CÜMƏ AXŞAMI, 2018-04-19, 6:40 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ DƏRS 3 - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » İNGİLİS DİLİ » DƏRS 3
DƏRS 3
Nariman_QahramanliTARİX: ÇƏRŞƏNBƏ AXŞAMI, 2010-11-16, 12:59 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
1. O o [ou] hərfı, əsasən iki cür oxunur:
a) О hərfi vurğulu açıq hecada [ou] kimi oxunur, məsələn:
no [nou] xeyr, yox
note [nout] qeyd, qeyd etmək
a rose [ə'rouz] qızılgül
go [gou] getmək
so [sou] beləliklə, belə ki.
[ou] ikitərkibli səsdir (diftonqdur). İngilis [ou] səsi Azərbayean (o) və (u) səslərinin birləşməsi ilə müqayisə edilə bilər.

b) Vurğulu qapalı hecada о hərfi [o] kimi oxunur. [о] səsi Azərbaycan dili (о) səsinin qısa və yarımçıq tələffiizünə oxşayır. Azərbaycan dilində on sözündəki (o) səsi ingilis dili [о] səsinə oxşayır, məsələn:
on [on] üstündə (nəyinsə)
hot [hot] isti (hava, su)
dot [dot] nöqtə (işarə)
not [not] yox (inkar hissəciyi)
fond [fond] zərif, sevən
pot [pot] gülqabı, dibçək

2. Qoşa oo hərfləri iki cur oxunur:
a) OO hərfbirləşməsi adətən [u:] kimi oxunur, məsələn:
too [tu:] həmçinin
room [ru:m] otaq
food [fu:d] yemək, ərzaq
goose [gu:z] qaz (quş)
spoon [spurn] qaşıq
fool [fu:l] ağılsız, axmaq

b) oo hərfbirləşməsi d,k,t hərflərinin qarşısında gələrsə qısa [u] kimi oxunur, məsələn:
good [gud] yaxşı look [luk] baxmaq
book [buk] kitab foot [fut] ayaq
hook [huk] qarmaq goods [gudz] mal-dövlət, əmlak

3. U u [ju:] hərfi iki cür oxunur:
a) u [ju:] hərfi vurğulu açıq və şərti açıq hecalarda [ju:] kimi oxunur. [ju:] səsi Azərbaycan dilində (yuu) səs birləşməsi ilə müqayisə edilə bilər, məsələn:
due [dju:] lazımi, vaxtında, hesabına
mute [mju:t] lal, səssiz student ['stjuıdənt] tələbə

b) u [ju:] hərfı vurğulu qapalı hecada [ʌ] kimi oxunur. [ʌ] səsini tələffdz etmək üçün ağız boşluğu açıhr, dilin orta hissəsi yuxarıya qalxır və dodaqlar adi vəziyyət alır. Bu vəziyyətdə sanki Azərbaycan dilindəki (a) səsinin qısa variantı tələffüz olunur,

4. Rr [a:] hərfi bir cür oxunur: [r] kimi.
red [red] qırmızı read [ri:d] oxumaq
rose [rouz] qızıl gül arrest [ə'rest] həbs (etmək)
5.th [ti:, eıtʃ] hərfbirləşməsi iki cür oxunur:
a) cingiltili [ð] səsi kimi.
ð] səsi Azərbaycan dilində yoxdur. Bu səsi [d] və [z] səsləri ilə qarışdırmaq olmaz. [ð] səsinin tələfffizü zamam dilin ucu dişlərin ara-sında olur və güclü nəfəs axını ilə dilin ucu geri çəkilir, məsələn:
b) kar [Ө] səsi.
[Ө] səsi Azərbaycan dilində yoxdur. Bu səsi [s] səsi ilə qanşdırmaq olmaz.[Ө] səsinin tələffüzündə dilin ucu dişlərin arasında durur və zoif nəfəs axını ilə dilin ucu geri çəkilir, məsələn:

Sait və samit hərfbirləşmələri:
1. er [i:, a:] hərfbirləşməsi iki cür oxunur:
a) üzərinə vurğu düşdükdə (vurğulu halda) [ə:] kimi oxunur. [ə:] səsi Azərbaycan dilindəki (ö) səsindən tam şəkildə fərqlənir. Azərbaycan dili (ö) səsindən fərqli olaraq ingilis dilində [ə:] səsi toləffüz olunarkən dodaqlar yanlara dartılır, ağız boşluğu azca açılır, ınəsələn:
person ['pərsn] şəxs, adam
fern [fə:n] ayıdöşəyi, qıjı (bitki)
her [hə:] onun (qadm cinsi)

b) er vurğusuz vəziyyətdə neytral [ə] kimi oxunur və əsasən sözlərin sonunda işlədilir, məsələn:
a sister ['sıstə] bacı
larder [la:də] anbar

2. ar hərfbirləşməsi bir cür oxunur: [a:] [a:] səsi Azərbaycan dilindəki (a) səsinin uzun tələffüz olunan variantına oxşayır. Təqribən Azərbaycan dilindəki saat, maarif, sait sözlərindəki (a) səsinə uyğun gəlir,məsəlen:
a car [ə'ka:] minik maşmı
far [fa:] uzaq, kənar

Sait hərfbirləşmələri:
1) ey [i:, waı] hərfbirləşməsi [ei] kimi oxunur, məsələn:
hey [hei] nida (çağınş)
they [öeı] onlar (şəxs əvəzliyi)
grey [grei] boz (rəng)
2) ou hərfbirləşməsi adətən [u:] kimi. oxunur, məsələn:
you [ju:] sən- siz (şəxs əvezliyi)
group [gru:p] qrup, dəstə, bölmə

 
FORUM » ELM VƏ TƏHSİL » İNGİLİS DİLİ » DƏRS 3
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2018. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...