CÜMƏ, 2024-03-29, 1:23 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ BƏRDƏ HAQQINDA
M E N Y U

DİGƏR BÖLMƏLƏR

F O R U M

ÜMUMİ MƏQALƏLƏR
MARS PLANETI AZƏRBAYCANDA GÖRÜNDÜ (2)

İLHAM ƏLİYEVİN NƏVƏLƏRİ İLK DƏFƏ İCTİMAİ TƏDBİRDƏ GÖRÜNÜB (0)

İNTERNETDƏ YENİ TƏHLÜKƏ (0)

PORT BAKU RESİDENCE ... (2)

QƏBIRDƏ DURUB OTURAN ŞƏXS SONRA YENIDƏN ÖLÜB (2)

'DÜNYANIN ƏN ÇIRKIN ITI' (0)

MÜBARIZ İBRAHIMOV - DOĞUŞDAN ÖLÜMƏ QƏDƏR... (0)

MÜBARİZ İBRAHİMOVUN SON MƏKTUBU (0)

ƏN BÖYÜK DİNOZAVR QƏBİRİSTANLIĞI TAPILIB (0)

GÖZƏGÖRÜNMƏZLİK ARTIQ REALLAŞIR (0)

"ŞREK" BALIĞI (0)

TƏBİƏTİN MÖCÜZƏSİ (2)

İNANILMAZ BİR TƏSADÜF! (2)

DÜNYANIN YEGANƏ ÜSTÜ-ÖRTÜLÜ AQUA-PARKI! (1)

YEMIŞIN ÜSTÜNDƏ “LA İLAHƏ İLLƏLAH” YAZILIB (2)


SON XƏBƏRLƏR

 

Bərdə - Azərbaycanda rayon.

Rayonda 73 müəssisə, 32 məktəbəqədər uşaq müəssisəsi, 76 məktəb, 16 tibb müəssisəsi, 205 mədəniyyət ocağı yerləşir.

Qəsəbələr / Kəndlər

Ərəblər, Güloğlular, Şorəlli, Qaraqoyunlu (Bərdə), Qaradağlı (Bərdə), Divanlı, Cəyirli, Gərənə, Şatırlı, Kürdborakı, Hacallı, Qazaxlar, Nazırlı, Yeni Daşkənd, Mehdixanlı, Umudallar, Tağılar, Seyid Yusif, Cicimli, Qayalı, Hacallı, Həsənqaya (Bərdə), Saatlı (Bərdə), Qəhrəmanlı, Mirəsəbli, Qarağacı (Bərdə), Mirzəcəfərli, Mollagüllər, Samux (Bərdə), Əyricə, Yeni Əyricə, Kərimbəyli, Nəcəfqulubəyli (Bərdə), Mirzalıbəyli, Qaraməmmədli, Məmmədli (Bərdə), Mustafaağalı, Mollalı, Məşədiibişli, Ağalı, Lənbəran, Qazaxlar, Xəsili, Mollaisalar, Kolayır, Mollaməmmədli, Gülgəzli, Sərkərlar, Otuzikilər, Hacıəhmədli, Vəliuşaqlı, Bayramlı, Xanərəb, Şərəfli, Qurdlar, Kətəlparaq, Piyadalar, Şirvanlı, Dəymədağlı (Bərdə), Uğurbəyli, Bala Qəcər, Qullar, Hüseynbəyli, Böyük Qəcər, Xanxanımlı, Kələntərli, Darğalar, Əliyanlı, Muğanlı (Bərdə), Qasımbəyli, Körpüqıran, Alaçadırlı, Alpout, Qarayusifli, Tumaslı, I-Qaradəmirçi, II-Qaradəmirçi, Lək, Arabaçılar, Hacılar (Bərdə), Hüseynallar, Qaradırnaq, Qaratəpə (Bərdə), Mehdili, Xanağalı, Qaradəmirçi, Türkmən, Həsənli (Bərdə), Kəbərkənd, Mirzəxan, Hacıbəyli, Kafarlı, Cumalar, Təhlə, Çələbilər, Nifçi, Böyük Göyüşlü, Bala Göyüşlü, Soğanverdilər, Bəcirəvan, İmirli, Hacallı, Şahvəllər, Zümürxaç, İmanqulubəyli (Bərdə), Dilənçilər.

Sərhəd rayonları, ölkələri, əraziləri

Yevlax, Tərtər (rayon), Ağdam, Ağcabədi

Əhalisi

Əhalisi haqqında daha geniş məlumat

Əhalinin ümumi sayı

136000

Şəhər əhalisinin sayı, [%]

27.5000

Kənd əhalisinin sayı, [%]

72.5000

Əhalinin orta sıxlığı

142.110763

Əhalinin cins qrupları üzrə sayı: (kişilər), [%]

49.2000

Əhalinin cins qrupları üzrə sayı: (qadınlar), [%]

50.8000

Əhalinin yaş qrupları üzrə sayı: (uşaqlar), [%]

10.3676

Əhalinin yaş qrupları üzrə sayı: (18 yaşa qədər), [%]

40.5941

Əhalinin yaş qrupları üzrə sayı: (18-dən 55-60-a), [%]

48.5294

Əhalinin yaş qrupları üzrə sayı: (təqaüdçülər), [%]

16.9691

Ali təhsilli əhalinin sayı, [%]

5.3000

Orta təhsilli əhalinin sayı, [%]

36.3088

Məskunlaşmış qaçqınların sayı

1001

Məskunlaşmış məcburi köçkünlərin sayı

47984

Ərazisi

Ərazisi haqqında daha geniş statistik məlumat

Ümumi ərazi, [kv.km]

957.00

Məhsuldar torpaqların ümumi sahəsi, [kv.km]

724.62

Kənd təsərrüfatına yararsız torpaqların sahəsi, [kv.km]

47.26

Heyvandarlıq üçün otlaqların sahəsi, [kv.km]

240.61

Əkilmiş torpaqların ümumi sahəsi, [kv.km]

517.62

Meyvə bağlarının ümumi sahəsi, [kv.km]

9.32

Şoran torpaqların ümumi sahəsi, [kv.km]

31.64

Bakı ilə arasında məsafə    314 km
Əhalisi    132900 nəfər
Nə ilə getmək olar    Avtonəqliyyatla - Marşrut avtobusları: Gəncə-Bərdə, Zaqatala-Bərdə, Göyçay-Bərdə, Mingəçevir-Bərdə, Bakı-Bərdə – 6 saat; Qatarla - Bakı-Bərdə


 

Bərdə rayonu Kür-Araz ovalığının şimal-qərb hissəsində yerləşir. Rayonun inzibati mərkəzi Bərdə şəhəri Qarabağ düzünün mərkəzində, Tərtərçay sahilində yerləşir. Tərtər, Xaçın çayları və Yuxarı Qarabağ kanalı bu rayonun ərazisindən keçir, Kür çayı isə sərhəddi boyunca axır. Rayon mərkəzindən 3 km məsafədə, Bərdə-Tərtər yolunun sağ tərəfində bir-birinin yaxınlığında iki göl var. Ağalı deyilən üçüncü göl isə Bərdədən 23 km aralıdadır. Bərdə-Tərtər yolunda Bərdədən 3 km aralıda qaynar kükürdlü su bulağı – İstisu yerləşir. Burada müalicəvi vanna qəbul etmək üçün hər cür şərait var. Muğanlı kəndinin yaxınlığında daha bir mineral su bulağı var. Rayonun bitki örtüyü əsasən quru səhra və yarımsəhra ərazilər üçün spesifik bitkilərdən ibarətdir. Ərazinin 6856 hektarını tutan meşələrdə çinar, palıd, qarağac, qoz və başqa qiymətli ağac növləri bitir. Rayonun faunasında canavar, çaqqal, qaban, dovşan və başqa heyvanlar, turac, qırqovul, qaz, ördək və başqa quşlar üstünlük təşkil edir. Ov mövsümü vaxtı müvafiq orqanlar tərəfindən dovşanların və bəzi quşların ovlanmasına, balıqların isə tilovla tutulmasına icazə verilir.
Bərdə rayonunda kənd təsərrüfatı yaxşı inkişaf etmişdir, taxılçılıq (buğda, arpa və s.) heyvandarlıq və pambıqçılıq mühüm yer tutur. Bu yerlərin təbii şəraiti tərəvəz və bostan bitkilərindən yaxşı məhsul almağa imkan verir. Həyətyanı sahələrdə bağçılıq sürətlə inkişaf etməkdədir.
Bərdə şəhəri Azərbaycanın ən qədim şəhərlərindən biridir. Rəvayətə görə Bərdənin əsasını qoyan Makedoniyalı İsgəndər olmuşdur. Eramızın əvvəllərindən məşhur olan bu şəhər VI əsrdən etibarən Qafqaz Albaniyasının paytaxtı olmuşdur.
Bərdə Şəhristan və Rabad adlı iki hissədən ibarət idi. Şəhərin mərkəzi Şəhristan adlanırdı. Şəhristan qala divarları ilə əhatə olunmuşdur. Rabat adlanan hissədə sənətkarlar, tacirlər məhəllələri yerləşirdi və gəlmələr üçün karvansara vardı. Bərdədə dulusçular, şüşəüfürənlər, daşyonanlar, dabbaqlar, toxucular məhəlləsi və başqa məhəllələr olmuşdur. Şəhərin yaxınlığındakı indi Qaradəmirçilər adlanan kəndə vaxtilə Dəmiçilər məhhəlləsi deyilirdi, Şirvanlılar məhəlləsində isə Şirvandan gəlmə sakinlər yaşayırdı.
Bərdə əhalisinin əksəriyyəti sənətkarlar idi. Onlar dülüsçuluq və şüşəüfürə. Xalçaçılıq, metal və ağac emalı, parça emalı ilə məşğul olurdular. Bundan əlavə Bərdə əhalisi taxılçılıq, çəltikçilik, ipəkçilik, bağçılıq və bostançılıqda da məşğul olurdu. Bərdədə gözəl, əlvan parçalar toxunur, xalçalar, silahlar, əmək alətləri, gözəl keramik qablar, müxtəlif metallardan bəzək əşyaları, qəşəng şüşə badələri, kuzələr, piyalələr və başqa məmulatlar hazırlayırdılar. Dahi şair Nizami Gəncəvi özünün «İsgəndərnamə» poemasında Bərdəni tərənnüm etmişdir.
Bərdə özünün çox əsrlik tarixi ərzində dəfələrlə basqınlara və dağıntılara məruz qalmışdır. 1736-cı ildə İran şahı Nadir Bərdəni tamam viran etmiş, XIX əsrin II yarısında isə bu şəhər cəmi 200-300 nəfər əhalisi olan kiçik bir kəndə çevrilmişdi.
Bu şəhərdə eramızdan əvvəl II minillikdən başlamış son orta əsrlərə qədər geniş bir dövrü əhatə edən çoxlu maddi mədəniyyət əşyalarının qalıqları tapılmışdır, qədim abidələr qorunub saxlanmışdır. «Axsadan Baba» (XIV əsr), «Güloğlular» türbələri, tanınmış alim Bəhmən Mirzə türbəsi, usta Əhməd Əyyub oğlu əl-Hafizin tikdiyi çoxüzlü məqbərə (1322-ci il), İbrahim məscidi (XVIII əsr), Tərtər çayı üzərində iki körpü, Şirvanlı, Uğurbəyli, Qurdlar, Mollaəhmədli və s. kəndlərdə XIX əsrə aid məscidlər, İmamzadə məqbərəsi bu abidələrdəndir. Bəzi tədqiqatçıların fikrincə, Şeyx İbrahimin dəfn edildiyi yerdə tikilmiş İmamzadə məqbərəsinin günbəz hissəsi daha əvvəl tikilmişdir. Orta əsrlərdə çiy kərpicdən tikilmiş kvadrat şəkilli qala da çox böyük maraq doğurur.
Bərdə əkinçilik və heyvandarlıq məhsulları ilə ad çıxarmışdı. Orta əsrlərdə yaşamış müəlliflər bu diyarda taxıl, düyü, bostan və bağ bitkiləri, ipək üçün xammal, ev heyvanlarının qiymətli növləri barədə ağız dolusu söhbət açırlar. 
Bərdənin xalçaları da qədimdən məşhurdur. Burada xovlu «Aran», «Çələbi», «Buynuz», «Dəryanur», «Açma-yumma», «Balıq», «Şabalıdbuta», «Bərdə», «Xanqərvənd», həmçinin xovsuz «Şəddə», «Vərni» və «Zili» xalçaları toxunur.

AXTAR

TƏQVİM
«  MART 2024  »
BBEÇAÇCACŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

***





GOOGLE DA AXTAR
SAYTDA AXTAR

Free Image Hosting


F O R U M
  • ABŞ-IN ŞTATLARI (14)

  • A.DÜMA, O.BALZAK, V.HÜQO VƏ S. (11)

  • HİKMƏTLİ SÖZLƏR (10)

  • SƏDİ, Ə.FİRDOVSİ, Ö.XƏYYAM VƏ S. (8)

  • AZƏRBAYCANIN SU ANBARLARI (7)

  • PUŞKİN, TOLSTOY, DOSTOYEVSKİ, ŞOLOXOV VƏ S. (7)

  • HÖTE, ŞİLLER, BÖLL VƏ S. (7)

  • R.N.GÜNTƏKİN, N.HİKMƏT, O.PAMUK VƏ S. (7)

  • ÇÖRÇİL, ŞEKSPİR, KLARK VƏ S (6)

  • N.TUSİ, BƏHMƏNYAR, A.HACIYEV ... (5)

  • DEKART, PASKAL,PUANKARE,LANQRANJ VƏ AMPER (4)

  • DASTAN (3)

  • Z.BÜNYADOV, Y.MAHMUDOV,ORUC BƏY BAYAT .... (3)

  • MOBİL TELEFONLAR ÜÇÜN LAZIMILI KODLAR. (2)

  • DON KİXOT, BENAVANTE VƏ KAMİLO XOSE SELA (2)


  • KONVERTER


    STATİSTİKA

    YENİ ÜZVLƏRİMİZ
  • dxemnynp12   (dxemnynp12)

  • StevenPr   (StevenPr)

  • fixmeboybws   (fixmeboybws)

  • LolaHax77   (LolaHax77)

  • cxhawndk09   (cxhawndk09)


  • SON ŞƏRHLƏR

    Black::unsure:( THANKS)



    :menim e-mailime hec gondermeyin bunlarin hamisini bilirem


    SAYT KATALOQU
    www.designerlady.blogcu.com

    Hemise bir gel

    www.NERIMAN.tk

    www.onlinepara-kazan.com

    Dahi trening mərkəzi

    GENCLIK ILLERINE XOW GELMISINIZ

    BƏRDƏ (rəsmi saytı)

    CELT Colleges

    BDU


    SAYTINI ƏLAVƏ ET!

    SON ELANLAR
    Yay kompaniyası Şahmat hazırlığı

    AE AZER MMC

    ID plastic kart. Cap isler.

    BMW 320 satılır

    Turniket, slaqbaum, domofon, alarm, siqnalizasiya, tehlukesizlik kameralari, nezaret sistemleri, biometrika.


    YENİ ELAN VER!

    ADMİN
    Nariman Qahramanli


    BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...