HAMLET İSAXANLI - NƏRİMAN QƏHRƏMANLININ MƏQALƏLƏRİ - MƏQALƏLƏR - Universal site.
ŞƏNBƏ, 2017-03-25, 12:45 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ MƏQALƏLƏR
M E N Y U

DİGƏR BÖLMƏLƏR

F O R U M

ÜMUMİ MƏQALƏLƏR
MARS PLANETI AZƏRBAYCANDA GÖRÜNDÜ (2)

İLHAM ƏLİYEVİN NƏVƏLƏRİ İLK DƏFƏ İCTİMAİ TƏDBİRDƏ GÖRÜNÜB (0)

İNTERNETDƏ YENİ TƏHLÜKƏ (0)

PORT BAKU RESİDENCE ... (2)

QƏBIRDƏ DURUB OTURAN ŞƏXS SONRA YENIDƏN ÖLÜB (2)

'DÜNYANIN ƏN ÇIRKIN ITI' (0)

MÜBARIZ İBRAHIMOV - DOĞUŞDAN ÖLÜMƏ QƏDƏR... (0)

MÜBARİZ İBRAHİMOVUN SON MƏKTUBU (0)

ƏN BÖYÜK DİNOZAVR QƏBİRİSTANLIĞI TAPILIB (0)

GÖZƏGÖRÜNMƏZLİK ARTIQ REALLAŞIR (0)

"ŞREK" BALIĞI (0)

TƏBİƏTİN MÖCÜZƏSİ (2)

İNANILMAZ BİR TƏSADÜF! (2)

DÜNYANIN YEGANƏ ÜSTÜ-ÖRTÜLÜ AQUA-PARKI! (1)

YEMIŞIN ÜSTÜNDƏ “LA İLAHƏ İLLƏLAH” YAZILIB (2)


SON XƏBƏRLƏR

ANA SƏHİFƏ » Articles » NƏRİMAN QƏHRƏMANLININ MƏQALƏLƏRİ

HAMLET İSAXANLI

         HAMLET İSAXANLI

 

İsayev Hamlet Abdulla oğlu (Hamlet İsaxanlı) - riyaziyyatçı, fizika-riyaziyyat elmləri doktoru, professor, şair, yazıçı, publisist, tərcüməçi, elm, mədəniyyət və təhsil tarixi üzrə mütəxəssis, ədəbiyyat və dil, tarix və fəlsəfəyə dair çoxsaylı əsərlərin müəllifi.

İsaxanlı soyadını о, poetik yaradıcılığında, həmçinin humanitar və sosial elmlər sahəsində yazdığı əsərlərində işlətmişdir. Onun bütün riyazi əsərləri "İsayev" soyadı ilə çap olunmuşdur. Hazırda o, geniş ictimaiyyət arasında daha çox Hamlet İsaxanlı kimi tanınır.

Hamlet İsaxanlı müxtəlif sahələrdə geniş fəaliyyət göstərir - riyaziyyatçı, humanitar və sosial elmlərin bir çox sahələrində yazılmış elmi-tədqiqat işlərinin müəllifi, poetik və bədii-publisistik əsərlərin müəllifi, tərcüməçi, maarifçi, Xəzər Universitetinin təsisçisi və rektoru, Dünya məktəbinin (ibtidai, ümumi orta, tam orta) təsisçisi, nəşriyyat təsisçisi, redaktor, ictimai xadim və s.

HƏYATI

Hamlet İsaxanlı 1948-ci il martın 1-də Gürcüstanın Qardabani rayonunun Kosalı kəndində anadan oldu. 1965-ci ildə orta məktəbi qızıl medalla bitirib Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsinə qəbul olundu və 1970-ci ildə oranı fərqlənmə diploma ilə bitirdi. 1970-1973-cü illərdə Azərbaycan Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutu tərəfindən M.V. Lomonosov adına Moskva Dövlət Universiteti mexanika-riyaziyyat fakültəsinə aspiranturada oxumağa göndərildi və 1973-cü ildə "Operator dəstələrin spektral nəzəriyyəsinin bəzi məsələləri" mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi aldı.

1973-1983-cü illər ərzində Hamlet İsaxanlı Moskva və Bakıda, Lomonosov adına Moskva Dövlət Universitetində, SSRİ Elmlər Akademiyasının V.İ. Steklov adına Riyaziyyat İnstitutunda, Azərbaycan Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda, Azərbaycan Dövlət Universitetində çalışdı, elmi-tədqiqatla və qismən də pedaqoji işlə məşğul oldu. Sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda (İndiki Azərbaycan Dövlət Neft Akademiyası) və Leninqrad Maliyyə və İqtisad İnstitutunda (Bakı filialında) uyğun olaraq professor və kafedra müdiri kimi fəaliyyət göstərdi.

Hamlet İsayev imzası ilə SSRİ, ABŞ, Böyük Britaniya, Kanada və Almaniya kimi ölkələrdə nüfuzlu elmi jurnallarda və məcmuələrdə elmi-tədqiqat əsərləri dərc olundu. O, 1983-cü ildə Moskvada Sovet Elmlər Akademiyası V.İ. Steklov adına Riyaziyyat İnstitutunda "Çoxparametrli spektral nəzəriyyənin bəzi məsələləri" mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi aldı; bir qədər sonra isə Sovet Ali Attestasiya Komitəsi tərəfindən professor adına layiq görüldü.

Hamlet İsayev yüksək tədqiqatçı gücünə və geniş riyazi mədəniyyətə malik alim kimi tanındı və hörmət qazandı. O, riyaziyyat və tətbiqi elmlərin öz-özünə qoşma olmayan operatorlar nəzəriyyəsi (non-selfadjoint operators), çoxparametrli spektral nəzəriyyə (multiparameter spectral theory), birgə spektrlər nəzəriyyəsi (theory of joint spectra), diferensial tənliklər (differential equations), ədədi oblastlar (numerical ranges), iqtisadiyyatın riyazi modelləri (mathematical models of economy) kimi müxtəlif sahələrində ciddi nəticələr almış alimdir. Hamlet İsayev müasir çoxparametrli spektral nəzəriyyənin yaradıcılarından biri hesab olunur. O, riyaziyyatın riyazi fizikadan qaynaqlanan bu çox mühüm sahəsində dərin tədqiqatlar aparan ilk sovet riyaziyyatçısı idi.

Hamlet İsayev Moskva riyaziyat məktəbinin nümayəndəsi olmaqla yanaşı Birləşmiş Ştatlar, Böyük Britaniya, Almaniya, Kanada,... elmi məktəblərinin də uğurlarından bəhrələndi. Hələ Sovet “Dəmir Pərdə” dövründə o, çətinliklərə baxmayaraq, qərb ölkələri yalnız məsafədən, qiyabi olaraq deyil, dəvətli professor kimi çalışaraq da kəşf edir, öyrənirdi. Sonralar da Avropa, Amerika və Asiya da yerləşən müxtəlif elm mərkəzləri, akademiya və universitetlər onu mühazirələr oxumağa, birgə tədqiqatlar aparmağa, elmi konfranslarda çıxışa dəvət etdilər. O da, öz növbəsində xarici həmkarlarını mühazirələr oxumaq və əlaqələri daha da inkişaf etdirmək üçün Moskva və Bakıya dəvət etdi. Göründüyü kimi, artıq Sovet dövründə, o, beynəlxalq elmi şəbəkə qurmağa nail olmuşdu.

Hamlet İsayevin riyaziyyat üzrə tədqiqatlarını Sovet Elmlər Akademiyası üzvləri N.N. Boqolyubov, V.S. Vladimirov, S.M. Nikolskiy, Lenin mükafatı laureatları B.M. Levitan və V.B. Lidskiy, eləcə də A.Q. Kostyuchenko, A.A. Dezin, V.A. Sadovnichiy (hal-hazırda Lomonosov adına Moskva Dövlət Universitəsi rektoru), professor F. Atkinson (Toronto University), professor P.J. Browne (University of Calgary) və digər görkəmli riyaziyyatçılar, o cümlədən Azərbaycan riyaziyyatçıları Zahid Xəlilov, Mirabbas Qasımov yüksək qiymətləndirdilər. Onun elmi əsərləri Sovet Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən “ilin ən yaxşı elmi işləri” siyahisinə daxil edildi.

 

Hamlet İsaxanlı - Şair

Arasıkəsilmədən elmi araşdırmalar aparan və quruculuq işləri ilə məşğul olan Hamlet İsaxanlı Azərbaycanda və onun hüdudlarından kənarda şair kimi də çox tanınır.

Uşaq və gənclik illərindən şeir yazmış, lakin onları uzun müddət çap etdirməmişdir.

Azərbaycanda, Rusiyada, İranda, Gürcüstanda şeir kitabları, jurnal və qəzetlərdə şeir və poemaları nəşr olunmuş, şeirləri Rus, İngilis, Çin, Eston, Gürcü, Türk və digər dillərə tərcümə olunmuşdur.

 

Poetik kitabları

  • "Təzadlar". Bakı, 2001.
  • "Bu da bir həyatdı". Bakı, 2004.
  • "Dördlüklər". Bakı, 2007.
  • "Ziyarət". Bakı, 2009.
  • "Koнтpactы. Kнигa cтихотворений" (В переводах Аллы Ахундовой). "ИзoгpaфЪ", Москва, 2006.
  • "Şeirə dönən duyğular", Əxtər nəşriyyatı, Təbriz, 2004.
  • "Təzadlar". Əxtər nəşriyyatı, Təbriz, 2005.
  • "Bu da bir həyatdı". Əxtər nəşriyyatı, Təbriz, 2005.
  • "Sitotxlis Poezia" (Ömür Poeziyası). "İntellekt", Tbilisi, 2004 (Gürcücə, İmir Məmmədlinin tərcüməsində).
  • "Təzadlar. Bu da bir həyatdı" (Çincə) -(Putonghua-mandarincə). CCTP - Central Compilation & Translation Press, Beijing, 2009.

Hamlet İsaxanlı - Tərcüməçi

Hamlet İsaxanlının çoxtərəfli yaradıcılığında tərcümə işi də mühüm yer tutur. Xüsusi halda, o V.A. Jukovskiy, F. Baratınskiy, F. İ. Tyutçev, A.Fet, S. Yesenin, N.S. Qumilev, A. Axmatova, A. Axundova, G.Gordon Byron, W.Bleyk, R. Herrik və G. De Nerval kimi məşhur rus, ingilis və fransız şairlərinin şeirlərini orijinaldan Azərbaycan türkcəsinə çevirmişdir. Azərbaycan tərcüməçilərinin ingilis, rus və fransız dillərindən Azərbaycancaya və Azərbaycancadan ingilis və rus dillərinə etdikləri poetik tərcümələr Hamlet İsaxanlının redaktorluğu (və müəllifliyi) ilə aşağıdakı kitabda işıq üzü görmüşdür:

  • "Poetik Tərcümələr. 1-ci toplu". Xəzər Universitəsi Nəşriyyatı, Bakı, 2005.

 

Poeziya və musiqi

Hamlet İsaxanlı poeziyası musiqi ilə dolu, ürəyəyatan, könülləri ehtizaza gətirəndir. Bu səbəbdən onun yaradıcılığı Azərbaycan bəstəkarları nın diqqətini cəlb edib. Çoxsaylı lirik şeir və poemaları əsasında gözəl mahnılar yazılmış və musiqili tamaşalar hazırlanmışdır. Şairin “Xəzər Universitəm” şeirinə görkəmli bəstəkarlar, xalq artistləri Ramiz Mustafayev və Vasif Adıgözəlov musiqi-himn yazmış, Ramiz Mustafayev «Xəzərimin sorağında» şeirinə mahnı-tələbə valsı bəstələmişdir. Vagif Gərayzadə «Hicran», Lütfiyar İmanov “Yaşamağa nə var ki?!”, Nailə İsayeva «Səni sevdim çox sadəcə», «Gözəldir», «Lalə», «İnciçiçəyi», «Külək və qız», «Tək qalmaq istəyirəm», «Tez gəlin», «Dünyam» şeirlərinə , Elza Seyidcahan «Baş açmadım bu dünyadan» və «Bakı» şeirlərinə , Cahangir Zülfüqarov «Görüş yerimiz», Dilarə Qulamova «Qədim sual», «Möcüzə gecə», «Uşaqlıqda qalan buludlar» və digər şeirlərinə, həmçinin şairin fəlsəfi şeirlər silsiləsi əsasında qurulmuş “Ömür yolu bircə andır” adlı tamaşaya könülaçan musiqi bəstələyiblər. Hamlet İsaxanlının “Ziyarət” poemasına bütövlükdə musiqi bəstələyən Cavanşir Quliyev şairin on bir şeirini də mahnıya çevirmişdir. Bu və başqa mahnılar və musiqili tamaşalar Brilliant Dadaşova, Lütfiyar İmanov, Flora Kərimova, İlqar Muradov, Rəşidə Behbudova, Aygün Bəylər, Manana Caparidze, Elza Seyidcahan, Samir Cəfərov, Fədayə Laçın, Azərbaycan Dövlət simfonik orkestri və xoru, “Savalan”, «Şaron» və “Kristal” qrupları və b. tərəfindən ustalıqla ifa olunmuş, olunur, dinləyici və tamaşaçıların ürəyini oxşayır. Arif Babayev, Alim Qasımov, Nəzakət Teymurova, Zabit Nəbizadə kimi muğam ustaları da Hamlet İsaxanlı yaradıcılığına müraciət etmişlər.

 

Hamlet Isaxanlı - Yazıçı və Publisist

Hamlet İsaxanlının bədii-publisistik yaradıcılığı zəngin və çoxşaxəlidir. Onun “Xəzərin sorağında” əsəri sənədli povest janrına aid edilə bilər. Bu əsər həm Azərbaycan daxilində, həm də beynəlxalq aləmdə çox tanındı və oxundu. Maraqlı nəql-yazı üslubu, yeni ali məktəbin yaradılması dövrünə xas olan siyasi və mədəni mühitin, şəxsi və psixoloji məqamların orijinal təsviri, hadisələrin və dövrün sənədləşdirilmiş təhlili bu kitabın dəyər-qiymətini çox artırır. Kitabın girişində müəllif qeyd edir – “Xəzər universitəsinin yaradılması və inkişafı ilə bağlı gerçəklər xatirimdə silinməz izlər buraxmışdır. Hadisələri düşüncəmin süzgəcindən keçirərək olduğu kimi tam səmimiyyətlə oxuculara çatdırmaq iddiasındayam”.

Ədəbiyyat və mədəniyyət tarixinə, görkəmli şəxsiyyətlərə, çağdaş problemlərə həsr olunmuş bir sıra ədəbi etüdlərin, esselərin müəllifidir.

Hamlet İsaxanlı - Dilçi və Ədəbiyyatşünas

Hamlet İsaxanlı dil və ədəbiyyat, tərcümə nəzəriyyəsi və tarixi, mədəniyyət tarixi üzrə tədqiqat aparan və sanballı əsərlər yazan elm və sənət adamıdır, çoxsaylı məqalə, monoqrafiya və dərsliklərin müəllifidir.

Hamlet İsaxanlı 6 cildli “Xəzər İngiliscə-Azərbaycanca Böyük Lüğət”in (Khazar English-Azerbaijani Comprehensive Dictionary, in 6 volumes) müəlliflərindən biri və həmredaktorudur (professor Tofiq Abasquliyevlə birlikdə). Lüğətin ilkin tərtibatı başa çatdırılmış, üç cildi çap olunmuş, digərləri çapa hazırlanmaqdadır (redaktə və korrektura mərhələsindədir). Bu lüğət, heç şübhəsiz, Azərbaycanın müstəqillik dövrü elmi və mədəniyyətinin ən böyük uğurlarından biridir.

Hamlet İsaxanlının iki həmkarı (Elza İsmayılova və Firəngiz Nəsirova) ilə bərabər yazdığı və ünsiyyət metoduna söykənən «Xaricilər üçün Azərbaycan dili» dərsliyi əcnəbilərin və müəllimlərin çox müraciət etdikləri bir vəsaitdir. Bu kitab onun və tələbələrinin ikinci dilin öyrədilməsi məsələsi ətrafında apardıqları tədqiqatları və praktik fəaliyyəti nəzərdə tutaraq yazılmışdır.

Hamlet İsaxanlının tərcümə məsələləri ilə bağlı tədqiqatları çox maraqlıdır. “Poetik tərcümə. Məhdud çərçivələr içində xoş ahəng və gözəllik axtarışı” adlı irihəcmli məqaləsi geniş tərcümə fəaliyyətinin həlledici rol oynadığı Şərq-Qərb ünsiyyətinin tarixinə və təhlilinə həsr olunmuşdur. Azərbaycan türkcəsinə və Azərbaycan türkcəsindən tərcümələri, o cümlədən poetik tərcümə problemlərini işıqlandıran bu əsər yaradıcı (bədii) tərcümə ilə məşğul olanlar üçün, mütəxəssislərdən birinin qeyd etdiyi kimi, “əvəzedilməzdir, stolüstü kitabdır, istinad qaynağıdır”.

Ömər Xəyyamın Azərbaycan türkcəsinə və ingiliscəyə tərcüməsi haqqında yazıları da mütəxəssislər və oxucuların diqqətini cəlb etdi.

Hamlet İsaxanlı öz yazılarında həmçinin poeziya və fəlsəfə, poeziya və sevgi, ədəbiyyat və milli kimlik, ədəbiyyat və ideologiya, mətbuat tarixi və digər problemləri də araşdırır.

Hamlet İsaxanlı-İctimai və siyasi elmlər üzrə tədqiqatçı

Hamlet İsaxanlı-Təhsil siyasəti, təhsil nəzəriyyəsi və tarixi üzrə mütəxəssis

Hamlet İsaxanlı təhsilin çox müxtəlif məsələləri, o cümlədən təhsil siyasəti, təhsil nəzəriyyəsi, təhsilin tarixi və fəlsəfəsi sahələrində fəaliyyət göstərən ən nüfuzlu alim və ictimai xadimlər sırasındadır. Onun “On Education System in Transition Economy. A View From Azerbaijan” (“Keçid iqtisadiyyatındakı təhsil sistemi. Azərbaycandan baxış”) və “Müasir dünyada ali təhsil sistemində nələr baş verir” və “2008-2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı” necə olsa yaxşıdır?” adlı kitabları, orta əsrlər təhsil tarixi və fəlsəfəsi üzrə tədqiqatları və çoxsaylı məqalələri, hesabatları, qəzet, radio və televiziya müsahibələri bir qayda olaraq mütəxəssislərin, qərarverənlərin və ümumiyyətlə, ictimaiyyətin diqqət mərkəzindədir.

Qərb ölkələrində tək elmi-tədqiqatla deyil, elm və təhsilin təşkili ilə, Qərb təhsil ocaqlarının müxtəlif cəhətləri ilə də ciddi maraqlanan Hamlet İsaxanlı 1980-ci illərin ortalarından Sovet, xüsusi halda Azərbaycan ali təhsil sisteminin böhran keçirdiyini, onun məna və səbəblərini izah etməyə, geniş ictimaiyyətə çatdırmağa çalışdı. O, Azərbaycan və rusdilli qəzetlərdə təhsil sisteminin dərin islahatlara ehtiyacı olduğunu, eləcə də böhrandan çıxmaq və işlahatların hansı istiqamətdə getməsi yollarını göstərən məqalələr yazdı, radio və televiziyada çıxışlar etdi.

Siyasi və iqtisadi böhran içində qovrulan, müharibə şəraitində olan ölkədə yeni ideyalar yaranır və həyata keçirilirdi! Bu işdə çox mühüm rol oynayanlardan biri də Hamlet İsaxanlı oldu.

Hamlet İsaxanlı bütöv təhsil sistemində addım-addım islahat aparılmasının vacibliyini qeyd etməklə bərabər, yeni dünyaya, sürətlə dəyişməkdə olan, qloballaşan dünyaya uyğun yeni növ ali məktəblərin qurulmasının vacibliyini önə çəkdi. O, yeni yaradılacaq ali məktəblərin ən mühüm göstəricilərini işləyib hazırladı: təhsil plan-proqramları, idarəetmə, keyfiyyətli tədris və tədqiqat, universitet-sənaye-iş dünyası münasibətləri, bilik iqtisadiyyatı və innovasiya, kredit vahidi yığma və interaktiv tədrisə əsaslanan tələbə mərkəzli təhsil sistemi, bakalavr, magistr və doktor (PhD) dərəcələri verən proqramlar və s. Bu məsələlərin nəzəri çərçivələrinin müəyyən edilməsində və həyata keçirilməsində o, dünyada ali təhsilin lideri olan Birləşmiş Ştatlar təcrübəsindən bəhrələnməni düzgün saydı. Təhsil sahəsində aparılacaq ciddi islahatların cəmiyyətin fəallaşması və demokratikləşməsi yolunda da mühüm rol oynayacağını qeyd etdi.

Xəzər Universiteti (təsis və prinsiplər)

Azərbaycanda təhsil islahatı aparılması yolları üzərində düşünməyə və yazmağa davam edən Hamlet İsaxanlı bu işdə əməli surətdə də ciddi iştirak etdi, tamamilə yeni tipli ali məktəb yaratmaq qərarına gəldi. 1990-cı ilin payızında başlanan bu fəaliyyət nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabineti nin 1990-cı il 20 dekabr tarixli sərəncamı ilə hazırlıq işləri aparıldı və 1991-ci il 18 mart tarixli qərarla Xəzər Universiteti (o zamankı adı ilə “İngilisdilli Azərbaycan Universiteti”) yaradıldı.

(Yəni belə bir ali məktəbin yaradılması haqqında kağız üzərində qərar verildi, onun doğrudan da yaradılması isə Hamlet İsaxanlının ağlasığmaz dərəcədə gərgin əməyinin nəticəsi olacaqdı; bu hadisələri o, bir qədər sonra qələmə aldığı "Xəzərin sorağında" adlı əsərində ustalıqla təsvir etdi).

19 tələbə və 7 müəllimlə fəaliyyətə başlayan Xəzər Universiteti Azərbaycanın ilk özəl ali məktəbi olmaqla yanaşı keçmiş Sovetlərdə də rəsmən yaradılmış ilk özəl ali məktəblərdən biri idi.

Hamlet İsaxanlı bir mühüm fikri vurğuladı, dürüst ifadə etdi: korrupsiyanın çox geniş yayıldığı, o cümlədən təhsil sisteminin canına daraşdığı bir ölkədə çox ciddi, çox təmiz işləyən və keyfiyyətli təhsil verən ali məktəbin qurulması həyati vacibdir və mümkün işdir. O, öz get-gedə artan və güclənən fəaliyyəti ilə keçid iqtisadiyyatına malik ölkələrin təhsil sistemi sahəsində həm nəzəri məsələlərdə, həm quruculuq işlərində bir lider olaraq tanındı. Hamlet İsaxanlının yaratdığı təhsil ocağında onun bilavasitə rəhbərliyi ilə tədris proqram-planları Qərb standartlarına uyğunlaşdırıldı, tədris modeli olaraq tələbənin fərdi yolla inkişafını təmin edən “tələbə mərkəzli” çevik kredit yığma metodu seçildi, müasir idarəetmə üsulları tətbiq edildi, çox geniş və səmərəli beynəlxalq əlaqələr quruldu, ən səviyyəli yerli və xarici mütəxəssislər işə cəlb edildi. "Tapşırıq"-rüşvət virusunun əmələ gəlməməsi üçün böyük iş aparıldı, ümumiyyətlə, ciddi və keyfiyyətli təhsil bu universitetin həyat prinsipinə çevrildi. Nəticədə Xəzər Universiteti tezliklə Azərbaycanda və geniş Postsovet-Yaxın Şərq məkanında ən yaxşı ali məktəblərdən birinə çevrildi.

Hamlet İsaxanlı ingiliscəni Xəzər universitetində əsas tədris dili elan etdi. Bu qərar tələbə və müəllimlərin Qərb ölkələrində nəşr olunmuş kitab və digər tədris-tədqiqat materiallarından istifadə etməsinə, tələbə mübadiləsi proqramlarının inkişafına və xarici professorların dəvət edilməsi və səmərəli işinin təşkilinə zəmin yaratdı.

Ümumiyyətlə, ətalətdən qurtarmaq, yeni düşüncəyə yol açmaq üçün də bu ingilisdilli təhsil güclü amil və vasitə oldu. Hamlet İsaxanlı eyni zamanda Qərb dəyərlər məcmusunun "mədəni imperializm" deyilən təzyiqinə qarşı milli mədəniyyətin öyrənilməsi və inkişafı məsələsini də hərtərəfli təhlil etdi və bu ideyanı Xəzər universitetində uğurla həyata keçirməyə başladı.

Azərbaycan ali təhsilində ikipilləli bakalavr-magistr sisteminin bərqərar olmasında, PhD deyilən üçüncü mərhələ tədqiqat-yüksək təhsil dərəcəsinin anlaşılmasında, biliyin müasir qiymətləndirilməsi üsullarının hazırlanması və tətbiqində Hamlet İsaxanlının yazıları, bu istiqamətdə arasıkəsilməz fəaliyyəti və Xəzər Universitetinin təcrübəsi mühüm rol oynadı. 1990-96-cı illərdə öz yenilikçi çalışmaları ilə Hamlet İsaxanlı sonralar Bologna (Bolonya) Prosesi adlanacaq Avropa Ali Təhsil Məkanının (European Higher Education Area) yaradılması ideyasını da qabaqladı. O, Azərbaycanın 2005-ci ildə bu prosesə qoşulmasını hazırlayan əsas şəxslərdən biri oldu.

Dünya məktəbi

1998-ci ildə Hamlet İsaxanlı Xəzər Universiteti nəzdində Dünya məktəbi ni yaratdı. Üç yaşdan başlayaraq orta məktəbi bitirənə qədər uşaq və gənclərin təlim-təhsil-tərbiyəsi ilə məşğul olan bu məktəb (+ uşaq bağçası) ciddi uğurlar qazanmış, ölkədə çox sevilən, arzu olunan təhsil ocağı kimi tanınmışdır.

Azərbaycan təhsil ənənələrini nəzərə almaqla yaxşı dünya təcrübəsini də mənimsəyən Dünya məktəbində azərbaycan dili birinci, ingilis dili ikinci dildir.

Dünya məktəbi 2009 - cu il yanvarın 16 - da beynəlxalq status aldı! Dünya məktəbi öz yüksək standartlarını beynəlxalq aləmdə də təsdiq edərək Beynəlxalq Bakalavr Təşkilatı (İnternational Baccalaurate Organization) - IBO - nun akkreditasiyasını keçdi və Dünya İB məktəbi (IB World School) adını aldı. Son iki -10 və 11-ci siniflərdə dərslər İB proqramına əsaında ingiliscə keçiləcək (Azərbaycan dili və ədəbiyyatı istisna olmaqla) və məktəbi bitirənlər beynəlxalq İB diplomu (+ Azərbaycan orta təhsil attestatı) alacaqlar; dünyanın minlərlə qabaqcıl universitetləri bu diplom sahiblərini birbaşa qəbul edir və ya onlara üstünlük verirlər.

2009-ci il yanvar tarixinə qədər dünyada cəmi 1878 məktəb İB diplomu verə bilir (Keçmiş Sovet ölkələrində İB diplomu verən cəmi 22 məktəb mövcuddur), onlardan biri də Xəzər Universiteti Dünya məktəbidir.

Bu müasir və orijinal məktəbi qurmaqla Hamlet İsaxanlı tək ali təhsil sahəsində deyil, orta təhsil sistemində də beynəlxalq yarışa girə bilən təhsil ocağı modelini formalaşdırdı. O, ən kiçik yaşdan doktor və professor olana qədər bir təhsil şəbəkəsi qurmaqla ömürboyu təhsil düşüncəsini də həyata keçirir.

Hamlet İsaxanlı - Pedaqoq və elmi rəhbər

Hamlet İsaxanlı öz alimliyi, geniş yaradıcılığı və liderliyi ilə insan potensialının açılması və inkişafı sahəsində də xeyli iş görmüşdür. O, elm və təhsil təşkilatçısı kimi çox böyük sayda gəncləri, alim və müəllimləri inkişaf etmiş ölkələrdə uyğun olaraq təhsil almaq, tədqiqat aparmaq və təcrübə keçmək üçün göndərməyə müvəffəq olmuşdur. Bununla yanaşı, o, yüksək ixtisaslı mütəxəssislər yetişdirmək işinə şəxsi töhfəsini də vermiş və verməkdədir. Hamlet İsaxanlı Azərbaycanda (Bakı Dövlət universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət İqtisad universiteti, Xəzər universiteti,...) və keçmiş Sovet İttifaqı nda, Avropa və Amerika da, Yaxın Şərq və Uzaq Şərq də,...doktorantura, magistratura və bakalavrlıq pillələrində dərs demiş, elmi araşdırmalar aparılmasına kömək etmişdir.

1. Riyaziyyat və onun tətbiqləri üzrə tədris etdiyi fənnlər:

Xətti cəbr və analitik həndəsə, Riyazi analiz, Ali cəbr, Diferensial tənliklər, Funksional analiz, İnteqrallama nəzəriyyəsi və funksional fəzalar, Kompleks analiz, Topoloji fəzalar, Banax cəbrləri, Operatorlar nəzəriyyəsi, Operatorların spektral nəzəriyyəsi, Çoxparametrli spektral nəzəriyyə, Tenzor hasillər (cəbri və funksional), Ədədi oblastlar nəzəriyyəsi, Əməliyyatlar nəzəriyyəsi, Kvant mexanikasının əsasları.

2. İntellektual və mədəniyyət tarixi üzrə:

Elmi kəşflər tarixi, Təhsil tarixi, Mədəniyyət tarixi, Türklər və Azərbaycan (zəka və mədəniyyət tarixi).

3. Ədəbiyyat üzrə:

Azərbaycan ədəbiyyatının əsasları, Ədəbiyyat və milli kimlik, Şeir sənəti, Poetik tərcümə (tarix, nəzəriyyə və praktika), Fəlsəfə və poeziya.

Hamlet İsaxanlı elmi-tədqiqat işi aparan tələbələrinə qarşı qayğıkeş elmi rəhbərdir, onların dünyagörüşünü və sezgi-intuisiya gücünü artırmağa, ağır zəhmət çəkə bilənləri elmi tədqiqatın ön xəttinə aparmağa çalışır. Onun rəhbərliyi altında elmi iş görən və dissertasiya müdafiə etmiş olanlar indi ABŞ, Avropa, Rusiya, İsrail, Türkiyə, İran və başqa ölkələrdə çalışmaqdadırlar.

Filmoqrafiya

Nüfuz, ad və təltiflər

1965: Qızıl medal - Orta məktəb məzunu, Gürcüstan

1970: Fərqlənmə diplomu, mexanika-riyaziyyat fakultəsi, Azərbaycan Dövlət Universiteti

1973: Fizika-riyaziyyat еlmləri namizədi -alimlik dərəcəsi, Lomonosov Moskva Dövlət Universiteti, Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu

1973 - 1988: Azərbaycan Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutnun baş elmi işçisi, tədqiqat qrupu rəhbəri

1975 - 1976: Lomonosov Moskva Dövlət Universiteti, Funksional analiz və funksiyalar nəzəriyyəsi kafedrasında tədqiqatçı

1976-dan başlayaraq: Elmi məqalələri SSRİ Elmlər Akademiyası Rəyasət Heyəti tərəfindən ən sanballı elmi işlər siyahisinə daxil edilmişdir

1979 - 1981: Azərbaycan Dövlət Universiteti, dosent

1979-cu ildən bu vaxta qədər: Amerika, Avropa və Asiya da çoxsaylı universitet və tədqiqat mərkəzlərinin dəvətli professoru, çoxsaylı beynəlxalq layihələrin rəhbəri, beynəlxalq конфрансларын təşkilatçısı

1983: Fizika-riyaziyyat elmləri doktoru, SSRİ Elmlər akademiyasının V.A. Steklov Riyaziyyat İnstitutu, Moskva

1988 - 1990: Leninqrad Maliyyə və İqtisad Universiteti Bakı filialında Riyaziyyat kafedrasının müdiri

1991: Xəzər Universitetinin təsisçisi

1991-dən bu vaxta qədər: Xəzər Universitetinin rektoru

1994: Yusif Məmmədəliyev mükafatı laureatı - Elm və təhsil sahəsindəki xidmətlərinə görə

1995-ci ildən bu vaxta qədər: “Аzərbaycan Araşdırmalar Jurnalı" (Journal of Azerbaijani studies), "Xəzər Riyaziyyat Jurnalı"з (Khazar Journal of Mathematics) elmi jurnallarının və "XəzərXəbər" (Khazar View)ədəbi-publisistik dərgisinin redaktoru, "Azərbaycan Arxeologiyası" jurnalının təsisçisi

1996 - bu vaxta qədər: Azərbaycan universitetləri rektorlar şurasının həmsədri

1997: Xəzər Universitəsi İdman klubunun təsisçisi (super liqada futbol klubu -1999-2004, super liqada basketbol klubu -1999-bu günə qədər, şahmat klubu - 2005, Kunq-Fu klubu - 2009)

1997 – 1999: Avrasiya (Eurasia Foundation) Qafqaz fondu, idarə heyətinin üzvü

1998 - 2002: Açıq Cəmiyyət İnstitutu - Azərbaycan, idarə heyətinin üzvü

2000 – 2007: Azərbaycan Futbol federasiyaları Assosiyasiyası, İcraiyyə Komitəsinin üzvü

2001- bu vaxta qədər: Özəl universitetlər Assosiasiyasının prezidenti

2001: Beynəlxalq Elmlər Akademiyası - Elmi Tərəqqi üzrə Beynəlxalq Şura, həqiqi üzv

2004: "Qızıl Qələm" mükafatçısı - Poeziya və bədii-publisistik yazı sahəsindəki uğurlarına görə

2005: Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyası, həqiqi üzv

2005 – “Səməd Vurğun” mükafatı laureatı - Maarifçilik, milli elmimizin tərəqqisi, Azərbaycan ədəbiyyatı və mədəniyyəti qarşısında xidmətlərinə görə

2005 – Azərbaycan Respublikası Prezidenti yanında Təhsil Komissiyası, üzv

2008 – Fəxri doktor. Avrouniversitet (Tallinn, Estoniya)

Haqqında

Hamlet İsaxanlının həyat və fəaliyyəti müxtəlif müəlliflər tərəfindən yazılmış elmi, bədii və publisistik yazılarda, məqalə və kitablarda, sənət əsərlərində öz geniş əksini tapmışdır.

Fuad Tanrıverdiyevin 1997-cu ildə nəşr olunmuş «Hamlet İsaxanlı: alim və qurucu ömrü» kitabında alimin həyat və fəaliyyəti hərtərəfli araşdırılmışdır. Knyaz Aslan və Vahid Ömərlinin 2005-ci ildə azərbaycan və rus dillərində dərc olunmuş “Bu dünyaya nə gətirdim?” kitabında Hamlet İsaxanlının elmi və bədii-publisistik yaradıcılığının, ictimai fəaliyyətinin və təşkilati işlərinin qısa təsviri ilə yanaşı, müxtəlif ölkə və millətlərdən olan tanınmış elm, sənət və mədəniyyət xadimlərinin onun haqqında deyilmiş fikirləri də verilmişdir. Bunlarla yanaşı Azərbaycanda, ABŞ, Kanada, Rusiya, Türkiyə, Gürcüstan, İran, Hindistan, Çin, Estoniya və başqa ölkələrdə alim, yazıçı, şair və jurnalistlər onun barəsində çoxsaylı məqalələr yazıb dərc etdirmişlər.

Bir çox monoqrafiya və elmi məqalələrdə, xüsusilə riyaziyyat, təhsil və humanitar sahələr üzrə tədqiqatlarda Hamlet İsaxanlının (İsayevin) əsərlərinə istinad edilmiş, bu əsərlərin bir qismi onun yaradıcılığına dayanaraq yazılmışdır. Qərbdə və Şərqdə, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə çoxsaylı radio və televiziya verilişlərinin, qəzet və jurnalların qonağı olmuş, müsahibələr vermişdir...

Şairlərdən Nəriman Həsənzadə, Hüseyn Kürdoğlu, Müzəffər Şükür, Şahin Fazil, Səadət Buta və başqaları Hamlet İsaxanlı şəxsiyyətinə xüsusi şeirlər həsr etmişlər. Onun bədii yaradıcılığı haqqında Azərbaycanda Camal Mustafayev, Manaf Süleymanov, Mövlud Süleymanlı, Mirabbas Qasımov, Vidadi Babanlı, Nəriman Həsənzadə, Zəlimxan Yaqub, Kamran Nəzirli, Xəlil Məcidoğlu, Aydın Xan və digər müəlliflər, Türkiyədə Mətin Turan, Çində Van Dzen Bo, Rusiyada Lyudmila Lavrova, İran, Gürcüstan və digər ölkələrdə müxtəlif elm və sənət adamları dəyərli fikirlər söyləmiş, məqalələr yazıb dərc etdirmişlər.

Bunlarla yanaşı rəssamlıq, xalçaçılıq və mozaikaya dair sənət nümunələrində Hamlet İsaxanlının obrazı yaradılmışdır.

 

Category: NƏRİMAN QƏHRƏMANLININ MƏQALƏLƏRİ | Added by: Nariman_Qahramanli (2009-07-09) | Author: NƏRİMAN QƏHRƏMANLI E W
Views: 654
Total comments: 0
Only registered users can add comments.
[ QEYDİYYAT | Login ]
AXTAR

***





GOOGLE DA AXTAR
SAYTDA AXTAR

Free Image Hosting


F O R U M
  • ABŞ-IN ŞTATLARI (14)

  • A.DÜMA, O.BALZAK, V.HÜQO VƏ S. (11)

  • HİKMƏTLİ SÖZLƏR (10)

  • SƏDİ, Ə.FİRDOVSİ, Ö.XƏYYAM VƏ S. (8)

  • R.N.GÜNTƏKİN, N.HİKMƏT, O.PAMUK VƏ S. (7)

  • HÖTE, ŞİLLER, BÖLL VƏ S. (7)

  • PUŞKİN, TOLSTOY, DOSTOYEVSKİ, ŞOLOXOV VƏ S. (7)

  • AZƏRBAYCANIN SU ANBARLARI (7)

  • ÇÖRÇİL, ŞEKSPİR, KLARK VƏ S (6)

  • N.TUSİ, BƏHMƏNYAR, A.HACIYEV ... (5)

  • DEKART, PASKAL,PUANKARE,LANQRANJ VƏ AMPER (4)

  • Z.BÜNYADOV, Y.MAHMUDOV,ORUC BƏY BAYAT .... (3)

  • DASTAN (3)

  • MOBİL TELEFONLAR ÜÇÜN LAZIMILI KODLAR. (2)

  • İ.NYUTON, Ç.BEBBİC, A.TURİNQ (2)


  • KONVERTER


    STATİSTİKA

    YENİ ÜZVLƏRİMİZ
  • dxemnynp12   (dxemnynp12)

  • StevenPr   (StevenPr)

  • fixmeboybws   (fixmeboybws)

  • LolaHax77   (LolaHax77)

  • cxhawndk09   (cxhawndk09)


  • SON ŞƏRHLƏR

    Black::unsure:( THANKS)



    :menim e-mailime hec gondermeyin bunlarin hamisini bilirem


    SAYT KATALOQU
    www.designerlady.blogcu.com

    Hemise bir gel

    www.NERIMAN.tk

    www.onlinepara-kazan.com

    Dahi trening mərkəzi

    GENCLIK ILLERINE XOW GELMISINIZ

    BƏRDƏ (rəsmi saytı)

    CELT Colleges

    BDU


    SAYTINI ƏLAVƏ ET!

    SON ELANLAR
    Yay kompaniyası Şahmat hazırlığı

    AE AZER MMC

    ID plastic kart. Cap isler.

    BMW 320 satılır

    Turniket, slaqbaum, domofon, alarm, siqnalizasiya, tehlukesizlik kameralari, nezaret sistemleri, biometrika.


    YENİ ELAN VER!

    ADMİN
    Nariman Qahramanli


    BY QƏHRƏMANLI NƏRİMAN 2017. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...