYANIN YEGANƏ ÜSTÜ-ÖRTÜLÜ AQUA-PARKI! (1)

YEMIŞIN ÜSTÜNDƏ “LA İLAHƏ İLLƏLAH” YAZILIB (2)


SON XƏBƏRLƏR

ANA SƏHİFƏ » Articles » NƏRİMAN QƏHRƏMANLININ MƏQALƏLƏRİ

Azərbaycan tarixinin qısa şərhi 1

                                                AZƏRBAYCAN TARIXIININ QISA ŞƏRHI   

Bu kitabçanın tərtib olunmasında əsas məqsəd Azərbaycan tarixi haqqında oxuculara qısa məlumat verməkdən ibarətdir. Çünki bir çoxları Azərbaycan tarixini bilməməsini “Azərbaycan tarixi” kitabının həcminin çox olması, həmçinin bunları öyrənmək üçün vaxtın az olması ilə əlaqələndirirlər. Bəziləri isə bəhanə gətirirlər ki, orta məktəbdə oxumuşuq, yadımızdan çıxıb. Amma cəmi 33 səhifədən ibarət bu kitabçanı oxuyub öyrənmək üçün vaxt tapmaq heç də müşkül məsələ deyildir. Deməli, bu kitabça bütün giley-güzarlara son qoyur. Yəni özünü azəri türkü hesab edən hər bir vətəndaş öz tarixini bilməlidir.

Öz tarixini bilmək hər bir kəsin müqəddəs borcudur.

 

Bakı Distant və Elm-Tədris Mərkəzinin Elmi Şurasının 18.03.2008-ci il tarixli iclasında təsdiq edilmişdir.

 

Azərbaycan qədim dövrdə  ............................................................7

Lullubi.............................................................................................8

Kutilər ............................................................................................8

Manna dövləti.................................................................................9

Atropatena dövləti .......................................................................12

Alban dövləti ...............................................................................13

Azərbaycan Sasanilər dövründə ..................................................14

Azərbaycan ərəb xilafətinin tərkibində .......................................15

Azərbaycan dövlətçiliyinin bərpası .............................................17

·  Şirvanşahlar dövləti ...............................................................18

·  Sacilər dövləti ........................................................................19

·  Salarilər dövləti ......................................................................19

·  Rəvvadilər dövləti ..................................................................19

·  Şəddadilər dövləti ..................................................................20

·  Atabəylər dövləti ...................................................................20

Monqolların Azərbaycana yürüşü ...............................................20

Qaraqoyunlu dövləti ....................................................................24

Ağqoyunlu dövləti .......................................................................24

Səfəvilər dövləti  ..........................................................................25

Azərbaycan xanlıqları ..................................................................31

·  Təbriz xanlığı .........................................................................31

·  Urmiya xanlığı .......................................................................31.

·  Xoy xanlığı ............................................................................31

·  Qaradağ xanlığı ......................................................................31

·  Ərdəbil xanlığı .......................................................................31

·  Şəki xanlığı  ...........................................................................32

·  Şamaxı xanlığı .......................................................................32

·  Quba xanlığı ..........................................................................32

·  Qarabağ xanlığı .....................................................................32

·  İrəvan xanlığı ........................................................................33

·  Naxçıvan xanlığı ...................................................................33

·  Lənkəran xanlığı ...................................................................33

·  Bakı xanlığı ...........................................................................33

·  Gəncə xanlığı ................................................................................33

Azərbaycanın şimal-camaatlığı, sultanlıqlar və məlikliklər

Car-Balakən sultanlıqları .................................................................34

·  Qazax və Şəmşəddil sultanlıqları ..................................................34

·  Ərəş sultanlığı ...............................................................................34

·  İlisu sultanlığı ...............................................................................34

Ağaməhəmməd şah Qacarın Azərbaycana yürüşü .........................34

Azərbaycanın bölüşdürülməsi .........................................................34

Azərbaycan Cümhuriyyəti ..............................................................35

Azərbaycan Sovet hakimiyyəti dövründə .......................................38

Müstəqil Azərbaycan Respublikası .................................................39

Azərbaycan torpaqlarının ermənilər tərəfində işğalı .......................39

 

 

 

 

Azərbaycan qədim dövrdə

Dünyada ilk insanlar 2,5-3 milyon il bundan əvvəl yaşamışlar. Ilk insan qalıqlarına Şərqi Afrikada-Keniya və Tanzaniyada təsadüf olunmuşdur. Dünyada ilk dövlət isə Misirdə yaranmışdır.

Misir dövləti

Dünyada ilk dövlət Misir dövlətidir. Yuxarı Misir və aşağı Misir hökmdarları arasındakı müharibə yuxarı misirlilərin qələbəsi ilə başa çatır və b.e.ə. IV minilliyin sonunda Misir dövləti yaranır. Dövlətin rəhbəri Firon adlanırdı. Fironlar Misir dövlətində ehramlar tikdirirdilər. Ən böyük ehram “Xeops” adlanırdı. Ehramın qarşısında 20 m hündürlüyündə sfinks (bədəni aslan, başı insan) heykəli qoyulmuşdur.

Azərbaycanda isə ilk insanlar 1,5 milyon il bundan əvvəl yaşamışlar.

İbtidai icma quruluşu əmək alətlərinin hazırlanma materialına və texnologiyasına uyğun olaraq 3 mərhələyə bölünür:

        1. Daş dövrü

        2. Tunc dövrü.

        3. Dəmir dövrü.

Daş dövrünün özü 3 mərhələyə ayrılır.

          1. Qədim daş dövrü (Paleolit)-b.e.ə. 1,5 milyon il -12-ci minillik.

          2. Orta daş dövrü (Mezolit)-b.e.ə. 12 -8-ci minilliklər.

          3. Yeni daş dövrü (Neolit)-b.e.ə. 7 -6-cı minilliklər.

Paleolit də öz növbəsində 3 mərhələyə bölünür:

1. Alt paleolit – b.e.ə. 1,5 mln. iI –b.e.ə. 100-cü minilliyədək. Azərbaycanda alt paleolit dövrünə Azıx mağarası (350-400 min il bundan qabaq) təsadüf edir. Qarabağda (Tağlar), Naxçıvanda (Qazma), Qazaxda (Daşsalahlı, Damcılı) və başqa yerlərdə də belə mağaralara ract gəlmək olar.

2. Orta paleolit – b.e.ə. 100 min il bundan əvvəl-b.e.ə. 40-cı minilliyədək. (Qarabağ, Naxçıvan, Qazax.)

3. Üst paleolit – 40 min il bundan əvvəl -b.e.ə. 12 minilliyədək. (Qarabağ, Naxçıvan, Qazax.)

Daş dövrünün sonu-metal əsrinin başlanğıcı Eneolit (Mis-daş dövrü) dövrü adlanır, b.e.ə. VI-IV minillikləri əhatə edir.

Eneolitin sonu Tunc dövrünə keçid dövrüdür. Tunc dövrünə aid Xaçmazda Sərkərtəpə, Qazaxda Babadərviş, Naxçıvanda Kültəpə yaşayış məskənləri aşkarlanmışdır. Tunc dövrü özü 3 mərhələyə bölünür:

1. Erkən Tunc dövrü – b.e.ə. 4-cü minillik -b.e.ə.3-cü minilliyin sonu.

2. Orta Tunc dövrü –  b.e.ə. 3 minilliyin axırı –b.e.ə. 2-ci minilliyin ortaları.

3. Tunc dövrünün sonu – b.e.ə. XIV-XII əsrlər.

Dəmir dövrü isə - b.e.ə. 9-8-ci əsrləri əhatə etmişdir.

Qədim dövrdə Azərbaycan ərazisində Lullubi, Kuti dövlət qurumları, Manna, Atropatena, Albaniya dövlətləri mövcud olmuşdur.

 

Lullubi

B.e.ə. III m.i. -b.e.ə. II m.i. yarısında Azərbaycanın cənubunda Urmiya gölündən cənubda Lullubi tayfa ittifaqı yaranmışdır. B.e.ə XXIII əsrdə bu ittifaq dövlətə çevrildi.

 

Kutilər

B.e.ə. III m.i.-b.e.ə. II m.i. yarısında Urmiya gölündən qərbdə və cənub-qərbdə Kuti dövlət qurumu yaranmışdır. B.e.ə. XXII əsrdə kutilər Mesopotomiyaya hücum edərək Akkad dövlətini və şumerləri məğlub etdilər.

Şumer

Şumer dövləti Mesopotomiyada (Mesopotomiya yunan dilində 2 çay arası deməkdir.) Dəclə, Fərat çaylarının kəsişməsində yerləşmişdir. Mesopotomiyanın cənubu Şumerlər ölkəsi adlanırdı.

Şumer türk dilli dövlət olmuşdur. Şumerlər b.e.ə. 6 minillikdə Altay dağlarından və Mərkəzi Asiyadan gəlmişlər. B.e.ə. III minilliyin I yarısında burada Ur, Uruk, Nippur, Laqaş şəhər dövlətləri meydana gəlmişdir. B.e.ə. XXI əsrdə Ur şəhərində Ay allahı məbədi şumerlərin memarlıq nümunəsidir. Aypara həmin dövrdən türkçülüyün rəmzi olaraq qalmışdır.

Onun ərazisi Urmiya gölündən İran körfəzinədək uzanırdı. III minilliyin sonunda qiyamlar nəticəsində Kuti dövləti süquta uğradı. Kutilərin süqutundan sonra Mesopotomiyada hakimiyyət şumerlərin əlinə keçdi və turukkilər Mesopotomiya üzərinə yürüş etməyə başladılar.

B.e.ə. XIV əsrdə Mesopotomiyada Assuriya dövləti güclənməyə başladı və Azərbaycan ərazisində yaşayan tayfaları özündən asılı vəziyyətə saldı.

Aşşur (Assuriya) dövləti

Aşşur dövləti-Babildən şimalda yaranmışdır. Bu dövlət b.e.ə. VIII-VII əsrlərdə güclü dövlət olmuşdur. Babil, Suriya, Fələstin əraziləri Aşşur tərəfindən işğal olunmuşdur. B.e.ə. 605-ci ildə Aşşur dövləti Babil və Midiya tərəfindən süquta yetirildi və torpaqları iki dövlət tərəfindən bölündü.

 

Manna

B.e.ə. IX əsrdə Manna dövləti meydana gəldi. Paytaxtı İzurtu şəhəri idi. Manna Assuriya ilə ittifaq yaratmışdır. Urartu b.e.ə. VIII əsrdə Mannanın bir sıra torpaqlarını işğal etdi. Assuriya b.e.ə. VIII əsrin I yarısında Urartunun üzərində qələbə qazandı və bundan istifadə edən Manna öz torpaqlarını geri qaytardı. Mannanın hökmdarı İranzu bundan sonra mərkəzləşmə siyasətini həyata keçirdi. Urartu hökmdarı I Rusa yenidən Manna dövlətində işğalçılıq siyasətinə başladı. B.e.ə. 719-cu ildə Mannada qiyam başlayır və Assuriya hökmdarı II Sarqonun köməkliyi ilə Manna dövləti qiyamı yatırır. Iranzunun ölümündən sonra onun oğulları hakimiyyət uğrunda mübarizə aparmağa başladılar. Lakin bundan sonra Assuriya Urartunu yenə məğlub edir və artıq Urartu Mannanın işinə qarışmır. Bununla da Manna b.e.ə. VII əsrin əvvəllərində qüdrətli dövlətə çevrilir. Həmin dövrdə Manna hökmdarı Ulusunu Assuriya hökmdarı II Sarqona abidə qoydurur.

B.e.ə. VII əsrin I rübü skif, sak və kimmer tayfaları Manna və Urartu arasında məskən salırlar. Bu ərəfədə Manna Assuriya ilə ittifaqı pozur. Manna hökmdarı Ahşeri (b.e.ə. 675-650-cı illərdə) müstəqil xarici siyasət yeritməyə başlayır. B.e.ə. 650-cı ildə                                    Assuriya Mannaya hücum edir və onu işğal edir. Buna görə də Manna əhalisi üsyan edərək Ahşerini öldürür. Onun yerinə gələn oğlu Ualli Assuriya ilə ittifaqı (b.e.ə. 650-630-ci illərdə) bərpa edir. Hətta b.e.ə. 616-cı ildə yeni Babil və Midiyaya qarşı müharibədə o, Assuriyanın müttəfiqi olur.

Babilistan

B.e.ə. II m.i. əvvələrində şəhər dövlətlərindən biri də Babil idi. Babilistan Dəclə və Fəratın qovuşması yaxınlığında (şumerlərdən şimalda) yerləşmişdir. Akkadlar (Mesopotomiyada şəhər-dövlət) onu “Bab-ili” (Allahın qapısı) adlandırırdılar. Babil şəhər-dövləti sonradan (b.e.ə. XIX əsrdə) Babilistan dövlətinə çevrildi.

                            Midiya

Midiya İranın mərkəzində yaranmışdır, yəni Mannadan cənub-şərqdə yerləşirdi. Midiya özü b.e.ə. VII əsrin ortalarında skiflərin hökmranlığı altına keçmiş, b.e.ə. 625-ci ildə bu hökmranlığa son qoyulmuşdur. Midiya dövləti b.e.ə. 550-ci ildə fars hakimi II Kir tərəfindən süquta yetirilmiş və Əhəməni imperiyası yaradılmışdır.

Midiya b.e.ə. 605-ci ildə Assuriyanı, b.e.ə. 590-ci ildə Mannanı işğal edir və nəticədə Manna süquta uğrayır.

B.e.ə. VII əsrdə Azərbaycan ərazisində Skif padşahlığı da yaranmışdır.

İskit (Skiflər)

Skiflər b.e.ə. VIII əsrin sonu VII əsrin əvvəllərində Qara dənizin şimalından Ön Asiyaya köç etdilər. Onlarla birlikdə saklar və kimmerlər də gəldilər. Onlar b.e.ə. VII əsrdə Urmiyadan şimalda və qərbdə məskən saldılar. Skiflər bir müddət Manna ilə müttəfiq olmuş, 28 il Midiyada ağalıq etmişlər. Midiya hökmdarı Kiaskar Midiyada skif ağalığına b.e.ə. 625-ci ildə son qoydu.

B.e.ə. IV əsrin ortalarında Don çayı və Dunay arasında Skif (Sak) dövləti yarandı. B.e.ə. III-II əsrlərdə onun paytaxtı Neapol şəhəri idi. B.e.ə. II əsrdə makedoniyalılar skifləri məğlub etdilər.

Skiflər Krımdan və Qara dəniz sahillərindən saklar və kimmerlərlə birlikdə gəlmişlər. Skiflər Urmiyadan şimalda və qərbdə yerləşirdilər. Saklar isə Arazla Kürün qovuşmasında yaşayırdılar. Midiya Mannanı süquta yetirdikdən sonra skifləri də məğlub edir və Mannanın skif padşahlığının hökmranlığında olan torpaqlarını da Midiyanın ərazisinə qatır. Lakin b.e.ə. 550-ci ildə Midiya ərazisində Əhəməni imperiyasının yaranması ilə Azərbaycan torpaqları Əhəməni imperiyasının tərkibinə keçdi.

Əhəməni dövləti

Ari tayfaları, elamlar b.e.ə. II m.i. axırlarında İran ərazisinə Şərqi Avropadan gəldilər. Əhəmənilər sülaləsinin rəhbəri Əhəmən olmuşdur. Bu sülalə fars tayfa ittifaqına rəhbərlik edirdi. Fars tayfa ittifaqı b.e.ə. VIII əsrdə yaranmışdır. Bu tayfalar əvvəl Aşşurun və Midiyanın tərkibində idilər. B.e.ə. 550-ci ildə II Kir tərəfindən Əhəməni imperiyası yaradıldı. Ekbatan onun paytaxtı oldu. B.e.ə. 530-cu ildə II Kir Massaget hökmdarı Tomris tərəfindən öldürüldü. Kirin oğlu II Kambiz hakimiyyətə gəldi. B.e.ə. 525-ci ildə Kambiz tərəfindən Misir ordusu məğlub edildi və Misir fironu öldürüldü. Bundan sonra Əhəmənilər dövlətinin ərazisi Misirdən Hindistana qədər uzandı.

B.e.ə. 522-ci ildə Bardi adında bir kahin özünü II Kirin oğlu kimi qələmə verib tax-taca sahib oldu. O, Midiyalıların hakimiyyətini bərpa etmək istəyirdi. Bu zaman I Dara ona sui-qəsd etdi və həmin il (b.e.ə. 522-ci ildə) I Dara hakimiyyəti ələ aldı.

Əhəməni dövləti b.e.ə. V əsrdə əzaricə çox böyük dövlət idi. Onun sərhəddi Misirdən Hindistana qədər uzanırdı və Çinlə həmsərhəd idi.

B.e.ə. 331-ci ildə Makedoniyalı İsgəndər III Daranı məğlub edib Əhəməni dövlətinin ərazisini öz ərazisinə qatdı.

                                         Çin

Çin sözü Sin sülaləsinin adı ilə bağlıdır. Çin ərazisində ilk dəfə Şan dövləti b.e.ə. XIV əsrdə yaranmışdır. B.e.ə. 221-ci ildə Sin padşahı Çini birləşdirib özünü Sin imperatoru elan etdi. B.e.ə. 214-cü ildən etibarən Çində Hun hücumlarına qarşı çin səddinin inşaasına başlandı. (Tikintisi min ildən çox davam edən bu səddin uzunluğu 4 min kilometr, hündürlüyü on metrdir.)

B.e.ə II əsrdə Böyük İpək yolu salındı və ticarət üçün istifadə olundu.

Hindistan

B.e.ə. III m.i.də Hindistan ərazisində qədim şəhərlər olmuşdur. Burada dravid və protodravid tayfaları yaşamışlar. B.e.ə. II minillikdə həmin tayfalar hindistan ərazisinə gələn ari tayfaları ilə qarışaraq hind xalqı yaranmışdır. B.e.ə. I m.i-də Hindistanda ilk dövlət yarandı. B.e.ə. VI əsrdə dövlət Əhəmənilər dövlətinin tərkibinə qatıldı. B.e.ə. 317-ci ildə hind hökmdarı İsgəndərin qohumu ilə evlənərək özünü hind padşahı elan etdi. Sonra Hindistan vahid dövlətə çevrildi.

 

Atropatena dövləti.

B.e.ə. 328-ildə Makedoniyalı İsgəndər Atropatı Midiya satrapı təyin edir. Atropat İsgəndərin hörmətini qazanır və onun ən nüfuzlu sərkərdəsi olan Perdikki ilə qohum olur. B.e.ə. 323-cü ildə İsgəndər ölür. B.e.ə. 321-ci ildə isə Perdikki öldükdən sonra Atropat tam müstəqil olur və Atropatena dövlətinin əsasını qoyur. Bu dövlət Şimali Azərbaycanın bəzi cənub rayonlarını və Cənubi Azərbaycanı əhatə edirdi.

Atropatena tayfaları bunlar olmuşdur: azərilər, kaddusilər, maqlar, miqlər, kaspilər.

Dövlətin paytaxtı Qazaka şəhəri idi.

B.e.ə. 323-cü ildə İsgəndərin ölümündən sonra Suriya (Selevkilər) dövləti meydana gəlmişdir. B.e.ə. 223-cü ildə Suriya hökmdarı Antiox Atropatenanı özündən asılı edir. B.e.ə. 190-cı ildə romalılar Suriyanı məğlub etdikdən sonra Atropatena müstəqil olur. Bundan sonra isə Roma Parfiya dövləti üzərinə hücum edir. Atropatena Roma dövləti ilə yaxınlaşmağa başlayır. Həmçinin onu da qeyd edək ki, b.e.ə. 20-ci ildə Atropatenada hakimiyyətə gələn II Ariobarzan 10 ilə yaxın Romada yaşamışdır. O, Romanın köməkliyi ilə bir müddət Ermənistan hökmdarı olmuşdur. B.e.ə. 20-ci ildə Atropatena Parfiya dövlətinin tərkibinə qatıldı.

Atropatenada Zərdüşt dini hakim olmuşdur. (Zərdüşt peyğəmbərin adı ilə bağlıdır). Zərdüşt peyğəmbər b.e.ə. VII əsrin II yarısında yaşamışdır. Zərdüştlüyün müqəddəs kitabı “Avesta”dır. Makedoniyalı İsgəndər Əhəmənilərin Persopoldakı sarayını b.e.ə. 330-cu ildə yandıranda “Avesta”nın ilkin variantı məhv olmuşdur. Lakin bizə kitabın sasanilər dövründə yığılan hissəsi gəlib çatmışdır. Avropanı “Avesta” əsəri ilə 1771-ci ildə fransız alimi Anketil Düperron tanış etmişdir.

 

Alban dövləti

İsgəndər b.e.ə. 331-ci ildə III Daranı məğlub etdikdən sonra b.e.ə. IV əsrin sonu-III əsrin əvvəllərində Alban dövləti yarandı. Dövlət İberiya ilə Xəzər dənizi arasında yerləşirdi. Dövlətin tərkibinə indiki Azərbaycan Respublikası, Dağıstanın cənub rayonları, Gürcüstanın Alazan vadisi daxil idi.

Alban dövlətinin tərkibində 26 müxtəlif dildə danışan tayfalar yaşayırdılar: leqlər, kaddusilər, amardlar, utilər, udinlər (Nic kəndində), xınalıqlar (Quba), buduqlar (Quba) və s.

Albaniya dövlətinin paytaxtı Kabalaka (Qəbələ) olmuşdur.

B.e.ə. I əsrdə Roma sərkərdəsi Pompey şərqə yürüş etmiş, Xəzər dənizindən Hindistana keçmək üçün Albaniyaya hücum etmişdir.

B.e.ə. 66-cı ildə Kür çayı sahilindəki döyüşdə Pompey qalib gəlir və bundan sonra İberiyaya doğru yürüş edir. Lakin albanlar onları təqib etməyə başlayırlar. B.e.ə. 66-cı ildə Qanıx çayı sahilində yenidən döyüş baş verir. Bu dəfə də Pompey qalib gəlir. Lakin albanlar yenə də təqibi davam etdirirlər. Romalılar işin çətin olduğunu görüb Albaniyadan və İberiyadan əl çəkirlər.

 

B.e.ə. I əsrin sonlarında da Romanın kiçik hərbi hissəsi yenə Albaniyaya gəlib çıxmışdır. Lakin bizim eranın I və II əsrlərində Roma və Albaniya arasında artıq diplomatik və ticarət əlaqələri yaranmışdır. Bunu Qobustanın daş kitabələri də sübut edir.

 

Azərbaycan Sasanilər dövründə

III-IV əsrlərdə Azərbaycanda feodal münasibətləri yarandı. Arşakilər sülaləsinin nümayəndəsi Ərdəşir Babəkan 226-cı ildə İranda Parfiya dövlətini süquta uğradaraq Sasanilər dövlətinin əsasını qoydu. Atropatena bu dövrdə də zərdüştlüyə sitayiş edirdi. Albaniya 226-cı ildə Sasanilərdən asılı vəziyyətə düşdü. Atropatena isə 227-ci ildə onun vilayəti oldu. 510-cu ildə Sasanilər dövlətində Arşakilər sülaləsinin hakimiyyətinə son qoyuldu. I Xosrov Ənuşirəvanın dövründə (531-579) Albaniya, Atropatena və İberiya Sasani dövlətinin Şimal mərzbanlığına daxil edildi. Erkən orta əsrlərdə Albaniyada, Çola, Şəki, Uti, Arsax, Paytakaran və s. vilayətlər var idi. Uti vilayətində Bərdə şəhəri, Şəki və Çola arasında Qəbələ şəhəri yerləşirdi. Həmin dövrdə Dərbənd “Dəmir qapı” adlanırdı. Paytakaran Mil-Muğanı, Arsax isə Qarabağın dağlıq hissəsini əhatə edirdi. Arsaxın əhalisini türklər təşkil edirdi.

III-V əsrlərdə Sasanilər Roma ilə müharibə edirdi. Sasani şahı I Şapur 260-cı ildə Roma imperatoru Vallerianı məğlub edərək onu əsir aldı. 359-cu ildə Sasanilər Albaniyanın köməkliyi ilə Romanı yenə də məğlubiyyətə uğratdılar. Bununla da Arsax, Marlar (Naxçıvan), Kaspiana geri qaytarıldı və Ermənistan Roma və Sasanilər arasında bölüşdürüldü.

 

Azərbaycan Ərəb xilafətinin tərkibində.

Ərəb qoşunları 633-cü ildə Sasanilər dövlətinə hücum etdi.

Ərəb xilafəti

Ərəb xilafəti VI-VII əsrin əvvəllərində feodolizm quruluşuna keçdi. Onlar bütpərəst idilər. 610-cu ildən Məhəmməd Peyğəmbər islamı təbliğ etməyə başladı. O, 622-ci ildə Məkkədən Mədinəyə hicrət etdi. 630-cu ildə isə Məkkəyə qayıdaraq ərəb dövlətini yaratdı.

“Quran” müsəlmanların müqəddəs kitabıdır. 114 surədən ibarətdir. Peyğəmbərdən sonra ölkəni xəlifələr (davamçılar) idarə edirdilər. Ərəb tarixi 3 dövrə bölünür.

1. 630-661-ci illərdə Məhəmməd Peyğəmbər və sonrakı 4 xəlifə dövrü. (Əbu Bəkr, Ömər, Osman, Əli) Paytaxt: Mədinə və Məkkə şəhərləri olmuşdur.

2. 661-750-ci illərdə Əməvilər dövrü. Müaviyyənin xəlifəliyi ilə başlamışdır. Paytaxt: Şam (Dəməşq) şəhəri olmuşdur.

3. Abbasilər dövrü: Paytaxt Bağdad şəhəri olmuşdur.

Ərəb xilafəti VIII əsrin əvvəllərində Şimali Afrikanı tutdu. Sonra İspaniyanı, Qafqazı, Mərkəzi Asiyanı da ələ keçirdi. Ərazi Atlantik okenanından Çinə və Hind çayınadək uzanırdı.

VII əsrin ortaları İspaniya xilafətdən ayrıldı. Burada müstəqil Ərəb dövləti (Kordova əmirliyi) yarandı. IX əsrdə Misir, Mərkəzi Asiya, İran, Əfqanıstan da xilafətdən ayrıldı.

XI əsrin ortaları Xilafətin mülklərini Səlçuqlar tutdular.

Alban hökmdarı öz oğlu Cavanşirin rəhbərliyi ilə Sasanilərə kömək göstərdiyinə görə Cavanşir Sasani şahı III Yezdəgerd tərəfindən mükafatlandırıldı. 638-ci ildə ərəblər Sasanilərin paytaxtı Ktesifonu tutdular. Ərəblərə qarşı mübarizənin mənasız olduğunu görən Cavanşir 7 illik mübarizədən sonra geri qayıtdı. Cavanşir ərəblərə qarşı Bizansla birləşmək qərarına gəldi. Sonra xəzərlər Albaniyaya hücum etdilər, 665-ci ildə qalib gəldilər və sülh bağlandı.

                Xəzər xaqanlığı (634-965)

Xəzər xaqanlığı Türk dövləti olmuşdur. Dövlətin ərazisi İdil, yəni Volqanın aşağı hissəsini, Azov dənizinin sahillərini, Şimali Qafqazı və Krım yarımadasını əhatə edirdi. Paytaxt əvvəlcə Səməndər, sonra İdil (Volqa) şəhəri olmuşdur.

Desna və Dnepr çayları arasında yaşayan slavyan qəbilələri xəzərlərin hakimiyyəti altında idi. Oleq 882-ci ildə Kiyev dövlətini Xəzər xaqanlığı nümunəsində yaratmışdır. 730-cu ildə Xəzər qoşunu Ərdəbili tutdu, sonra oradakı ərəbləri məhv edərək Diyarbəkirə və Mosula qədər irəlilədi. Sonra ərəblər əks hücuma keçib Xəzərlərin paytaxtı Səməndərə qədər gəlib çıxdılar və onlara islam dinini qəbul etdirdilər. 790-cı ildə xaqan Obadi iudaizmi dövlətin rəsmi dini elan etdi. Lakin ölkədə bununla bağlı qıyam qalxdı və Kiyev knyazı Svyatoslav hücum edərək Səməndər və Sarkel şəhərlərini tutdu. 965-ci ildə Xəzər xaqanlığı süqut etdi.

Oğuz (boylar, qəblələr) dövləti

Dövlət 24 boydan ibarət olub, Xəzər dənizinin şərqindən Ceyhun (Amudərya) çayına qədər ərazidə yerləşmişdir. Mərkəzi Yenikənd şəhəri olmuşdur. Dövlətin ərazisində islam dini 950-ci ildən yayılmış, XII əsrdən isə hakim din olmuşdur. X əsrdən oğuzlar türkmən adlandırılmışlar.

661-ci ildə Xilafətdə Əməvilər hakimiyyətə gəldilər. Cavanşir şəraiti nəzərə alaraq Şam şəhərinə gəldi və I Müaviyyə ilə sülh bağladı. Sülhə görə Cavanşir xərac verməli idi. Lakin xəlifə güzəştə getmədi, səbəbi Albaniyanın coğrafi mövqeyi və Cavanşirin şəxsi nüfuzu olmuşdur.

Lakin ərəblər Albaniyaya toxunmadan digər Azərbaycan ərazilərini tutdular. Bizanspərəst feodallar Cavanşirə sui-qəsd edib 681-ci ildə onu öldürdülər. Cavanşirdən sonra əvvəl xəzərlər, sonra 705-ci ildə ərəblər Albaniyanı tutdular və Cavanşirin varisi Varaz Trdatı Şam şəhərində edam etdilər. Azərbaycanın həm şimalında, həm də cənubunda islam dini yayıldı.

748-ci ildə Azərbaycan ərazisində ərəb soyğunçuluğuna və vergi siyasətinə qarşı üsyan başladı. Beyləqanda başlayan üsyan Bərdədə, Ərdəbildə yatırıldı. Üsyana yerli feodallar başçılıq edirdilər.

Hərəkatların ən böyüyü Xürrəmilər (Pəhləvi dilində “əbədi od” deməkdir) hərakatı idi. Tarixdə ilk dəfə qırmızı bayrağı onlar  qaldırmışlar. Xürrəmilərin ilk çıxışı 778-ci ildə, ikincisi isə 808-ci ildə olmuşdur.

816-cı ildə Cavidanla Əbu İmranın çəkişməsi onların ikisinin də ölümü ilə nəticələndi və Babək 18-yaşında Xürrəmilərin rəhbəri oldu. (Babək 798-ci ildə Ərdəbildə anadan olmuşdur).

819-cu ildə Babək ilk dəfə olaraq ərəblər üzərində qələbə çaldı. Sonra Şəki, Qarabağ, Bərdə və Beyləqanı ərəblərdən azad etdi. 829-cu və 830-u ildə Babək ərəblər üzərində daha iki uğurlu qələbə qazandı. Sonra ərəblər məcbur olub Bizansla müharibəni dayandırdılar və diqqəti Babəkə yönəltdilər. Türk  əsilli ərəb sərkərdəsi Afşin Babəkə ağır zərbələr vurdu və xürrəmilərə sülh təklif etdi. Babək bunu xəyanət hesab etdi və sülhü qəbul etmədi. 937-ci ildə Afşin Bəzz qalasını tutdu. Babək qaçıb Arana gəldi. Ərəblər onun başına 2 milyon dirhəm qoymuşdular. Babək Şəki qalasının sahibi Səhl İbn Sumbatın xəyanəti ilə ələ keçirildi. 837-ci ildə Afşin Babəki Samirə şəhərinə Xəlifə Mötəsimin yanına yola saldı. Babək 838-ci ildə martın 14-də edam edildi.

Həmçinin VII-VIII əsrlərdə “Dədə Qorqud” dastanı yayılmağa başladı. “Kitabi-Dədə Qorqud” dastanının dili təmiz türk dilidir. Bu dastan 4530 sözdən ibarətdir ki, bunların da 4044-ü (90%-ə yaxını) türk sözüdür.

 

 


Category: NƏRİMAN QƏHRƏMANLININ MƏQALƏLƏRİ | Added by: Nariman_Qahramanli (2009-07-10) | Author: NƏRİMAN QƏHRƏMANLI E W
Views: 699
Total comments: 0
Only registered users can add comments.
[ QEYDİYYAT | Login ]
AXTAR

***





GOOGLE DA AXTAR
SAYTDA AXTAR

Free Image Hosting


F O R U M
  • ABŞ-IN ŞTATLARI (14)

  • A.DÜMA, O.BALZAK, V.HÜQO VƏ S. (11)

  • HİKMƏTLİ SÖZLƏR (10)

  • SƏDİ, Ə.FİRDOVSİ, Ö.XƏYYAM VƏ S. (8)

  • R.N.GÜNTƏKİN, N.HİKMƏT, O.PAMUK VƏ S. (7)

  • HÖTE, ŞİLLER, BÖLL VƏ S. (7)

  • PUŞKİN, TOLSTOY, DOSTOYEVSKİ, ŞOLOXOV VƏ S. (7)

  • AZƏRBAYCANIN SU ANBARLARI (7)

  • ÇÖRÇİL, ŞEKSPİR, KLARK VƏ S (6)

  • N.TUSİ, BƏHMƏNYAR, A.HACIYEV ... (5)

  • DEKART, PASKAL,PUANKARE,LANQRANJ VƏ AMPER (4)

  • Z.BÜNYADOV, Y.MAHMUDOV,ORUC BƏY BAYAT .... (3)

  • DASTAN (3)

  • MOBİL TELEFONLAR ÜÇÜN LAZIMILI KODLAR. (2)

  • İ.NYUTON, Ç.BEBBİC, A.TURİNQ (2)


  • KONVERTER


    STATİSTİKA

    YENİ ÜZVLƏRİMİZ
  • dxemnynp12   (dxemnynp12)

  • StevenPr   (StevenPr)

  • fixmeboybws   (fixmeboybws)

  • LolaHax77   (LolaHax77)

  • cxhawndk09   (cxhawndk09)


  • SON ŞƏRHLƏR

    Black::unsure:( THANKS)



    :menim e-mailime hec gondermeyin bunlarin hamisini bilirem


    SAYT KATALOQU
    www.designerlady.blogcu.com

    Hemise bir gel

    www.NERIMAN.tk

    www.onlinepara-kazan.com

    Dahi trening mərkəzi

    GENCLIK ILLERINE XOW GELMISINIZ

    BƏRDƏ (rəsmi saytı)

    CELT Colleges

    BDU


    SAYTINI ƏLAVƏ ET!

    SON ELANLAR
    Yay kompaniyası Şahmat hazırlığı

    AE AZER MMC

    ID plastic kart. Cap isler.

    BMW 320 satılır

    Turniket, slaqbaum, domofon, alarm, siqnalizasiya, tehlukesizlik kameralari, nezaret sistemleri, biometrika.


    YENİ ELAN VER!

    ADMİN
    Nariman Qahramanli


    BY QƏHRƏMANLI NƏRİMAN 2016. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...