ÇƏRŞƏNBƏ, 2017-12-13, 0:54 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ MƏQALƏLƏR
M E N Y U

DİGƏR BÖLMƏLƏR

F O R U M

ÜMUMİ MƏQALƏLƏR
MARS PLANETI AZƏRBAYCANDA GÖRÜNDÜ (2)

İLHAM ƏLİYEVİN NƏVƏLƏRİ İLK DƏFƏ İCTİMAİ TƏDBİRDƏ GÖRÜNÜB (0)

İNTERNETDƏ YENİ TƏHLÜKƏ (0)

PORT BAKU RESİDENCE ... (2)

QƏBIRDƏ DURUB OTURAN ŞƏXS SONRA YENIDƏN ÖLÜB (2)

'DÜNYANIN ƏN ÇIRKIN ITI' (0)

MÜBARIZ İBRAHIMOV - DOĞUŞDAN ÖLÜMƏ QƏDƏR... (0)

MÜBARİZ İBRAHİMOVUN SON MƏKTUBU (0)

ƏN BÖYÜK DİNOZAVR QƏBİRİSTANLIĞI TAPILIB (0)

GÖZƏGÖRÜNMƏZLİK ARTIQ REALLAŞIR (0)

"ŞREK" BALIĞI (0)

TƏBİƏTİN MÖCÜZƏSİ (2)

İNANILMAZ BİR TƏSADÜF! (2)

DÜNYANIN YEGANƏ ÜSTÜ-ÖRTÜLÜ AQUA-PARKI! (1)

YEMIŞIN ÜSTÜNDƏ “LA İLAHƏ İLLƏLAH” YAZILIB (2)


SON XƏBƏRLƏR

ANA SƏHİFƏ » Articles » NƏRİMAN QƏHRƏMANLININ MƏQALƏLƏRİ

Aşıq yaradıcılığı

                                                 Aşıq yaradıcılığı

 

Aşıq yaradıcılığı - Azərbaycanda şifahi yaradıcılığın əsas qollarından biridir.

Dastanlar, nəğmələr, rəvayətlər nəsildən-nəsilə ötürülür və söyləyənin bacarığından, süjetin təfsilatını, rəngarəng poetik obrazları yaddaşına köçürmək qabiliyyətindən asılı olaraq dəyişikliyə məruz qalır. Şifahi yaradıcılığın qorunub saxlanmasında, onun bədii məziyyətlərinin zənginləşməsində xalqın mənəvi sərvətinin keşiyində duran xalq dastançılarının xidməti böyükdür.

Azərbaycanda qədim zamanlardan belə dastançılar-ozanlar mövcud olmuşlar. Onlar sonradan 16-17-ci əsrlərdən aşıq adlanmışlar.

Müasir Azərbaycan aşıqlarının əcdadları olan qədim ozanların həyatından, sevgisindən, qəhrəmanlığından bəhs edən ən qədim epik əsər 7-ci əsrə aid olan «Kitabı - Dədə Qorqud» dastanıdır. 1300 il bundan əvvəl dastançı Dədə Qorqud sülhə çağırır, şücaəti, dəyanəti və məhəbbəti vəsf edirdi.

Həm ozanlar, həm də aşıqlar eyni zamanda dastançı, nəğməkar və özlərini müşayiət edən çalğıçı idilər. Ozanların əsas musiqi aləti simli mizrablı qopuz idi. Rəvayətə görə, bu aləti Dədə Qorqud özü icad etmiş və bu alətdə gözəl çalmışdır. Müasir aşıqlar 8-11 simli sazdan istifadə edirlər. Bu alətdə onlar həmçinin gözəl rəqs havaları çalırlar.

Azərbaycanın peşəkar aşıqları iki qismə bölünür: ifaçı aşıqlar və şair aşıqlar. İfaçı aşıqlar poetik yaradıcılıqla məşğul olmurlar. Peşəkar dastançı kimi onlar folklorun xüsusiyyətinə dərindən bələddirlər. Fərdi qabiliyyətlərindən asılı olaraq onlar folklorun xüsusilə nəsr formalarında (dastan, rəvayət) müxtəlif dəyişikliklər edirlər.

Şair aşıqlar dastançı fəaliyyəti ilə yanaşı fərdi poetik yaradıcılıqla da məşğul olurlar. Belə fitri istedada malik, təkcə aşıq poeziyasına deyil, Azərbaycanın yazılı ədəbiyyatına da güclü təsir göstərmiş aşıqlardan Qurbanini (16 əsr), Aşıq Abbas Tufarqanlını (17 əsr), aşıq Valehi (18 əsr), aşıq Ələsgəri (1826-1926), Aşıq Hüseyn Bozalqanlını göstərmək olar. Bunlar ustad aşıqlardır. Hərəsi bir məktəb yaradan bu aşıqların şagirdləri də olmuşdur. Aşıq poeziyası xalq tərəfindən sevildiyi üçün ağızdan-ağıza verilirdi. Bu şifahi ənənə əsrlər boyu qorunub saxlanmışdı və yalnız 19-20 əsrlərdə aşıq poeziyası nümunələri intensiv toplanıb nəşr olunmağa başladı.

Aşıq yaradıcılığında əsas poetik ölçü heca vəznidir. Aşıq havalarının mətni, əsasən, bəndlərdən ibarət olur. Hər bəndin əvvəlində instrumental giriş olur.

Milli poeziyanın qoşma, müxəmməs, ustadnamə, qıfılbənd kimi janrları, həmçinin onların gəraylı, divani, təcnis kimi poetik şəkilləri aşıq yaradıcılığında geniş yayılmışdır.

Aşıq yaradıcılığında gözəlləmə lirik janrı geniş yayılmışdır. Burada qəhrəman, əsas surət vəsf olunur. Didaktik səciyyəli ustadnamələr də aşıq yaradıcılığında mühüm yer tutur.

Lakin əlbəttə ki, aşıq poeziyasının ən geniş janrı dastandır, xüsusilə onun epik-qəhrəmanlıq formaları. Dastanlarda vokal-instrumental hissələr poetik dialoqlarla növbələşir. 16-cı əsrin xalq qəhrəmanı, zülmkarlara və yadelli işğalçılara qarşı vuruşan igid Koroğlu haqqında dastan daha geniş yayılmışdır.

Qədimdə aşıqlar tək-tək və ya sazandalarla birlikdə səfərə çıxır, şəhər və kəndləri dolaşır, toylarda, el şənliklərində çıxış edirlər. Aşıqların repertuarına məhəbbət mövzusunda çoxlu lirik əsərlər daxil idi. Bunlar həm əsəri ifa edən aşığın özünə, digər aşıqlara məxsus ola bilərdi, çox vaxt isə xalq tərəfindən sevilən mahnılar idi. Aşıqların çıxışının əsas hissəsi epik rəvayətlərin, qəhrəmanlıq və romantik-məhəbbət dastanlarının söylənilməsi idi. Qəhrəmanlıq səciyyəli «Misri» havası çox vaxt aşıqların dəyişməsi zamanı ifa olunurdu və konkret mövzu ətrafında improvizə edilirdi.

İki, üç, bəzən də dörd aşığın iştirakı ilə keçirilən belə yarışmalar hər bir aşığın yaradıcılığında mühüm hadisə idi. Bu yarışmalar zamanı şerlər bədahətən deyilirdi. Aşıqlardan biri müəyyən mövzuda bir bənd deyirdi. İkinci bəndi deyən rəqib aşıq nəinki mövzuya riayət etməli, həm də, şerin ölçüsünü, qafiyəsini gözləməli idi. Yarışmanı daha da mürəkkəbləşdirmək üçün aşıqlar bir-birinə şer formasında tapmaca suallar verirdilər. Tempdən kənara çıxmış, şerin ölçüsünü pozmuş və ya tapmacaya cavab verə bilməmiş aşıq uduzmuş hesab olunur və ənənəyə görə, sazını qalib aşığa verməli idi.

Belə yarışmalarda aşığın nəinki mürəkkəb tapmaca demək bacarığı, həm də onun cavabını fövrən vermək ustalığı yüksək qiymətləndirilirdi.

Azərbaycan aşıq sənətində bir neçə məktəb mövcuddur. Hər bir məktəbə məxsus aşığın ifa tərzi bölgə xüsusiyyətləri ilə bağlıdır. Məsələn, Göycə, Gəncə, Kəlbəcər, Qazax, Tovuz, Borçalı, Şirvan və ya Salyan aşıqları fərdi üslub cəhətləri ilə bir-birindən fərqlənirlər. Onlar bu günədək yerli ənənələri qoruyub saxlayırlar. Peşəkar aşıqlar arasında tanınmış qadın aşıqlarda vardır: Aşıq Pəri (19 əsr), Aşıq Həmayıl (19 əsr), Aşıq Bəsti (1936-cı ildə vəfat etmişdir), Aşıq Dilşad (1912-ci ildə anadan olmuşdur) və başqaları. Aşıq Bəsti xüsusilə məşhur olmuşdur. O, Azərbaycanı qarış-qarış gəzmiş, bir çox aşıqlarla yarışmışdır. Onun çoxlu şagirdləri və ardıcılı olmuşdur.

Azərbaycan aşıqları bütün Qafqazda məşhur idilər. Bu gün də aşıqlara böyük ehtiram göstərilir. Tanınmış müasir aşıqlar A. Mikayılov, B. Qədirov, A. Rüstəmov, Ş. Hacıyev, P. Salahlı, P. Pənahov və başqaları aşıq poeziyası ənənələrini davam etdirirlər

 

 

 

. AŞIQLAR

A

  • Adıgözəl Veysəlli
  • Ağ Aşıq
  • Aşıq Abbas Tufarqanlı
  • Aşıq Abdulla
  • Aşıq Alı
  • Aşıq Aydın
  • Aşıq Bəsti
  • Aşıq Hüseyn Bozalqanlı
  • Aşıq Hüseyn Cavan
  • Aşıq Hüseyn Saraçlı
  • Aşıq Hüseyn Şəmkirli
  • Aşıq Kamandar
  • Aşıq Lələ
  • Aşıq Musa
  • Aşıq Mustafa

A (davam)

  • Aşıq Pənah
  • Aşıq Pəri
  • Aşıq Qasım
  • Aşıq Qoca
  • Aşıq Qərib
  • Aşıq Rəcəb
  • Aşıq Valeh
  • Aşıq Əhməd
  • Aşıq Ələsgər
  • Aşıq Əmrah

B

  • Bağban Məhəmməd

D

  • Dastan
  • Dirili Qurbani
  • Dirili Surxay
  • Dəllək Murad

F

  • Fatma

G

  • Gülşad

K

  • Kərəm Dədə

M

  • Mikayıl Azaflı
  • Mirzə Bəylər
  • Miskin Abdal
  • Molla Cümə
  • Mücrim Kərim Vardani

S

  • Sarı Aşıq

T

  • Tahir Mirzə
  • Telim xan

X

  • Xaltanlı Tağı
  • Xan Çoban
  • Xəstə Qasım

Y

  • Yetim Seyid
  • Yəhya Bəy Dilqəm

Z

  • Zeynəb Zərbəli qızı

Ş

  • Şair Məmməd Hüseyn

Ə

  • Ədalət Nəsibov

 

 

 

Category: NƏRİMAN QƏHRƏMANLININ MƏQALƏLƏRİ | Added by: Nariman_Qahramanli (2009-07-17) | Author: NƏRİMAN QƏHRƏMANLI E W
Views: 506
Total comments: 0
Only registered users can add comments.
[ QEYDİYYAT | Login ]
AXTAR

***





GOOGLE DA AXTAR
SAYTDA AXTAR

Free Image Hosting


F O R U M
  • ABŞ-IN ŞTATLARI (14)

  • A.DÜMA, O.BALZAK, V.HÜQO VƏ S. (11)

  • HİKMƏTLİ SÖZLƏR (10)

  • SƏDİ, Ə.FİRDOVSİ, Ö.XƏYYAM VƏ S. (8)

  • PUŞKİN, TOLSTOY, DOSTOYEVSKİ, ŞOLOXOV VƏ S. (7)

  • HÖTE, ŞİLLER, BÖLL VƏ S. (7)

  • R.N.GÜNTƏKİN, N.HİKMƏT, O.PAMUK VƏ S. (7)

  • AZƏRBAYCANIN SU ANBARLARI (7)

  • ÇÖRÇİL, ŞEKSPİR, KLARK VƏ S (6)

  • N.TUSİ, BƏHMƏNYAR, A.HACIYEV ... (5)

  • DEKART, PASKAL,PUANKARE,LANQRANJ VƏ AMPER (4)

  • Z.BÜNYADOV, Y.MAHMUDOV,ORUC BƏY BAYAT .... (3)

  • DASTAN (3)

  • DON KİXOT, BENAVANTE VƏ KAMİLO XOSE SELA (2)

  • İ.NYUTON, Ç.BEBBİC, A.TURİNQ (2)


  • KONVERTER


    STATİSTİKA

    YENİ ÜZVLƏRİMİZ
  • dxemnynp12   (dxemnynp12)

  • StevenPr   (StevenPr)

  • fixmeboybws   (fixmeboybws)

  • LolaHax77   (LolaHax77)

  • cxhawndk09   (cxhawndk09)


  • SON ŞƏRHLƏR

    Black::unsure:( THANKS)



    :menim e-mailime hec gondermeyin bunlarin hamisini bilirem


    SAYT KATALOQU
    www.designerlady.blogcu.com

    Hemise bir gel

    www.NERIMAN.tk

    www.onlinepara-kazan.com

    Dahi trening mərkəzi

    GENCLIK ILLERINE XOW GELMISINIZ

    BƏRDƏ (rəsmi saytı)

    CELT Colleges

    BDU


    SAYTINI ƏLAVƏ ET!

    SON ELANLAR
    Yay kompaniyası Şahmat hazırlığı

    AE AZER MMC

    ID plastic kart. Cap isler.

    BMW 320 satılır

    Turniket, slaqbaum, domofon, alarm, siqnalizasiya, tehlukesizlik kameralari, nezaret sistemleri, biometrika.


    YENİ ELAN VER!

    ADMİN
    Nariman Qahramanli


    BY QƏHRƏMANLI NƏRİMAN 2017. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...