İKINCI DÜNYA MÜHARIBƏSI VƏ HƏZİ ASLANOV - NƏRİMAN QƏHRƏMANLININ MƏQALƏLƏRİ - MƏQALƏLƏR - Universal site.
ŞƏNBƏ, 2016-12-10, 6:01 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ MƏQALƏLƏR
M E N Y U

DİGƏR BÖLMƏLƏR

F O R U M

ÜMUMİ MƏQALƏLƏR
MARS PLANETI AZƏRBAYCANDA GÖRÜNDÜ (2)

İLHAM ƏLİYEVİN NƏVƏLƏRİ İLK DƏFƏ İCTİMAİ TƏDBİRDƏ GÖRÜNÜB (0)

İNTERNETDƏ YENİ TƏHLÜKƏ (0)

PORT BAKU RESİDENCE ... (2)

QƏBIRDƏ DURUB OTURAN ŞƏXS SONRA YENIDƏN ÖLÜB (2)

'DÜNYANIN ƏN ÇIRKIN ITI' (0)

MÜBARIZ İBRAHIMOV - DOĞUŞDAN ÖLÜMƏ QƏDƏR... (0)

MÜBARİZ İBRAHİMOVUN SON MƏKTUBU (0)

ƏN BÖYÜK DİNOZAVR QƏBİRİSTANLIĞI TAPILIB (0)

GÖZƏGÖRÜNMƏZLİK ARTIQ REALLAŞIR (0)

"ŞREK" BALIĞI (0)

TƏBİƏTİN MÖCÜZƏSİ (2)

İNANILMAZ BİR TƏSADÜF! (2)

DÜNYANIN YEGANƏ ÜSTÜ-ÖRTÜLÜ AQUA-PARKI! (1)

YEMIŞIN ÜSTÜNDƏ “LA İLAHƏ İLLƏLAH” YAZILIB (2)


SON XƏBƏRLƏR

ANA SƏHİFƏ » Articles » NƏRİMAN QƏHRƏMANLININ MƏQALƏLƏRİ

İKINCI DÜNYA MÜHARIBƏSI VƏ HƏZİ ASLANOV

                              İKINCI DÜNYA MÜHARIBƏSI       

İkinci Dünya Müharibəsi 1939-cu il sentyabrın 1-də almanların Polşaya hücumu ilə başladı. Növbəti illərdə müharibə daha geniş miqyas alaraq, demək olar ki, bütün ölkə və kontinentləri əhatə etməyə başladı. 2 sentyabr 1945-ci il tarixində sona yetən müharibə özü ilə zülm, 10 milyonlarla insanın ölümünə səbəb oldu: döyüş meydanlarında, əsirlikdə, konslagerlərdə 27 milyon hərbi xidmətçinin həyatı sona yetmişdi. Bundan başqa müharibə 25 milyona yaxın dinc əhalinin həyatına qəsd eləmişdi. Bu müharibə dünya siyasətinin dönüm nöqtəsi oldu. Dünya arenasında qüvvələrin yeni paylaşması meydana çıxdı. Təkcə Almaniya Yaponiya yox, həmçinin koalisiyanın tərkibinə daxil olan İngiltərə və Fransa da öz beynəlxalq mahiyyətini itirdi. Müharibədən sonra avtoritet mövqeyini bərpa edən ABŞ dünyada aparıcı ölkələrin başında dururdu. Almaniya qarşı müttəfiq olan SSRİ və ABŞ müharibədən sonra 50 ilə qədər davam edən “Soyuq müharibə”yə başladılar. İkinci Dünya Müharibəsi milyonlarla Avropa yəhudisi üçün əsl faciəyə döndü. Belə ki, öz irqi üstünlük nəzəriyyəsini reallaşdıran almanlar 6 milyon yəhudinin həyatına son qoydular. İkinci dünya müharibəsinin xroniki ardıcıllıqda davam tarixi aşağıdakı kimidir: 1937 –ci il  7 iyul tarixində aqressiv yönələnmiş Yaponiyanın hakim qüvvələri müharibəyə təkan vermək məqsədilə Çin və Yaponiya arasında atışmalara başladırlar.

1938

  • 15 iyul-10 avqust --- Xasan gölü ərazisində Sovet-yapon silahlı qarşıdurması yarandı.

1939

  • 23 avqust ---Moskvada Almaniya və SSRİ arasında hücum etməmə haqqında saziş imzalandı. Məhz həmin bu saziş Almaniyanın Polşanı işğalını asanlaşdıran addım oldu.
  • 1 sentyabr--- Polşaya hücum olundu İkinci dünya müharibəsi başlandı.
  • 3 sentyabr ---İngiltərə və Fransa Almaniyaya müharibə elan elədilər.
  • 5 sentyabr ---ABŞ öz neytrallığını elan etdi.
  • 17 sentyabr ---Sovet qoşunları Polşaya daxil oldular.
  • 27 sentyabr ---Varşavanın kapitulyasiya olunması və almanların Polşaya yürüşünün başa çatması.
  • 12 oktyabr ---Almaniyadan Polşaya yəhudilərin köçürülməsi. Təhlükəsizlik polisinin əmrii ilə 2 həftə sonra yəhudilər fərqləndirmə nişanı kimi sarı ulduz taxmağa başladılar.
  • 8 noyabr--- Münxendə uğursuz sui-qəsd.
  • 30 noyabr ---SSRİ Finlandiyaya müharibə elan edir.

1940

  • 15 mart ---Sovet-fin müharibəsi sona yetir.
  • 9 aprel--- Alman qoşunları elan etmədən Danimarka və Norveçə soxuldular.
  • 10 aprel ---Sovet qoşunları tərəfindən pribaltika respublikalarının tutulması.
  • 22 iyun ---Fransanın kapitulyasiyasına dair akt imzalandı.
  • 13 avqust ---Alman aviasiyası Böyük Britaniyanı bombardman etməyə başladı.
  • 23 sentyabr ---İtaliya Şərqi Afrikaya yürüş etdi.
  • 27 sentyabr ---Almaniya, Yaponiya və İtaliya arasında Üçlük hərbi sazişi bağlanır.
  • 2 noyabr ---ABŞ prezidenti Franklin Ruzvelt bütün ölkələrə aqressorlarla mübarizədə kömək təklif elədi.
  • 20 noyabr Macarıstan “Üçlüyə” daxil olur.

1941

  • 1 mart Almaniya təzyiqi ilə Bolqariya da “Üçlüyə” daxil olur.
  • 6 aprel Alman hərbi qüvvələri Yuqoslaviya və Yunanıstana soxulur.
  • 9 aprel Britaniya aviasiyası Berlini bombardman edir.
  • 1 iyun İngiltərə ordusu Bağdada soxulur və Livan və Suriyaya hücum edir.
  • 16 iyun ---ABŞ hakimiyyəti öz ərazisində yerləşən bütün Almaniya səfirliklərinin bağlanmasını tələb edir.
  • 22 iyun--- Almaniya SSRİ-yə qarşı elan edilməmiş müharibəyə başlayır. Burda onun müttəfiqləri Rumıniya, Macarıstan, Slovakiya, İtaliya və Finlandiyadır.
  • 12 iyul--- Almaniya qarşı sovet-ingilis birliyinə dair saziş imzalanmışdır.
  • 11 sentyabr--- Amerika dəniz hərbi qüvvələri ABŞ su sərhədlərinə daxil olduqları halda Almaniya gəmilərinə hücum etmək əmrini alır.
  • 30 sentyabr ---Faşistlər Moskvaya hücuma başladılar.
  • 5 dekabr ---Sovet qoşunları Moskva ətrafındakı faşistlərə əks-hücum edərək, onları 250 kilometrədəkdək uzaqlaşdırmağa müvəffəq oldular. Böyük Britaniya  Finlandiya, Macarıstan və Rumıniyaya müharibə elan etdi.
  • 7 dekabr--- Yaponlar Amerikanın Havay adalarında yerləşən Prel Harbor hərbi dəniz limanına hücum edərək, elan edilməmiş müharibəyə başladılar.
  • 11 dekabr ---Çin Almaniya və İtaliyaya müharibə elan etdi.
  • 20 dekabr ---Hitler vətəndaşlarına müraciət edərək, könüllü olaraq, Şərq cəbhəsindəki qoşunlar üçün isti geyim təmin etməyi xahiş etdi.

1942

  • 1 yanvar Vaşinqtonda 26 ölkə “Üçlüy”ə daxil olan ölkələrlə heç bir sahədə əməkdaşlıq etməmək haqqında saziş imzalandı.
  • 20 yanvar Berlində “Vanzey konfransı”. Yüksək rütbəli faşist məmurları “yəhudi problemini kökündən həll etməy”ə dair müzakirələr apardılar.
  • 18 aprel ABŞ hava qüvvələri Tokionu havadan bombaladı.
  • 24 aprel Alman hava qüvvələri ingilis tarixi və mədəni obyektlərini hətta həmin obyektlərin hərbi məqsədi olmasa da bombalanması əmrini aldı.
  • 13 sentyabr Stalinqrad uğrunda döyüşlər başlandı.
  • 2 dekabr Çikaqoda yer üzündə ilk nüvə reaktoru fəaliyyətə başladı. Bu reaktorun yaradıcılarından biri də İtaliyadan emiqrasiya etmiş fizik Enriko Fermi idi.

1943

  • Kasablankada Ruzvelt və Çerçilin iştirakıyla konfrans açıldı. Amerika və İngiltərə birgə strateji fəaliyyət haqqında və Şimali Afrikada 2 iri miqyaslı operasiya haqqında razılığa gəldilər.
  • 31 yanvar- 2 fevral --- Stalinqrad döyüşü sona yetir.
  • 19 Aprel Varşavada 56 min yəhudi qətlə yetirilirdi
  • 13 mart Şimali Afrikada bütün alman-italyan qoşunları ingilislər tərəfindən hərtərəfli mühasirəyə alınaraq təslim edildi.
  • 5 iyul-23 avqust Kurskda vuruşmalar. Bu vuruşmalar sovet-alman qoşunlarının cəbhədəki vəziyyətini dəyişməsi yolunda həlledici oldu.
  • 10 iyun Sovet qoşunları Sisiliyadadır. İtaliya krali Viktor Emmanuel Mussolinin düşmənləri arasında əlaqə axtarır.
  • 24 iyul İngilis aviasiyası Hamburqu fosforlu bombalarla bombardman edir. Nəticə şəhərin yarısı darmadağın edilmiş, 30 min adamın həyatına son qoyulmuşdur.
  • 25 iyul Benito Mussolinin yaxalanması və tutulması. İtaliya kralı Viktor Emmanuel ölkədə yeni hakimiyyətin formalaşması uğrunda əhəmiyyətli addımlar atır. 28 iyulda İtaliyanın faşist diktaturasından azad olunması elan olunur.
  • 13 oktyabr İtaliya Almaniyaya müharibə elan etdi.
  • 28 noyabr İlk dəfə Stalin, Ruzvelt və Çerçilin birgə iştirak etdiyi Tehran konfransı başlayır.
  • 26 dekabr Ruzvelt və Çerçilin iştrak etdiyi Qahirə konfransı. Müttəfiqlərin Türkiyəni Almaniyaya müharibə elan etməsi barədə uğursuz təklifləri.

1944

  • 6 iyun Sovet qoşunları Normandiyaya daxil olur. İkinci frontun açılması.
  • 20 iyul Hitlerə qarşı təşkil olunmuş uğursuz sui-qəsd.
  • 1 avqust Varşavada general Tadeuş Borkaevskinin başçılığı altında faşist Almaniyasına qarşı üsyan başlayır. Hitler Varşavanın yerlə bir edilməsi haqqında əmr verir. Üsyançıların SSRİ və Böyük Britaniya tərəfindən dəstək haqqındakı ümidləri boşa çıxdı. Üsyanda 200 min polyak vəfat edir. 2 oktyabrda üsyan yatırıldı.
  • 25 avqust ---- Rumıniya Almaniyaya müharibə elan edir.
  • 19 sentyabr --- SSRİ və Finlandiya arasında müvəqqəti sülh sazişi imzalandı.
  • 21 oktyabr Amerika qoşunları ilk dəfə olaraq, iri alman şəhərlərindən biri olan Axeni aldılar.
  • 31 dekabr --- Macarıstandakı yeni hökumət Almaniyaya müharibə elan etdi.

1945

  • 27 yanvar --- Qızıl Ordu Osventsim konslagerini azad edir. Bu zaman orda 7 min əsir vardı. Osventsim fən böyük lagerlərdən biri olub faşist vəhşiliyinin simvolu idi. Bu lagerdə əsirlikdə olanların sayı bir milyon üç yüz milyondan çox idi. Onlardan doqquz yüz mini qaz kameralarında boğulmuş və güllələnmişdir. İki yüz mini isə aclıq və xəstəlikdən, vəhşi qaydalardan və müxtəlif ağlasığmaz tibbi ekspertlərdən vəfat etmişdir.
  • 4 fevral --- Stalin, Çerçil, Ruzveltin iştirakı ilə Yalta konfransının açılışı. Müttəfiqlər Yaponiyaya qarşı mübarizədə birlikdə olmaq haqqında razılığa gəldilər.
  • 13-14 fevral Drezdenə hava hücumları edilir. Həlak olanların dəqiq sayı olmasa da, 60-245 min arasında olduğu təxmin edilir.
  • 2 mart Amerika qoşunları Reynə gəlirlər.
  • 10 mart Tokyo Amerika tərəfindən bombardman edilir. 80 min nəfər həlak olmuşdur.
  • 12 aprel Franklin Ruzvelt vəfat edir. Prezidenti Harri Trumen əvəz edir.
  • 16 aprel Sovet qoşunları Berlin üzərinə yürüş edir. 25 aprel tarixində şəhər tamamilə mühasirəyə alınır.
  • 25 aprel Amerikan və Sovet qoşunları Torqau şəhərində, Elba yaxınlığında görüşürlər.
  • 28 aprel Benito Mussoliini partizanlar tərəfindən güllələnir.
  • 30 aprel --- Adolf Hitler intihar edir.
  • 8 may Berlin yaxınlığında, Karlsxortda imzalanan aktda Alman qoşunlarının zərərsizləşdirilməsi və fəaliyyətinin dayandırılması şərti etiraza baxılmadan irəli sürülmüşdür.
  • 9 may SSRİ Berlinə daxil olur və II Dünya Müharibəsinin qələbə ilə başa çatması.Faşizmin süqut etməsi.
  • 16 iyul ABŞ-da Nyu- Meksiko səhrasında dünyada ilk dəfə nüvə silahı təcrübə olunmuşdur.
  • 17 iyul--- Stalin, Trumen, Çerçilin iştirakı ilə keçirilən Potsdam konfransında Almaniyanın gələcək taleyi müzakirə olunur.
  • 6 avqust -- ABŞ Xirosimaya atom bombası atır. 100 mindən çox adam vəfat edir.
  • 8 avqust--- SSRİ Yaponiyaya müharibə elan edir.
  • 9 avqust --- ABŞ Naqasakiyə atom bombası atır. 36 mindən çox adamın həyatına son qoylur.
  • 14 avqust Yaponiya imperatoru Xiroxito kapitulyasiyanı qəbul etdiyini elan edir.
  • 2 sentyabr Tokioda Amerika gəmisi “Missuri”nin göyərtəsində Yaponiya nümayəndələri qoşunlarını şərtsiz geri çəkmək haqqında akt imzaladılar.
  • 14 noyabr Başlıca alman hərbi müqəssirlərin mühakimə olunması ilə əlaqədar Nyunberq prosesinin başlanması.

 

 

 

 

 

HƏZI ASLANOV                  

Həzi Əhəd oğlu Aslanov (1910 - 1945) - Azərbaycanın qəhrəman oğlu, 2 dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor.

Həyatı

Həzi Əhəd oğlu Aslanov 1910-cu il yanvarın 22- də Lənkəran şəhərində anadan olub. Ibtidai təhsilini şəhər 1 saylı orta məktabində alıb. 13 yaşında atasını itirən həzi kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb, Sonra o komsomol putyovkası ilə Zaqafqaziya hərbi hazırlıq məktabinə göndərilib. 1924-1930 illərdə Bakı və Leninqrad hərbi məktəblərində oxumuşdur. 1929–cu ildə oranı bitirdikdən sonra Leningrad suvari məktabinə daxil oldu. Iki illik təhsildən sora o Kotovsk adına III Bessarabiya süvari diviziyasında bzvod komandiri kimi fəaliyyətə başlayır. Hərb sənətinə möhkəm bağlanan həzi döyüş texnikası ilə yaxından maraqlanır, həm öyrəir həm də öyrədirdi.

Ikinci dünya müharibəsi zamanı

Ikinci dünya müharibəsi başlananda o Ukraynada xidmət edirdi. 1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə qeyri bərabər döyüşdə həzi özünü bacarıqli sərkərdə kimi göstərdi. O öz döyüşçüləri ilə Donbass ətrafında düşmənin şiddətli hücümlarünü düz beş ay dəf etdi, onu ağır tələfata uğratdı. 1941-ci ilin dekabrında Moskva ətrafında vuruşmalarda qəhrəmənlığına görə Qırmızı Ulduz ordeninə layiq görüldü. Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə Həzinin başçılığı ilə 55-ci tank briqadasının tankçıları düşmənə ağır zərbələr endirdilər. Aslanovun tankçıları vuruşa–vuruşa 40 km-dən artıq yol gedib Stalinqrad Salsk dəmir yolunu tutub almanları Stalinqrad qruplaşmasının əsas magistralından məhrum etdilər. Tanklar düşmənin xeyli qüvvəsini və texnikasını sıradan çıxardılar.

Aslanovun döyüşçüləri Kotelnikovo yaxınlığında gedən döyüşlərdə böyük şücaət göstərdilər. Düşmənin 30 əks-hücumu dəf etdilər, bir batalyon piyada qoşunu , 30 tankı 50 avtomobili sıradan çıxartdılar. Bu döyüşdə göstərdiyi şücaətə görə podpolkovnik H.Aslanov 1942 –ci il 22 dekabrda Sovet Ittifaqı Qəhrəmanı adına layiq görüldü. O daim öz hərbi biliyini artırmağa səy göstərirdi. 1943 cü il dekabrın 17-dən 1944-cü il aprelin 6-na kimi o Zirehli tank qoşunları Akademiyasının birillik təhsil proqramını 3 aya mənimsədi. Sonra o yenidən doğma 35-ci qvardiya tank briqadasına qayıtdı. 1944cü il 13 martda ona tank qoşunları general mayoru adı verildi. 1944-cü il iyunun axırlarında belorusiya və I Pribaltika cəbhəsinin qoşunları hücuma keçdilər. Belorusiyanın iri şəhər və dəmiryollarını azad etdikdən sonra Aslanovun tankları Vilnüsə hucumarı davam etdirdilər. Aslanovun briqadası iyunun24-dən iyulun 13-dək düşmənə ağür zərbələr endirdi. Bu döyüşdəki qələbəyə görə 35-ci qvardiya tank briqadası Qımızı bayraq ordeninə , general özü isə ikinci dərəcəli suvorov ordeninə layiq görüldü.

1944-cü il avqustun 1-də Aslanovun briqadası başqa ordu hissələri ilə birlikdə Yelqava şəhərini düşməndən təmizlədilər. O Volqadan başlamış Baltikədək bütün döyüşlərdə özünü bacarıqlı sərkərdə , fitri istedad sahibi kimi göstərmişdi. Təkcə 1944-cü ilin hücum döyüşləri dövründə 8dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür almışdır. Iki dəfə Qırmızı Ulduz, 3 dəfə Qırmızı bayraq , Aleksandr Nevski, Ikinci dərəcəli Suvorov Ordeni, 1 –ci dərəcəli Vətən Müharbəsi ordeni və saysız medallarla təltif edilmişdir.

Böyük Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edən kapitan Aslanov Moskva ətrafındakı vuruşmalarda (1941) göstərdiyi igidliyə görə və komandanlığın tapşırığını ləyaqətlə yerinə yetirdiyinə görə Həzi Aslanov Qırmızı Ulduz ordeni ilə təltif edilmişdir. Aslanovun 55-ci əlahiddə tank polku feldmarşal Manşteynin tank ordusunun darmadağın edilməsində xüsusi məharet göstərmişdir.

Həzi Aslanova Sovet İttifaqı Qəhrəmanı adı vermək haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanında yazılmışdır ki, cəbhə komandanlığının döyüş tapşırığının nümunəvi surətdə yerinə yetirdiyinə, bu işdə qəhrəmanlıq və şücaət göstərdiyinə, ona tabe olan hissələrə bacarıqla və mətanətlə komandanlıq etdiyinə görə Həzi Əhəd oğlu Aslanova Sovet İttifaqı Qəhrəmanı adı verilsin. Aslanovun polkuna isə qvardiya adı verilmişdir. Aslanovun polku Rostov, Taqanroq şəhərlərinin azad olunmasında və Kursk vuruşmasında fəal iştirak etmişdir. 1944 ildə Aslanovun 35-ci qvardiya tank briqadası Belorusiyanı, Pribaltika respublikalarını azad etmək uğrundakı vuruşmalarda xüsusilə fərqlənmişdi. Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov Mitava şəhəri yaxınlığındakı vuruşmada qəhrəmancasına həlak olmuşdur.

Vətənə sadiq əsgər

24 yanvar 1945–ci ildə Həzi məlum quvvəlar tərəfindən qətlə yətirilənədək o vətənə sadig bir əsgər kimi xidmət göstərmişdir. Ölümündən 47 il sonra ikinci Sovet Ittifaqı Qəhrəmanı adı ona verilmişdir.

Həzi Aslanovun qəbri Bakıda Şəhidlər Xiyabanındadır. Burada qəhrəmanın abidəsi ucaldılmışdır. 1969 –cu ildə Həzinin vətəni Lənkəranda onun ev-muzeyi açılmış. 1983–cü il 8 mayda Lənkəran şəhərinin mərkəzində onun boyük heykəli ucaldılmışdır.

Həzi Aslanov, Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi igidlik və qoçaqlığına görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni və medallarla təltif olunmuşdur.

 

 

 

 

Category: NƏRİMAN QƏHRƏMANLININ MƏQALƏLƏRİ | Added by: Nariman_Qahramanli (2009-07-11) | Author: NƏRİMAN QƏHRƏMANLI E W
Views: 381
Total comments: 0
Only registered users can add comments.
[ QEYDİYYAT | Login ]
AXTAR

***





GOOGLE DA AXTAR
SAYTDA AXTAR

Free Image Hosting


F O R U M
  • ABŞ-IN ŞTATLARI (14)

  • A.DÜMA, O.BALZAK, V.HÜQO VƏ S. (11)

  • HİKMƏTLİ SÖZLƏR (10)

  • SƏDİ, Ə.FİRDOVSİ, Ö.XƏYYAM VƏ S. (8)

  • R.N.GÜNTƏKİN, N.HİKMƏT, O.PAMUK VƏ S. (7)

  • HÖTE, ŞİLLER, BÖLL VƏ S. (7)

  • PUŞKİN, TOLSTOY, DOSTOYEVSKİ, ŞOLOXOV VƏ S. (7)

  • AZƏRBAYCANIN SU ANBARLARI (7)

  • ÇÖRÇİL, ŞEKSPİR, KLARK VƏ S (6)

  • N.TUSİ, BƏHMƏNYAR, A.HACIYEV ... (5)

  • DEKART, PASKAL,PUANKARE,LANQRANJ VƏ AMPER (4)

  • Z.BÜNYADOV, Y.MAHMUDOV,ORUC BƏY BAYAT .... (3)

  • DASTAN (3)

  • MOBİL TELEFONLAR ÜÇÜN LAZIMILI KODLAR. (2)

  • İ.NYUTON, Ç.BEBBİC, A.TURİNQ (2)


  • KONVERTER


    STATİSTİKA

    YENİ ÜZVLƏRİMİZ
  • dxemnynp12   (dxemnynp12)

  • StevenPr   (StevenPr)

  • fixmeboybws   (fixmeboybws)

  • LolaHax77   (LolaHax77)

  • cxhawndk09   (cxhawndk09)


  • SON ŞƏRHLƏR

    Black::unsure:( THANKS)



    :menim e-mailime hec gondermeyin bunlarin hamisini bilirem


    SAYT KATALOQU
    www.designerlady.blogcu.com

    Hemise bir gel

    www.NERIMAN.tk

    www.onlinepara-kazan.com

    Dahi trening mərkəzi

    GENCLIK ILLERINE XOW GELMISINIZ

    BƏRDƏ (rəsmi saytı)

    CELT Colleges

    BDU


    SAYTINI ƏLAVƏ ET!

    SON ELANLAR
    Yay kompaniyası Şahmat hazırlığı

    AE AZER MMC

    ID plastic kart. Cap isler.

    BMW 320 satılır

    Turniket, slaqbaum, domofon, alarm, siqnalizasiya, tehlukesizlik kameralari, nezaret sistemleri, biometrika.


    YENİ ELAN VER!

    ADMİN
    Nariman Qahramanli


    BY QƏHRƏMANLI NƏRİMAN 2016. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...