BAZAR, 2017-07-23, 9:46 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ MƏQALƏLƏR
M E N Y U

DİGƏR BÖLMƏLƏR

F O R U M

ÜMUMİ MƏQALƏLƏR
MARS PLANETI AZƏRBAYCANDA GÖRÜNDÜ (2)

İLHAM ƏLİYEVİN NƏVƏLƏRİ İLK DƏFƏ İCTİMAİ TƏDBİRDƏ GÖRÜNÜB (0)

İNTERNETDƏ YENİ TƏHLÜKƏ (0)

PORT BAKU RESİDENCE ... (2)

QƏBIRDƏ DURUB OTURAN ŞƏXS SONRA YENIDƏN ÖLÜB (2)

'DÜNYANIN ƏN ÇIRKIN ITI' (0)

MÜBARIZ İBRAHIMOV - DOĞUŞDAN ÖLÜMƏ QƏDƏR... (0)

MÜBARİZ İBRAHİMOVUN SON MƏKTUBU (0)

ƏN BÖYÜK DİNOZAVR QƏBİRİSTANLIĞI TAPILIB (0)

GÖZƏGÖRÜNMƏZLİK ARTIQ REALLAŞIR (0)

"ŞREK" BALIĞI (0)

TƏBİƏTİN MÖCÜZƏSİ (2)

İNANILMAZ BİR TƏSADÜF! (2)

DÜNYANIN YEGANƏ ÜSTÜ-ÖRTÜLÜ AQUA-PARKI! (1)

YEMIŞIN ÜSTÜNDƏ “LA İLAHƏ İLLƏLAH” YAZILIB (2)


SON XƏBƏRLƏR

ANA SƏHİFƏ » Articles » NƏRİMAN QƏHRƏMANLININ MƏQALƏLƏRİ

COĞRAFİYA TARİXİ

COĞRAFİYA TARİXİ


                  
Coğrafiya Yer səthini və təbiətlə cəmiyyətin qarşılıqlı təsiri gedişində onda yaranan təbii-təsərrüfat ərazi sistemlərinin inkişafı və idarə olunmasının qanunauyğunluqlarını öyrənən yeganə elmdir. Bu elmin üfüqləri getdikcə genişlənir, nəzəri və təcrübi əhəmiyyəti artır. Ona görə də coğrafiya elminin müxtəlif sahələrinə, o cümlədən tarixinə maraq xeyli artmışdır.
Coğrafiya tarixi elmi Yerin coğrafi mənzərəsinin tarixini aydınlaşdırır, onun öyrənilməsi mərhələlərini açıb göstərir. Bir sözlə, «Coğrafiya tarixi» kursunun başlıca vəzifəsi Yer haqqındakı ilkin coğrafi təsəvvürlərin, elmi biliklərin keçmişi, indisi və həm də gələcək istiqamətləri haqqında yetkin biliklər verməkdir.
Bu elmi öyrənməklə, Yerin ümumi mənzərəsinin işıqlandırılması və xəritələrin düzəldilməsi çoxlu xalqların, səyyahların, dənizçilərin və coğrafiyaçı alimlərin böyük fədakar əməklərinin nəticəsidir.
Hər bir elmin tarixinin öyrənilməsi, onun gələcək inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Keçmişimizin elmi axtarışlarını, səhvlərini və əldə etdikləri nailiyyətləri bilmədən elmin perspektivlərini müəyyən etmək qeyri-mümkündür. Tarix gələcəyin proqnozlarının əsaslarından biridir. Nə qədər ki insanlar yaşayır təbiətin tarixi və insanların tarixi biri-birilə bağlıdır və biri digərinə əsas yaradır. Vahid bir elm kimi formalaşan coğrafiya mürəkkəb inteqrasiya və differensassiya mərhələlərindən keçmişdir. İlkin olaraq təbiət və cəmiyyət elmləri tərkibində yaranan coğrafiyanın qolları sonrakı inkişaf mərhələlərində inteqrasiyaya uğrayaraq vahid elmə çevrilmişdir.
Elmin tarixi inkişafı rəvan olmamışdır. Uzun müddət irəliyə doğru yavaş-yavaş hərəkətlə yanaşı birdən elə kəskin dönüş mərhələləri olur ki, bu mərhələlərin də daha dəqiq öyrənilməsi xüsusi maraq doğurur. Belə kəskin dönüş mərhələlərinə XV-XVII əsrlərdə baş verən Böyük Coğrafi kəşfləri, Şimal-Cənub qütblərinin öyrənilməsi və Almaniya da Humbolt-Rixter, Rusiyada Pyotr Semyonov-Tyanşanski, Azərbaycanda Baharlı-Qafur Rəşad kimi iri coğrafi məktəblərin və kosmik coğrafiyanın yaranmasını misal göstərmək olar. Belə əhəmiyyətli keçid mərhələlərinin və elmi məktəblərin təhlili coğrafiya tarixinə daha qabarıq nəzər salmağa imkan verir.
Hazırda adlarının oxşarlığına görə coğrafiya tarixinə daha yaxın olan iki elm – tarixi coğrafiya və kəşflərin tarixi elmləri yaranmışdır.
Coğrafiya tarixi elminə hələlik tam tərif verilməyibdir. Ümumiləşdirilmiş şəkildə demək olar ki, coğrafiya tarixi Yer səthi və onun ayrı-ayrı hissələrinin kəşf olunması, xəritələşdirilməsi və coğrafi elmi fikirlərin yaranması və inkişafının tarixini öyrənir.
Tarixi coğrafiya müəyyən ölkələrin, yaxud ərazinin fiziki, iqtisadi və siyasi coğrafiyanın keçmiş vəziyyətini öyrənən tarixi-coğrafi biliklər sahəsidir. Coğrafiya tarixindən fərqli olaraq tarixi-coğrafiya keçmiş dövrlərin konkret iqtisadi coğrafiyasını tədqiq edir.
Coğrafi kəşflər tarixi özünün yazısı olan (rəsmlərdən əlavə) xalqların nümayəndəsinin ilk dəfə bu və ya digər obyektdə (materiklər, okeanlar, dənizlər, adalar, boğazlar, zirvələr, vulkanlar və i.a.) ilk dəfə olması, bu obyektlərin təsvirini verməsi və yaxud onu xəritəyə köçürməsidir. İndi buraya həmçinin coğrafiya sahəsində kəşf olunan yeni nəzəriyyələr və qanunauyğunluqların tarixi də əlavə edilir.
Coğrafi kəşflər dünya tarixinə güclü təsir göstərmişdir: yeni qitələrin, torpaqların tapılmasına, bir ölkənin varlanmasına, digərlərinin məhvinə, müstəmləkələrin əmələ gəlməsinə və s. səbəb olmuşdur.
Aparılan ekspedisiyalar və ayrı-ayrı səyyahlar tərəfindən həyata keçirilən coğrafi kəşflər bizim elmə gələcəkdə nəzəri və praktiki ümumiləşdirmələr aparmaq üçün lazım olan iri həcmdə material toplamağa imkan verir.
Böyük Coğrafi kəşflərin başlıca məqsədi yüzlərlə səyahətlər nəticəsində dünyanın fiziki xəritəsinin müasir görünüşünün alınması olmuşdur. Bizim zəmanəmizdə dünya xəritəsində artıq «ağ ləkələr» qalmamışdır. İndi coğrafi kəşflərin məqsədi yeni coğrafi qanunlar və qanunauyğunluqların aşkar edilməsidir. Belə coğrafi kəşflər elmi tədqiqatın fundamental sahəsinə aid edilir. Onlar yerin quru səthi və Dünya okeanının mənimsənilməsi üçün həyatı əhəmiyyət daşıyır. Yerin mənimsənilməsi prosesində birinci növbədə təbiətin müxtəlif tiplərinin qarşılıqlı təsir mexanizmini, insanların müəyyən tarixi biliklərini, təsərrüfatın əlaqələnməsi formalarını və s. bilmək tələb olunur. Nəzəri kəşflər və onun tətbiqi olmadan coğrafiya göstərilən mürəkkəb mexanizmini və onun idarəedilməsini əsaslandıra bilməz.
Beləliklə, coğrafi kəşflərin müasir tarixi, coğrafiya tarixinə açıq-aşkar yaxınlaşır, lakin onunla tam birləşmir, Belə ki, coğrafiya tarixi fəlsəfə, nəzəri coğrafiya və digər nəzəri elmlərlə yaxınlaşaraq daha çox metodoloji elmə çevrilir. Zamanın tələbi onun digər elmlərlə inteqrasiyasını gücləndirir. Lakin bununla yanaşı coğrafiya tarixi özünün daxili inkişaf məntiqinə və qanunauyğunluqlarına malikdir.
Coğrafi kəşflər tarixi daha çox həyatın praktiki tələbatını əks etdirir. Böyük Coğrafi kəşflər – XV-XVII əsrlər dövründə coğrafiya elmlərin «şahı» idi və cəmiyyət üçün böyük praktiki əhəmiyyət kəsb edirdi. Sonralar o arxa plana keçmişdir, lakin indi yenidən elmlərin önünə çıxmışdır. Hazırda elə bir zaman gəlib ki, həyatın praktiki tələbatı coğrafiyanın güclü inkişafına şərait yaradıb. Dünya okeanının, atmosferin, biosferin, qlobal ekoloji problemlərin, məskunlaşma, istehsal və xidmətlərin ərazi sistemlərinin dərindən öyrənilməsi və s. belə tələbatlardandır.
Coğrafi kəşflərin tarixindən fərqli olaraq coğrafiya tarixi həyatın tələbatını geniş mənada təmin edir. Bir elm kimi coğrafiya tarixi daha mürəkkəbdir, o elmlərin bütöv inkişafından, kadrların hazırlıq səviyyəsindən, nəzəri ideyaların yaranması və yayılmasından və s. bəhs edir.
Tarixi faktları və hadisələri özündə əks etdirən coğrafiyanın tarixi kursunun başlıca vəzifələri aşağıdakılardan ibarətdir:
- coğrafi ideyaların, prinsiplərin, qanunauyğunluqların və anlayışların yaranması və inkişafının tarixi ardıcıllığını göstərmək,
- coğrafi biliklərlə cəmiyyətin həyat fəaliyyəti arasındakı qarşılıqlı əlaqələrin inkişafının tarixi mərhələlərini göstərmək;
- müasir dövrdə coğrafi biliklərin cəmiyyətin praktiki həyatında istifadə olunmasının istiqamətlərini göstərmək və bu sahədə mövcud olan böyük problemləri qeyd etmək.
Coğrafiya tarixindən toplanan biliklər bəşəriyyətin bu günü və gələcəyi üçün böyük fayda verə bilər. Məsələn, tarixdən məlumdur ki, Xəzər dənizinin səviyyəsi müəyyən onilliklərdə gah qalxır və gah da enir. Bu tarixi bilgiləri nəzərə almayaraq dəniz sahillərinin təsərrüfatda mənimsənilməsi sonralar böyük ziyana başa gəlir. Bu gün Lənkəran-Astara zonasında, Xəzərin digər yerlərində su altında qalmış on min hektarlarla əkinlər, üzümlüklər, yollar və kəndlər coğrafiyanın bizə verdiyi tarixi biliklərin əhali arasında zəif yayılması və biganəliyin nəticəsidir. Təbiidir ki, belə biganəliklər ölkəmizə və onun əhalisinə milyard manatlarla ziyan vurur.
Hələ lap qədimlərdən Çində məhsuldar qüvvələrin və bütövlükdə elmin inkişafı kompasın ixtirasına səbəb oldu, bu ixtira isə öz növbəsində coğrafi biliklərin və kəşflərin genişlənməsinə güclü təkan verdi.
Coğrafiya tarixi bu elmin keçdiyi yolu dövrlərə bölməyi tələb edir. Coğrafiya tarixi aşağıdakı dövrlərə ayrılır:

1. Qədim dünya coğrafiyası V əsrə qədərki dövrü əhatə edir. Bu dövrdə inkişaf edən Aralıq dənizi mədəniyyəti antik coğrafi kəşflərə güclü təkan verir, geniş ərazilərin coğrafi xəritələri tərtib olunur. Qədim xalqların ilkin coğrafi təsəvvürləri və səyahətləri haqqında məlumat verilir. Antik coğrafiyaşünaslardan Eratosfen, Aristotel, Ptolemey, Strabon və b. klassik əsərlərinin coğrafiya tarixində yeri müəyyənləşdirilir.

>2. Orta əsr coğrafiya tarixinin (V-XV) ümumi icmalı, xristian dünyasında təbiətə dair mütərəqqi və mürtəce baxışların mübarizəsi, Ərəb coğrafiyası və kartoqrafiyası, İbn-Bətuti, Marko Polo və b. səyahətləri əks olunur. İndiyə qədər Ərəb coğrafiyası tərkibində verilən türk xalqları və onun Əl-Xarəzmi, Əl-Biruni, Nəsrəddin Tusi, Mahmud Kaşqari və s. kimi alimlərin astronomiya, riyazi coğrafiya, xəritəşünaslıq və s. aid bilikləri ayrıca bölmə şəklində verilir.

3. Yeni dövrün coğrafiyası (XV-XIX əsrlər) Böyük Coğrafi kəşflər kapitalist manufakturasının inkişafı (XYI əsrin ortalarından XYII əsrin ortalarına qədər) və yeni dövrün (XYII əsrin ortaları və XYIII və XIX əsrlərədək) tarixini əhatə edir. Bu dövr coğrafiya tarixinin qızıl dövrü adlanır.

4. Müasir dövrün coğrafiya tarixi Arktika və Antarktidanın, Dünya okeanının və kosmosdan Yerin öyrənilməsini, müxtəlif coğrafiya elmi məktəblərinin yaranmasını, ətraf mühitin mühafizəsi və bərpasını, Azərbaycanda coğrafiya elminin inkişafını və s. əhatə edir.

 

 

Ptolomeyin xəritəsi

Köhnə Yunanlılar isə məhsuldar sahələrin qıtlığı səbəbiylə dənizçiliklə maraqlanmış və bu sahədə coğrafiyanı inkişaf etdirmişlər. Miletoslu Hekataiosun  b.e.-nın 500-cü ilində yazdığı kitabın ilk coğrafiya əsəri olduğu fərz edilər. Ayrıca K. Ptolomey Geographike hyphege-sis kitabında xəritə düzəltmək üsullarından bəhs etmiş və bu sahədə coğrafiya elminə böyük tövhə vermişdir. Eratosfen, Surlu Marinus və Ptolomey də bu gün istifadə etdiyimiz paralellər və meridianlardan ibarət olan xəritələrin inkişafında qabaqcıl rol oynamışlar.

 

 

                            Abraham Orteliusun Yer atlası

Roma İmperatorluğu dövründə coğrafiya daha çox hərbi məqsədlər üçün istifadə edildi və inkişaf etdirildi.

İslam dünyasında isə Havkalın 10- cu əsrdə yazdığı əl-Mesalik vəl-Memalik (Yollar və Ölkələr), 9-cu  əsrdə Belhinin yazdığı Suverü-l-Ekalim (İqlim Növləri), 10-cu əsrdə Məsudunun yazdığı əl-Müru-çü'z-Zeheb (Qızıl Çayırlar) və 14-cü əsrdə İbn Bəttutənin yazdığı Tuhfetü'n-Nuzzarfi Garaibi'l-Emsar adlı əsərlər önə çıxmaqdadır.

Kompasın Avropaya keçməsi nəticəsində uzaq diyarlara səfərlər başladı və yer üzü haqqında daha geniş məlumatlar əldə edildi. X.Kolomb, Vasco da Qama, Amerigo Vespucci, C.Kabot və Magellanın kəşfləriə nəticəsində xəritələr zənginləşdi. Anversli Abraham Ortelius un 1570-ci ildə düzətdiyi atlas, dünyada ilk atlas sayılır.

1700-cü illərdən sonra coğrafiya üsul və forma olaraq daha elmiləşdi. Teleskop və saniyəölçənlərin mövcudluğuyla coğrafi məlumatların etibarlılığı və hesabların asanlığı təmin edildi.

1800-cü illərdə isə coğrafiya Aleksandr von Humboldt, Alman elm adamı və tarixçi Carl Ritter tərəfindən akademiyada dərs olaraq keçilməyə başlandı.Humboltun Cosmos (Kainat), Ritterin de Die Erdkunde (Coğrafiya) adlı əsərlərində coğrafiya elmini nizamlı şəkildə tənzimləməyə çalışaraq müasir coğrafiyanın dayaqlarını atdılar.

A.Humboldt fiziki coğrafiyanın , C. Ritter isə bəşəri coğrafiyanın banisi olaraq qəbul edilir.

 

 

                                                        Qeyd: Türkçədən tərcümə etdi- Q.Nəriman

 

 

Category: NƏRİMAN QƏHRƏMANLININ MƏQALƏLƏRİ | Added by: Nariman_Qahramanli (2009-07-07) | Author: NƏRİMAN QƏHRƏMANLI E W
Views: 713
Total comments: 0
Only registered users can add comments.
[ QEYDİYYAT | Login ]
AXTAR

***





GOOGLE DA AXTAR
SAYTDA AXTAR

Free Image Hosting


F O R U M
  • ABŞ-IN ŞTATLARI (14)

  • A.DÜMA, O.BALZAK, V.HÜQO VƏ S. (11)

  • HİKMƏTLİ SÖZLƏR (10)

  • SƏDİ, Ə.FİRDOVSİ, Ö.XƏYYAM VƏ S. (8)

  • R.N.GÜNTƏKİN, N.HİKMƏT, O.PAMUK VƏ S. (7)

  • HÖTE, ŞİLLER, BÖLL VƏ S. (7)

  • PUŞKİN, TOLSTOY, DOSTOYEVSKİ, ŞOLOXOV VƏ S. (7)

  • AZƏRBAYCANIN SU ANBARLARI (7)

  • ÇÖRÇİL, ŞEKSPİR, KLARK VƏ S (6)

  • N.TUSİ, BƏHMƏNYAR, A.HACIYEV ... (5)

  • DEKART, PASKAL,PUANKARE,LANQRANJ VƏ AMPER (4)

  • Z.BÜNYADOV, Y.MAHMUDOV,ORUC BƏY BAYAT .... (3)

  • DASTAN (3)

  • MOBİL TELEFONLAR ÜÇÜN LAZIMILI KODLAR. (2)

  • İ.NYUTON, Ç.BEBBİC, A.TURİNQ (2)


  • KONVERTER


    STATİSTİKA

    YENİ ÜZVLƏRİMİZ
  • dxemnynp12   (dxemnynp12)

  • StevenPr   (StevenPr)

  • fixmeboybws   (fixmeboybws)

  • LolaHax77   (LolaHax77)

  • cxhawndk09   (cxhawndk09)


  • SON ŞƏRHLƏR

    Black::unsure:( THANKS)



    :menim e-mailime hec gondermeyin bunlarin hamisini bilirem


    SAYT KATALOQU
    www.designerlady.blogcu.com

    Hemise bir gel

    www.NERIMAN.tk

    www.onlinepara-kazan.com

    Dahi trening mərkəzi

    GENCLIK ILLERINE XOW GELMISINIZ

    BƏRDƏ (rəsmi saytı)

    CELT Colleges

    BDU


    SAYTINI ƏLAVƏ ET!

    SON ELANLAR
    Yay kompaniyası Şahmat hazırlığı

    AE AZER MMC

    ID plastic kart. Cap isler.

    BMW 320 satılır

    Turniket, slaqbaum, domofon, alarm, siqnalizasiya, tehlukesizlik kameralari, nezaret sistemleri, biometrika.


    YENİ ELAN VER!

    ADMİN
    Nariman Qahramanli


    BY QƏHRƏMANLI NƏRİMAN 2017. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...