Qol saatı formasında mobil telefonların istehsalında ixtisaslaşan SWAP Şirkəti (Smart Watch and Phone) yeni, uyğun qiymətli model təqdim etdi.
SWAP Rebel: Texniki Xüsusiyyətləri:
Telefonun kəmərlə birlikdə ölçüləri: 205 x 46,5 x 17,5 mm-dir;
Çəkisi: 65 qramdır;
Qurğu 2G formatında rabitəni dəstəkləyir;
176×132 piksel çözə bilən 1,46 dyümlük rəngli sensor displey;
640×480 pikseli çözərək foto və video çəkiliş edə bilən kamerası (0,3 megapiksel) mövcuddur;
Telefondan SMS və MMS ismarıclar göndərmək mümkündür;
Daxili brauzer vasitəsilə WAP saytlara girə bilmə imkanı mövcuddur;
Naqilsiz qulaqlıqlar vasitəsilə FM-radio və mp3 faylları dinləmə imkanı verilir;
USB port vasitəsilə kompüterə qoşmaq mümkündür (USB-oyuq qurğunun kəmərində yerləşir).
SWAP Rebel: Neçəyədir?
SWAP Rebel qurğusunu Amazon saytından 199 Funt sterlinq və ya 300 Dollar qiymətinə əldə etmək olar.